Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə13/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
28
 
 
Zaman  keçdikcə  bütövlükdə  cəmiyyətin  və  ailələrin,  nəhayət  hər  birimizin 
tələbatlarının tədricən artması, habelə dəyişkən zövq müxtəlifliyi reallığında iqtisadiyyatın 
başlıca  vəzifəsi,  bu  çoxsaylı  tələblərin  ödənilməsindən  ibarətdir.  Həmin  fasiləsiz  əmtəə-
xidmətlərin  istehsal  prosesini  isə  ölkənin  imkanlarını  nəzərə  almaq,  istehsalın  optimal 
strukturunu formalaşdırmaq, daxili-xarici iqtisadi əlaqələrin tarazlı nisbətini gözləmək yolu 
ilə həyata keçirmək mümkündür. 
 
3.2.  İqtisadi  resurslar  (ehtiyatlar)  dedikdə,  əmtəələrin  istehsalı  və  xidmətlərin 
göstərilməsi  üçün  istifadə  olunan  bütün  təbii,  əmək  və  insan  tərəfindən  yaradılmış 
obyektlər,  fabrik  və  zavodları,  sənaye  və  kənd  təsərrüfatı  məhsulları  istehsalında  istifadə 
olunan  avadanlıq,  alətlər,  mexanizmlər,  müxtəlif  rabitə  və  nəqliyyat  vasitələri,  saysız-
hesabsız əmək növləri, torpaq və faydalı qazıntılar nəzərdə tutulur. İqtisadi nəzəriyyədə bu 
resurslar  maddi  yəni torpaq, xammal  və kapital kimi  maddi resurslara,  insan resurslarına, 
yəni əmək və sahibkarlıq qabiliyyətinə bölünür. İqtisadi resurslar 4 kateqoriyaya ayrılır: 
Torpaq anlayışı (kateqoriyası) bütün təbii ehtiyatları, istehsal prosesində tətbiq oluna 
bilən  və  təbiətin  insanlara  bəxş  etdiyi  nemətləri  əhatə  edir.  İqtisadi  resurs  kimi  torpaq 
kateqoriyasına  becərilən  torpaqlar,  meşələr,  su  ehtiyatları,  müxtəlif  mədən  və  yataqlar 
daxildir.  Tanınmış  ingilis  iqtisadçısı  Uilyam  Petti,  torpağı  bütün  sərvətlərin  anası 
adlandırmışdı. 
Kapital
,  yaxud  «investisiya  ehtiyatları»  bütün  mövcud  olan  istehsal  vasitələrini, 
əmtəələrin  və  xidmətlərin  hazırlanıb  son  istehlakçıya  çatdırılması  üçün  istifadə  olunan 
avadanlıqları,  maşınları,  alətləri,  nəqliyyat  vasitələrini,  satış  şəbəkəsini  əhatə  edir.  Həmin 
zəruri vasitələrin istehsalı və toplanması prosesi investisiya adlanır. 
Bu prosesdə 2 cəhəti fərqləndirmək lazımdır. Əvvələn, investisiya əmtəələri (istehsal 
vasitələri)  istehlak  məhsullarından  onunla  fərqlənir  ki,  sonuncular  təlabatı  birbaşa, 
birincilər  isə  bilavasitə  istehlak  mallarının  istehsalını  təmin  etməklə  ödəyirlər.  Sonra  isə 
burada  işlədilən  mənada  «kapital»  termini  pulu  nəzərdə  tutmur.  Menecer  və  iqtisadçılar 
çox  vaxt  maşın,  avadanlıq  və  digər  istehsal  vasitələrinin  alınması  üçün  istifadə  edilən 
məbləği  «pul  kapitalı»  kimi  qələmə  verirlər.  Amma  qeyd  etmək  zəruridir  ki,  pul 
özlüyündə,  yəni  tətbiq  olunmadığı  və  heç  nə  istehsal  etmədiyi  halda,  əslində  iqtisadi 
ehtiyat  (resurs)  sayıla  bilməz.  Bu  mənada,  real  kapital  istehsal  avadanlıqları,  dəzgahlar, 
maşınlar,  mexanizmlər  olub,  iqtisadi  resurslara  (ehtiyatlara)  aid  edilir.  Pul  və  maliyyə 
ehtiyatları  isə  nə qədər  vacib olsa da,  iqtisadi resurslara daxil  edilmir,  hətta bəzən «saxta 
kapital» kimi səciyyələndirilir. 
Əmək,  bütün  sərvətlərin  yaradıcısı  (atası)  kimi,  hər  bir  istehsal  prosesinin  həlledici 
amillərindəndir.  Əmək,  insanın  fiziki-əqli-mənəvi  qüvvələrinin  toplusu  olub,  maddi 
məhsulların  və  mənəvi  sərvətlərin  yaradılması  işinə  xidmət  edir.  Fəhlənin  və  fermerin, 
alimin  və  sürücünün,  müəllimin  və  həkimin,  aktyorun  və  qulluqçunun  fəaliyyəti,  onun 
əməyinin, zəhmətinin nəticəsidir. Elm və texnika nə qədər inkişaf etsə də, istehsal-xidmət 
prosesləri  getdikcə  mexanikləşdirilib  avtomatlaşdırılsa  da,  şübhəsiz  insan  əməyi,  yaxud 
«insan  kapitalı»  həmişə  öz  mühüm  rolunu  oynayacaqdır.  Təsadüfi  deyilməmişdir  ki,  ən 
yeni  texnika  və  mükəmməl  dəzgahlar  da  onlara  insan  əli,  əməyi  toxunmadan  hərəkətə 
gətirilə  bilmədiyindən,  sanki  «ölüdür».  Müasir  dövr  insan  əməyinə,  onun  işgüzar 
peşakarlıq qabiliyyətinə daha yüksək tələblər irəli sürdüyündən, aydındır ki, yalnız texniki 
nailiyyətlərin  ixtisaslı  kadrların  peşə  fəaliyyəti  ilə  üzvü  surətdə  bir-birini  tamamlaması, 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
29
 
 
şübhəsiz  ən  optimal  səmərəli  iqtisadi-sosial  nəticələr  əldə  edilməsinə  real  şərait  yarada 
bilər. 
Sahibkarlıq  fəaliyyəti  (qabiliyyəti,  bacarığı)  xüsusi  bir  insan  resursu  kimi  istehsal-
xidmət  dairəsində  müxtəlif  iqtisadi  resursların  (iqtisadi  amillər  kimi)  fərqli  surətdə 
əlaqələndirilərək  (birləşdirilərək),  keyfiyyətcə  yeni  təyinatlı  məhsulların  hazırlanması, 
yaxud xidmətlərin göstərilməsi işinin səmərəli təşkilidir. Orkestrə drijor lazım olduğu kimi 
mürəkkəb  və  özünəməxsus  fərqli  cəhətləri  ilə  seçilən  ayrı-ayrı  istehsal,  habelə  xidmət 
sahələrinin  ahəngdar  işinin  fasiləsiz  davamı  üçün  xüsusi  istedad,  habelə  təşkilatçılıq 
mədəniyyəti tələb  edən sahibkarlıq  fəaliyyəti zəruridir. Mütəxəssislərin  fikrincə, nadir  bir 
məharət sayılan sahibkarlıq qabiliyyəti, hər 100 adamdan yalnız 5-7nəfərdə olur. 
Bazar münasibətləri iqtisadi sistemi şəraitində sahibkarlıq bacarığı həm istehsal, həm 
təchizat,  həm  də  satış  mərhələlərinin  normal  fəaliyyətinin  davamlı  surətdə  təşkil  olunub 
həyata keçirilməsində mühüm rol oynayır. Çətin və riskli bir peşə seçmiş əsl sahibkar, öz 
gündəlik fəaliyyətində üzərinə müəyyən vəzifələr götürərək, onların reallaşmasına çalışır. 
1.  Sahibkar  əmtəə-xidmətlərin  istehsalının  vahid  prosesini  təşkil  etmək  üçün  müxtəlif 
amillərin – torpağın, kapitalın və əməyin birləşdirilməsi təşəbbüsünü öz üzərinə götürür. 
2.  Sahibkar işgüzar biznesinin aparılması prosesində bütün əsas qərarların qəbul edilməsi, 
şirkətin  fəaliyyət  istiqamətini  müəyyənləşdirən  şərtlərin  həyata  keçirilməsinə 
məsuliyyət daşıyır. 
3.  Sahibkar  həmişə  yenilikçi  olub,  istər  məhsulların  istər  istehsal  texnologiyalarının, 
istərsə  də  biznesin  təşkili  işinin  ən  yeni  formalarının  kommersiya  prinsipləri  əsasında 
tətbiq olunmasına təşəbbüs göstərir. 
4.  Sahibkar  –  riskə  gedən  adamdır.  Bazar  münasibətləri  iqtisadi  sistemində  sahibkara 
əvvəlcədən  mənfəət  təminatı  verilmir.  Onun  biznes  fəaliyyətinə  sərf  etdiyi  vaxtın, 
səylərin,  qabiliyyətin  son  nəticəsi  mənfəət  yaxud  ziyan,  hətta  müflisləşmə  ola  bilər. 
Sahibkar  fəaliyyəti  ilə təkcə öz vaxtı, zəhməti,  işgüzar bir adam kimi  nüfuzu  ilə deyil, 
eyni  zamanda  şəriklərinin,  səhmdarların  vəsaitləri,  habelə  ona  olan  inamları  ilə  də 
«iqtisadi oyun» iştirakçısı kimi məsuliyyət daşıyır . 
 
3.3.  Bazar  münasibətləri  iqtisadi  sistemində  bütün  təsərrüfat  və  işgüzar  biznes 
fəaliyyətinin  son  nəticəsi  gəlirlə  (mənfəətlə)  ölçülür.  İqtisadi  nəzəriyyədə  torpaqdan 
istifadə  ilə  əldə  olunan  gəlir  venta  adlanır.  Müəyyən  bir  sahədə  çalışan  işçilərin  və 
qulluqçuların gəlirləri, onlara əmək haqqı formasında çatır. Müxtəlif istiqamətli sahibkarlıq 
fəaliyyəti  ilə  məşğul  olanların  gəliri  mənfəət  adlanır.  Əhalinin  ayrı-ayrı  təbəqələrinin, 
şirkətlərin  banklarda  saxladıqları  əmanətlər,  əldə  etdikləri  səhmlər,  aldıqları  dövlət 
istiqrazlarının müəyyən faiz şəklində onlara gətirdiyi gəlir (uduşlar) isə dividend adlanır. 
Ona  görə  də  bazar  iqtisadiyyatı  şəraitində  istər  bütövlükdə  cəmiyyət  miqyasında, 
istərsə  kiçik-orta  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olanlar,  istərsə  də  iri  şirkətlər,  inhisar 
birlikləri,  trans  milli  korporasiyalar  (TMK-lar)  öz  işlərini  elə  qurmağa  çalışırlar  ki, 
mövcud,  məhdud  resurslardan  daha  səmərəli  istifadə  etmək  yolu  ilə  ən  yüksək 
(maksimum) gəlir əldə edə bilsinlər. Bunun üçün isə aşağıdakı şərtlərə əməl olunması tələb 
olunur:  a)  ölkənin  əmək  ehtiyatlarından  dolğun  istifadə  olunmalı  və  işsizlik  səviyyəsi  ən 
aşağı  həddə  saxlanmalıdır;  b)  istehsal  proseslərində  və  xidmət  sahələrində  xərclər 
(məsrəflər)  minumum  səviyyəyə  endirilməlidir;  c)  müxtəlif  təsərrüfat  sahələri  arasında 
məhdud  resursların  bölgüsü  elə  aparılmalıdır  ki,  onlardan  hazırlanan  məhsullar-xidmətlər 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə