Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə169/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   165   166   167   168   169   170   171   172   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
352
 
 
Etalon – Ölçü nümunəsi, müqayisə üçün nümunə. 
Etiket  –  Məhsulun  adını,  təyinatını,  qiymətini  və  digər  parametrlərini  göstərən  yarlık 
(yaddaş vərəqi). 
Ev  təsərrüfatı  –  İqtisadi  fəaliyyətin  üç  əsas  (dövlət,  şirkət,  ev  təsərrüfatı-ailə) 
subyektlərindən biri. 
Evikasiya  –  Məhkəmə  qərarı  əsasında  alıcının  əldə  etdiyi  əşya  və  əmlakın  onun  əlindən 
alınması. 
 
Ə 
Ədalətli  bazar  dəyəri  –  Tələblə  təklifin  nisbəti  ilə  müəyyənləşən  bazar  dəyəri  əsasında 
alıcı-satıcı arasında razılaşdırılan qiymət. 
Əhalinin  alıcılıq  qabiliyyəti  –  Əllərdə  olan  pula  insanların  müəyyən  qiymətlər 
səviyyəsində əmtəə-xidmətlər əldə etməsi. 
Əhalinin  pul  gəlirləri  və  xərcləri  balansı  –  Pul  gəlirlərinin  formalaşması  mənbələrini  və 
onlardan istifadənin əsas istiqamətlərinin əksi. 
Əhalinin-həyat  səviyyəsi  –  Hər  nəfərə  düşən  maddi  nemətlərin  və  xidmətlərin  kəmiyyət-
keyfiyyət göstəriciləri. 
Əhalinin  ödənilməyən  tələbatı
  –  Lazımi  məhsul-xidmətlərin  olmaması,  yaxud  onların 
keyfiyyətinin  istehlakçıların  tələblərinə  cavab  verməməsi  üzündən  həqiqi  (real)  ehtiyacın 
ödənilməyən hissəsi. 
Əhalinin  natural  gəlirləri  –  İnsanların  özlərinin  və  ailə  üzvlərinin  istehlakı  üçün  şəxsi 
yardımçı, fermer təsərrüfatlarından, fərdi istehsaldan əldə edilən gəlir. 
Əlavə  dəyər  vergisi  –  Dolayı  vergi  növü  olub,  əmtəə  və  xidmətlərin  reallaşdırılması 
zamanı onların dəyərinə edilmiş əlavə məbləğ. 
Əmək  –  İnsanın  fiziki  və  intelektual  qabiliyyətlərinin  məqsədəuyğun  surətdə  əmtəə-
xidmətlər istehsalına yönəldilməsi. 
Əmək bölgüsü – İstehsal prosesində işçilərin müəyyən sənət və peşələr üzrə ixtisaslaşması. 
Əmək  birjası  –  İş  qüvvəsinin  alqı-satqısı  sövdələşməsində  iş  verənlərlə  (prinsipial)  işə 
götürülənlər (agent) arasında vasitəçilik rolu oynayan bazarın bir növü. 
Əmək  resursları  –  Fiziki  cəhətdən  yetişmiş,  zehni  qabiliyyəti  və  müəyyən  biliyə  malik 
olan əhali. 
Əmək haqqı – Müəyyən vaxt və gördüyü işin kəmiyyət-keyfiyyətinə görə işçinin əməyinə 
verilən qiymət. 
Əməyin elmi təşkili – Elmin və təcrübənin ən səmərəli üsulları əsasında əməyin təşkilinin 
daha da yaxşılaşdırılması. 
Əməyin  intensivliyi  –  İstehsal  prosesi  gedişində  əməyin  gərginliyi  və  onun  vaxt  vahidi 
ərzində enerji sərfi. 
Əmək  kooperasiyası  –  İstehsal  prosesində  ayrı-ayrı  işçilərin,  əmək  kollektivlərinin 
əlaqələndirilmiş birgə əmək fəaliyyəti. 
Əmanət – Banklarda müəyyən şərtlər daxilində saxlanılan pul vəsaiti. 
Əmtəə – İnsanların öz istehlakları üçün deyil, bazar və satış üçün istehsal etdikləri məhsul. 
Əmtəənin  dəyəri  –  Əmtəə  istehsalçılarının  əmtəədə  maddiləşmiş  ictimai  dəyəri,  istehsal 
xərcləri və faydalılıq həddinin məcmusu. 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
353
 
 
Ənənəvi  iqtisadiyyat  –  İqtisadi  qanun  və  prinsiplər  əsasında  deyil,  nəsildən-nəsilə 
formalaşmış adətlər, ənənələr üzrə fəaliyyət göstərən iqtisadiyyat. 
Əsas fondlar – İstehsal prosesində uzun müddət iştirak edən və öz dəyərini hazır məhsulun 
üzərinə hissə-hissə keçirən əmək vasitələri. 
Əsas  fondların  fiziki  aşınması  –  Əmək  vasitələrinin  fiziki  baxımdan  köhnəlib  sıradan 
çıxması. 
Əsas fondların mənəvi aşınması – Yeni texnika və mütərəqqi texnologiyaların yaranması 
nəticəsində əvvəlki istehsal vasitələrinin səmərəliliyinin aşağı düşməsi. 
 

Faiz risqi – Bazarda faiz dərəcələrinin bankın kredit-depozit əməliyyatlarından əldə etdiyi 
mənfəətinin azalmasına səbəb ola bilən dəyişkən bank risqi növü. 
Faydalılıq  prinsipi  –  İnsanların  ictimai  nemət  və  xidmətlərdən  aldıqları  fayda  əvəzində, 
onların müəyyən vergi ödəməli olduqlarının nəzərdə tutulması. 
Federal Ehtiyatlar Sistemi – ABŞ-nın Mərkəzi Bankı. 
Fermer  problemi  –  İqtisadiyyatın  digər  sahələrinə  nisbətən  fermerlərin  böyük  bir 
hissəsinin gəlirlərinin aşağı olması və bu meylin artması. 
Fərdi istehsal 
– Vahid məmulat nümunəsi istehsal edən və xidmət göstərməsi ilə fərqlənən 
şirkət. 
Fərdi şirkət – Bir sahibkarın idarə etdiyi şirkət. 
Filips  əyrisi  –  Qısa  müddətli  dövrdə  inflyasiya  ilə  işsizlik  arasındakı  əlaqəni  göstərən 
qrafik əyri. 
Fiskal siyasət – Dövlət xərcləri və vergilər sahəsində həyata keçirilən tədbirlər. 
Friksion  işsizlik  –  İşçilərin  öz  zövq  və  bacarıqlarına  uyğun  iş  axtarmasına  sərf  olunmuş 
vaxt baxımından meydana çıxan işsizlik. 
Fond birjası – Qiymətli kağızların alınıb-satıldığı bazar. 
Fondla  silahlanma  –  İstehsal  sahələrində  işçilərin  əsas  fondlarla  təmin  olunmasını 
xarakterizə edən göstərici. 
Fondverimi  –  İstehsal  fondlarından  istifadə  səviyyəsini  xarakterizə  edən  ümumiləşdirici 
göstərici. 
Füuçers
  –  Saziş  bağlayan  investorun  müəyyən  müddətdən  sonra,  razılaşdırılmış  qiymətə 
öz  qiymətli  kağızlarını  müştərisinə  (kontragentə)  satmaq,  yaxud  ondan  almaq  öhdəliyini 
üzərinə götürməsi. 
 

Geniş bazar – Qeyri-məhdud, açıq və liberal bazar. 
Geniş təkrar istehsal – Artan miqyasda təkrar istehsal prosesi. 
Gəlir – Müəyyən vaxtda pul və digər gəlirlərin kəmiyyəti. 
Gəlir vergisi – Ölkə vətəndaşlarından, fiziki və hüquqi şəxslərdən qanunvericilik əsasında 
tutulan vergi növü. 
Gəlir haqqında deklarasiya – Vətəndaşların  və sahibkarlıq  fəaliyyəti  ilə  məşğul olanların 
gəlirləri haqqında vergi orqanlarına təqdim etdikləri məlumat. 
Gəlirin  indeksləşdirilməsi  –  Direktiv  surətdə  əhalinin  gəlirinin  istehlak  tələbatına  uyğun 
nisbi artırılması. 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə