Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə168/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   164   165   166   167   168   169   170   171   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
350
 
 
Ç 
Çatışmazlıq  –  Tələbin  həcminin  təklifin  həcmindən  daha  yüksək  səviyyədə  olduğu 
vəziyyət. 
Çap reklamları – Mətbəə üsulu ilə yerinə yetirilən reklamlar. 
Çarter – Nəqliyyat vasitələrinin sahibləri ilə sifarişçi (icarədar) arasında müəyyən müddətə 
bağlanmış müqavilə. 
Çek  –  Müəyyən  olunmuş  formada  pul  sənədə  kimi  fiziki,  yaxud  hüquqi  şəxsin  bankdakı 
vəsaiti (pulu) barəsində qəti sərancamı, əmri. 
Çeşid – Məhsul və xidmətlərin tərkibi, növləri, tipləri. 
Çevik  iqtisadi  siyasət  –  Dövlətin  və  şirkətin  yaranmış  konkret  vəziyyətdən  irəli  gələn 
hərəkət xətti. 
Çevik kapital – Asanlıqla əvəz edilə bilən və dəyişdirilə bilən kapital. 
Çevik  qiymət  –  Razılaşdırılmış,  lakin  əmtəələrin  göndərildiyi  və  xidmətlərin  göstərildiyi 
vaxt bazar qiymətlərinin dəyişkənliyindən asılı olaraq, yenidən baxılan kəmiyyət. 
Çevik  valyuta  məzənnəsi  –  Valyuta  bazarındakı  dəyişikliklərlə  müəyyən  olunan,yaxud 
«üzən» məzənnə. 
Çıxış  qiyməti  –  Alıcının  almağa,  satıcının  isə  satmağa  razı  olduqları ən  yüksək  yaxud  ən 
aşağı qiymət. 
Çoxtərəfli  hesablaşma
  –  Uç  və  daha  çox  ölkəni  əhatə  edən  xarici  ticarət,  kredit, 
investisiyalar üzrə qarşılıqlı hesablaşmalar sistemi. 
 

Daxili bazar – Ölkə daxilində, onun hüdudları çərçivəsində fəaliyyət göstərən bazar. 
Daxili dövlət borcu – Dövlətin təşkilatlara, şirkətlərə və ölkə əhalisinə olan borcları. 
Daimi  (sabit)  xərclər  –  Məhsul  istehsalının  həcmindən  asılı  olmayan  və  binaların 
saxlanması,  uzunmüddətli  icarəsi,  inzibati-idarəetmə  işçi  heyətinə  əmək  haqqının 
ödənilməsi xərcləri. 
Dəyişən  xərclər  –  İstehsalın  həcmindən  asılı  olaraq,  şirkətin  ümumi  xərclərinin  artmasi 
yaxud azalması. 
Debitor – Şirkətə, təşkilata pul borcu olan hüquqi və fiziki şəxs. 
Devalvasiya – Valyuta məzənnəsinin rəsmi aşağı salınması. 
Diversifikasiya  –  İstehsal  prosesinin  şaxələnmiş  (müxtəlif  təyinatlı  məhsullar  buraxılışı) 
surətdə inkişafı. 
Denominasiya  –  Kağız  pul  vahidinin  müəyyən  edilmiş  variantda  iri  pul  vahidlərinə 
dəyişdirilməsi. 
Demoqrafiya  –  Əhalinin  tərkib  quruluşu,  yerləşməsi  və  onun  dinamikasında  baş  verən 
müxtəlif dəyişiklikləri öyrənən iqtisad elminin sahəsi. 
Dempinq siyasəti – Rəqabət formalarından biri olub, xarici bazarda müəyyən vaxt ərzində 
məhsulların istehsal xərclərindən ucuz satılması. 
Dəyər – İstehsalçıların əmtəədə təcəssüm olmuş və maddiləşmiş xərcləri. 
Dividend – Səhm sahiblərinin qoyduqları kapitala görə aldıqları pay. 
Diler – Fond birjasında müstəqil fəaliyyət göstərən işgüzar şəxs. 
Diskont – Buraxılmış qiymətli kağızın bazar qiymətilə nominal dəyəri arasındakı fərq. 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
351
 
 
Dotasiya  –  Öz  gəlirləri  ilə  öz  xərclərini  ödəyə  bilməyən  müəssisə  və  təşkilatlara,  geri 
qaytarmamaq şərtilə dövlət tərəfindən verilən vəsaitlər. 
Dövriyyə  fondları  –  Bir  istehsal  prosesi  ərzində  dəyərini  hazır  məhsulun  üzərinə  tam 
keçirən məhsuldar fondlar. 
Dövlətsizləşdirmə  –  Dövlət  mülkiyyətində  qalmaqla,  istehsal  və  xidmət  dairəsi 
obyektlərinin sahibkarlara, habelə əmək kollektivlərinə icarəyə, istifadəyə verilməsi. 
Dövlət borcu – Dövlətin daxili və xarici borclarının cəmi. 
Dövlət  bölməsi  –  İqtisadiyyatın  dövlət  orqanları  tərəfindən  idarə  edilən,  dövlət 
mülkiyyətində olan hissəsi. 
Dövlət  büdcəsi  –  Dövlətin  pul  vəsaiti  fondunun  əmələ  gəlməsi  və  onun  istifadə  edilməsi 
istiqamətlərini müəyyən edən gəlir-xərclərinin ümumi smentası. 
Dövlət mülkiyyəti – Dövlətə məxsus olan və onun idarə etdiyi obyektlər. 
Dövlət  xəzinəsi  –  Dövlət  büdcəsinin  pul  vəsaitlərinin  və  dövlətin  digər  sərvətlərinin 
saxlandığı yer. 
Dövlət  iqtisadi  siyasəti  –  Dövlət  adından  hökumətin  istehsal,  bölgü,  mübadilə,  istehlak, 
yığım, ixrac, idxal sahəsində həyata keçirdiyi fəaliyyət xətti. 
Dövlət krediti – Ölkədə və xaricdə hüquqi və fiziki şəxslərdən dövlətin istiqraz formasında 
aldığı borc. 
Dövlət  müavinəti
  –  Dövlət  büdcəsinin  vəsaitləri  hesabına  və  büdcədənkənar  fondlar 
hesabına əhaliyə verilən müavinət. 
Dünya  bazarı  –  Bir-biri  ilə  beynəlxalq  əmək  bölgüsündəki  iştirakla  bağlı  olan  ölkələr 
arasındakı əmtəə-pul münasibətləri sistemi. 
Dünya  qiyməti  –  Dünya  bazarında  satılan  müxtəlif  məhsulların  hər  vahidinin  beynəlxalq 
dəyərinin pul ifadəsi. 
 

Ekstensiv  inkişaf  tipi  –  Əvvəlki  texniki-texnoloji  baza  əsasında,  əlavə  xammal  və  iş 
qüvvəsi cəlb etməklə istehsalın həcminin artması. 
Elmi-texniki  potensial  –  Elm  və  texnikanın  inkişafını  xarakterizə  edən  bütün  göstəricilər 
kompleksi. 
Elastiklik
  –  Tələb  və  təklifin  həcminin  onları  müəyyən  edən  amillərdən  (ilk  növbədə 
qiymətlərdən) asılı olaraq dəyişməsi, həssaslığı. 
Elastik təklif – Elastiklik əmsalı vahiddən cox olan təklif (E > 1). 
Elastik tələb – Elastiklik əmsalı vahiddən çox olan tələb (E > 1). 
Elastiklik  əmsalı  –  İqtisadi  göstəricinin  onun  asılı  olduğu  amillərə  həssaslığını 
səciyyələndirən göstərici. 
Elektron  satışları  –  Xüsusi  kompüter  sistemləri  (şəbəkəsi)  əsasında  geniş  ərazini  və 
alıcıları əhatə edən satışlar. 
Embarqo – Ölkəyə əmtəə-xidmətlər idxalı və ixracının qadağan edilməsi. 
Emissiya  –  Qiymətli  kağızların,  bank  biletləri  və  kağız  pulların  hazırlanıb  dövriyyəyə 
buraxılması. 
Emissiya bankı – Pulların emissiyasına cavabdeh olan orqan, ölkənin Mərkəzi Bankı. 
Erqonimika  –  İstehsal  prosesində  insanın  imkanlarını  hərtərəfli  öyrənən  və  texnika-insan 
qarşılıqlı təsirini araşdıran elm sahəsi. 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə