Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə170/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   166   167   168   169   170   171   172   173   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
354
 
 
Gəlirlilik – Qiymətli kağızların əsas keyfiyyət göstəricisi. 
Girov  –  Borc  öhdəliyinin  yerinə  yetiriləcəyinə  təminatvermə  növlərindən  (əmlakla, 
qiymətli şeylə) biri. 
Gizli razılaşma – Şirkətlərin qiymət, istehsal  həcmi  və satış  bazarlarını  bölmək üçün gizli 
razılaşmaları. 
Gömrük – Ölkənin iqtisadi sərhədlərinin mühafizə sistemi. 
Gömrük  rüsumu  –  Xarici  ölkə  məhsulları  milli  sərhədləri  keçdikləri  vaxt,  dövlət 
tərəfindən alınan müəyyən pul vəsaiti (vergi). 
Gömrük  tarifi  –  Ölkədən  çıxarılan  və  ölkəyə  daşınan  məhsulların,  malların 
sistemləşdirilmiş qaydalar üzrə vergi norması. 
«Görünməz  əl»  prinsipi  –  Bazarın  fəaliyyətinə  dövlətin  qarışmaması  haqqında  A.Smitin 
irəli sürdüyü fikir. 
«Gözləmə» nəzəriyyəsi – İstehlakçıları və şirkətləri perspektivdə nələr gözləyəcəyi, yaxud 
nələr ola biləcəyi haqqında konsepsiya. 
 

Hazır  məhsul  –  Şirkətdə  (birlikdə)  standartların  və  müqavilənin  tələblərinə  tam  cavab 
verən məhsulların hazırlanmasının son tamamlanması. 
Hesablama  Palatası
  –  Bir  sıra  ölkələrdə  fəaliyyət  göstərən  ali  dövlət  maliyyə  nəzarəti 
orqanı. 
Həyat səviyyəsi – Əhalinin maddi, sosial, mədəni və intelektual tələblərinin ödənilməsi. 
Həyat  tərzi  –  İnsanların  həyatının  sosial-iqtisadi  tərəfini  səciyyələndirən  ümumiləşdirici 
anlayış. 
Hərrac
  –  Müəyyən  edilmiş  vaxtda  və  yerdə,  müəyyən  miqdarda  əmtəələrin,  əmlakın, 
əşyaların açıq satışı. 
Hərrac qiyməti – Əmlak və malın hərrac satışında alınan qiyməti. 
Himayədarlıq  siyasəti  –  Milli  iqtisadiyyatı  xarici  rəqabətdən  qorumaq  üçün  gömrük, 
valyuta, kredit kimi vasitələrdən istifadəni nəzərdə tutan tədbirlər sistemi. 
Hiperinflyasiya – Ölkədə qiymət səviyyəsinin çox sürətlə artması. 
Holdinq  şirkət  –  Başqa  şirkət  və  müəssisələrin  fəaliyyətini  idarə  edən,  yaxud  onlara 
nəzarət edən korporasiya, baş şirkət. 
Homo Economics – İqtisadi qərarların optimal variantını qəbul edən, yüksək iqtisadi biliyə 
malik adam. 
Hökumətin transfer ödəmələri – Hökumətin mübadilə və dövlət sifarişləri üçün xərclədiyi 
vəsait. 
Hökumət  tədarükü  –  Mərkəzi  və  yerli  halimiyyət  orqanları  tərəfindən  əmtəə-xidmətlərin 
alqısı. 
Hüquqi şəxs – Qanunvericiliyə uyğun olaraq, hüquq və vəzifələrin müstəqil daşıyıcısı kimi 
çıxış edən təsərrüfat subyekti. 
 

Xalis idxal – Ölkə  idxalının ümumi  həcmi  və ölkəyə  idxal edilən  məhsul  növlərinin  ixrac 
həcmi arasındakı fərq. 
Xalis ixrac – İxrac edilən malların ixrac və idxalı arasındakı fərq. 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
355
 
 
Xalis  kapital  axını  –  Xaricə  kapital  axınının  ümumi  həcmi  ilə  xaricdən  ölkəyə  kapital 
axınının həcmi arasındakı fərq. 
Xalis  milli  məhsul  –  Ölkənin  makroiqtisadi  göstəricilərindən  biri  olub,  ümumi  milli 
məhsulun  dəyər  tərkibindən  istehlak  olunmuş  istehsal  vasitələrinin  dəyəri  və  vergilər 
çıxıldıqdan sonra qalan hissə. 
Xalis  satış  həcmi
  –  Kreditə  satılmış  malların  dəyəri  çıxıldıqdan  sonra  ilə  müəssisəsinin 
satdığı mal və xidmətlərin ümumi dəyəri. 
Xalis vergilər – Əhalinin dövlətdən aldığı transfert ödənişlərinin çıxılması şərti ilə əhalinin 
dövlətə ödədiyi vergilər. 
Xalq təsərrüfatı – İctimai əmək bölgüsünün fəaliyyət göstərdiyi şəraitdə, qarşılıqlı əlaqə və 
asılılıqda olan sahələrin məcmusu. 
Xammal  –  İlk  dəfə  əmək  prosesinə  məruz  qalan  və  müxtəlif  mallar  istehsalında  istifadə 
edilən əmək predmeti. 
Xarici  borc  –  Xarici  dövlətlərə,  beynəlxalq  maliyyə  qurumlarına,  vətəndaşlara,  şirkətlərə 
və təşkilatlara olan borc. 
Xarici  rəqabət  –  Bir  ölkə  şirkətinin  əmtəə-xidmətlər  istehsal  və  idxal  edərkən,  başqa 
ölkələrin şirkətləri ilə toqquşması zamanı yaranan rəqabət. 
Xarici  valyuta  üzərində  nəzarət
  –  Hakimiyyət  orqanları  tərəfindən  ölkə  vətəndaşları  və 
şirkətlərin xarici valyutaya və valyuta məzənnəsinə nəzarəti. 
Xarici ticarət defisiti – Dövlətin nəzərdə tutduğu ixracın kəsirdə qalması. 
Xəzinə – Dövlətin ümumi maliyyə ehtiyatı. 
Xəlvəti  (gizli)  bazar  –  Maddi  nemətlə  istehsalı  və  xidmətlər  göstərilməsində  qeyri-qanuni 
iqtisadi fəaliyyət növü. 
Xidmət dairəsi
 – Əhaliyə müxtəlif təyinatlı xidmətlər göstərməklə məşğul olan sahə, şirkət 
və təşkilatlar. 
Xidmətlər bazarı – İstehlak malları bazarının tərkib hissəsi. 
Xidmət müddəti – Müxtəlif məhsul və malların «həyat dövrü», yaxud «həyat tsikli». 
Xidmət  tarifləri  –  Xidmət  sahəsi  obyektlərinin  istehlakçılara,  sifarişçilərə  göstərdikləri 
xidmətlərin haqqı. 
Xüsusi müliyyət – İqtisadi münasibətlərin ifadəsi, mənimsəmənin xüsusi forması. 
Xüsusi  sahibkarlıq  şirkəti  –  Sahibinin  fəaliyyətini  öz  maraqlarına  uyğun  idarə  etdiyi, 
bütün mənfəətinə sahib olduğu, öhdəliklərinə görə məsuliyyət daşıdığı şirkət. 
Xüsusi (qızıl) səhm – Sahibi dövlət təşkilatı olan qiymətli kağız (səhm). 
 
İ 
İcarə  –  Əmlakın,  torpağın,  obyektin  mülkiyyətçisi  tərəfindən  onun  müəyyən  şərtlər 
daxilində başqa şəxslərə istifadəyə verilməsi. 
İcarə haqqı – İcarəyə götürülmüş əmlak və torpaqdan istifadə üçün pul ödənişi. 
İcarə  müqaviləsi  –  Mülkiyyətçi  (sahibkar)  ilə  əmlakdan  istifadə  edən,  yəni  icarədarla 
icarəçi arasında razılaşma sənədi. 
İdxal – Xaricdən ölkəyə daşınan məhsullar. 
İqtisadi artım – İstehsalın maddi və şəxsi amilləri hesabına onun həcminin artması. 
İqtisadi  blokada  –  Hər  hansı  bir  ölkə  ilə  müxtəlif  səbəblər  üzündən  iqtisadi-ticarət 
əlaqələrinin kəsilməsi, yaxud onun təklənməsi. 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə