Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə165/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   161   162   163   164   165   166   167   168   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
342
 
 
öyrənib həm milli iqtisadiyyatlar, həm də beynəlxalq miqyasda elmi-nəzəri konsepsiyalara 
əsaslanan ən optimal iqtisadi siyasət xəttinin hazırlanmasına xidmət etməlidir. 
Cəmiyyətin 
perspektiv 
iqtisadi-sosial 
inkişaf 
mənzərəsinin 
üfüqlərini 
müəyyənləşdirməyə çalışan  və  iqtisadi  nəzəriyyənin U.Petti, F.Kene,  A.Smit, D.Rekardo, 
K.Marks,  A.Marşall  kimi  əbədi  örnək  mənbəyi  sayılan  Ç.Keyns  vaxtilə  yazmışdı: 
«Gələcək  illərin  hadisələri,  şübhəsiz  cəmiyyətin  siyasi  həyat  səthinin  dəyişkən  dalğaları 
üzərində  fasiləsiz  surətdə  davam  etsə  də,  lakin  onun  nəticələri  təkcə  dövlət  xidmətlərinin 
şüuıiu  hərəkətləri  ilə  deyil,  ilk  baxışda  heç  kəsin  görə  bilmədiyi  gizli  dərinliklərdəki 
iqtisadi axınlarla müəyyən olunacaqdır. Bu gizli axınlara, yaxud iqtisadi meyllərə isə təsir 
göstərməyin  yalnız  bir  yolıı  vardır:  həmin  yol  bilik  və  təfəkkürün  imkanlarından  istifadə 
edərək,  insanların  keçmiş  təsəvvürlərini,  düşüncələrini  dəyişdirməkdən  ibarətdir.  Deməli, 
əsl  həqiqəti  söyləmək,  xülyaları  dağıtmaq,  nifrəti  məhv  etmək,  insanların  hiss  və  ağlını 
maarifləndirmək - bizim ən etibarlıı vasitələrimizdəndir». 
Bu  yolda  cəmiyyətin  iqtisadi  bazisini  təşkil  edən  mülkiyyət  münasibətləri  sistemi 
əsasında,  ictimai - siyasi quruluşun rastlaşdığı çoxcəhətli problamlərin adi  vətəndaşlardan 
baslayaraq, dövlət xadimlərinədək hərtərəfli öyrənilib düzgün dərk edilməsi səyləri, onları 
iqtisadi  nəzəriyyənin  obyektiv  xarakter  daşıyan  qanunlarının,  təməl  prinsiplərinin 
tələblərinin  hökmən  gözlənilməsinə,  ən  başlıcası  isə  ardıcıllıqla  həyata  keçirilməsinə 
yönəltməlidir. 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
343
 
 
Ədəbiyyat 
 
1.  Azırbaycan statistik göstəriciləri. Bakı, 2010 
2.  İqtisadi nəzəriyyə. Dərs vəsaiti. Bakı, 2004 
3.  İqtisadi nəzəriyyə. Dərslik. Bakı, 2001 
4.  İqtisadi nəzəriyyə. Mikroiqtisadiyyat – 1, 2. Dərslik. Bakı, 2009 
5.  M.Qreqori Mənkyu. Economicsin əsasları. Bakı, 2007 
6.  Tətbiqi iqtisadiyyat. Dərs vəsaiti. Bakı, 2000 
7.  Д.Д.Сакс, Ф.Б.Ларрен. Макроэкономика. М., 1996 
8.  К.Р.Макконнелл, С.Л.Брю. Экономикс. Москва, 2008 
9.  Н.Грегори Менькю. Макроэкономика. М., 1996 
10.  П.Самуэльсон, В.Нордхаус. Экономика. Москва, 2008 
11.  Р.Пиндайк, Д.Рубинфельд. Микроэкономика. М., 1997. 
12.  С.Н.Ивашковский. Микроэкономика. М., 2002. 
13.  С.Фишер, Р.Дронбуш, Р.Шмалензи. Экономика. Москва, 2001. 
14.  Экономика. Учебник. Под редакцией. А.С.Булатова. Москва, 2008. 
15.  Экономическая теория (политэкономия). Учебник. Под общей редакцией 
В.И.Видяпина, Г.П.Журавлевой. М.,2007. 
 
Jurnallar:  
1.  «İqtisadiyyat və həyat», 
2.  «Dirçəliş – XXI əsr», 
3.  «Audit», 
4.  «Təkamül», 
5.  «Ekspert», 
6.  «Вопросы экономики», 
7.  «Экономика», 
8.  «Мировая экономика и международные отношения» 
 
 
 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
344
 
 
 
İqtisadiyyat üzrə Nobel mükafatı laureatları 
 
Dövrümüzün  ən  nüfuzlu  elmi  mükafatı  İsveç  mühəndisi,  ixtiraçısı  və  sənayeçisi 
Alfred  Nobelin  adı  ilə  bağlıdır.  Onun  vəsiyyətinə  əsasən  vəfatından  sonra  qalan  kapitalın 
müəyyən hissəsi hesabına Nobel fondu yaradılaraq, banka yerləşdirilmişdir. 
Nobel mükafatı 1901-ci ildən başlayaraq, ən görkəmli elmi kəşflər üçün verilir. 
1968-ci  ildə  İsveç  Dövlət  Bankı  təsis  olunmasının  300  illiyi  münasibətilə,  iqtisadi 
elmlər sahəsində aparılan tədqiqatlara görə Nobel xatirə mükafatı verməyi qərara almışdır. 
Mükafat  A.Nobelin  anadan  olduğu  gündə  (21.10.1833)  elan  olunur  və  onun  vəfatı 
günündə (10.12.1896) laureatlara Stokholm və Osloda keçirilən təntənəli mərasimdə təqdim 
olunur. 
İqtisadiyyat  elmləri  sahəsində  1969-2011-ci  illər  ərzində  Nobel  mükafatına  layiq 
görülmüş laureatlar aşağıdakı alim və mütəxəssislərdir: 
 
1969-cu il  –  Yan Tinbergen (Hollandiya), Raqnar Friş (Norveç) 
İqtisadi proseslərin təhlilinin riyazi metodlarının işlənilməsinə görə 
1970-ci il  –  Pol Samuelson (ABŞ) 
İqtisad elmində elmi təhlilin səviyyəsinin yüksəldilməsinə töhfəsinə görə 
1971-ci il  –  Saymon Kuznets (ABŞ) 
İqtisadi artımın empirik tədqiqinə görə 
1972-ci il  –  Kennet Errou (ABŞ), Con Hikk (Böyük Britaniya) 
Ümumi iqtisadi tarazlıq və rifah nəzəriyyələri üzrə əsərlərinə görə 
1973-cü il  –  Vasiliy Leontyev (ABŞ) 
«Xərclər-buraxılış» («Sahələrarası balans») metodunun işlənilməsi və 
iqtisadi problemlərin təhlilində tətbiqinə görə 
1974-cü il  –  Fridrix Fon Hayek (Avstriya, ABŞ), Qunnar Myurdal (İsvec) 
Pul nəzəriyyəsi, konyuktur dəyişiklikləri və iqtisadi, sosial və struktur 
hadisələrin qarşılıqlı asılılığının təhlili sahəsində işlərinə görə 
1975-ci il  –  Leonid Kantoroviç (SSRİ), Tyallinq Kupmans (ABŞ) 
Resurslardan optimal istifadə nəzəriyyəsinin işlənilməsinə görə 
1976-cı il  –  Milton Fridmen (ABŞ) 
İstehlak sahəsində tədqiqatları, monetar nəzəriyyə və pul tədavülü tarixinin 
işlənilməsinə görə 
1977-ci il  –  Ceyms Mid (Böyük Britaniya), Bertin Ulin (İsveç) 
Beynəlxalq ticarət nəzəriyyəsi və kapitalın hərəkəti sahəsi üzrə işlərinə görə 
1978-ci il  –  Herbert Saymon (ABŞ) 
İqtisadi təşkilatlarda strukturun və qərarlar qəbul edilməsi proseslərinin 
tədqiqinə görə 
1979-cu il  –  Artur Lyuis (ABŞ), Teodor Şults (ABŞ) 
İnkişaf etməkdə olan ölkələrin problemlərinin tədqiqi üzrə işlərinə görə 
1980-ci il  –  Lourens Kleyn (ABŞ) 
İqtisadi meodellərin yaradılması və onların iqtisadi siyasət və dövrü 
dəyişikliklərin təhlilində tətbiqi üzrə işlərinə görə 
1981-ci il  –  Ceyms Tobin (ABŞ) 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə