Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə22/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
47
 
 
Bazarda  yaranmış  tələblə  təklifin 
tarazlıq  səviyyəsi  və  buna  uyğun 
formalaşan  müvafiq  tarazlıq  qiyməti, 
vahid  bir  prosesin  əks  tərəfləri  kimi 
çıxış  edən  tələblə  təklifin  konkret 
vaxtlığa 
üst-üstə 
düşə 
biləcəyini 
göstərir.  Amma  qeyd  etmək  zəruridir 
ki,  bu  hal  bazar  münasibətləri  iqtisadi 
sistemi  şəraitində  ötəri  və  dəyişkən  bir 
xarakter  daşıyır.  Bazarda  baş  verən 
müxtəlif  proseslər  rəqabət,  qiymət, 
vergilər,  habelə  digər  daxili  və  xarici 
amillərin  təsiri  altında  həmin  tarazlıq 
vaxtaşırı pozulur. Çünki bazar dəyişkən 
və dalğalanan dənizi xatırlatdığından, burada tarazıq vəziyyəti müvəqqəti, qeyri-sabitlik isə 
daimidir. 
 
5.5.  Təsərrüfat  həyatı  təcrübəsi  göstərir  ki,  bazarda  əmtəə-xidmətlərin  qiymətinin 
dəyişməsi,  bahalaşması  yaxud ucuzlaşması,  şübhəsiz tələb  və təklifin  həcmində  müəyyən 
dəyişikliklər  yaradır.  Məhsulun  qiyməti  ilə  onun  satış  həcmi  arasında  olan  bu  dəyişkən 
asılılıq, tələb və təklifin elastikliyi (həssaslığı) adlanır. 
Elastiklik – bir dəyişən kəmiyyətin (tələbin, təklifin, qiymətin, gəlirin) digər dəyişən 
kəmiyyətə, habelə başqalarına təsirini güstərir.  
Bazar münasibətləri iqtisadi sistemində, diqqəti ən çox cəlb edən tələbin qiymətə və 
gəlirlərə görə elastikliyidir. Bu halda müxtəlif variantların olması mümkündür: 
a) tələb artarsa, təklif isə dəyişməz qalarsa, qiymət yüksələcəkdir. 
b) tələb azalarsa, təklif isə dəyişməz qalarsa, qiymət aşağı düşəcəkdir. 
c) təklif artarsa, tələb isə dəyişməz qalarsa, qiymət aşağı düşəcəkdir. 
ç) təklif azalarsa, tələb isə dəyişməz qalarsa, qiymət yüksələcəkdir. 
Qiymət  amilindən  asılı  olaraq,  tələb  və  təklifin  elastikliyi  aşağıdakı  kimi  ifadə 
olunur: 
Tələbin elastikliyi – 
=

:

  
Burada 
 – tələbin qiymətlə bağlı elastiklik səviyyəsini göstərir. 
△Q – tələb olunan məhsulun həcmindəki dəyişiklikdir. 
Q – tələbin əvvəlki həcmidir. 
△P – qiymətin dəyişmiş səviyyəsidir. 
P – qiymətin əvvəlki səviyyəsidir. 
Təklifin elastikliyi – 
=

:

 
Burada 
 – təklifn qiymətlə bağlı elastiklik səviyyəsini göstərir. 
Göründüyü  kimi  qiymətlə  bağlı  tələb  və  təklifin  elastikliyi  arasında  oxşarlıq  vardır. 
Lakin  bu  formal  və  zahiri  bir  oxşarlıqdır.  Əslində  mahiyyətcə  fərq  bundadır  ki,  tələbin 
elastikliyinin  müəyyənləşdirildiyi  halda 
△Q  göstəricisi  alıcı  tərəfindən  tələb  olunan 
Q
iym
ət
 (
m
ana
t,
 dol
la
r)
 
Tələb və təklif (ədəd, ton, metr) 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
48
 
 
məhsulun  həcmindəki  dəyişikliyi  əks  etdirir.  Təklifin  elastikliyi  müəyyənləşdirildikdə  isə 
△Q göstəricisi satıcı tərəfindən təklif olunan məhsulun həcmindəki dəyişikliyi əks etdirir. 
Elastiklik  səviyyəsini  aydınlaşdırmaq  üçün  elastiklik  vahidindən  istifadə  olunur. 
Elastiklik  vahidi  dedikdə,  qiymətin  azalıb-artmasının  tələb  və  təklifin  səviyyəsindəki 
dəyişikliyə  uyğunluğu,  yaxud  bərabərliyi  başa  düşülür.  Məsələn,  məhsul  və  xidmətlərin 
qiyməti 2 dəfə aşağı düşmüşsə, eyni zamanda həmin məhsul-xidmətlərin satış həcminin 2 
dəfə  artması  nəticəsində  əldə  olunmuş  pul  məbləği  dəyişməmişsə,  bu  halda  elastiklik 
vahidə,  yəni  E=1  olacaqdır.  Əksinə,  əmtəə-xidmətlərin  qiymətlərinin  2  dəfə  bahalaşması, 
tələbin  həcminin  2  dəfə  aşağı  düşməsi  ilə  nəticələnmişsə,  bu  halda  da  satışdan  əldə 
olunmuş  məbləğ dəyişmədiyindən elastiklik  vahidə,  yəni E=1 olacaqdır. Elastiklik  vahidi 
(əmsalı) belə müəyyənləşdirilir: 
 
E
ə
 
=
ə ə
    ə
  ə ş ə  ə
ə
 (%
ə
)
ə
  ə ş ə  ə
ə
 (%
ə
)
=
%
%
= 1 
 
Qiymət amilindən asılı olaraq, tələb və təklifin bu əmsaldan kənarlaşma halları, yəni 
E>1 olduqda həmin kəmiyyətlər elastik, E<1 olduqda isə qeyri-elastik sayılacaqdır. 
Nəzərə alsaq ki, satışdan əldə edilmiş  məbləğ (R)  məhsulun –  xidmətin qiyməti (P) 
ilə  onun  bazara  çıxarılan  və  reallaşdırılmış  kəmiyyəti  (Q)  hasilinə  bərabərdir,  o  zaman: 
R=P·Q  olacaqdır.  Bu  halda  E=1  kimi  qəbul  edilir.  Əgər  qiymətin  azalması  nəticəsində 
satışın  artmasından  əldə  edilmiş  məbləğ,  qiymətin  azalmasından  itirilən  məbləğdən  çox 
olarsa, bu halda elastiklik təmin ediləcək və E>1 kimi işarə olunacaqdır. Əksinə, qiymətin 
aşağı düşməsindən itirilmiş məbləğ, bunun nəticəsində əldə edilmiş məbləğdən artıq olarsa, 
bu hal qeyri – elastiklik kimi səciyyələndirilərək, E<1 kimi işarə olunacaqdır. 
Bunu  aydınlaşdırmaq  üçün  fərz  edək  ki,  taxıl  satışı  ilə  məşğul  olan  şirkət  hər  gün 
bazara 200 sentner məhsul çıxarır və 1 sentnerini 15 dollara reallaşdırır. 
Bu halda: 
200 sentner x 15 dollar = 3.000 dollar (E=1) 
Həmin şirkət bu qiyməti 14 dollara endirsə, burada iki vəziyyət yarana bilər: birinci 
halda, taxıl satışı 50 sentner, ikinci halda isə cəmisi 10 sentner arta bilər. 
Deməli, birinci halda: 
250 sentner x 14 dollar = 3.500 dollar (E>1) 
İkinci halda isə: 
210 sentner x 14 dollar = 2.940 dollar (E< 1) 
İqtisadi nəzəriyyəyə A.Marşall tərəfindən bir kateqoriya kimi daxil edilmiş elastiklik 
– qiymət, tələb və təklifin ayrı-ayrılıqda hər birində baş verən dəyişikliyin digərlərinə necə 
təsir etdiyini göstərir. Qiymətin dəyişməsindən tələb və təklifdə baş verən proseslər daxili 
(endogen)  xarakterli  asılılıq  kimi  səciyyələndirilir.  Əgər  baş  verən  dəyişikliklər  digər 
səbəblərlə bağlı olarsa, bu hal xarici (ekzogen) asılılıq kimi qiymətləndirilir. 
Qeyd  etmək  zəruridir  ki,  elastiklik  alıcıların  satışda  olan  əmtəələrin  və  göstərilən 
xidmətlərin  qiymətlərin  enib-qalxmasına  münasıbəti,  habelə  konkret  reaksiyasıdır. 
Aydındır ki, bazar qiymətlərinin formalaşması və səviyyəsi alıcıların tələblərinə az-çox öz 
müsbət, yaxud mənfi təsirini göstərir. 
Lakin  həyatda  elə  hallar  ola  bilir  ki,  qiymətin  kəsgin  surətdə  qalxması,  yaxud  da 
aşağı düşməsi tələbi çox az dəyişir, bəzən isə ona heç bir təsir göstərmir. Belə bir vəziyyət, 
tam  mənada  qeyri-elastik  tələb  adlanır.  Məsələn,  bir  sıra  zəruri  ərzaq  məhsullarına, 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə