Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə11/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
24
 
 
abstrakt  ümumiləşdirmələr  o  zaman  qiymətlidir  ki,  onun  qanunauyğunluq  və  prinsipləri 
real həyatda tətbiq olunaraq, həm cəmiyyətə, həm də onun üzvlərinə fayda gətirsin. 
b)  Analiz  və  sintez  metodu.  Analiz  metodu  vasitəsilə  tam  halda  götürülən  iqtisadi 
hadisələr, proseslər,  münasibətlər sistemi  aurı-aurı  hissələrə,  müəyyən cəhətlərə,  müxtəlif 
parçalara bölünərək təhlil edilir. Məsələn, vahid bir kompleks kimi fəaliyyət göstərən xalq 
təsərrüfatı  sənaye,  kənd  təsərrüfatı,  nəqliyyat  və  rabitə,  xidmət  dairələrinə  bölünərək 
öyrənilir.  Öz  növbəsində  sənaye  müxtəlif  sahələrə,  aqrar-sənaye  kompleksi  müxtəlif 
istehsal bölmələrinə ayrılaraq, öyrənilə bilər. 
Sintez  metodu  aurı-aurı  hissələrin  və  müxtəlif  cəhətlərin  birləşərək,  tam  vahid 
halında, yaxud ümumi şəkildə təhlilinə xidmət edir. Məsələn, kənd təsərriifatının əkinçilik, 
heyvandarlıq,  meyvə-tərəvəzçilik  kimi  sahələrinin  təhlili  əsasında  ölkənin  aqrar  bölməsi 
haqqında ümumi təsəvvür əldə etmək mümkündür. 
c)  Tarixi  müqayisəlik  metodu.  İqtisadi  hadisə  və  proseslər  müəyyən  zaman  və 
məkan  daxilində  baş  verdiyindən,  bunları  əvvəlki  dövrlə  müqayisə  edərək,  daha  düzgün 
qərarlar qəbul etmək vacibdir. İqtisadi nəzəriyyə bu metodla iqtisadi proseslərin törəməsi, 
dəyişməsi  və  inkişafı  prosesini  obyektiv  qiymətləndirə  bilər.  Məsələn,  başqa  ölkələrin 
tarixi  nümunəsi  əsasında  sənaye  və  kənd  təsərrüfatının  inkişaf  yolunu  izləməklə,  yaxud 
ekologiya  problemlərinə  diqqət  yetirməklə,  bir  sıra  mənfi  meyllərin  qarşısını  almaq 
mümkündür.  Çünki  tarixi  müqayisələr  təkcə  xatırlamaq  üçün  deyil,  həm  də  bu 
proseslərdən lazımi nəticələr çıxarmaq üçündür. 
ç)  Məntiqi  ardıcıllıq  metodu.  Bu  metod  tələb  edir  ki,  tarixi  ardıcıllıq  prinsipi  ilə 
nəzərdən keçirilən iqtisadi proseslər, məntiqi təfəkkürlə təhlil olunsun və həmin hadisələrin 
baş verdiyi konkret şərait nəzərə alınsın. 
İqtisadi  nəzəriyyənin  irəli  sürdüyü  ümumi  müddəalar  ardıcıl  məntiqi  mərhələlərlə 
həyata  keçirilməlidir.  Məsələn,  ümumi  daxili  məhsulun  (UDM)  optimal  artım  templərini 
təmin etmək üçün uyğun maddi-texniki baza, kifayət qədər hazırlıqlı kadrlar yetişməlidir. 
Yaxud  əhalinin  iqtisadi-sosial  vəziyyətini  yaxşılaşdırmaq,  işsizlik  problemini  həll  etmək 
üçün  nəzərdə  tutulan  tədbirlər  sistemi  məntiqi  bir  ardıcıllıqla  həyata  keçirilməlidir.  Bu 
mənada, tarixi metodla məntiqi metod bir-birini tamamlayaraq, vəhdət təşkil edir. 
d)  İnduksiya  və  deduksiya  metodu.  Bu  metodun  tətbiqi  vasitəsilə  müxtəlif  səpgili 
iqtisadi  problem  və  məsələlərə  dair  faktlar  toplanılır,  seçilir,  ümumiləşdirilir.  Həmin 
materiallar əsasında meydana çıxan elmi-nəzəri müddəalar bazasında, əməli fəaliyyət üçün 
konkret  tövsiyyələr  hazırlanır.  Deməli  bu  metod,  ayrı-ayrı  iqtisadi  faktların  toplanaraq 
ümumiləşdirilməsini nəzərdə tutur. 
Deduksiya metodu isə ümumi nəzəri müddəaların konkret əməli tətbiqini şərtləndirir. 
Bu  metod  ümumi  nəzəri  baxışlardan,  konkret  əməli  fəaliyyətə  gedən  yolu  göstərir.  Real 
həyatda  induksiya  və  deduksiya  metodlarının  birlikdə  tətbiqi  və  qarşılıqlı  əlaqədə  təsiri 
daha səmərəli nəticələr verir. 
e) Qrafik təsvirlər metodu. İqtisadi hadisə və prosesləri daha yaxşı qavrayıb təsəvvür 
etmək üçün müxtəlif cədvəl, diaqram, əyri və şəkillərdən istifadə olunur. Məsələn, tələblə 
təklifin  dəyişməsini  əmək  haqqı  ilə  əhalinin  iqtisadi-sosial  vəziyyətinin  asılılığını, 
inflyasiya  prosesləri  ilə  əhalinin  məşğulluğu  arasındakı  əlaqəni,  ümumi  daxili  məhsulun 
(UDM) artım dinamikasını qrafık üsullarla aydınlaşdırmaq mümkündür. 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
25
 
 
ə)  Riyazi  modelləşdirmə  metodu.  Bu  metod  iqtisadi  prosesləri  riyazi  düsturlar, 
tənliklər, qeyri-bərabər kəmiyyətlər vasitəsilə ifadə etməyə imkan verir. Məsələn, hər hansı 
bir  ölkədə  tədavüldə  nə  qədər  pulun  lazım  olduğunu,  torpaq  sahəsinin  qiymətini,  həyat 
səviyyəsi  indeksini,  xarici  ticarət  əlaqələrinin  səmərəliliyini  məhz  bu  metodla 
hesablayırlar.  Riyazi  modelləşdirmə  metodu  ilə  aparılan  hesablamalar,  iqtisadi  prosesləri 
sadəcə  qeydə  almaqla  kifayətlənməyib,  eyni  zamanda  həmin  hadisələrin  özünəməxsus 
xüsusiyyətlərini, habelə gələcək inkişaf meyllərini müəyyənləşdirməyə imkan verir. Həmin 
metod vasitəsi ilə iqtisadi modellər yaradılır. 
Cəmiyyətdə  baş  verən  mürəkkəb  və çoxcəhətli  iqtisadi  proseslərin aydınlaşdırılaraq 
təhlil  olunmasında,  habelə  perspektiv  təsərrüfat  həyatı  məsələlərinin  həllində  mühüm 
vasitə  olan  iqtisadi  metodlar,  konkret  şəraitə  görə  tətbiq  olunduqda,  habelə  biri-biriylə 
əlaqəli öyrənildikdə, şübhəsiz daha faydalı nəticələr əldə edilir. 
Qlobal  və  milli  iqtisadiyyat  çərçivəsində  baş  verən  ziddiyyətli  proseslərin  müxtəlif 
metodlar  vasitəsiylə  üyrənilməsi  iqtisadi  nəzəriyyənin  metodologiyası  adlanır.  Deməli 
iqtisadi  nəzəriyyənin  metodologiyası  –  təsərrüfat  həyatındakı  hadisələri  tədqiq  edən 
metodlar  haqqında  elmdir.  Metodologiya  iqtisadi  proseslərin  öyrənilib  dərk  edilməsinə 
ümumi mövqe, yaxud vahid fəlsəfi yanaşma zəmini ilə səciyyələnir. 
İqtisadi  nəzəriyyənin  ümumi  metodologiyasında  bir-neçə  əsas  yanaşmanı,  o 
cümlədən:  subyektiv  (idealist),  pozitiv-empirik  (neopozitiv  empirik  və  skeptizm),  rasional, 
dialektik (materialist) baxışları göstərmək olar. 
Subyektiv  yanaşma,  iqtisadi  proseslərin  təhlilinin  çıxış  nöqtəsi  kimi  subyekti 
(«mən»,  «homoekonomiksi»)  götürür  və  onun  fəaliyyətinin  (davranışının)  ətraf  mühitə 
münasibətini nəzərdə tutur.  
Pozitiv-empirik  yanaşma,  iqtisadi  hadisələrin  konkret  nəticələrinin  öyrənilməsinə, 
gələcəkdə  elmi-texniki  nailiyyətlər  əsasında  yeni  iqtisadi  modellərin  tətbiqinə  üstünlük 
verir. 
Rasional  yanaşma,  bütövlükdə  cəmiyyətin  iqtisadi  sisteminin  inkişafının  hərtərəfli 
qiymətləndirilməsini irəli sürür.  
Dialektik  yanaşma,  İqtisadi  prosesləri  daimi  hərəkət  və  dəyişmə  halında  götürərək, 
onların gələcək inkişaf meyllərini araşdırır. 
 
2.3. İqtisadi nəzəriyyə bir elm kimi cəmiyyətin təsərrüfat həyatında gedən prosesləri 
izləyib  təhlil  etmək  və  öz  mülahizələrini  bildirmək  üçün  həmişə  iqtisadi  kateqoriyalara, 
yaxud anlayışlara, terminlərə müraciət edir. 
İqtisadi  kateqoriyalar,  iqtisadi  hadisələrin  və  təsərrüfat  həyatının  müxtəlif 
proseslərinin  ən  mühüm  tərəflərini  ifadə  edən  nəzəri  anlayışlardır.  Bu  anlayış  və 
kateqoriyalar,  iqtisad  elminin  ayrı-ayrı  cəhətlərini  ümumiləşdirilmiş  şəkildə  ifadə  edən 
simvollar, rəmzlər kimi iqtisadi nəzəriyyənin əlifbası rolunu oynayır. İqtisadi kateqoriya və 
anlayışları  öyrənib  dərk  etmədən,  onların  mahiyyətini  və  təzahür  formalarını,  dəyişilmə 
xüsusiyyətlərini  və  transformasiya  gedişini  bilmədən,  təsərrüfat  həyatının  mürəkkəb 
proseslərindən baş çıxarıb onları izah etmək mümkün deyildir. Müqayisə üçün qeyd etmək 
olar  ki,  bədii  ədəbiyyatın  obrazları  müxtəlif  insanlardırsa,  iqtisadi  nəzəriyyə  elminin 
«obrazları və surətləri» məhz kateqoriyalardır. 
Məsələn,  mülkiyyət,  torpaq,  bazar,  əmtəə,  pul,  istehsal,  bölgü,  mübadilə,  istehlak, 
ticarət,  kapital,  əmək,  gəlir,  iş  qüvvəsi,  faiz,  bank,  renta,  dəyər,  qiymət,  əmək  haqqı, 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə