Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə8/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
18
 
 
VIII.  Ölkə  əhalisinin  həyat  səviyyəsi,  onun  hər  nəfərinə  düşən  əmtəə  və  xidmətlər 
istehsal etmək qabiliyyətindən aslıdır. 
IX.  Dövlət  həddən  artıq  pul  cap  etdikdə  və  dövriyyəyə  buraxdıqda  qiymətlər  qalxır, 
inflyasiya baş verir. 
X.  İşsizlik  problemi  və  cəmiyyətin  infilyasiya  ilə  işsizlik  arasında  qısa  müddətli 
seçimlə üzləşməsi prosesi gedir 
Bu  10  prinsipin  mahiyyətini  qisaca  belə  izah  etmək  olar.  Birinci  prinsip,  insanların 
həyatda  və  gündəlik  əmək  fəaliyyətlərində  müxtəlif  iqtisadi  seçimlərlə  rastlaşmalari  ilə 
bağlıdiır.  Biz  daha  çox  xoşlayib  bəyəndiyimiz  hər  hansi  bir  şeyi  (məhsulu-xidməti)  əldə 
etmək  üçün,  əvəzində  konkret  halda  başqa  şeylərdən  (maddi-mənəvi  nemətlərdən)  istər-
istəməz imtina etməli oluruq. Necə deyərlər, pulsuz nahar olmur, xərcsiz və itgisiz nəsə əldə 
etmək  çətindir,  nəhayət  eyni  vaxtda  bir  əldə  iki  qarpız tutmaq  mümkün  deyildir.  Məsələn, 
tələbənin  öz  vaxtini  dərslərə  hazırlaşmaq  və  əyləncə  (idman  məşqləri),  ailənin  gəlirlərini 
ərzaq və paltar (təmir işləri), cəmiyyətin resurslarını əhalinin rifahı və hərbi-müdafiə xərcləri 
arasında  bölüşdürülməsi,  onları  həmişə  müəyyən  seçim  etmək  məcburiyyəti  qarşısında 
qoyur. Ayri-ayri fərdlərin, ailənin, bütövlükdə cəmiyyətin səmərəliliklə ədalətlilik arasındakı 
seçimi  nə qədər çətin və riskli olsa da, hökmən  baş verməlidir. Ona görə də həm  insanlar, 
həm  ailə  təsərrüfatlari,  həm  korporasiyalar  (şirkətlər),  həm  də  cəmiyyət  belə  bir  seçimin 
zəruriliyini  dərk  edərək,  həmin  variantlar  arasında  ən  optimalını  seçərək,  uyğun  qərarlar 
qəbul etmək məsuliyyətinə hazır olmalıdırlar. 
İkinci  prinsip,  bir  şeyin  (əmtəənin-xidmətin)  dəyərinin,  onu  əldə  etmək  üçün  imtina 
olunan  başqa  şeylərin  (maddi-mənəvi  nemətlərin)  dəyəri  ilə  ölçülməsini  aydinlaşdırır. 
İnsanlar  əvəzləyici  seçimlərlə  rastlaşdıqları  halda,  son  söz  demək  üçün  bir  necə  alternativ 
(əks)  qərarın  gətirə  biləcəyi  fayda  və  xərclərin  müqayisəsini  aparmağa  məcburdurlar.  Hər 
hansı bir nəticənin, yaxud məhsul və xidmətin alternativ dəyəri, onu əldə etmək üçün imtina 
olunan  digər  şeylərin  (əşyaların,  xidmətlərin)  dəyəri  ilə  ölçülür.  Məsələn,  hər  bir  gənc  ali 
təhsil  almaq,  yaxud  peşə-sənət  sahibi  olamq,  yaxud  da  tanınmış  idmançı  kimi  yetişmək 
şanslarını  intelektual,  iş  imkanları,  şöhrət,  ad-san  qazanmaq  imkanlarını  xərc  və  gəlirlərini 
müqayisəli sürətdə hesablayaraq, şübhəsiz öz gələcəyi üçün daha əlverişli saydığı alternativ 
variant haqqında qərar qəbul edəcəkdir. 
Üçüncü  prinsip
,  rasional  insanların  marjinal,  yəni  son  faydanı  düşünərək  öz 
fəaliyyətlərində  müəyyən  dəyişikliklər,  kiçik  düzəlişlər  aparmasını  nəzərdə  tutur.  Həyatda 
insanlar və şirkətlər elə konkret vəziyyətlərlə rastlaşirlar ki, onlar qərar verərkən öz marjinal 
faydalari ilə marjinal xərclərini müqayisə edərək, daha rasional (səmərəli) varianta üstünlük 
verirlər. Məsələn uçuşa hazirlaşan 200 yerlik və hər biletin qiymətinin 500 dollara (avroya, 
manata) olan sərnişin təyyarəsində yerlərin bir neçəsi boşdursa, həmin reys üçün 300 dollar 
ödəyib  səyahətə  çıxan  adama  imkan  yaratmaq,  güzəştə  getmək  (orjinal  dəyişiklər  etmək, 
kiçik  düzəlişlər  aparmaq)  mümkündür.  İmtahanlara  hazirlaşan  tələbənin  bu  işə  istirahəti 
hesabına bir-iki saat əlavə vaxt ayırmasına, fermerin müəyyən səbəblər üzündən məhsulunun 
bir  hissəsini  nisbətən  aşağı  qiymətə  satmasına  haqq  qazandırıla  bilər.  Şübhəsiz,  ağıllı, 
rasional  qərar  verən  şəxs  və  şirkət  rəhbərliyi  konkret  halda  öz  iqtisadi  hərəkətini 
(fəaliyyətini,  davranışını,  əməliyyatını)  bu  işin  marjinal  (son)  faydalılığının,  yalnız  onun 
xərclərini (maya dəyərini) üstələdiyi halda həyata keçirəcəkdir. 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
19
 
 
Dördüncü  prinsip,  ondan  ibarətdir  ki,  insanların  gündəlik  yaşayış  tərzi  və  iqtisadi 
fəaliyyəti  ilə  bağlı  müəyyən  stimullar,  həvəsləndirici  amillər,  bir  sira  şərtlər  dəyişdikdə 
onlarin davranişlari, düşüncə tərzləri, yaranmış yeni vəziyyətlə bağlı qəbul etdikləri qərarlar 
da  hökmən  dəyişəcəkdir.  Əlbəttə,  bu  hal  təkcə  iqtisadi  tədbirlərdə  deyil,  eyni  zamanda 
hakimiyyətin  siyasi  iradəsi  ilə  məcburi  qaydalarda  həyata  keçirilən  rəsmi  tədbirlərdə  də 
özünü  göstərir.  Məsələn,  vergi  dərəcələrinin  dəyişdirilməsi  və  benzinin  qiymətinin 
artırılması,  avtomobil  sürücülərinin  və  sərnişinlərin  təhlükəsizlik  kəmərlərindən  istifadə 
olunması  zəruriliyi,  bazar  qiymətlərinin  vaxtaşırı  enib-qalxması  prosesi,  bank  faizlərinin 
əmlak  və  mülkiyyətin  sığortalanmasındakı  yeniliklər,  nisyə  (kredit)  mal  satışında  daha 
əlverişli  şərtlərin  tətbiqi,  –  ilk  vaxtlar  əhalinin  ayrı-ayrı  təbəqələri  tərəflərindən  birmənalı 
qarşılanmayıb, müxtəlif rəylər doğursa da, lakin zaman keçdikcə insanlar həqiqətən onların 
mənafeyinə,  maraqlarına  uyğun  saydıqları  stimullara  münasibətlərini  yaxşılığa  doğru 
dəyişirlər. 
Beşinci prinsip, iqtisadi ticarət əlaqələrinin müxtəlif ölkələr və xalqlar üçün faydalı ola 
bilməsi  fikrini  əsaslandırır.  Doğrudur,  ölkələr  və  insanlar  arasında  fasiləsiz  surətdə  davam 
edən  iqtisadi-ticarət  münasibətləri,  habelə  bu  əlaqələrin  müxtəlif  formaları  bazarda  kəskin, 
rəqabət  mübarizəsi  şəklində  getsə  də,  bir  sıra  ziddiyətli  cətinliklər  yaransa  da,  lakin  son 
nəticə  etibarilə  bu  alış-verişlərin  istər  dövlətlər,  istərsə  hər  birimiz  üçün  faydalı  olduğu, 
hamılıqla  qəbul  edilir.  Ticarət  əlaqələrinin  xalqlar  arasında  etimad  körpüsü  olması,  onları 
yaxınlaşdırılması  meyli,  qədim  Şərq  müdriklərinin  belə  bir  hökmünü  təsdiqləyir:  «Hakim 
siyasətsiz,  elm  mübahisəsiz,  ölkə  ticarətsiz  yaşaya  bilməz».  Belə  bir  faktı  qeyd  etmək 
zəruridir ki, XXI əsrin birinci oniliyində dünyada 60 trilyon dollardan artıq istehsal olunan 
məhsul-xidmətlərini  28  trilyon  dolları  müxtəlif  təyinatlı  tələbləri  ödəmək  ücün,  beynəlxalq 
bazara (ixrac və idxal malları-xidmətləri şəklində) çıxarılaraq, satılıb-alınmışdır. 
Altıncı  prinsip,  buna  əsaslanır  ki,  bazarlar  cəmiyyətin  iqtisadi  fəaliyyətinin,  təşkili 
üçün  yaxşı,  əlverişli  bir  üsuldur.  Tarixi  təcrübədə  özünü  doğrultmayaraq,  iflasa  uğramış 
sosialist planlı tərüffat sisteminin əksi olan bazar iqtisadiyyatı şərtində mərkəzi planlaşdırıcı 
orqanların,  əmr  xarakterli  göstərişləri,  sərbəst  bazar  münasibətləri  reallğında  milyonlarla 
ailələrin  və  istehsal-xidmət  təyinatlı  şirkətlərinin  tələb-təklif  qanunu  əsasında  formalaşan 
qərarları  (arzu,  hökmü)  ilə  əvəz  olunur.  Müəyyən  qanunlar  və  bazar  rəqabəti  şəraitində 
fəaliyyət, göstərmək, çoxsaylı ev təsərüfatları, şirkətlər, korparasiyalar nə istehsal etməkdə, 
kimi  işə  qəbul  etməkdə,  satış  bazarları  seçməkdə  sərbəstdirlər.  Bu  mənada  bazar 
münasibətləri  iqtisadi  sistemində  mürrəkkəb  qarşılıqlı  əlaqələrdə  olan  ev  təsərüfatları  və 
şirkətlər sanki A.Simitin adı ilə bağlı «gözəgörünməz əl» tərəfindən idarə olunaraq, tədricən 
onların  fəaliyyətini arzu etdikləri nəticələrə doğru yönəldilir. Həmin prosesdə qiymət amili 
çox  mühüm  bir  rol  oynadığından  dövlətin,  müxtəlif  iqtisadi,  inzibati  yollarla  bu  işə 
müdaxiləsi,  şübhəsiz  bazar  iqtisadiyyatının  normal  fəailiyyətiniə  müəyyən  əngəllər  törədir. 
Çünki  bazar  iqtisadiyyatı,  coxsaylı  ailə  təsərüfatları  və  şirkətlərin  verdikləri  müstəqil  qərar 
əsasında  fəaliyyət göstərən, eyni zamanda  mövcud sərvətləri (iqtisadi resusları)  bölüşdürən 
bir  sistemdir.  Lakin  müasir  daxili-xarici  əlaqələr  sisteminin  mürəkələşdiyi,  iqtisadi 
inteqrasiya  proseslərinin  genişlənib-dərinləşdiyi,  qloballaşma  istiqamətində  vahid  dünya 
təsərrüfat 
sisteminin 
formalaşdığı 
bir 
şəraitdə 
hakimiyyət 
orqanlarının 
dövlət 
tənzimlənməsinin  müxtəlif  formalarından  müəyyən  hüdudlar  çərçivəsində  istifadə  etməsi 
tamamilə təbii və zəruridir.  


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə