Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə172/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   168   169   170   171   172   173   174   175   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
358
 
 
Qısamüddətli  proqnoz  –  Sosial,  elmi-texniki,  iqtisadi  məsələlərlə  bağlı,  bir  aydan  bir  ilə 
qədər olan müddət. 
Qızıl  –  Əmtəə  istehsalı  şəraitində  ümumi  ekvivalent  vəzifəsini  yerinə  yetirən  xüsusi  növ 
əmtəə. 
Qız  cəmiyyət  –  Bazar  münasibətləri  iqtisadi  sistemində,  baş  (ana)  şirkətin  müəyyən 
nəzarəti altında fəaliyyət göstərən müəssisə (qurum). 
Qiymət – Əmtəə və xidmət vahidi üçün ödənilən pulun məbləği. 
Qiymət indeksi – Müəyyən dövr ərzində qiymətin bazis ilinə nisbətən dəyişməsini göstərən 
parametr. 
Qiymət  liderliyi  –  İri  şirkətlərin  bazar  qiymətlərinə  təsir  etmək,  bəzi  hallarda  isə  bu 
qiymətləri təyin etməsi. 
Qiymətin liberallaşdırılması – Bazarda qiymətlərin sərbəst formalaşması. 
Qiymətin  tarazlığı  –  Rəqabət  bazarında  tələb  və  təklifin  həcminin  bərabərliyi  şəraitində 
formalaşan qiymət. 
Qiymətli materiallar – Qızıl, gümüş, platin bu qrupa daxil. 
Qiymətlərin  minimum  (aşağı)  həddi  –  Dövlət  tərəfindən  məhsul  vahidinə 
müəyyənləşdirilə biləcək qiymət. 
Qloballaşma
 – Milli iqtisadiyyatların tədricən bir-birindən daha çox qarşılıqlı əlaqələrinin 
güclənməsi və vahid dünya təsərrüfat sisteminin formalaşması prosesi. 
 

Loq  –  Vaxt  baxımından  müəyyən  bir  hadisənin  (iqtisadi  prosesin)  onunla  bağlı  digər 
hadisəyə nisbətən geri qalması, yaxud onu ötüb keçməsini göstərən iqtisadi göstərici. 
Laffer əyrisi 
– Vergi daxil olmalarının müxtəlif səviyyəli vergi dərəcəsindən asılılığını əks 
etdirən qrafik sxem. 
Liberalizm – Sahibkarlıq fəaliyyətinin azadlığı və sərbəstliyi. 
Limit  qiyməti  –  İstehsal  və  xidmət  dairəsinin  konkret  bir  sahəsinə  rəqiblərin  daxil 
olmasının qarşısını almaq üçün kartelin (birliyin) müəyyənləşdirdiyi qiymət. 
Limitləşdirmə – Nəyinsə miqdar həddi ilə məhdudlaşdırılması. 
Likvidlik  –  Şirkətin  və  sahibkarın  maliyyə  öhdəliklərini  ödəmək  qabiliyyətini  əks  etdirən 
göstərici. 
Limit – Məhsul və xidmətin miqdar məhdudiyyəti, yaxud son norması. 
Logistika  –  Maddi,  əmək,  enerji  ehtiyatlarının  hərəkəti,  habelə  məlumat-informasiya 
axınının idarə edilməsi, onlara nəzarət nəzəriyyəsi. 
Lokal bazar 
– Bir neçə yaşayış məntəqəsini birləşdirən yerli bazar. 
Lombard – Əhalidən daşınar əmlakı girov qəbul etməklə borc verən qurum. 
Lisenziya – Patent və ixtiralardan istifadə etmək hüququnu təsdiq edən sənəd. 
Lizinq  –  İstehsal  təyinatlı  texnika  və  avadanlıqların,  onların  sonradan  icarəyə  götürənin 
almasını nəzərdə tutan uzunmüddətli icarə forması. 
 

Maaş, məvacib – Tutduğu vəzifəyə uyğun olaraq, işçiyə təyin edilmiş nominal aylıq əmək 
haqqı. 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
359
 
 
Maddi  xərclər  –  İstehsal  xərclərinin  bir  hissəsi  olub,  məhsulun  hazırlanmasına  sərf 
olunmuş xammal, yanacaq, material və sairəni nəzərdə tutur. 
Maddi  istehsal  –  Bilavasitə  maddi  nemətlərin  və  əşyaların  hazırlanması  ilə  bağlı  olan 
istehsal. 
Maddi-texniki baza – İstehsal proseslərində istifadə olunan istehsal vasitələrinin məcmusu. 
Mafiya – Təşkil olnmuş qrup cinayətkarlığı. 
Maya dəyəri – Məhsulun istehsal və satışı ilə əlaqədar olan xərclər. 
Makler – Birjalarda sövdələşmələrin bağlanması üzrə vasitəçilik edən şəxs. 
Marja  –  Əmtəə-xidmətlərin  qiyməti,  səhmlərin  məzənnəsi,  faiz  dərəcələri  və  başqa 
göstəricilər arasındakı fərqi ifadə etmək üçün istifadə edilən meyar. 
Makroiqtisadiyyat  –  İqtisad  elminin  ölkənin  təsərrüfat  həyatının  ümumi  fəallığının 
öyrənilməsi ilə məşğul olan və bunun əsasında iqtisadi artım, işsizlik, inflyasiya kimi əsas 
göstəriciləri müəyyənləşdirib, təhlil edən sahəsi. 
Makroiqtisadi 
siyasət 
– 
İqtisadiyyatın 
tarazlı 
inkişaf 
səviyyəsi 
fəaliyyətinin 
tənzimlənməsinə yönəlmiş dövlət siyasəti. 
Manufaktura – Əmək bölgüsü və əl işi texnikasına əsaslanan sahibkar müəssissəsi. 
Maliyyə kapitalı – Pul kapitalı. 
Marketinq  –  Müxtəlif  şirkətlərin  bazarın  tələblərinə,  alıcıların  tələblərinin  öyrənilməsinə 
yönəldilmiş istehsal, satış fəaliyyətinin səmərəli təşkili, habelə idarə edilməsi sistemi. 
Menecment  –  İstehsalın  gəlirliyini  və  səmərəliliyini  yüksəltmək  məqsədilə,  idarəetmədə 
tətbiq olunan prinsip, üsul, forma və vasitələrin məcmusu. 
Merkantilizm – XVI-XVIII əsrlərdə Avropa ticarət burjuaziyasının mənafeyini əks etdirən 
və  ölkənin  sərvətini  istehsalda  deyil,  əmtəə  dövriyyəsi,  pul  kapitalının  (qızıl,  gümüş 
formasında) toplanmasında görən nəzəri baxışlar. 
Metod 
– 
Təbiətdə, 
cəmiyyətdə, 
insan 
təfəkküründə 
baş 
verən 
hadisə 
və 
qanunauyğunluqların öyrənilməsinə yanaşmağın qayda, və üsulları. 
Metodologiya  –  Hər  hansı  bir  elm  sahəsində  tətbiq  edilən  tədqiqat  üsullarının 
(metodlarının) məcmusu. 
Mənfəət – Ümumi gəlirdən istehsal xərclərini çıxdıqdan sonra qalan hissə. 
Məcmu  təklif  –  Müxtəlif  qiymət  səviyyəsində,  təklif  oluna  bilən  əmtəə  və  xidmətlərin 
ümumi miqdarı (kəmiyyəti). 
Məcmu  tələb  –  Müxtəlif  qiymətlər  səviyyəsində  əmtəə  və  xidmətlərə  olan  tələbin  ümumi 
həcmi. 
Məhsulun  son  həddi  –  Əlavə  resurs  vahidindən  istifadə  etməklə,  istehsal  olunan  əlavə 
məhsulun ümumi həcminin dəyişməsinin, istifadə olunmuş resursların miqdarının bölgüsü 
zamanı bu dəyişmənin bərabər olması. 
Minimum  əmək  haqqı  –  Ölkədə  qanunvericiliklə  müəyyənləşdirilmiş  əmək  haqqının  ən 
aşağı səviyyəsi. 
Minimum qiymət – Əmtəə-xidmətlərin satışında müəyyənləşən ən aşağı qiymət. 
Milli Hesablar Sistemi – Ölkə  miqyasında tətbiq  edilən  milli uçot, statistika sistemi olub, 
iqtisadi-sosial inkişafın ÜMM, ÜDM, MG kimi ümumiləşdirici parametrlərini əks etdirir. 
Mikroiqtisadiyyat  –  İstehsal-xidmət  dairəsi  şirkətlərinin  (subyektlərinin)  təsərrüfat 
fəaliyyətinin təhlili, təşkili və idarəedilməsi problemlərini əhatə edir. 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə