Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə12/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
26
 
 
ümumi  daxili  məhsul,  həyat  səviyyəsi,  kapitalist,  sahibkar,  istehsal  xərcləri,  kredit, 
investisiya, büdcə kəsiri, mənfəət, rəqabət, tələb, təklif, inhisar iqtisadi kateqoriyalardır. Bu 
iqtisadi anlayışlar vasitəsiylə həyatda rastlaşdığımız təsərrüfat problemləri aydınlaşdırılır. 
 
2.4.  İqtisadi  nəzəriyyə  fənnini  öyrənmə  gedişində  müxtəlif  iqtisadi  qanunların  adı 
çəkilir və onların mahiyyəti, təzahür formaları, habelə fəaliyyət mexanizmi təhlil edilir. 
İqtisadi  qanunlar  –  cəmiyyət  həyatının  iqtisadi  hadisə  və  prosesləri  arasında  baş 
verən, daimi təkrar olunan, sabit, möhkəm, mahiyyəti təşkil edən ən mühüm səbəb-nəticə 
əlaqələrini  ifadə  edir.  Başqa  sözlə,  iqtisadi  qanunlar  hadisələrin  və  proseslərin  əsl 
mənasını,  məntiqi  ardıcıllığını,  onların  arasındakı  zəruri  daxili  asılılıq  əlaqələrini  ifadə 
edir. 
İqtisadi qanunlardan tələb və təklif qanununu, əmək məhsuldarlığının  yüksəldilməsi 
qanununu,  son  faydalılığın  azalması  qanununu,  yığım  qanununu,  pul  tədavülü  qanununu, 
dəyər  qanununu,  rəqabət  qanununu,  tələbatın  artması  qanununu,  torpağın  münbitliyinin 
azalması  qanununu  göstərmək  olar.  Bu  qanunlar  iqtisadiyyatın  və  bütövlükdə  təsərrüfat 
həyatının  obyektiv  inkişaf  meyllərini  əks  etdirərək,  uzun  müddətli  dövr  ərzində  məntiqi 
ardıcıllıqla, habelə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər. 
Eyni  zamanda  müxtəlif  tədqiqatçıların  adları  ilə  bağlı  olub,  iqtisadi  proseslərin 
mahiyyət  əlaqələrini  aydınlaşdırmağa  çalışan  Sey  qanununu,  Qossen  qanununu,  Engel 
qanununu, Oyken qanununu qeyd etmək lazımdır. 
Təbiətdə olduğu kimi cəmiyyət həyatının da obyektiv qanunları vardır. Lakin təbiətin 
mütləq  mənada  insan  şüurundan  və  iradəsindən  asılı  olmayan  qanunlarından  (planetin 
hərəkəti,  okeanların  qabarıb-çəkilməsi,  cazibə  qüvvəsi)  fərqli  fəaliyyət  göstərən  iqtisadi 
qanunları  tənzimləmək  mümkündür.  Bu  tənzimləmə  prosesi  insanların  şüurlu  və 
məqsədyönlü  fəaliyyəti,  habelə  dövlətin  düşünülmüş  iqtisadi  siyasəti  ilə  həyata  keçirilə 
bilər. 
İqtisadi  qanunlar  cəmiyyət  həyatında  bir-biri  ilə  qarşılıqlı  əlaqə  və  təsir  şəraitində 
sistem kimi fəaliyyət göstərirlər. Bu qanunları dərk etməyin başlıca şərti, onların fəaliyyət 
göstərdiyi  konkret  şəraiti,  mühiti,  ölkəni  nəzərə  almaqdır.  İqtisadi  qanunların  normal 
fəaliyyət  göstərməsi  üçün  müəyyən  ilkin  zəruri  şərtlər  olmalıdır.  Məsələn,  hər  hansı  bir 
ölkədə,  yaxud  istehsal  sahəsində  rəqabət  qanununun  normal  fəaliyyət  göstərməsi  üçün 
sərbəst  sahibkarlığın,  mülkiyyət  və  investisiya  hüququnun,  sərbəst  bazar  qiymətlərinin 
mövcudluğu tələb olunur. 
Dövlətin ölkənin təsərrüfat həyatını özünün sərt və ciddi  nəzarəti altında saxlaması, 
şübhəsiz iqtisadi qanunların fəaliyyət, habelə təsir dairəsini məhdudlaşdırır. 
Müasir  mərhələdə  ölkənin  təsərrüfat  həyatını  uğurla  və  səmərəli  idarə  etmək  üçün 
dövlət  tərəfindən  tənzimləyici  hüquqi  qanunlar  qəbul  edilməsinə  ehtiyac  vardır.  Bu 
qanumlar  isə  yalnız  o  zaman  «işləyə»  bilər  ki,  onların  fəaliyyəti  üçün  əlverişli  şərait 
yaradılsın. Aydındır ki, hüquqi qanunlarla iqtisadi qanunları eyniləşdirmək olmaz. Zaman 
keçdikcə  və  zərurət  yarandıqca,  hüquqi  qanunları  təkmilləşdirmək,  yeniləşdirmək,  hətta 
ləğv etmək  mümkündür. Lakin tələb  və təklif, rəqabət, qiymət kimi qanunları  ləğv etmək 
olmaz. Ona görə də hüquqi qanunlar, normativ aktlarla obyektiv iqtisadi qanunlar arasında 
hökmən müəyyən bir uyarlıq, tarazlıq və ahəngdarlıq olmalıdır. 
 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
27
 
 
 
Mövzu 3.  İqtisadi problemlərə giriş 
 
3.1  İqtisadi nəzəriyyənin (economicsin) əsasları.Tələbatların sonsuzluğu və 
resursların məhdudluğu 
3.2  İqtisadi resurslar və onların bölgüsü (təsnifatı, dərəcələri, kateqoriyaları) 
3.3  Resurslardan səmərəli istifadə olunması 
3.4  İstehsal imkanları və alternativ xərclər 
3.5  İstifadə edilməmiş resurslar və iqtisadi artım 
 
3.1.  Müasir  iqtisadi  nəzəriyyənin  (economicsin,  iqtisadiyyatın,  siyasi  iqtisadın) 
əsasında, şübhəsiz müəyyən fərqlərə baxmayaraq, bir-biri ilə sıx və dialektik vəhdət təşkil 
edən 2 amil fakt, reallıq durur. Bu iki qarşılıqlı əlaqədə olan cəhət, economicsin bütün əsas 
problemlərini və müxtəlif cəmiyyətlərin iqtisadi proseslərini özündə birləşdirir. 
Birincisi
, insan cəmiyyəti yarandığı dövrdən bizim günlərimizə qədər onun ayrı-ayrı 
üzvlərinin,  müxtəlif  təsisatlarının,  nəhayət  bütövlükdə  məcmu  maddi-mənəvi  təlabatları 
artmağa doğru getmiş və bu meyl indi də davam etməkdədir. Təsadüfi deyildir ki, iqtisadi 
ədəbiyyatda  belə  bir  fikir  xüsusi  vurğulanır:  tarixən  cəmiyyətin  maddi-mənəvi  tələbatları 
sonsuzdur,  hüdudsuzdur  və  görünür  heç  vaxt  tam  ödənilməyəndir.  Çünki  planet 
miqyasında  əhalinin  sayının  son  200  ildə  6-7  dəfə  artması,  insanların  zövq,  seçim, 
tələblərinin  dəyişməsi,  «arzunun  özündən  doğan  arzular»  kimi  elmi-texniki  kəşflər,  yeni 
mütərəqqi  texnologiyalar  bazasında  əvvəllər  məlum  olmayan  xüsusi  keyfiyyətlərə  malik 
materiallardan  hazırlanmış  əmtəələr  istehsalı,  habelə  müxtəlif  təyinatlı  xidmətlərin 
göstərilməsi,  bu  prosesə  istər  mütləq,  istərsə  də  nisbi  mənada  həqiqətən  müəyyən  bir 
sonsuzluq xarakteri verir. Son 100 il ərzində cəmiyyətin iqtisadi-sosial həyatına, gündəlik 
məişətinə,  mənəviyyatına  daxil  olmuş  saysız-hesabsız  məhsullar,  xidmətlər,  dəyərlər, 
habelə  bunların durmadan artması gözlərimiz önündə  baş  verir. Hesablamalar göstərir ki, 
hazırda  dünyada  40  milyon  adda,  necə  deyərlər  iynədən  tutmuş  hərbi  raketlərə  qədər  və 
ərzaq  məhsullarından  başlamış  qiymətli  zinyət  əşyalarına  kimi  məhsullar  istehsal  olunur, 
habelə xidmətlər göstərilir. Həmin məhsul-xidmətlərin illik ümumi dəyəri 60 trilyon dolları 
ötür. 
İkincisi,  cəmiyyətin  iqtisadi  resursları,  onun  sərancamında  olan  istehsal  vasitələri 
(maddi-texniki  imkanları),  ayrı-ayrı  növ  və  çeşidləri  ilə  seçilən,  habelə  müxtəlif  təyinatlı 
xidmətlər  göstərmək  üçün  tələb  olunan  xammal,  yanacaq,  materialları  isə  qismən,  yaxud 
tamamilə  məhduddur.  Məsələn,  Qərbi  Avropa  ölkələrinin,  Yaponiyanın,  Ukraynanın, 
Baltikyanı  dövlətlərin  yanacaq  ehtiyatları  çox  azdır.  Dəmir,  mis,  qalay,  daş  kömür,  qızıl 
ehtiyatları da ölkələr arasında qeyri-bərabər surətdə  yerləşmişdir.  Aqrar bölmənin  bir  sıra 
məhsullarını  da  iqlim-torpaq  xüsusiyyətləri  ilə  bağlı  ehtiyac  olsa  belə,  dünyanın  müxtəlif 
ölkələrində  yetişdirmək  mümkün  deyildir  yaxud  iqtisadi  səmərəlilik  baxımından 
məqsədəuyğun sayılmır. 
Deməli,  ölkədə  iqtisadi  resursların  (ehtiyatların,  sərvətlərin)  məhdudluğu,  yaxud 
obyektiv-subyektiv  səbəblər  üzündən  bunlardan  cəmiyyətin  tələbatlarını  ödəməyin 
çətinliyi, ya mövcud imkanlardan son dərəcə qənaətlə (effektli) istifadə olunmasını, ya da 
həmin  məhsul-xidmətlərə  olan  tələblərin  başqa  dövlətlərdən  (beynəlxalq  bazardan)  idxal 
edilməsi vasitəsilə yerinə yetirilməsini irəli sürür. 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə