Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə174/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   168   169   170   171   172   173   174   175   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
362
 
 
Öhdəlik zəmanəti – Hüquqi və fiziki şəxsin öz üzərinə götürdüyü öhdəliyə əməl edəcəyini 
təsdiqləyən sənəd. 
Ölkə daxilində kapital yığımı – Milli gəlirin bir hissəsinin ehtiyat kapital kimi toplanaraq, 
istehsal fondlarının artırılmasına yönəldilməsi. 
 

Paradiqma
  –  Müxtəlif  istiqamətli  elmi-tədqiqat  məsələlərinin  həlli  üçün  qəbul  olunmuş 
nəzəriyyə. 
Paralel valyuta – Ölkədə tədavüldə olan ikinci valyuta, məsələn milli və xarici valyuta. 
Paritet – Tərəflərin nisbi bərabərliyi. 
Patent – İxtiraçının müəlliflik hüququnu təsdiq edən şəhadətnamə. 
Pərakəndə satış ticarəti – Ticarətin kütləvi satış forması. 
Pərakəndə  satış  qiyməti  –  Bazar  qiymətinin  bir  forması  olub,  istehlakçılara  satılan əmtəə 
və xidmətlərin son qiyməti. 
Potensial  rəqib  –  Yüksək  mənfəət  götürən  şirkətlərin  fəaliyyət  sahələrinə  (dairəsinə) 
yenilərinin daxil olmaq imkanı. 
Prioritet  –  Müəyyən  zaman  kəsiyində  istehsal  və  xidmət  dairəsinin  üstünlük  verilən 
sahələri. 
Pul
 – Dəyərin ən inkişaf etmiş forması. 
Pul  islahatı  –  Dövlət  tərəfindən  pul  sisteminin  qismən,  yaxud  tam  dəyişdirilməsi  üçün 
həyata keçirilən tədbirlər kompleksi. 
Pul kütləsi – Nağd və nağdsız pulların cəmi. 
Pul kapitalı – investisiya üçün nəzərdə tutulan və faiz formasında gəlir gətirən kapital. 
Pul  sistemi  –  Ölkədə  formalaşmış  və  müəyyən  qanunlarla  qorunan  pul  dövriyyəsinin 
təşkili forması. 
Pul tədavülü qanunu – Dövriyyə üçün lazım olan pul kütləsinin müəyyən edilməsi. 
Pul  vəsaitləri  –  Dövlətin,  şirkətlərin,  əhalinin  tez  pula  çevrilə  bilən  nağd  və  ya  nağdsız 
formada toplanmış pulları. 
 

Rantye
  –  İstehsalla  məşğul  olmayıb,  pul  və  qiymətli  kağızların  gətirdiyi  gəlir  hesabına 
yaşayan şəxs, qrup. 
Rasional  gözləmə  nəzəriyyəsi  –  Əhalinin  və  sahibkarların  gələcəklə  bağlı  iqtisadi 
proqnozlarının  təkcə  onların  öz  məlumatları,  təcrübələri  əsasında  deyil,  eyni  zamanda 
dövlətin makroiqtisadi siyasətindən faydalanaraq optimal istiqamətdə qurması. 
Rasional  tələbat  –  Sağlam  həyat  tərzi,  şəxsiyyətin  hərtərəfli  inkişafı  məqsədilə  nemət  və 
xidmətlərin istehlak normalarına dair elmin müəyyənləşdirdiyi tələbat. 
Rasionlaşdırma  –  İstehlakın  səmərəli  nisbətlərinin  (məsələn,  ərzaq  məhsulları  üzrə), 
rasionlarının müəyyənləşdirilməsi. 
Rayonlaşdırma  –  Ölkə  ərazisinin  təbii-inzibati,  iqtisadi  əlamət  və  xüsusiyyətlərinə  görə 
bölünməsi. 
Razılaşdırılmış audit – Şirkət və təşkilat rəhbərliyinin tələbi ilə aparılan yoxlamalar. 
Razılaşdırılmış  iqtisadiyyat  –  Müxtəlif  idarəetmə  və  iqtisadi  informasiya-məlumat 
göstəriciləri səviyyəsində birgə qərarların qəbul edilməsi prinsipi. 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
363
 
 
Real əmək haqqı – Pulla alınan (nominal) əmək haqqının yaşayış vasitələri və xidmətlərdə 
ifadəsi. 
Real  faiz  norması  –  Ölkədə  inflyasiyanın  səviyyəsi  nəzərə  alınmaqla  hesablanan  faiz 
norması. 
Real gəlir – Özünü konkret yaşayış vasitələrində əks etdirən əhalinin alıcılıq qabiliyyəti. 
Real  ümumi  daxili  məhsul  –  Müəyyən  bir  əvvəlki  baza  ilinin  dəyişməz  qiymətləri  ilə 
hesablanan məhsul və xidmətlərin illik dəyərinin həcmi. 
Renta – torpaq mülkiyyətindən istifadəyə görə mülkiyyətçinin əldə etdiyi gəlir. 
Relkam  –  Şirkətlər  tərəfindən  alıcıların  müxtəlif  əmtəə-xidmətlərin  keyfiyyəti, 
üstünlükləri, sərfəli qiymətləri haqqında məlumat çatdırmaq vasitəsi. 
Revalvasiya  –  Milli  valyuta  məzənnəsinin  başqa  ölkələrin  valyutalarına  nisbətən  rəsmi 
yüksəldilməsi. 
Renovasiya –  Fiziki  və  mənəvi cəhətdən aşınmış  (köhnəlmiş)  istehsal  fondlarının  yeniləri 
ilə əvəzlənməsi. 
Reeksport  –  Xaricdən  gətirilmiş  məhsulların  emal  olunmadan,  başqa  bir  ölkəyə  ixrac 
edilməsi. 
Reket – Hədə-qorxu və şantaj yolu ilə başqasından pul alan şəxs, yaxud qrup. 
Regional bazar – Müəyyən ərazini əhatə edən bazar. 
Regional  qiymətlər  –  Ayrı-ayrı  region  bazarlarında  əmtəə  və  xidmətlər  üçün  formalaşan 
qiymətlər. 
Rentabellik – Şirkətin  və  müəssisənin  müəyyən  vaxt (ay,  il) ərzində  istehsal  fəaliyyətinin 
mənfəətliyini yaxud ziyanla işləməsini xarakterizə edən göstərici. 
Resurs – Maddi  nemətlərin  istehsalı  üçün  insanların  istifadə edə  biləcəyi  maddi,  əmək  və 
təbii sərvətlərin məcmusu. 
Rəqabət  –  İqtisadi  subyektlər  arasında  istehsal-xidmət  dairəsi  və  satış  bazarlarında 
üstünlük uğrunda mübarizə forması. 
Risk – İqtisadi fəaliyyət gedişində vəziyyətin əlverişsiz istiqamətdə dəyişməsi təhlükəsi. 
Royalti  –  Təbii  ehtiyatlardan  istifadə  etmək  hüququna  görə  müəyyən  ödəniş  haqqı  (vergi 
ödənişi). 
 

Sabitləşdirmə fondu – Pul və əmtəə ehtiyatları. 
Sabitləşdirmə siyasəti – Hakimiyyət orqanlarının ölkədə ümumi daxili məhsulun həcminin 
artması,  məşğulluğun  təmin  olunması,  inflyasiyanın  aşağı  həddə  saxlanması,  vergilər, 
dövlət 
xərcləri, 
pul 
təklifi 
həcmi 
vasitəsilə 
milli 
iqtisadiyyatın 
inkişafının 
stimullaşdırılmasına yönəldilmiş tədbirlər sistemi. 
Sabit vergi – Hər bir şəxs üçün eyni məbləğdə müəyyənləşdirilmiş vergi. 
Sabit  məhsuldarlıq  –  İstehsal  amillərinin  artmasının,  istehsal  həcminin  eyni  səviyyədə 
artmasına uyğun olduğu hal. 
Saldo – Pul daxil olmaları ilə xərclər arasında yaranan fərq (balans saldosu). 
Sadə təkrar istehsal – İstehsalın əvvəlki həcdə təkrar olunması. 
Sahədaxili  rəqabət  –  Eyni  istehsal  sahələrinin  sahibkarları,  yaxud  şirkətləri  arasında 
üstünlük uğrunda gedən rəqabət mübarizəsi. 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə