Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə176/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   168   169   170   171   172   173   174   175   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
366
 
 
Tarazlıq  qiyməti  –  Bazarda  tələbin  həcminin  təklifin  həcminə  uyğun  (bərabər)  olduğunu 
tənzimləyən qiymət səviyyəsi. 
Tender – Açıq və qapalı şəkildə keçirilən satışlar, sifarişlərin, layihələrin müsabiqə yolu ilə 
seçilməsinin xüsusi forması. 
Təbii  resurslar  (ehtiyatlar)  –  Əmtəə-xidmətlərin  istehsalında  istifadə  edilməsi  mümkün 
olan təbii sərvətlərin bir hissəsi. 
Tədiyə  balansı  –  Müəyyən  dövr  ərzində  ölkəyə  valyuta  daxil  olmaları  ilə  onun  valyuta 
xərcləri arasındakı nisbəti (fərqi) əks etdirən cədvəl. 
Tədavül – Əmtəə və xidmətlərin pul vasitəsilə mübadiləsi, yaxud alqı-satqısı. 
Təklif – Bazarda olan və oraya göndərilə bilən əmtəə-xidmətlərin cəmi. 
Təklif qiyməti – Rəqabətli bazarda satıcının təklif etdiyi qiymət. 
Təklif  qanunu  –  Başqa-başqa  şərtlər  sabit  qaldıqda,  əmtəə-xidmətlərin  qiymətinin 
dəyişməsi ilə təklifin dəyişməsi nisbəti arasındakı asılılığın ifadəsi. 
Tələb  –  İstehlakçının  pul  imkanı  daxilində  bazardakı  əmtəə-xidmətlərdən  faydalanmaq, 
yaxud olun alıcılıq qabiliyyəti. 
Tələb  qanunu  –  Başqa  şərtlər  sabit  qaldıqda,  qiymətin  dəyişməsi  ilə  bağlı  tələbin 
dəyişməsi arasındakı asılılığın ifadəsi. 
Tələb qiyməti
 – Alıcının bazarda əmtəə-xidmətlər üçün təklif etdiyi qiymət. 
Tələbat  –  İnsanların  ehtiyac  duyduğu,  malik  olmaq  istədiyi,  istifadə  etmək  arzusunda 
olduğu əmtəələr və xidmətlər toplusu. 
Təkrar istehsal – İstehsal prosesinin vaxtaşırı təkrarı və fasiləsiz davamı. 
Ticarət  –  Hazır əmtəə-xidmətlərin  istehsal  dairəsindən  istehlak  dairəsinə  hərəkətini  təmin 
edən sahə. 
Torpaq
 – İstehsal prosesinin əsas amillərindən biri. 
Torpaq rentası – Torpaq mülkiyyətçisinin əldə etdiyi gəlir. 
Transaksiya xərcləri – Əsas  istehsal  və tədavül  xərclərindən əlavə digər dolayı əməliyyat 
xərcləri. 
Transmilli  korporasiya  (TMK)  –  Beynəlxalq  miqyasda  əlaqələr  şəbəkəsi  olan  müasir 
nəhəng korporasiya. 
Tsiklik  işsizlik  –  İqtisadi  böhranlar  vaxtı  istehsal  səviyyəsinin  aşağı  düşməsi  nəticəsində 
yaranan işsizlik forması. 
Trest – Qrup mülkiyyəti əsasında yaranan inhisar forması. 
TRASEKA – Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi. 
Trend – Müəyyən vaxt ərzində dəyişən hər hansı bir kəmiyyətin enib-qalxma meyli. 
 

Uçot  –  İqtisadi  proseslərin  və  obyektlərin  idarə  olunması  göstəricilərinin  müəyyən 
cədvəllərdə əks olunması. 
Ucuz  pul  siyasəti  –  Mərkəzi  Bankın  kredit  faiz  dərəcələrini  aşağı  endirmək  yolu  ilə 
kreditləşdirmənin genişləndirilməsinə istiqamətlənmiş tədbirlər sistemi. 
Uduşlu istiqrazlar – Gəlirin uduş formasında ödənildiyi istiqraz növü. 
Universal  banklar  –  Bank  əməliyyatlarının  bütün  əsas  növləri  (kredit,  depozit,  fond, 
hesablama və sair) üzrə xidmət göstərən kredit təşkilatı. 
Universal birja – Ən müxtəlif qiymətli kağızların alqı-satqısı ilə məşğul olan birja. 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
367
 
 
Unsiya – 31,1 qrama bərabər qızılın çəki vahidi. 
Urbanizasiya – Əhalinin və iqtisadi fəaliyyətin şəhərlərdə cəmləşməsi prosesi. 
Utilləşdirmə  –  Hər  hansı  növ  tullantının  təkrar  emalı  sayəsində,  ondan  yenidən  xammal 
yanacaq, gübrə kimi istifadə edilməsi. 
Uyğunsuzluq – Bazardakı əmtəə-xidmətlərin qiymətlərinin kəsgin dəyişməsi. 
Uzun  dalğalar  nəzəriyyəsi  –  N.D.Kondratyevin  adı  ilə  bağlı  iqtisadi  inkişafın  dalğavari 
uzun (45-60 il), orta (7-11 il), qısamüddətli dəyişmələrini əsaslandıran elmi konsepsiya. 
Uzunmüddətli borc – Bir ildən artıq müddətə verilmiş borc, ssuda. 
Uzunmüddətli  istehlak  əmtəələri  –  Əhaliyə  uzun  müddət  xidmət  göstərən  istehlak  və 
xidmət təyinatlı məmulatlar, əşyalar. 
Uzunmüddətli istiqrazlı – Ödəniş müddəti bir neçə ilə nəzərdə tutulan istiqrazlar. 
Uzunmüddətli  proqnoz  –  İqtisadi,  sosial  və  texniki  sahələrdə  perspektiv  inkişaf 
proseslərinin irəlicədən müəyyənləşdirilməsi. 
Uzunmüddətli  rəqabət  tarazlığı  –  Bazarda  tələb  və  təklifin  həcminin  bərabərliyi,  yaxud 
tarazlığı vəziyyəti. 
Uzunmüddətli  planlaşdırma  –  Həyata  keçirilməsi  gələcək  bir  neçə  ilə  nəzərdə  tutulmuş 
planlar, layihələr, proqramlar. 
Uzunmüddətli  vaxt  dövrü
  –  Makroiqtisadi  səviyyədə  ölkə  miqyasındakı  proseslərdə  bir 
ildən artıq müddətə hesablanan dövr. 
Uzunmüddətli veksel – Ödəniş  müddəti təqdim olunduğu gündən  başlayaraq  bir aydan az 
olmayan köçürmə veksel. 
 
Ü 
Üçüncü  bazar
  –  Birja  üzvü  olmayanların  qiymətli  kağızlarla  birjadankənarda  müxtəlif 
alqı-satqı əməliyyatları apardıqları bazar. 
Üfüqi  birlik  –  Oxşar  texnika-texnologiya  əsasında,  eyni  təyinatlı  məhsul  istehsal  edən 
şirkətlərin korporasiya daxilində birləşməsi. 
Ümumi  xərclər  –  Şirkət  və  korporasiyanın  məhsulun  istehsalı,  daşınması,  satışı  ilə  bağlı 
olan bütün xərcləri. 
Ümumi  daxili  məhsul  –  Mülkiyyət  mənsubiyyətindən  asılı  olmayaraq,  ölkə  ərazisində 
fəaliyyət göstərən şirkətlərin il ərzində istehsal etdikləri hazır əmtəələrin (məhsulların) və 
göstərilən xidmətlərin ümumi dəyər (pul) ifadəsi. 
Ümumi  milli  məhsul  –  Ölkədə  və  onun  hüdudlarından  kənarda  milli  iqtisadiyyatın 
resursları  hesabına  il  ərzində  istehsal  olunmuş  son  hazır  məhsulların  (əmtəələrin), 
göstərilən xidmətlərin ümumi bazar qiymətləri ilə dəyər (pul) ifadəsi. 
Ümumi gəlir – Şirkətin, birliyin, korporasiyanın təsərrüfat fəaliyyəti nəticəsində əldə etdiyi 
gəlir. 
Ümumi  mülkiyyət  –  Bir  neçə  sahibkarın,  mülkiyyətçinin,  bütövlükdə  ictimaiyyətin 
mülkiyyəti. 
Ümumi  rentabellik  –  Təsərrüfat  vahidinin,  sahənin  iqtisadi  fəaliyyətinin  ümumi 
səmərəlilik meyarı, göstəricisi. 
Ümumi risq – İqtisadi fəaliyyətin bütün agentlərinə təsir göstərən risqlər. 
Ümumi  sifariş  –  Müəyyən  həcm  və  məbləğdə  məhsulun  konkret  vaxt  ərzində 
hazırlanmasını, lakin həmin məhsulun təhvil verilməsi vaxtının dəqiqləşdirilmədiyi sifariş. 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
368
 
 
Ümumi tələbat – Cəmiyyətin və onun üzvlərinin bütün tələbatlarının məcmusu. 
Ümummilli  reklam  –  Ölkə  miqyasında  tanınmış  şirkətin  ərzaq  və  sənaye  mallarının 
yayılması üçün istifadə edilən reklam. 
Üzən  faiz  dərəcəsi  –  Orta  və  uzun  müddətli  kreditlər  üzrə  tətbiq  edilən,  lakin  həmin 
səviyyənin kreditləşmənin bütün dövrünə tətbiq olunmayan faiz dərəcəsi. 
Üzən  (axan)  kapital  –  Daha  yüksək  iqtisadi  səmərə  əldə  etmək  məqsədilə,  kapitalın  bir 
bazar və sahədən digərinə keçirilməsi. 
Üzən  valyuta  məzənnəsi  –  Səviyyəsi  konkret  bazar  vəziyyəti,  konyuktura,  tələb-təklif, 
habelə digər amillərlə enib-qalxan və sərbəst surətdə dəyişən valyuta məzənnəsi. 
 

Va-bank 
– Böyük risq və təhlükə ilə bağlı olan hərəkət etmək. 
Vahid iqtisadi məkan – İqtisadi ittifaqda birləşmiş bir neçə dövlətin təşkil etdiyi təsərrüfat 
fəaliyyəti zonası. 
Vaxta  görə  əmək  haqqı  –  Əmək  haqqının  iş  vaxtının,  iş  saatlarının  kəmiyyətindən  asılı 
olaraq, işçinin əməyinin ödənilməsi forması. 
Vaxtı keçmiş kredit – Müəyyən edilmiş vaxtda banka qaytarılmamış kredit. 
Valyuta  –  Ölkənin  milli  pul  vahidi  (manat,  dollar,  avro)  və  beynəlxalq  hesablaşmalarda 
haqq-hesab aləti. 
Valyuta məzənnəsi – Bir ölkənin pul vahidinin digər ölkənin pul vahidində ifadəsi. 
Valyuta  bazarı  –  Müxtəlif  ölkələrin  valyutalarının  alqı-satqısının  aparıldığı  birja  və 
birjadankənar (banklararası) sahələr. 
Valyuta böhranı – Ölkələrin pul-kredit sisteminin böhranı. 
Valyuta  tənzimlənməsi –  Valyuta  məzənnəsinin  dövlət  tərəfindən  müəyyən  bir  səviyyədə 
saxlanması. 
Valyuta  pariteti  –  Müxtəlif  ölkələrin  valyutaları  arasında  alıcılıq  qabiliyyəti  hesabilə 
müəyyənləşdirilmiş nisbət. 
Veksel – Borc ödənişi üçün müəyyən olunmuş formada tərtib edilmiş öhdəlik sənədi. 
Veksel krediti – Veksel sahibinin bankı tərəfindən kredit verilməsi formalarından biri. 
Veksel tədavülü – Tədəvül dairəsində veksellərin pul sənədləri kimi hərəkət edərək, ödəniş 
vasitəsi formasında bir əldən başqasına keçməsi. 
Vauçer – Qiymətli kağızların bir növü. 
Vergi  –  Dövlət  tərəfindən  vətəndaşlardan,  şirkətlərdən,  korporasiyalardan,  təşkilatlardan 
tutulan məcburi ödəmələr. 
Vergi dərəcəsi
 – Müxtəlif vergiqoyma (sabit, mütərəqqi, enən) norması. 
Vergi sistemi – Ölkədə vergiqoymanın, tutulan vergilərin forma və metodlarının, vergilərin 
toplanması və istifadəsinin, habelə müvafiq vergi orqanlarının məcmusu. 
Vergi  siyasəti  –  Vergi  və  vergiyəcəlbetmə  sahəsində  dövlətin  həyata  keçirdiyi  tədbirlər 
sistemi. 
Vergi  tənzimlənməsi  –  Vergi  növləri  və  dərəcələrinin,  vergi  güzəştləri  və 
cəlbolunmalarının  müəyyənləşdirilməsi  istiqamətində  tədbirlərin  hazırlanıb  həyata 
keçirilməsi. 
Vergi yükü – Vergi ödənişləri ilə bağlı, iqtisadi məhdudiyyətlərin səviyyəsi. 
Vergidən azad olma – Ödənilən vergi məbləğinin qanuni yollarla azaldılması. 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
369
 
 
Vergitutma bazası – Vergitutma obyektlərinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsi. 
Vergitutma obyekti – Qanunla müəyyən edilmiş vergiyə cəlb olunan bütün obyektlər. 
 

Yan  (kənar)  təsir  –  Bir  şəxsin  əməl  və  iqtisadi  fəaliyyətinin  başqalarının  maddi 
vəziyyətinə müsbət, yaxud mənfi təsiri. 
Yarımfabrikat  –  Müəyyən  şirkətdə  istehsal  olunub  və  digər  şirkətdə,  korporasiyada 
hazırlanan  daha  mürəkkəb  məhsulun  tərkib  hissəsi  kimi  istifadə  olunan  natamam 
(yarımçıq) məhsul. 
Yarlık (damğa, nişan) – Əmtəənin, malın üzərinə yapışdırılan, yaxud bərkidilən etiket. 
Yarmarka – Vaxtaşırı fəaliyyət göstərən yerli, regional, ölkə və beynəlxalq bazar. 
Yaşayış  minimumu  –  İnsanların  həyat  fəaliyyətinin  saxlanması  və  iş  qüvvəsinin  təkrar 
istehsalı üçün zəruri olan yaşayış vasitələri. 
Yığım norması – Gəlirin ümumi həcmindən yığım və investisiya məqsədləri üçün ayrılmış 
hissə. 
Yoxsulluq  –  Hər  hansı  bir  ölkədə  elmi  cəhətdən  əsaslandırılmış  normalara  uyğun  yaşayış 
vasitələri olmayan əhalinin müəyyən hissəsinin sosial-iqtisadi vəziyyəti. 
Yoxsulluq  zonaları
 – Ölkədə  və dünyada əhalinin  yoxsul  hissəsinin  daha çox  cəmləşdiyi 
ərazilər. 
Yumşaq valyuta – Nominal dəyərinə və digər valyutalara qarşı dayanıqsız olan valyuta. 
Yüngül  sənaye  –  Əhalinin  yaşayışı  və  məişəti  üçün  zəruri  olan  istehlak  malları  istehsal 
edən sənaye sahələri. 
 

Zamin – Müəyyən bir iş və fəaliyyət üçün zəmanət verən şəxs. 
Zay  məhsul  –  Normal  keyfiyyət  tələblərinə  və  standartlara  uyğun  gəlməyən  əmtəə-
xidmətlər. 
Zəmanət  –  Müəyyən  şəxs  tərəfindən  pul  və  əşya  öhdəliklərinin  yerinə  yetirilməsinə  dair 
məsuliyyət forması. 
Zərər – Təsərrüfat fəaliyyətində itgilər, gözlənilməyən xərclər, əmlakın və pulun itirilməsi. 
Zəhmətsiz gəlirlər – Faydalı əmək fəaliyyəti ilə əlaqəsi olmayan, konkret əmək xərcləri ilə 
ölçülə bilməyən və qeyri-qanuni yollarla əldə edilən gəlir. 
Zəruri  əmək  –  İctimai  əməyin  bir  hissəsi  olub,  işçinin  öz  iş  qüvvəsini  bərpa  etmək  və 
ailəsinin zəruri tələbatlarını ödəmək üçün lazım olan şeylərin istehlak dəyərinə uyğun sərf 
edilmiş əmək. 
Zəruri iş vaxtı – Ümumi iş vaxtının bir hissəsi olub, işçinin iş qüvvəsinin təkrar istehsalını 
təmin edə bilən zəruri məhsulun dəyərinin yaradılmasına sərf edilən vaxt. 
Zəruri  məhsul  –  Maddi  istehsal  sahələrində  çalışan  işçinin  yeni  yaratdığı  məhsulun  bir 
hissəsi. 
 
 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
370
 
 
 
MÜNDƏRİCAT 
 
 
Ön söz ........................................................................................................ 3 
 
«İqtisadiyyata giriş» (birinci bölmə) ...................................................... 4 
Mövzu 1 
Kursun məqsədi, vəzifələri və əsas prinsipləri .......................................... 5 
Mövzu 2 
İqtisadi nəzəriyyənin predmeti və metodları .............................................  22 
Mövzu 3 
İqtisadi problemlərə giriş ........................................................................... 28 
Mövzu 4 
Xalis kapitalizm və gəlirlərin dövr etməsi ................................................. 34 
Mövzu 5 
Fərdi bazarların təhlilli: tələb və təklif ......................................................  44 
Mövzu 6 
Bazar münasibətləri iqtisadi sistemi .......................................................... 53 
Mövzu 7 
Dövlətin iqtisadi vəzifələri (funksiyaları) .................................................  62 
Mövzu 8 
ABŞ iqtisadiyyatinda xüsusi (özəl) və dövlət bölmələrinin fəaliyyəti ...... 69 
 
İmtahan-test sualları ..................................................................................  80 
 
Kurs üzrə dərs saatlarının bölgüsü ............................................................  81 
 
«Mikroiqtisadiyyat» (ikinci bölmə) ........................................................ 82 
Mövzu 9 
Kursun məqsədi, vəzifələri və quruluşu ....................................................  83 
Mövzu 10 
Tələb, təklif, qiymət və elastiklik .............................................................. 87 
Mövzu 11 
İstehlakçı davranışı nəzəriyyəsi ................................................................. 98 
Mövzu 12 
İstehsal xərcləri və mənfəət ....................................................................... 109 
Mövzu 13 
Sərbəst rəqabət və xalis inhisarçı rəqabət .................................................. 119 
Mövzu 14 
İnhisarçı rəqabət və oliqopoliya rəqabəti ..................................................  137 
Mövzu 15 
Əmək haqqı, renta, faiz və mənfəət ........................................................... 153 
Mövzu 16 
Ümumi tarazlıq nəzəriyyəsi və bazar iqtisadi sisteminin fəaliyyəti .......... 171 
 
İmtahan-test sualları ..................................................................................  180 
 
Kurs üzrə dərs saatlarının bölgüsü ............................................................  181 
 
«Makroiqtisadiyyat» (üçüncü bölmə) .................................................... 182 
Mövzu 17 
Kursun məqsədi, vəzifələri və quruluşu ....................................................  183 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
371
 
 
Mövzu 18 
Ümumi daxili məhsulun həcminin ölçülməsi və qiymətlər səviyyəsi ....... 189 
Mövzu 19 
Makroiqtisadi qeyri-sabitlik: işsizlik və inflyasiya ...................................  198 
Mövzu 20 
Makroiqtisadi təhlil: məcmu tələb və məcmu təklif .................................. 211 
Mövzu 21 
Fiskal siyasət .............................................................................................  219 
Mövzu 22 
Pul və bank işi. Baknlar necə pul yaradır .................................................. 228 
Mövzu 23 
Büdcə kəsiri və dövlət borcu .....................................................................  245 
Mövzu 24 
İqtisadi artım: mahiyyəti və tipləri ............................................................  253 
 
İmtahan-test sualları ..................................................................................  266 
 
Kurs üzrə dərs saatlarının bölgüsü ............................................................  268 
 
«Müasir beynəlxalq iqtisadi problemlər» (dördüncü bölmə) .............. 269 
Mövzu 25 
Kursun məqsədi, vəzifələri və quruluşu …..…...........…...........................  270 
Mövzu 26 
Dövlət və iqtisadi siyasət ..........................................................................  277 
Mövzu 27 
Antitrest (antiinhisar) qanunları və təsərrüfat həyatının tənzimlənməsi  
287 
Mövzu 28 
Kənd təsərrüfatı və iri şəhərlərin iqtisadi-sosial problemləri ....................  299 
Mövzu 29 
Gəlirlərin bölgüsü, qeyri-bərabərlik və yoxsulluq ……...................…….  311 
Mövzu 30 
Beynəlxalq ticarət: mahiyyəti, formaları və meylləri …………………..  323 
Mövzu 31 
Dünya valyuta sistemi və onun inkişaf mərhələləri .………............….…  335 
Mövzu 32 
Bəşəriyyətin qlobal sosial-iqtisadi problemləri …..................................... 346 
 
İmtahan-test sualları ..................................................................................  359 
 
Kurs üzrə dərs saatlarının bölgüsü ............................................................  360 
 
Nəticə ........................................................................................................  361 
 
Ədəbiyyat ..................................................................................................  365 
 
İqtisadiyyat üzrə Nobel mükafatı laureatları .............................................  366 
 
Əsas iqtisadi terminlərin izahlı lüğəti (Qlossari) ......................................  370 
 
 
 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
372
 
 
 
 
 
 
Əbdülsəlimzadə Qüdrət Yaqub oğlu 
İqtisadi nəzəriyyə – Economics 
(Dərs vəsaiti) 
 
 
 
 
 
 
 
 
 
Texniki redaktor: 
Qasımova Təranə Yusif qızı 
Üz qabığın dizaynı: 
İbrahimov Telman İsmayıl oğlu 
Kompyüter tərtibatı: 
Abışova Aysel İsmayıl qızı 
Nəşrə verilmişdir: 
05.05.2012 
Format: 
60×90×1/8 
Tiraj: 
300 
 
 
 
 
 
 
 
 
 
Qərb Universiteti Nəşriyyat-Poliqrafiya Mərkəzində çap olunmuşdur 
Ünvan: AZ1001, İstiqlaliyyət küç., 27 
Bakı, 2012 
 

Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə