Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə173/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   168   169   170   171   172   173   174   175   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
360
 
 
Milli  gəlir  –  Bir  il  ərzində  yaradılmış  ÜDM-un  dəyərindən  istehlak  olunmuş  istehsal 
vasitələrinin dəyəri çıxıldıqdan sonra qalan hissə (əmək haqqı, mənfəət, renta, faiz) . 
Milliləşdirmə  –  Dekret  və  qanunvericilik  yolu  ilə  əmlakın,  torpağın,  obyektin  xüsusi 
mülkiyyətdən dövlət mülkiyyətinə keçməsi. 
Milli  sərvət  –  Millətin  tarixən  yaratdığı  və  hazırda  malik  olduğu  bütün  maddi  və  mənəvi 
nemətlər. 
Monetarizm – İqtisadi proseslərdə və təsərrüfatçılıqda, tədavüldə olan pul kütləsi (miqdarı) 
ilə  əmtəə-xidmətlərin  kəmiyyət  arasındakı  nisbətin  həlledici  rol  oynadığı  irəli  sürən  elmi 
konsepsiya. 
Mülkiyyət  –  Cəmiyyətdə  fiziki  və  hüquqi  şəxslərin  müəyyən  əmlaka  (torpağa,  kapitala) 
malik olması və bundan müxtəlif formalarda istifadə etməsi. 
Müsadirə –  Məhkəmənin  hökmünə əsasən,  hər  hansı  bir şəxsin  yaxud təşkilatın (şirkətin, 
birliyin) mal-mülkiyyətinin əvəzi ödənilmədən əlindən alınıb, dövlətə verilməsi. 
Mütləq  üstünlük  –  Məhsul-xidmət  sahəsi  istehsalçılarının  əmək  məhsuldarlığına  əsasən 
müqayisəsi. 
 

Natamam  məşğulluq  –  Ölkə  əhalisi  arasında  işləmək  arzusunda  olub,  lakin  iş  yeri 
tapmayan şəxslərin olması, yaxud qismən işsizlik. 
Natamam  rəqabət  –  azad  rəqabət  bazarından  başqa  digər  bazarlar  (inhisar,  oliqopoliya, 
xalis inhisar). 
Natural  göstəricilər  –  Əmtəə-xidmətlərin  fiziki  vəziyyətini  əks  etdirən  vahidlərlə 
ölçülməsi. 
Natural  təsərrüfat
  –  Ehtiyacını  özü  istehsal  etdiyi  məhsullar  hesabına  təmin  edən  qapalı 
təsərrüfat tipi. 
Natural vergilər – Əmtəə, məhsul, mal formasında həyata keçirilən məcburi ödənişlər. 
Nemət – İnsanın tələbatlarını ödəməyə yararlı olan məhsul və xidmət. 
Neoklassik  iqtisadi  nəzəriyyə  –  Azad  rəqabət  ideyasını  müdafiə  edən  və  tələb,  təklif, 
qiymət, elastiklik anlayışlarını faydalılıq mövqeyindən təhlil edən elmi-nəzəri istiqamət. 
Netti gəlir – Bütün xərclərdən sonra qalan gəlir. 
Netto qiymət – mal və məhsulun alqı-satqı yerindəki qiyməti. 
Nisbi göstərici – Mütləq göstəricinin baza kəmiyyətinə nisbəti. 
Nisbi  qiymət  –  Əmtəənin  müəyyən  miqdarda  başqa  bir  şeylə,  yaxud  məhsulla  ifadə 
olunmuş qiyməti. 
Nisbi  üstünlük
  –  Müxtəlif  ölkə  istehsalçılarının  eyni  məhsul  istehsalı  üzrə  xərclərinin 
fərqli olması. 
Nominal dəyər – Qiymətli kağızların (səhmlərin, banknotların) üzərində yazılan, göstərilən 
dəyər. 
Nominal əmək haqqı – İşçi və qulluqçuların aldığı əmək haqqının (pul vəsaitinin) məbləği. 
Nominal gəlir – Müəyyən  vaxt ərzində  hər bir  fərdin,  yaxud sosial qrupun əldə etdiyi pul 
gəliri. 
«Nou-hou»  –  hələ  geniş 
yayılmamış,  əmtəələrin-xidmətlərin 
istehsalının 
və 
reallaşdırılmasının təşkili üçün zəruri sayılan elmi-texniki biliklər, texnoloji yeniliklər. 
Normativ – Məhsulun hər vahidi üçün sərf olunan vəsait və materialların miqdarı. 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
361
 
 
Normal mənfəət – Sahibkar gəlirinin müəyyən bir hissəsi. 
Nostro  –  Müəyyən  bir  bankın  (kredit  təşkilatının)  digər  müxbir  bankda  açdığı  qarşılıqlı 
ödəmələr hesabı. 
Nulifikasiya – Ləğvetmə prosesi, bir şeyin etibarsız sayılması. 
Nümunə  –  Reklam  məqsədilə,  əmtəənin  sərgilərdə  alıcıları  tanış  etmək  üçün  istifadə 
olunan, yaxud göstərilən variantı. 
Nümunəvi bazar – Yeni məhsul-xidmət nümunələri satışının keçirildiyi yer 
Nümunəvi  layihə  –  Çoxsaylı  (kütləvi)  obyektlər  üçün  həyata  keçirilməkdən  ötrü  bir  sıra 
icraçılar tərəfindən müxtəlif şəraitdə (yerlərdə) istifadə edilən layihə. 
 

Offşor mərkəzləri
 – Sahibkarlıq fəaliyyəti üçün əlverişli və güzəştli vergi şəraiti yaradılmış 
maliyyə-ticarət bazarları (əraziləri). 
Ofşor  şirkət  –  Xüsusi  güzəştlər  təklif  edən  ölkələrin  offşor  mərkəzlərində  qeydiyyata 
alınmış xarici şirkət. 
Ofis – Şirkət və birliyin rəsmi mənzil iqamətgahı. 
Oliqopoliya  –  Məhdud  sayda,  bir  neçə  şirkət  və  birliyin  müəyyən  əmtəələrin  istehsalı-
satışı, habelə xidmətlərin göstərilməsi sahələrində ağalığı. 
OPEK
 – Neft ixrac edən bir sıra ölkələrin təşkilatı. 
Opsion  –  Müəyyən  vaxtlığa  əmlak  və  qiymətli  kağızların  əvvəlcədən  şərtləndirilmiş 
qiymətə alınıb-satılması hüququ. 
Optimal  qiymət  –  Əmtəə-xidmətlərin  xərc  və  gəlirlərinin  obyektiv  qiymətləndirilməsi 
əsasında formalaşmış qiymət. 
Orta  əmək  haqqı
  –  Müəyyən  dövr  üçün  işçi  və  qulluqçuların  əmək  haqqının  orta  həcmi 
(məbləği). 
Orta xərclər – İstehsal olunmuş hər məhsul vahidinə düşən xərclərin kəmiyyəti. 
Oyken qanunu – ABŞ iqtisadçısı A.Oykenin adı ilə bağlı olub, ölkədə işsizlik səviyyəsi ilə 
real istehsalın həcmi arasındakı asılılığı göstərir. 
Oyunlar nəzəriyyəsi – Müəyyən seçim və qərar qəbul edilməsilə bağlı, bazar (sövdələşmə) 
iştirakçılarının davranışını öyrənən elmi-nəzəri istiqamət. 
 
Ö 
Ödəmə  fondu
  –  İctimai  məhsulun  istehsal  prosesində  istehlak  olunmuş  istehsal 
vasitələrinin ödənilməsi məqsədilə yaradılmış fond. 
Ödəmə  qabiliyyəti
  –  Dövlətin,  hüquqi  və  fiziki  şəxslərin  tədiyələr  (borclar)  üzrə 
öhdəliklərini yerinə yetirmək qabiliyyəti. 
Ödəniş valyutası – Xarici ticarət əlaqələrində aparılan əməliyyatların ödənildiyi valyuta. 
Ölkənin sənayeləşdirilməsi – Ölkə iqtisadiyyatının sənaye əsasına keçirilməsi. 
Ölü renta – İstifadə olunmayan mülkə, əmlaka, torpağa görə ödənilən icarə haqqı. 
Özəl bölmə – Özəl (xüsusi) mülkiyyətdə olan, özəl kapitala məxsus iqtisadi obyektlər. 
Özəlləşdirmə  –  Dövlətə  və  ictimai  mülkiyyətə  məxsus  müəssisə,  şirkət,  obyektlərin  ayrı-
ayrı vətəndaşlara, xüsusi mülkiyyətçilərə, eyni zamanda xaricilərə satılması. 
Öz  xərcini  ödəmə  –  istehsal  olunan  məhsulun  satışı  və  göstərilən  xidmətlər  hesabına 
qazanılan gəlirlə öz xərclərini tam ödəməyə əsaslanan təsərrüfatçılıq prinsipi. 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə