Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə175/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   168   169   170   171   172   173   174   175   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
364
 
 
Sahələrarası  rəqabət  –  Müxtəlif  sahələrin,  yaxud  oxşar  təyinatlı  əmtəələr  hazırlayan  və 
xidmətlər göstərən şirkətlər arasında gedən rəqabət mübarizəsi. 
Sahibkar  –  Qanunlar  və  sosial  ədalət  prinsipləri  əsasında  fəaliyyət  göstərərək,  mənfəət 
əldə etmək məqsədilə hər hansı bir işlə məşğul olan şəxs. 
Sahibkarlıq inhisarı – Bazarda bir və ya bir neçə şirkətin eyni sahədə hökmranlığı. 
SDV – Sərbəsi dönərli valyuta. 
Sertifikat – Məhsulun keyfiyyətini təsdiq edən sənəd. 
Səhm  –  Səhmdar  cəmiyyətinin  Nizamnamə  fonduna  pul  verdiyini  və  sahibinə  səhmdar 
cəmiyyətinin mənfəətinin müəyyən hissəsini dividend şəklində almaq və cəmiyyətin idarə 
olunmasında iştirak hüquqi verən qiymətli kağız. 
Səhmdar  cəmiyyəti 
–  Təsərrüfat  fəaliyyətini  həyata  keçirmək  məqsədilə,  Nizamnamə 
fondunu səhmlər buraxmaq yolu ilə formalaşdıran fiziki və hüquqi şəxslərin könüllü sazişi 
əsasında yaradılmış cəmiyyət. 
Səhmlərin  nəzarət  paketi  –  Səhmdar  cəmiyyətinin  bütün  səhmlərinin  yarıdan  çoxunun 
(50% + 1) bir sahibin nəzarəti altında olması. 
Səhm kapitalı – Səhmdar cəmiyyətinin bütün kapitalı. 
Sənayeləşdirmə  –  Ölkədə  maşınlı  iri  sənayenin  yaradılması  və  iqtisadiyyatın  sənaye 
əsasları üzərinə keçirilib inkişaf etdirilməsi. 
Sindikat
  –  İnhisar  forması  olub,  eyni  təyinatlı  əmtəələr  istehsal  edən  şirkətlərin  elə 
birliyidir ki, hazır məhsulların satışı ilə yaradılmış sindikat məşğul olunur. 
Senyoroj – Dövlətin pul emissiyasından əldə etdiyi gəlir. 
Son  hədd  xərcləri  –  Məhsulun  əlavə  istehsal  olunan  hər  vahidinə  sərf  olunan  xərclərin 
kəmiyyəti. 
Sosial  təminat
  –  Qocalara  və  əmək  qabiliyyətini  itirənlərə,  habelə  ana-uşaqlara  maddi 
təminat, xidmət göstərilməsi üzrə sosial-iqtisadi tədbirlər sistemi. 
Staqnasiya – İqtisadiyyatda, istehsalatda, ticarətdə durğunluq vəziyyəti. 
Staqflyasiya – Ölkədə eyni vaxtda həm işsizliyin, həm də inflyasiyanın olması. 
Standart – Dövlətin səlahiyyətli orqanları tərəfindən təsdiq edilmiş etalon, nümunə, model. 
Struktur  –  Quruluş,  yaxud  vahid  sistemi  təşkil  edən  və  bir-biri  ilə  qarşılıqlı əlaqədə  olan 
bölmələrin, hissələrin toplusu. 
Strateji  əmtəələr
  –  Ölkənin  milli  təhlükəsizliyi  naminə  ixracı  nəzarətə  alınan, 
məhdudlaşdırılan, qadağan edilən məhsullar. 
Struktur  işsizlik  –  İşsizliyin  bir  forması  olub,  yeni  texnika  və  mütərəqqi  texnologiyaların 
tətbiqi nəticəsində iş yerlərinin ixtisarı nəzərdə tutulur. 
Sığorta
  –  Təbii  fəlakətlər,  qəza  hadisələri  zamanı  şirkətlərə,  vətəndaşlara  maddi  kömək 
göstərmək üçün yaradılan məqsədli pul vəsaitləri fondu. 
Subsidiya  –  Dövlət  tərəfindən  yerli  hakimiyyət  orqanlarına,  hüquqi  və  fiziki  şəxslərə, 
habelə başqa ölkələrə göstərilən əvəzsiz yardım. 
Sürünən inflyasiya – Nisbətən aşağı sürətlə gedən inflyasiya. 
 
Ş 
Şaquli  birlik
 – Hazır  məhsul  istehsalının  xammal və  materiallardan  başlamış son  məhsul 
buraxılışına  qədər  bütün  ardıcıl  mərhələlərini  həyata  keçirən  təsərrüfat  vahidlərinin  bir 
şirkət, yaxud korporasiya daxilində birləşməsi. 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
365
 
 
Şans  –  Hansısa  bir  ideyanın  reallaşdırılması,  yaxud  işin  (iqtisadi  prosesin)  həyata 
keçirilməsi və uğur qazanması ehtimalı, mümkünlüyü. 
Şantaj  –  Konkret  fayda  əldə  etmək  məqsədilə  xoşagəlməz  və  əxlaq  normalarına  zidd 
məlumatların,  davranışların  aşkarlanıb  yayılacağı  hədə-qorxusundan  ibarət  cinayət 
hadisəsi. 
Şef
 – Rəis, başçı, rəhbər. 
Şerman qanunu – İnhisarçılığa qarşı ABŞ konqresinin 1890-cı ildə qəbul etdiyi ilk qanun. 
Şəxsi  gəlir  –  İşçinin  əmək  haqqından,  dividendlər,  faizlər,  renta,  mükafatlar,  transferlər 
daxil olmaqla əsas və əlavə mənbələrdən yaranan pul gəliri. 
Şəxsi hesab –  Mühasibat  və  banklar tərəfindən ayrı-ayrı  şəxslərlə  hesablaşmalar  aparmaq 
üçün açılan hesab. 
Şəxsi  istehlak  xərcləri  –  Ev  təsərrüfatlarının  özləri  üçün  zəruri  olan  istehlak  malları  və 
xidmətlərə çəkdikləri xərclər nəzərdə tutulur. 
Şəxsi  kapital  –  Sahibkarın  təşkil  etdiyi  şirkətə  qoyduğu  özünə  məxsus  kapitalın  həcmi, 
məbləği. 
Şəxsi gəlir vergisi – Ayrı-ayrı şəxslərin gəlirlərinə qoyulan vergi. 
Şəxsi  yardımçı  (yaradılmış)  təsərrüfat  –  Xüsusi  mülkiyyətin  bir  növü  olub,  şəxsi  yaxud 
ailə  əməyinə  əsaslanan  həyətyanı,  habelə  ayrıca  torpaq  sahəsində  yaradılmış  bağ-bostan 
nəzərdə tutulur. 
Şəxsi  yığım  –  Əhalinin  gəlirininistehlaka  sərf  olunmayıb,  yığım  məqsədilə  saxlanılan 
hissəsi. 
Şəriklilik  –  Fiziki  və  hüquqi  şəxslərin  birgə  iqtisadi  fəaliyyət  göstərmək  üçün  könüllü 
əməkdaşlığı. 
Şərti alıcı
 – Hər bir əmtəəni qaytarmaq şərti və hüququ ilə almaq. 
Şərti əmanət – Bir şəxsin başqa bir şəxsin adına qoyduğu pul əmanəti. 
Şərti  rüsumsuz  idxal  –  Ölkəyə  idxal  olunan  məhsulların  (məsələn,  sərgi  nümunələrindən 
yaxud  eksponatlardan)  nəzərdə  tutulan  müddətdə  gömrük  rüsumu  və  vergilərə  cəlb 
olunmaması. 
Şirkət  –  Müxtəlif  iqtisadi  fəaliyyətin  həyata  keçirilməsi  məqsədilə,  hüquqi  və  fiziki 
şəxslərin müəyyən bir statusda könüllü birləşməsi; müəssisənin təşkilati-hüquqi forması. 
Şirkətin parçalanması
 – Hər hansı bir şirkətin öz əmlakını və fəaliyyətini başqa bir yaxud 
bir neçə şirkətə, korporasiyaya təhvil verməsi əməliyyatı. 
Ştat  cədvəli  –  Şirkətin,  müəssisənin,  təşkilatın  işçilərinin  sayını,  vəzifələrini,  maaşlarını, 
ödəmə xüsusiyyətlərini göstərməklə təsdiq və qəbul olunmuş siyahı. 
Şübhəli hesablar
 – Vaxtında ödənilmə ehtimalı çox az olan hesablar. 
 

Tacir – Gəlir məqsədilə əmtəə-mal alıb və satan şəxs. 
Talon  –  Sahibinin  müəyyən  nemət  və  xidmətlərdən  istifadə  etmək  hüququnu  təsdiqləyən 
sənəd. 
Tam məşğulluq – Ölkənin əmək qabiliyyətli bütün əhalisinin iş yerləri ilə təmin olması. 
Tarif – Müxtəlif təyinatlı xidmətlərə görə olan ödəniş norması. 
Tarazlaşmış  bazar  –  Əmtəə-xidmətlərin  ümumi  həcmi  və  digər  xüsusiyyətlərə  görə 
tələblə-təklifin tarazlığı. 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə