Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə1/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   176


Azərbaycan Respublikası Təhsil Nazirliyi 
Qərb Universiteti 
 
 
Q.Y.Əbdülsəlimzadə 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İqtisadi nəzəriyyə – Economics 
(Dərs vəsaiti) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – 2012 
 
 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
2
 
 
 
 
 
 
Dərs  vəsaiti  iqtisad  elmləri  doktoru,  professor  Q.Y.Əbdülsəlimzadə  tərəfindən 
hazırlanmışdır 
 
Redaktor: 
«İqtisadiyyat, marketinq və menecment» kafedrasının müdiri, iqtisad 
elmləri namizədi, dosent P.Ə.Qurbano
Rəyçilər: 
İqtisad elmləri doktoru, professor İ.V.Əlibəyov 
 
İqtisad elmləri namizədi, dosent X.Ş.Kərimov 
 
 
 
 
Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 4 avqust 2006-cı il tarixli 639 
saylı əmrinə əlavə kimi «Ali ixtisas təhsilinin Dövlət Standartı bakalavr hazırlığının 
məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələbləri»nə uyğun olaraq, «II 010000 
– Ümumi iqtisadiyyat» istiqaməti üzrə ali baza təhsil proqramına daxil edilmiş «İqtisadi 
nəzəriyyə» kursunun (kod İÜ HF B 04) tədrisinə dair tövsiyyələrinə, metodik göstərişlərinə 
uyğun hazırlanmışdır. 
 
 
Dərs  vəsaitində  tarixi  və  məntiqi  ardıcıllıqla  iqtisadi  biliklərin  formalaşmasının  ilk 
dövrlərindən  başlayaraq,  cəmiyyətin  mürəkkəb  sosial-iqtisadi  problemləri  –  tələb-təklif, 
istehsal-bölgü,  mübadilə-istehlak, qiymət-rəqabət, pul-kredit, daxili-xarici  bazar, ölkələrin 
iqtisadi-ticarərət  əlaqələri,  milli  iqtisadiyyatların  təhlükəsizliyi,  əhalinin  həyat  səviyyəsi, 
müasir iqtisadi inteqrasiya və qloballaşma problemləri şəhr olunmuşdur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 Q.Y.Əbdülsəlimzadə 
 Qərb Universiteti 
Nəşriyyat-Poliqrafiya Mərkəzi, Bakı, 2012 
 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
3
 
 
 
Ön söz 
Müasir  inteqrasiya,  qloballaüma  və  vahid  dünya  təsərrüfat  sisteminin  aşkar 
çətinliklərə  tədricən  formalaşdığı  qeyri-sabit  bir  inkişaf  mərhələsində,  qədim  yunan 
müdriklərinin  «hər  şey  axır  hər  şey  dəyişir»  fikri  təsdiq  edir  ki,  yaşadığımız  cəmiyyət 
həyatının  ictimai-siyasi,  mədəni-əxlaqi  problemləri  ilə  yanaşı  onun  sosial-iqtisadi 
sahələrində  də  baş  verən  ziddiyyətli  mürəkkəb  dəyişikliklər,  həmin  dinamik  proseslərin 
hərtərəfli dərk olunmasından daha surətlə gedir. 
XXI  əsr  cəmiyyətinin  çoxcəhətli  qayğı  və  problemlərinin  elmi-nəzəri  tədqiqi,  eyni 
zamanda obyektiv mövqelərdən tədrisi, yetişməkdə olan yeni gənc nəsl mütəxəssislərindən 
tələb  edir  ki,  onlar  «bugünü  keçmişin  işığında  gələcək  məqsədlər  naminə  öyrənməli, 
kimlərinsə  əhval-ruhiyyəsinə  uyğun  dəyişməməli,  əsl  peşəkar  sənət  sahibi  kimi  yüksəkdə 
dayanmalı,  saf-səmimi  olmalı,  real  iqtisadi  prosesləri  təhlil  etdikdə  tədqiqatçı  alim  kimi 
hərəkət  etməli,  həmin  məqsədlərin  həyata  keçirilməsində  isə  siyasətçi  mövqeyində 
durmalıdırlar.» (C.Keyns) 
Bu  ciddi  meyarlar  baxımından  konkret  tarixi  şəraitdə  «cəmiyyətin  iqtisadi 
münasibətlərinin  qanunauyğunluqlarını»  (A.Smit);  «maddi  nemətlərin  istehsal,  bölgü, 
mübadilə,  istehlakını  idarə  edən  qanunları»  (K.Marks);  «iqtisadi  resursların  məhdudluğu 
və  cəmiyyətin  tələbatlarının  sonsuzluğu»  (D.Robinson)  reallığında;  «insan  cəmiyyətinin 
normal  həyat  fəaliyyətinin  öyrənilməsi»  (A.Marşall);  «nə,  necə  və  kim  üçün  istehsal 
etməli»  (P.Samuelson)  prinsiplərinə  uyğun  istiqamətdə  daha  səmərəli  son  iqtisadi-sosial 
nəticələrə nail olmağın sintetik elmi təhlili kimi müxtəlif məktəblər, istiqamətlər tərəfindən 
səciyyələndirilən  iqtisadi  nəzəriyyə  (siyasi  iqtisad,  ekonomiks,  iqtisadiyyat)  –  ictimai 
elmlərin mühüm tərkib hissələrindən birini təşkil edir. 
Böyük  Azərbaycan  mütəfəkkiri  Nəsrəddin  Tusinin  (XIII  əsr)  yazdığı  kimi  «bu  elm 
hamının  xeyrinə  olan  birgə  əməyin  həqiqi  və  ümumi  inkişaf  qanunları  haqqında 
nəzəriyyədir». 
Qərb  Universitetinin  hazırladığı  «İqtisadi  nəzəriyyə  –  Economics»  adlı  dərs 
vəsaitinin – iqtisadiyyata giriş, mikroiqtisadiyyat, makroiqtisadiyyat və müasir beynəlxalq 
iqtisadi problemlər kimi 4 ümumi bölməsi məntiqi bir ardıcıllıqla 32 mövzunu əhatə edir. 
Dərs  vəsaitinin  fərqləndirici  xüsusiyyətləri  kimi  –  Azərbaycan  Respublikası  Təhsil 
Nazirliyinin  «İqtisadi  nəzəriyyə»  kursunun  tədrisinə  dair  tövsiyyələrinə  əsaslandığını, 
müasir  standartlara  uyğun  hazırlandığını;  yeri  gəldikcə  iqtisadi  təlimlər  tarixi  və  iqtisadi 
tarixlə  əlaqələndirildiyini;  müxtəlif  dillərdə  nəşr  olunmuş  dərslik,  kitab,  monoqrafiyalara 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
4
 
 
istinadla  yazıldığını;  real  həyat  faktları,  statistika  materialları,  bədii  ədəbiyyat 
nümunələrinə  yer  verildiyini;  Qərb  Universitetinin  özəl  tədris  cəhətlərinin  nəzərə 
alındığını;  bir  sıra  qrafik  təsvir,  sxem  və  cədvəllərdən  istifadə  olunduğunu;  öyrənilən 
mövzuların respublikanın iqtisadi – sosial problemləri ilə bağlı şərhi səylərini qeyd etmək 
lazımdır. 
Hər  ümumi  bölmə  üçün  test  imtahan  sualları,  dərs  saatları  bölgüsü,  axırda  isə 
ədəbiyyat siyahısı və iqtisadi terminlərin izahlı lüğətinin verilməsi, şübhəsiz tələbələrin bu 
kursu müstəqil sürətdə öyrənməsinə kömək edəcəkdir. 
Dərs vəsaitinin ayrı-ayri bölmələr üzrə nəşr olunmuş ilk variantı ilə tanış olaraq, öz 
tənqidi  qeydlərini  bildirmiş,  arzu  və  təkliflərini  irəli  sürmüş  həmkarlarımıza,  professor  – 
müəllim  heyətinə,  tələbələrə  dərin  təşəkkürümüzü  bildirməklə  yanaşı,  gələcəkdə  kitabın 
daha  da  təkmilləşdirilməsi  istiqamətindəki  işgüzar  məsləhətlər  böyük  razılıq,  habelə 
minnətdarlıqla nəzərə alınacaqdır. 
 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə