Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə4/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
10
 
 
mümkün  deyildir.  Ona  görə  də  iqtisadiyyatda  bazar  münasibətləri  prinsiplərini  saxlamaqla 
yanaşı, bu münasibətlər sistemini hökmən tənzimləmək lazımdır. Keynisin iqtisadi təlimi bu 
mənada, dövlət tənzimlənməsi sisteminə əsaslanan makroiqtisadi nəzəriyyədir
Keynisin  iqtisadi  təlimində  –  məcmu  tələb,  əhalinin  alıcılıq  qabiliyətini  artırmaq, 
insanların  istehlaka  və  yığıma  meyillik,  səmərəli  tələbi  müəyyən  edən  xərclər-gəlirlər 
arasındakı  nisbətləri  tənzimləmək  məsələlərinə  ciddi  diqqət  yetirilmişdir.  Onun  A.Hansen, 
R.Xarrod,  E.Domar,  C.Robinson  kimi  davamçıları,  neokeynsçilik  adı  altında  bu  təlimi 
təkmilləşdirərək daha da inkişaf etdirmiş, yeni ideya və orjinal fikirlərlə zənginləşdirmişlər. 
İnstitusional-sosialoji  istiqamət,  iqtisadi  təlimlər  tarixində  XIX  əsrin  sonları  və  XX 
əsrin əvvəllərində  meydana çıxmış, sonralar xüsusilə ABŞ-da, habelə digər ölkələrdə geniş 
yayılmağa  başlamışdır.  Ölkənin  iqtisadi-sosial  problemlərinin  həllini  dövlətin  ümumi 
siyasəti  və  rəsmi,  habelə  qeyri-rəsmi  təşkilatların  fəaliyyəti  ilə  əlaqələndirən  bu  istqamətin 
T.Veblen,  E.Helbreyt,  Y.Tinbergen  kimi  görkəmli  nümayəndələri  olmuşdur.  Onlar 
cəmiyyətin  sırf  iqtisadi  problemləri  ilə  yanaşı  onun  sosioloji  münasibətlərini  də  hərtərəfli 
öyrənməyi zəruri hesab etmişlər. 
Bu  istiqamətin  tərəfdarları  iqtisadi  nəzəriyənin  (economicsin)  predmetinə  siyasi  və 
texniki  amilləri  də  daxil  etmiş,  təsərrüfat  subyektlərinin  ayrı-ayrılıqda  fərdi  fəaliyyətlərini 
deyil,  kollektiv  institutların  (dövlətin,  həmkarlar  təşkilatlarının,  iri  korporasiyaların, 
inhisarların)  işinin  təhlil  olunmasını  irəli  sürmüşlər.  Onların  fikrincə,  müasir  mərhələdə 
cəmiyyətin  təsərrüfat  həyatında  sərbəst  bazar  rəqabətinin  yerini  iri  inhisar  birliklərinin  və 
transmilli korporasiyaların (TMK) tutduğu bir şəraitdə ölkənin təkcə iqtisadi problemləri ilə 
məşğul  olmaqla  ciddi  səmərəli  nəticələr  əldə  etmək  mümkün  deyildir.  Deməli  cəmiyyətin 
problemlərinə  kompleksli  yanaşılmalı,  onun  siyasi,  mənəvi,  social,  təşkilatı  problemləri 
iqtisadi  məsələlərlə  qarşılıqlı  əlaqə  müstəvisində  birlikdə  həll  edilməlidir.  Bu  istiqamətə 
mənsub  iqtisadcılar  kapitalizmin  təkamül  yolu  ilə  tədricən  təkmilləşməsi,  yaxud  «xalq 
kapitalizmi»  konsepsiyası  əsasında  cəmiyyətin  postsənaye  daha  sonra  isə  informasiya, 
texnotron inkişaf mərhələləri keçəcəyi ideyasını irəli sürərək, müdafiə etmişlər.  
Azərbaycanda yeni iqtisadi fikrin formalaşması və inkişaf mərhələləri 
Azərbaycanın  yerləşdiyi  mühüm  strateji  əhəmiyyətli  əlverişli  mövqeyi,  rəngarəng 
coğrafı-iqlim  şəraiti,  zəngin  yerüstü  və  yeraltı  sərvətləri,  əməksevər  əhalisinin  təsərrüfatın 
müxtəlif  sahələrində  səylə  çalışması,  sənətkarlıqla  məşğul  olması,  yaxın-uzaq  ölkələrlə 
ticarət  əlaqələri  qurması,  bu  torpaqlarda  tədricən  qaynar  iqtisadi  həyatın  formalaşmasına, 
ölkənin məhsuldar qüvvələrinin inkişafına, müəyyən real imkanlar yaratmışdı. 
Minillikləri  əhatə  etmiş  qanlı  qadalı  tarix  boyunca  müxtəlif  basqın  və  hücumlara, 
təzyiq  və  təsirlərə  məruz  qalmış  Odalar  Yurdu  həmişə  özündə  daxili  bir  inam  mənbəyi, 
tükənməz həyat gücü taparaq yenidən dirçəlmiş, soykökünü, əzəli varlığını, şərəf-ləyaqətini 
sərt mübarizə sınaqlarında zaman-zaman qeyrətli iradə əzmi ilə təsdiq etmişdir. 
Qədim  zamanlardan  başlayaraq,  Azərbaycan  xalqının  yaşadığı  cəmiyyətin  iqtisadi 
həyat  və  onun  müxtəlif  cəhətlərinə  dair  düşüncələri,  fıkirləri  formalaşaraq,  müəyyən  tarixi 
mərhələləri əhatə edən uzun bir inkişaf yolu keçmişdir. 
Hələ  eramızdan  əvvəlki  minilliklərdə,  о  dövrün  təsərrüfat  həyatı,  yaşayış  tərzi, 
mülkiyyət,  istehsal,  bölgü  münasibətlərinə  dair  müəyyən  fikirlər  öz  ifadəsini  şifahi  xalq 
ədəbiyyatı nümunəbrində – laylalarda, bayatılarda, qoşmalarda, atalar sözlərində, nağıllarda, 
dastanlarda  tapmışdır.  Atəşpərəstlik  dövründə  Azərbaycan  ərazisində  geniş  yayılmış 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
11
 
 
zərdüştlük  ideyalarında  cəmiyyətin  iqtisadi  quruluşu,  ailə-məişət  qayğıları,  təsərrüfat 
münasibətləri, bölgü, təchizat məsələlərinə diqqət yetirilmişdir. «Avesta», «Qurani-Kərim», 
«Kitabi  Dədə  Qorqud»  kimi  yazılı  mənbələrdə  xalqımızm  əmək  və  təsərrüfat  fəaliyyəti  ilə 
bağlı  əkinçilik,  maldarlıq,  bağçılıq-meyvəçilik  habelə  ticarət,  sələmçilik  və  vergilərə  dair 
zəngin materiallar vardır. 
Orta əsrlər dövründə Azərbaycanda  iqtisadi  fıkrin  inkisafında Nizamülmülk (XI əsr), 
Nizami  Gəncəvi  (XII  əsr),  Nəsrəddin  Tusi  (XIII  əsr),  İmaməddin  Nəsimi  (XIV  əsr),  Şah 
İsmayıl  Xətai  (XVI  əsr).  Məhəmməd  Fizuli  (XVI  əsr),  Molla  Pənah  Vaqif  müəyyən  rol 
oynamışlar.  Şair,  dövlət  xadimi,  alimi  kimi  tanınmış  bu  görkəmli  şəxsiyyətlər  yaşadıqları 
cəmiyyətin iqtisadi-sosial məsələlərinə toxunaraq, maraqlı fıkirlər söyləmişlər. 
Şərq  və  Qərb  mənbələri  ilə  tanışlıq  nəticəsində  onların  «Siyasətnamə»,  «Xəmsə», 
«Maliyyə haqqında traktat», «Əxlaqi Nasiri» kimi əsərlərində, qəzəl və şerlərində yaşadıqları 
cəmiyyətin  ictimai-iqtisadi  məsələlərinə  dair  baxışları,  tənqidi  mülahizələri;  haqsızlığa, 
ədalətsizliyə  qarşı  etirazları;  ailə  (ev  təsərrüfatları),  torpaq,  mülkiyyət,  mübadilə,  bölgü, 
büdcə, idarəetmə, məmur məsuliyyəti haqqında fikirləri; insan zəhmətinə, əməк bölgüsünə, 
qənaətçilliyə,  qarşılıqlı  faydalı  ticarət  əlaqələrinə,  ölkənin  abadlığına,  əhalinin  peşə-sənət 
bacarığına, elm-təhsil işlərinə verdikləri yüksək qiymət; əmtəə-dəyər, pul-sərvət, borc-sələm 
anlayışına,  yığım-xəzinə  məsələlərinə,  vergi-dövlət  xərclərinə  xüsusi  diqqət  yetirilmələri; 
israfçılığa,  möhtəkirliyə,  haram  qazanca  qarşı  sərt  mövqeləri;  hakimiyyətin  ilk  qayğısının 
insanların gələcəyi və rifahının yaxşılaşdırılması olduğu barəsindəki işıqlı düşüncələri, bizim 
günlərimizdə də aktual səslənir. 
N.Tusinin təbirincə iqtisad elminin də daxil olduğu ictimaiyyət elmləri (ictimai elmlər) 
–  «insan  cəmiyyətində  olan  münasibətlər  sistemidir»  və  hamının  öуrənməyə  səy  etməli 
olduğu bir sahədir. Onun fikrincə, cəmiyyətdə elə şərait yaradılmalıdır ki, hərə öz imkanı və 
bacarığı  dairəsində  zaman  və  məkanın  tələbindən  asılı  olaraq,  «ədalətlə  öz  borcunu  yerinə 
yetirsin, hərənin haqqı özünə çatsm». 
Nizamülmülk  isə  yazırdı  ki,  yalnız  təsərrüfat  həyatının  ciddi  qayda-qanunlarla  əməl 
olunan  məmləkətdə  «dövlət  güclənər ölkədə  bolluq olar».  Müəllifin  fikrincə,  ölkədə  halal-
harama  fıkir  verilməsə,  möhtəkirlik  və  saxtakarlıq  olarsa  əhali  xüsusilə  də  «yoxsullar 
acınacaqlı  vəziyyətə düşərlər». Ölkədə hakimin sayğısızlığı  və qazının  insafsızlığı üzündən 
yarana bibcək sosial narazılıq belə qiymətləndirilmişdir: «Atalar yaxşı deyiblər: Ət iylənəndə 
ona duz vurarlar, bəs duz iylənsə onun çarəsi nədir?» Ölkənin və dövlətin həqiqi vəziyyətinin 
biliyin  və  yaxşı  ənənələrinin  səviyyəsi  ilə  ölçüldüyünü  qeyd  edən  Nizamümülk  hakimləri, 
dövlət  xadimlərini  elm  adamları  ilə  oturub-durmağa,  işbilənlərlə  məsləhətləşməyə, 
ağsaqqalların tövsiyələrinə qulaq asmağa çağırmışdı. 
Bu  mənada  Nizami  Gəncəvinin  şah  və  xəlifələrin  hökmranlıq  etdiyi  feodalizm 
dövründə  özünüidarəyə,  ədalətə,  qarşılıqlı  hörmət  münasibətlərinə  əsaslanan  ideal-utopik 
cəmiyyət ideyasını irəli sürməsi, elmi uzaqgörənlik, habelə zəngin yaradıcılıq təxəyyülü kimi 
qiymətləndirilməlidir. 
Belə bir cəhət də maraqlıdır ki, ümumbəşəri dəyərlərin varisləri olmuş müdriklərimiz, 
müasir  inteqrasiya  və  qloballaşma  prosesbrini  də  öz  fəhmləri  ilə  dərk  edərək  ,  inamla 
yazmışlar: «tədricən bir birinə kömək edən bütün insanları birləşdirən quruluşun yaranması 
zərurəti meydana çıxar, çünki insanlar öz təbiəti etibarilə inkişafa meyl edən bir varlıq kimi 
yaranışından məhz belə birləşməyə möhtacdır» (N.Tusi). 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə