Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə6/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
14
 
 
həll  edərkən,  «iqtisad  elminin  sərt  qayda-qanunlarına  bələd  olmağınız»  sizə  köməkçi, 
yardımçı rolunu oynayacaqdır. 
Mütəxəssislər qeyd edirlər ki, iqtisad elmi özünün uzunömürlülüyü  ilə öyünə bilməz. 
Çünki, həyat inkişaf edib  irəlilədikcə, iqtisadi sistemlər bir-birini əvəz etdikcə, elm-texnika 
sahəsində  yeni  nailiyyətlər  qazanıldıqca,  təzə  materiallar  və  resurslar  meydana  çıxdıqca, 
istehsalın  və  insanların  tələbatlan,  zövqləri  dəyişdikcə,  şübhəsiz  iqtisad  elminin 
(nəzəriyyənin) qarşısında duran problemlər də yeniləşir. Lakin iqtisadiyyatın əsas vəzifəsi – 
insanların  müxtəlif  təyinatlı  tələbatlarını  ödəmək  üçün  maddi  (mənəvi)  nemətlər  istehsal 
etmək və müxtəlif təyinatlı xidmətlər (servis dairəsi) göstərməkdir. 
Bu  iqtisadi  vəzifə  isə  təbii  resursların  müəyyən  məhdudluğu  və  insanların  maddi, 
habelə mənəvi tələblərinin artması, hətta sonsuzluğu ilə bağlıdır. 
Müasir anlamda iqtisad elmi mövcud resursların məhdudluğu və tələblərin sonsuzluğu 
şəraitində,  maddi  nemətlərin  (xidmətlərin)  istehsalı,  bölgüsü,  mübadiləsi,  istehlakı 
prosesində insanların iqtisadi fəaliyyətinin təhlilidir. 
Cəmiyyətdə baş verən geniş əhatəli iqtisadi proseslər təbiidir ki, ümumi tələblə təklifin 
qarşılıqlı əlaqəsi, qiymətlər mexanizmi  vasitəsiylə, bazar rəqabəti şəraitində  müəyyən enib-
qalxmalarla həyata keçirilir. 
Ona görə də, müxtəlif  istiqamətli  iqtisadi  nəzəriyyələrin qarşısında belə bir cəmiyyət 
üçün son dərəcədə vacib əhəmiyyətə malik olan suala ən səmərəli cavab tapmaq durur: «nə 
istehsal  etməli,  necə  istehsal  etməli,  kim  üçün  istehsal  etməli?»  Deməli,  iqtisad  elmi  və 
nəzəriyyəsi qısa şəkildə «kim, nə, necə?» sualına cəmiyyət miqyasında optimal cavab axtanr.  
bu isə o qədər də asan bir məsələ deyildir. 
Müxtətif  istehsalçılardan, çoxsaylı alıcılardan, ümumi  və fərdi  maraqlardan, daxili və 
xarici  amillərdən  asılı  olaraq,  iqtisadi  nəzəriyyə  öz  qarşısında  duran  vəzifələri  uğurla  həll 
etmək  üçün,  şübhəsiz  bir  çox  səbəblərlə,  subyektiv-obyektiv  maneələrlə,  ciddi  əngəllərlə 
rastlaşır.  Lakin  iqtisad  elmi,  bəşəriyyətin  inkişafının  müxtəlif  mərhələlərində  həmişə  bu 
problemlərə cavab axtarmışdır. 
Cəmiyyətin təsərrüfat həyatı problemlərinə  yanaşıb, onları konkret şəraitə uyğun həll 
etmək  yolunda  iqtisad  elminin  rolunu  yüksək  qiymətləndirən  amerika  iqtisadçısı 
P.Samuelson,  iqtisadi  nəzəriyyəni  elmlərin  şahı  adlandırmışdı.  Başqa  bir  Nobel  mükafatı 
laureatı  M.Fridmen  (ABŞ)  iqtisadi  nəzəriyyəni  insanı  heyran  edən  maraqlı  elm 
adlandırmışdı. 
Riyazi  məntiqin  banilərindən  biri B.Rassel (İngiltərə) iqtisad elmini  xeyli asan hesab 
edərək, bu sahədə məşğul olmaq istəməmişdi. Əksinə, alman fıziki M.Plank iqtisad elminin 
çətin olduğunu söyləyərək, fizika-riyaziyat sahəsinə keçmişdi. 
İqtisadçı A.Heylbronner bu peşə üçün «dəvə dözümü və müqəddəs adamlara xas səbr» 
lazım  olduğunu  qeyd  etmişdi.  Belə  bir  fıkir  də  vardır  ki,  iqtisadçı  daim  öyrənməli  və  öz 
üzərində  çalışmalıdır.  Belə  olmasa,  iqtisadçı  musiqi  əsərini  qiymətləndirən  kar  adama 
oxşayacaqdır. 
Müasir  mərhələdə,  planlı  sosialist  inzibati  amirlik  iqtisadi  sisteminin  dağılıb,  bazar 
münasibətlərinin  formalaşdığı  postsosialist  və  postsovet  ölkələrində,  o  cümlədən  də 
Azərbaycan Respublikasında iqtisad elmi, habelə onun ayrı-ayrı sahələri qarşısında mühüm 
vəzifələr durur. 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
15
 
 
Bütövlükdə  bir  sistem  halında  iqtisad  elminin  həm  nəzəri,  həm  də  əməli  (təcrübi) 
istiqamətləri vardır. 
İqtisadi nəzəriyyə pozitiv və normativ kimi hissələrə ayrılır. 
İqtisadi  nəzəriyyə  əksər  hallarda  cəmiyyətin  başlıca  iqtisadi  problmlərirıin  həlli  və 
bunun üçün necə fəaliyyət göstərildiyi ilə məşğul olub, izah edir. İqtisadi nəzəriyyə bir elm 
kimi ilk növbədə cəmiyyət həyatında gedən prosesləri hərtərəfli təhlil edir, faktları izah edir 
və  yaranmış  vəziyyətin  dolğun  mənzərəsini  yaradır.  Lakin  obyektiv  yaxud  subyektiv 
səbəblər  üzündən  apardığı  təhlil  əsasında  öz  məsləhət  və  tövsiyyələrini  vermır.  Cəmiyyət 
həyatında baş verən iqtisadi proseslərə belə yanaşma üsuluna pozitiv mövqe deyilir və bu cür 
təhlil  pozitiv  nəzəriyyəyə  aid  edilir.  Məsələn  pozitiv  iqtisadi  nəzəriyyə  konkret  bir  ölkənin 
timsalında  istehsalın  azalması,  işsizlik  səviyyəsinin  artmasını  gostərə  bilər,  lakin  bu  mənfi 
proseslərin necə aradan qaldrılması yolları haqqında öz tövsiyyələrini vermir. 
Pozitiv  nəzəriyyədən  fərqli  olaraq,  normativ  iqtisadi  nəzərıyyə  yaranmış  vəzıyyətı 
təsvır etməklə yanaşı, ondan çıxış yollarını da göstərir. Normativ nəzəriyyə iqtisadi hadisə və 
proseslərin  gələcək  meyllərini,  inkişaf  istiqamətlərini  görərək,  öz  konkret  məsləhətlərini, 
tövsiyyələrini verir. 
Təbiidir  ki,  normativ  iqtisadi  nəzəriyyə  pozitiv  iqtisadi  nəzəriyyəyə  nisbətən 
iqtisadçilar  və  mütəxəssislər  arasında  daha  çox  mübahisələrə  səbəb  ölur.  Çünki  həmin 
proseslər  (iqtisadi  artım,  yığım  norması,  yeni  iş  yerləri  açılması)  birmənalı  qarşılanmır, 
müxtəlif qrupların yaxud şəxslərin maraqlarına toxunur. 
Tarixən bəşəriyyətin keçdiyi inkişaf yolu boyunca mövcud olmuş cəmiyyətlərin həyatı, 
ictimai-siyasi, iqtisadi-sosial və mədəni-əxlaqi sahələrin vəhdəti kimi səciyyələnir. 
Doğrudur,  qarşılıqlı  əlaqə  və  təsir  nəticəsində  tam  bir  sistem  kimi  fəaliyyət  göstərən 
cəmiyyət  həyatında  bu  cəhətlərin  hansınınsa  çatışmaması,  yaxud  nöqsanı,  bütövlükdə 
cəmiyyət  həyatına  öz  mənəvi  təsirini  gostərəcəkdir.  Deməli,  bütün  cəhətlərin  normal  və 
ahəngdar fəaliyyəti sahəsində iqtisadi sistem yaşayıb inkişaf edə bilər. 
Lakin  bu  da  danılmaz  faktdır  ki,  cəmiyyət  həyatının  sahələri  arasında  iqtisadiyyat, 
həyatın davamı və insanların yaşayıb inkişaf etməsi üçün həqiqətən həlledicidir. 
İqtisadiyyat  anlayışı  geniş  mənada  cəmiyyət  həyatının  təməlini  təşkil  etdiyindən, 
iqtisad elmi də bütün iqtisadi bilik dairələrini əhatə edir. 
İlk mərhələdə təsərrüfat və onun idarə olumnası qanunları mənasını daşıyan bu anlayış, 
hazırda  mürəkkəb,  habelə  çoxcəhətli  bir  fəaliyyət  dairəsini,  yəni  bütövlükdə  iqtisadiyyatı 
əhatə edir. 
Məlumdur  ki,  insan  cəmiyyəti  formalaşdığı  ilk  addımlarından  başlayaraq  indiyədək 
həmişə  iqtisadiyyatla,  təsərrüfatla  bağlı  olmuşdur.  Vaxtilə  yalnız  təbiətin  hazır 
məhsullarından,  təbii  nemətlərindən  istifadə  etməklə  kifayətlənmiş  insanlar,  tədricən 
əkinçilik və maldarlıqla məşğul olmuş, sənətkarlıq şeyləri hazırlamış, müxtəlif emalatxanalar 
təşkil  etmiş,  fabrik  və  zavodlar  tikmiş,  nəqliyyat  vasitələrini  təkmilləşdirmiş,  elektrik  və 
atom enerjisindən istifadə etməyi öyrənmiş, kosmosu fəth etməyə başlamışlar. 
İnsan  cəmiyyəti  və  onun  yaşayışının  əsası  sayılan  təsərrüfat  həyatı  sahələri 
genişləndikcə, iqtisadiyyatı daha səmərəli yollarla inkişaf etdirmək üçün elmi-nəzəri biliklərə 
ehtiyac  artmışdır.  Həyat  irəliləyib  inkişaf  etdikcə,  insanların  təsərrüfat  əlaqələri 
genişləndikcə,  ayrı-aurı  ölkələr  arasında  ticarət  münasibətləri  yeni  sahələri  əhatə  etdikcə, 
şübhəsiz bu proseslər haqqında olan iqtisadi nəzəriyyələr də dəyişmişdir. 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə