Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə14/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
30
 
 
istehsalın  ümumi  həcmini  artırmaqla  yanaşı,  bütövlükdə  cəmiyyətin,  o  cümlədən  də 
ailələrin, habelə ayrı-ayrı fərdlərin (şəxslərin) tələbləri daha dolğun surətdə ödənilə bilsin. 
 
3.4. İqtisadi resursların, maddi-texniki bazanın və texnologiyaların nisbi məhdudluğu 
üzündən  cəmiyyətin  getdikcə  artan  tələbatlarının  tam  ödənilməsi  həmişə  mümkün  olmur. 
Konkret bir ölkənin timsalında, onun istehsal imkanları daxilində hansı məhsullardan və nə 
qədər hazırlamasının daha səmərəli variantının müəyyənləşdirilməsini sadələşdirmək üçün 
aşağıdakı şərtlər nəzərə alınmalıdır: 
–  həmin ölkədə əhalinin işlə optimal məşğulluğu təmin edilmişdir; 
–  istehsal  və  xidmət  sahələrində  istifadə  edilən  iqtisadi  resursların  həcmi  sabitdir 
(dəyişməzdir); 
–  istehsal proseslərində və xidmət dairəsində tətbiq olunan texnika-texnalogiya dəyişmir; 
–  ölkədə  yalnız  2  adda  məhsul,  məsələn  geniş  mənada  istehsal  vasitələri  və  istehlak 
şeyləri,  dar  mənada  isə  silah-ərzaq,  yaxud  P.Samuelsonun  «İqtisadiyyat  (Economics)» 
kitabında aydınlıq naminə yazdığı kimi top və yağ hazırlanır. 
Deməli,  ölkənin  mövcud  iqtisadi  resursları  bazasında  cəmiyyətdə  ya  istehsal 
vasitələri hazırlamalıdır ki, bunların köməyi ilə onun tələbatları ödənilsin; yaxud da təkcə 
istehlak  şeyləri  (ərzaq,  paltar,  mebel  və  sair)  hazırlanaraq,  insanların  gündəlik  ehtiyacları 
təmin  olunsun.  Başqa  sözlə,  təlabatların  sonsuzluğu  və  iqtisadi  resursların  məhdudluğu 
şəraitində  həm  cəmiyyət,  həm  də  insanlar  müəyyən  (konkret)  seçim  qarşısında 
durduqlarından, təbii olaraq onlar nəyə üstünlük  vermələri  barəsində qərara gəlməlidirlər. 
Bu  isə  o  deməkdir  ki,  hər  hansı  bir  məhsulun  (məhsul  qrupunun)  hazırlanmasına  sərf 
olunmuş  iqtisadi  resurslar,  hökmən  digər  bir  məhsulun  (məhsul  qrupunun)  hazırlanması 
imkanlarını  məhdudlaşdıracaq, bəzi  hallarda  isə  hətta bunun qarşısını tamamilə alacaqdır. 
Bu  reallığı,  yəni  iqtisadi  resurslardan  alternativ  (əks)  istiqamətlərdə  istifadə  olunması 
nisbətinin müxtəlif variantlarını aşağıdakı cədvəldən görmək olar: 
İqtisadi sistemin istehsal imkanları hüdudlarının altrnativ variantları 
 
Alternativ 
 variantlar 
Məhsul növü 






Silah (robot, dəzgah) min ədəd 
15 
14 
12 



Yağ (ərzaq, taxıl) mln ton 






 
Alternativ  istehsal  imkanları  cədvəlini  qrafik 
sxem,  yaxud  istehsal  imkanları  əyrisi  kimi  belə 
göstərmək olar.  
Sxemdən  aydın  olur  ki,  məhdud  iqtisadi 
resurslar və sabit texnika – texnalogiya bazasında 
istehsal  imkanlarından  ən  səmərəli  istifadə 
edilməsi  yalnız  ABCDEF əyrisi  boyunca konkret 
bir nöqtədə (məsələn CDE əyri hissəsi üzərindəki 
hər  hansı  İ  nöqtəsində)  mümkündür.  Deməli,  bu 
əyridən  kənarda  iqtisadi  resursların  məhdudluğu 
nəticəsində  istehsal  ümumiyyətlə  həyata  keçirilə 
bilmədiyi  kimi,  əyrinin  içərisində  istehsal 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
31
 
 
mümkün olsa da, səmərəli sayılmayacaqdır. 
 
3.5.  Müxtəlif  ölkələrin  təsərrüfat  həyatı  təcrübəsi  göstərir  ki,  ictimai-siyasi 
quruluşundan  və  ideoloji-dini  baxışlarından asılı  olmayaraq, hər  hansı  bir cəmiyyət malik 
olduğu  iqtisadi  resurslarından  səmərəli  istifadə  etməyi  bacarsa,  iqtisadi-sosial  inkişaf 
istiqamətində  daha  uğurlu  nəticələr  qazana  bilər.  Bu  mənada  müxtəlif  ictimai-siyasi 
quruluşlara  mənsub  olub  və  bazar  münasibətləri  iqtisadi  sisteminin  müxtəlif  modelləri 
üzərində qurulmuş  ABŞ, Norveç, İsveç, Yaponiya, Çin, Hindistan, Türkiyə,  habelə  başqa 
ölkələrin  inkişaf  yolu  belə  bir  müdrik  Şərq  fikrinin  həyatiliyini  təsdiq  edir  ki,  «pişiyin 
dərisinin rənginin qara, yaxud sarı olması vacib deyildir, təki o siçan tuta bilsin». 
Təsadüfi  deyildir  ki,  vaxtilə  F.Engels  xatırlatmışdı:  «Hakimiyyətin  fəaliyyətinin 
iqtisadi  inkişafına  təsirinin  3  istiqaməti  mümkündür.  Birinci  halda  hakimiyyət  iqtisadi 
inkişafla  eyni  istiqamətdə  fəaliyyət  göstərə  bilər,  –  onda  iş  sürətlənər;  ikinci  halda 
hakimiyyət  iqtisadi  inkişafa  əks-təsir  edə  bilər,  –  onda  həmin  hakimiyyət  müəyyən  vaxt 
keçdikdən sonra dağılmış olur; üçüncü halda dövlət hakimiyyəti iqtisadi inkişafa müəyyən 
istiqamətlərdə maneəçilik göstərib, onu başqa istiqamətlərdə irəlilədə bilər». 
Ona  görə  də,  müasir  mərhələdə  iqtisadiyyatın  sərbəst  bazar  prinsipləri  əsasında, 
daxili-xarici  bazarın  tələblərinə  uyğun  tarazlı  surətdə  irəliləyişi  üçün  aşağıdakı  şərtlərə 
əməl  olunmalıdır:  əvvələn,  istehsalın  inkişafına  yönəldilən  iqtisadi  resursların  həcmi 
tədricən artırılmalıdır; sonra, resursların təkcə kəmiyyəti deyil, eyni zamanda kefiyyəti də 
yüksək  olub,  müəyyən  standartlara  cavab  verməlidir;  daha  sonra,  texniki  tərəqqinin 
nailiyyətləri  və  mütərəqqi  texnologiyanın  üstünlükləri  istehsal-xidmət  sahələrində  tətbiq 
olunmalıdır; nəhayət, indiki iqtisadi intiqrasiya və qloballaşma şəraitində ölkənin istehsal-
xidmət  sahələrinin  beynəlxalq  əmək  bölgüsü,  ixtisaslaşma  meyllərinə  uyğunlaşması 
əsasında,  xarici  ticarət  dövriyyəsinin,  xüsusilə  ixrac  məhsullarının  artımı  təmin 
olunmalıdır. 
Qeyd  etmək  zəruridir  ki,  ayrı-ayrı  ölkələrin  iqtisadi-sosial  inkişafı  gedişində  elə 
hallar,  obyektiv-subyektiv  xarakterli  müxtəlif  səbəblər  meydana  çıxa  bilir  ki,  bu  amillər 
ümumi  yüksəliş,  artım  templəri  üçün  müəyyən  çətinliklər  yaradır.  Həmin  mənfi  cəhətlər 
sırasında aşağıdakıları göstərmək olar: 
a)  hökumətin ölkənin real imkanlarını, daxili-xarici bazarın tələbini, əhalinin ehtiyaclarını, 
habelə  həyat  səviyyəsi  göstəricilərini  düzgün  nəzərə  alıb  qiymətləndirməyən  iqtisadi-
sosial siyasət xətti; 
b) müharibə, təbii fəlakətlər, inqilabi hadisələr və sosial sarsıntıların baş verməsi; 
c)  iqtisadi böhran, işsizlik və inflyasiya prosesləri; 
d) əhalinin məşğulluğu və işlə təmin olunmasında onların Konstitusiya hüquqlarının, insan 
haqqlarının  pozularaq,  insanların  yaş,  cins,  irq,  siyasi-dini  əqidə,  milli  mənsubiyyət, 
yerliçilik əlamətlərinə görə ayrı-seçgiliyinə (diskriminasiyasına) yol verilməsi, yaxud bu 
tipli qeyri sivil, antidemokratik üsullardan istifadə edilməsi. 
 
 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə