Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə171/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   168   169   170   171   172   173   174   175   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
356
 
 
İqtisadi model – Real iqtisadi hadisə və proseslərin abstrakt formada ümumiləşdirilməsi. 
İqtisadi tənzimlənmə – İqtisadi proseslərin gedişini şüurlu surətdə tənzimləmək fəaliyyəti. 
İqtisadi  inteqrasiya  –  Milli  iqtisadiyyatların  daha  çox  əməkdaşlığı  yolu  ilə  onların 
təsərrüfat həyatının yaxınlaşması, qovuşması prosesi. 
İqtisadi  sistem  –  Cəmiyyətdə  baş  verən  iqtisadi  münasibətlər  və  təşkilat  formalarının 
təşəkkül tapması. 
İqtisadi  səmərə  –  Ən  az  (minimum)  xərclərlə,  məhsul-xidmətin  keyfiyyətinə  xələl 
gətirmədən, daha yüksək iqtisadi nəticələrə nail olmaq. 
İqtisadi  tsikl  –  İqtisadiyyatın  böhran,  durğunluq,  canlanma  və  yüksəliş  mərhələlərini 
(fazalarını) əhatə edən dövr. 
İqtisadi  strategiya  –  Dövlətin  iqtisadi  siyasətinin  tərkib  hissəsi  olub,  bu  siyasətin 
uzunmüddətli məqsədlərini özündə əks etdirir. 
İqtisadi  sanksiyalar  –  Razılaşmaları  və  müqavilə  şərtlərini  pozan  şəxslərə,  habelə 
şirkətlərə qarşı tətbiq olunan məhdudlaşdırıcı, yaxud qadağan xarakterli tədbirlər sistemi. 
İnnovasiya – Elmi-texniki tərəqqinin təmin edilməsi, istehsal-xidmət sahələrinin keyfiyyət 
göstəricilərinin yüksəldilməsi. 
İnvestiya  –  İstehsal-xidmət  təyinatlı  obyektlərin  tikilməsinə,  müasir  avadanlıqlarla  təchiz 
olunmasına və yenidən qurulmasına yönəldilən kapital qoyuluşu. 
İnhisar
  –  Müəyyən  məhsul-xidmət  istehsalı  və  satışının  əhəmiyyətli  hissəsini  öz  əlində 
cəmləşdirən iri şirkət. 
İnhisar qiyməti – İnhisarların satış bazarlarında müəyyənləşdirdikləri qiymət. 
İnflyasiya – Tədavüldə tələbdən artıq pul kütləsinin olması. 
İnfrastruktur  –  İstehsal  və  qeyri-istehsal  sahələrinə  xidmət  göstərən  müxtəlif  şirkətlərin, 
müəssisələrin məcmusu. 
İpoteka  –  Müəyyən  məbləğdə  kredit  almaq  məqsədilə,  əmlakın  və  torpağın  girov 
qoyulması. 
İstehlak büdcəsi – Ailənin gəlir və xərclərinin büdcəsi. 
İstehlak  dəyəri  –  Əmtəənin  faydalılığı,  onun  insanın  hər  hansı  bir  tələbatını  ödəmək 
xassəsi. 
İstehsal amilləri – Torpaq, əmək, kapital, sahibkarlıq qabiliyyəti. 
İstehsal  istehlakı  –  İstehlakın  bir  növü  olub,  bilavasitə  istehsal  prosesində  xammalın, 
avadanlıqların istifadəsini nəzərdə tutur. 
 

Kağız pullar – Dövlətin rəsmi qayda-qanunları əsasında, xüsusi  formada çap olunmuş pul 
nişaniarı. 
Kalkulyasiya – Hər məhsul vahidinin xərc növləri üzrə maya dəyərinin hesablanması. 
Kartel  –  İstehsal  inhisarçılığının  formalarından  olub,  eyni  təyinatlı  məhsul  istehsal  edən 
şirkətlərin məhsulun həcmi, satış bazar, qiymətlər barədə razılaşması. 
Kapital  –  İstehsal  amillərindən  biri  olub,  geniş  mənada  mənfəət  gətirmək  qabiliyyətində 
olan hər şeyə aid. 
Kateqoriya  –  Obyektiv  varlıq  və  proseslərin  (iqtisadi  hadisələrin)  ən  mühüm,  ümumi 
cəhətlərini ifadə edən anlayış. 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
357
 
 
Kapital  ixracı  –  Mənfəət  əldə  etmək  məqsədilə  fiziki  və  hüquqi  şəxslərin  (vətəndaşların, 
şirkətlərin), dövlətin başqa ölkələrdə yerləşdirdikləri kapital. 
Kadastr – Obyektin (torpaq, bina, sahə) gəlirliyi  və qiymətləndirilməsi  haqqında  məlumat 
verən sənəd (reyestr). 
Kapitalizm  –  Xüsusi  mülkiyyətə,  azad  sahibkarlıq  fəaliyətinə,  rəqabətə  əsaslanan  ictimai-
iqtisadi quruluş 
Klirinq  –  Dövlətlər  arasında  müxtəlif  banklar  vasitəsilə  nağdsız  haqq-hesabların  həyata 
keçirilməsi. 
Kommersiya – Mənfəət əldə etmək məqsədilə ticarətlə məşğul olmaq. 
Konsern – Formal cəhətdən  müstəqil,  lakin üzərində  maliyyə  nəzarəti olan sənaye, ticarət 
nəqliyyat, bankların könüllü birləşmə əsasında fəaliyyəti. 
Koperativ – Vətəndaşların mülkiyyət payı əsasında yaratdıqları könüllü təşkilat. 
Korporasiya  –  Hüquqi  və  fiziki  şəxslərin  mövcud  qanunlar  əsasında  könüllü  təşkilatı 
(səhmdar cəmiyyət, müəssisə). 
Korrupsiya – Ölkədə dövlət səviyyəsində məmurların rüşvətxorluqla məşğul olması. 
Kredit – Borc kapitalının hərəkət forması. 
Kredit  siyasəti  –  Makroiqtisadi  səviyyədə  pul  tədavülünün  sabitliyini  qoruyub  saxlamaq, 
inflyasiyaya yol verməmək tədbirlərini həyata keçirmək. 
 

«Qaçaqmal» əmtəəsi
 – Dövlət sərhəddindən gizli olaraq, gömrük nəzarətindən yayınmaqla 
keçirilmiş mal. 
Qaçırılmış divident – Səhmlər üzrə vaxtaşırı ödənilməli olan dividentlərin alınmaması. 
«Qadağanedici qiymət» – əmtəə-xidmətə tələbin sıfıra bərabər olduğu qiymət. 
Qadağan tarifi – Müxtəlif əmtəələrin ölkəyə gətirilməsi və aparılmasını məhdudlaşdırmaq 
məqsədilə tətbiq edilən yüksək gömrük tarifi. 
«Qara bazar» – Əmtəə satıcıları və alıcıları arasında qanunvericiliyin ziddinə olan iqtisadi 
münasibətlər; kölgə iqtisadiyyatının atributlarından biri. 
Qarışıq  iqtisadiyyat  –  Bazar  və  inzibati-amirlik  iqtisadi  sisteminin  ünsürlərini  özündə 
birləşdirən cəmiyyət. 
Qapalı iqtisadiyyat
 – Əmtəə və xidmətlər ixrac etməyən ölkənin iqtisadiyyatı. 
Qeyri-bazar xərcləri – Şirkətin resurslarından istifadə olunmasının alternativ xərcləri. 
Qeyri-elastik təklif – Elastiklik əmsalının təklif vahidindən kiçik olması (E<1). 
Qeyri-elastik tələb – Elastiklik əmsalının tələb vahidindən kiçik olması (E<1). 
Qənaət rejimi – İstehsal-xidmət dairəsində canlı əməkdən, istehsal vasitələrindən qənaətlə 
istifadə edilməsi. 
Qərəzli müflisləşmə – Şirkət, yaxud sahibkar tərəfindən öz borcunu ödəməmək və maliyyə 
resurslarını gizlətmək üçün qəsdən elan edilən vəziyyət. 
Qəti  qiymət  –  Müqavilə,  saziş  bağlandığı,  yaxud  ikitərəfli  razılaşma  əldə  edildiyi  zaman 
təyin edilmiş və bunların qüvvədə olduğu müddətdə dəyişməyən qiymət. 
Qəza  –  Əmlak  və  obyektin  müxtəlif  səbəblər  üzündən  sıradan  çıxması,  yaxud  normal  iş 
ahənginin pozulması. 
Qısamüddətli dövr – İqtisadiyyatda müddəti bir il olan dövr. 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə