Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə167/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   163   164   165   166   167   168   169   170   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
348
 
 
Alyans – Müqavilə öhdəliyi əsasında yaradılan birlik. 
Amil – İstehsal  fəaliyyətinin əsas səbəb  və şərtlərindən (torpaq, əmək, kapital, sahibkarlıq 
qabiliyyəti) biri. 
Amortizasiya – Avadanlığın istifadəsi nəticəsində, onun dəyərinin tədricən azalması. 
Antiinhisar qanunları – İnhisarçılığa qarşı mübarizə məqsədilə dövlət səviyyəsində qəbul 
olunmuş qanunlar. 
Arbitraj – Qarşılıqlı  müqavilə öhdəliyinin pozulması  ilə  bağlı  yaranmış  münaqişənin  həlli 
variantlarından biri. 
Artım  –  İqtisadi  göstəricilərin  ilkin  baza  səviyyəsinə  nisbətən  dəyişmə  dinamikası  (artıb-
azalması). 
Aşkar  xərclər  –  Şirkətləri  istehsal  resursları  ilə  təchiz  edənlərə  bilavasitə  pulla  olan 
ödənişləri. 
Avropa  İttifaqı  (Birliyi)  –  Region  iqtisadi  əməkdaşlığın  yüksək  inteqrasiya  forması  olub, 
27 ölkəni birləşdirir. 
Avro –  2002-ci  il  1  yanvar  tarixdən  dövriyyəyə  buraxılmış  və  bir  sıra  Avropa ölkələrinin 
istifadə etdikləri kollektiv pul vahidi. 
Avans  (beh)  –  Müəyyən  işlərin  görülməsi  və  xidmətlərin  yerinə  yetirilməsi  məqsədilə, 
əvvəlcədən ödənilmiş məbləğ. 
Avtargiya 
–  Beynəlxalq  iqtisadi  əlaqələrdən  və  dünya  bazarından  təcrid  olunaraq,  öz-
özünü təmin etmə siyasəti. 
Audit  –  Şirkət  və  müəssisələrin  maliyyə-təsərrüfat  fəaliyyətinin  müstəqil  peşəkar 
mütəxəssislər tərəfindən obyektiv təhlili. 
Azad  (sərbəst)  iqtisadi  zona  –  Ölkənin  müəyyən  ərazisində  güzəştli  vergi  və  gömrük 
şərtləri əsasında müxtəlif yerli-xarici şirkətlərin fəaliyyət göstərdiyi məkan. 
Azalan marjınal məhsuldarlıq – İstehsal amilinin kəmiyyətcə artması, onun marjınal (son 
faydalılıq) səviyyəsinin aşağı düşməsi. 

Bank  –  Müəyyən  olunmuş  müddətə  pul  əmanətlərini  qəbul  edən  və  kredit  verən  maliyyə 
təşkilatı. 
Banknot – Mərkəzi Bank tərəfindən buraxılan və ölkənin pul təklifinin bir hissəsini təşkil 
edən nağd kağız pul. 
Barter – Bir iqtisadi resurs və məhsul-xidmətin digərinə dəyişdirilməsi. 
Bazar – Əmtəə və xidmətlərin alınıb-satıldığı, ticarət sövdələşmələrinin aparıldığı yer. 
Bazar  iqtisadiyyatı  –  Xüsusi  mülkiyyətə,  sərbəst  sahibkarlıq  fəaliyyətinə,  rəqabətə,  şəxsi 
maraqlara əsslanıb, dövlətin təsərrüfat həyatına təsirinin məhdud olduğu iqtisadi sistem. 
Bazar  qiyməti  –  Alıcı  və  satıcı  tərəfindən  reallaşdırılan  əmtəələrin-xidmətlərin  satış 
qiyməti. 
Bazar sistemi – Qarşılıqlı əlaqədə olan çoxsaylı (müxtəlif) bazarların məcmusu. 
Bazar tələbi – Tələbin ümumi həcmi, fərdi tələblərin cəmi. 
Balans – Şirkət və təşkilatların müəyyən müddət ərzində gəlir-xərclərinin yekunu. 
Beynəlxalq  Valyuta  Fondu  (BVF)  –  BMT  nəzdində  fəaliyyət  göstərən  və  beynəlxalq 
miqyasda maliyyə-kredit tənzimlənməsi ilə məşğul olan təşkilat. 
Birja  –  Əmtəə-xidmətlərin,  iş  qüvvəsinin,  kapitalın,  qiymətli  kağızların  alqı-satışında 
vasitəçilik edən təşkilat. 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
349
 
 
Beynəlxalq bazar – Müxtəlif dünya ölkələrinin daxil olduğu bazar. 
Bonus – Əlavə mükafatlandırma, saziş şərtlərinə uyğun olaraq, alıcının satıcıya güzəştləri. 
Broker (makler, dəllal) – Birjalarda alqı-satqı əməliyyatlarında vasitəçilik edən şəxs. 
Borc kapitalı – Geri qaytarılmaq və müəyyən borc faizinin ödənilməsi şərti ilə verilən pul 
kapitalı. 
Bölgü  –  İstehsal  iştirakçılarının  yaradılmış  məhsuldan  və  gəlirdən  istifadədə  paylarının 
müəyyənləşdirilməsi. 
Böhran  –  Bazr  münasibətləri  iqtisadi  sistemində  vaxtaşırı  təkrar  olunan  tsiklik  (dövrü) 
inkişaf prosesi. 
Brend – Dünyada tanınmış ticarət markası. 
Bretton-Vuds valyuta sistemi – qızıl-dollar  standartı əsasında  beynəlxalq  hesablaşmaların 
təşkili formalarından biri. 
Büdcə  –  Müəyyən  müddət  üçün  dövlətin,  müxtəlif  idarə  orqanlarının,  ailələrin,  ayrı-ayrı 
şəxslərin pul gəlirləri ilə xərclərinin balansı. 
Büdcə defisiti – İl ərzində dövlətin büdcə xərclərinin onun gəlirlərindən çox olması. 
Büdcə profositi – Vergi gəlirlərinin dövlət xərclərindən artıq qalan hissəsi. 
Büdcə  xətti  –  Mövcud  qiymətlərlə,  alıcının  iki  əmtəədən  ibarət  dəstin  müəyyən  miqdar 
nisbətində əldə etməsinin üstünlüyünü qrafiklə əks etdirən xətt. 
Büdcə təşkilatları
 – Bütövlükdə yaxud qismən dövlət və yerli büdcədən maliyyələşdirilən 
təşkilatlar. 
 

Canlanma  –  İqtisadi  tsiklin  (dövrün,  fazanın,  silsilənin)  böhran  və  durğunluq 
vəziyyətindən sonra yüksəlişin başlanmasını göstərən mərhələ. 
Canlı  əmək  –  İnsanın  şüurlu,  məqsədyönlü  fəaliyyəti  üçün  sərf  etdiyi  fiziki-intelektual 
enerjisi. 
Cari bazar qiyməti – İndiki halda əmtəənin və xidmətin bazar qiyməti. 
Cari xərclər – İndiki anda edilən və ödənilən xərclər. 
Cari  hesab  –  Şirkət  və  təşkilatların  saxlanması,  onların  müxtəlif  tədiyyələr  üzrə  nağdsız 
hesablaşmalar aparmaq üçün bankdakı hesabı. 
Cari valyuta siyasəti
 – Valyuta məzənnəsinin tənzimlənməsi məqsədilə Mərkəzi Bankın və 
Maliyyə Nazirliyinin həyata keçirdiyi tədbirlər. 
Cari əməliyyat  balansı  –  Ölkədən  ixrac  olunan  əmtəə-xidmətlərin  həcmi  ilə  onların  idxal 
həcmi arasındakı fərq. 
Cari  proqnozlar
  –  Proqnozlaşdırmanın  bir  növü  olub,  tələbin  cari  müddət  üçün  nəzərdə 
tutulan perspektivlərini nəzərdə tutur. 
Cəlb  edilmiş  vəsait  –  Müəssisəyə,  şirkətə  məxsus  olmayıb,  kənardan  alınmış,  lakin 
qaytarılana qədər istifadə edilə bilən vəsait. 
Cərimə – Mövcud qanunları, qaydaları,  müqavilə  və  saziş  şərtlərini pozanlara qarşı tətbiq 
edilən maddi tədbir, alınan müəyyən məbləğdə pul. 
Cinni əmsalı – Ölkə əhalisinin pul gəlirlərinin müəyyən qruplar üzrə bölgüsü. 
Coğrafi  seqmentləşdirmə  –  Yaşadıqları  yerdən  asılı  olaraq,  istehlakçıların  (alıcıların) 
müəyyən kateqoriyalara bölünməsi. 
 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə