Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə19/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
40
 
 
durur. Digər tərəfdə  isə bu  iqtisadi resurslar əsasında  müxtəlif təyinatlı  məhsullar  istehsal 
edən  və  xidmətlər  göstərən  şirkətlər,  birliklər,  korporasiyalar,  transmilli  korporasiyalar 
(TMK-lar)  dayanır.  Deməli  resurslar  bazarında  həmin  resursların  sahibləri  (ev 
təsərrüfatları)  satıcı  rolunda  çıxış  edirlər,  şirkətlər  isə  alıcı  rolunu  oynayırlar.  Hazır 
məhsullar  bazarında  əks  prosseslər  baş  verir:  şirkətlər  istehsal  etdikləri  əmtəələri-
xidmətləri satırlar; ev təsərrüfatları isə həmin məhsulları alır və xidmətlərdən faydalanırlar. 
Deməli, resurslar şirkətlərə keçir və pul isə şirkətlərdən resursların sahiblərinə çatır.  
Bəs  sonra  nə  baş  verir?  Aydındır  ki,  müəyyən  məbləğ  pul  əldə  etmiş  bazar 
iştirvkçıları, yəni fasiləsiz surətdə gah alıcı, gah da satıcı rolunu oynayan ev təsərrüfatları 
və şirkətlər bu pulu həm istehsal, həm də istehlak məqsədlərinə sərf edəcəklər. 
Bu mənada, cəmiyyətin çoxsahəli təsərrüfat həyatında resursların, hazır məhsulların 
və  onların  reallaşdırılmasından  əldə  olunmuş  pul  gəlirlərinin  (kapitalın)  hərəkəti,  dövr 
etməsi  baş  verir.  Dövlətin  iqtisadi  tənzimlənməsi  tədbirləri  və  xarici  ticarət  əlaqələrinin 
təsiri  altında  davam  edən  bu  mürəkkəb  qarşılıqılı  hərəkəti  ev  təsərrüfatları  ilə  şirkətlərin 
timsalında,  –  resursların  və  hazır  məhsulların,  habelə  onların  pul  gəlirlərinin  dövr  etməsi 
prosesini, qrafik sxem şəkilində aşağıdakı kimi təsvir etmək olar: 
 
Resursların, hazır məhsulların və pul gəlirlərinin dövr etməsi 
 
İqtisadi  resursların,  istehsal  olunmuş  məhsulların,  göstərilmiş  xidmətlərin  və  əldə 
edilmiş pul gəlirlərinin fasiləsiz hərəkət axını, dövr etməsini əks etdirən bu sxemdən aydın 
olur  ki,  ölkənin  çoxsahəli  təsərrüfat  həyatında  iqtisadi  resursların  hərəkəti  saat  əqrəbinin 
əksi  istiqamətində  pul  gəlirləri,  habelə  istehlakçıların  xərclərinin  hərəkəti  isə  saat  əqrəbi 
istiqamətində davam edir.  
Müasir  bazar  iqtisadi  münasibətləri  şəraitində,  təsərrüfat  həyatının  subyektlərindən 
(iştirakçılarından)  biri  kimi  ailə  yaxud  ümumiləşdirilmiş  şəkildə  ev  təsərrüfatının  milli 
iqtisadiyyatda rolu xeyli artmışdır. Ailə (ev təsərrüfatı) «xüsusi şirkət» olub, həm məhsul-
xidmətlərin,  iş qüvvəsinin  və kapitalın  istehsal,  habelə təkrar istehsalçısı;  həm də  iqtisadi 
resursları  sərf  edən  və  xərclər  çəkən  bir  təsərrüfat  vahididir.  Bu  şoxsaylı  təsərrüfatlar 
bazarda  fasiləsiz  surətdə  gah  alıcı,  gah  da  satıcı  rolunda  çıxış  edərək,  özlərinin  konkret 
Məhsulların və gəlirlərin 
dövr etməsi (dövranı) 
Əmək, torpaq, kapital, sahibkarlıq qabiliyyəti
 
Resurslar 
Pul gəlirləri və istehlakçı 
xərcləri, saat əqrəli 
istiqamətində hərəkət edir. 
İqtisadi resurslar saat 
əqrəlinə əks istiqamətdə 
hərəkət edir. 
Pul gəlirləri 
(əmək haqqı, renta, faizlər, məınfəət) 
Əmtəələr və xidmətlər 
Əmtəələr və xidmətlər 
İstehlak xərcləri 
Satışdan daxili olan məbləğ 
Xərclər 
Ev təsərüatları 
Şirkətlər 
Məhsullar 
bazarı 
Resurslar 
bazarı
 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
41
 
 
tələblərini  daha  dolğun  surətdə  ödəməklə  yanaşı,  eyni  zamanda  müxtəlif  istehsal 
amillərinin (əsas iş qüvvəsinin, yaxud «insan kapilanın») sahibidirlər.  
Bazar  münasibətləri  iqtisadi  sistemi  subyektlərinin,  yəni  ev  təsərrüfatlarının, 
müəssisələrin  (şirkətlərin),  bankların  (maliyyə-kredit  qurumlarının),  dəvlət  orqanlarının  4 
qrupa ayrılmış iştirakçıları timsalında, onların qarşılıqlı münasibət və əlaqələrini aşağıdakı 
sxemdən görmək olar: 
 
Bazar təsərrüfatının subyektləri 
 
Bu sxemdən göründüyü kimi 4 əsas bazar subyektinin qarşılıqlı əlaqələri, bir-biri ilə 
bağlılığı  və  təsiiri  bütövlükdə  bazar  münasibətlərinin  müxtəlif  çətinlik,  vaxtaşırı 
ziddiyyətlərlə rastlaşmasına baxmayaraq, hələlik iqtisadi sistemin fəaliyyətini təmin edir. 
 
 
Bank 
Ev təsərrüfatı 
Dövlət 
Şirkət 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
42
 
 
 
Mövzu 5.  Fərdi bazarların təhlilli: tələb və təklif 
 
5.1  Bazarın mahiyyəti və formaları 
5.2  Tələb və tələb qanunu 
5.3  Təklif və təklif qanunu 
5.4  Tələb və təklifin bazar tarazlığı 
5.5  Tələb və təklifin dəyişmə meylləri dinamikası (elastikliyi) 
 
5.1.  Bazar  bəşəriyyətin  od,  çörək,  təqvim,  kompas,  pul,  əlifba,  kitab  nəşri  kimi 
kəşflərdən biri olub, alıcılarla satıcıların görüş yeri, mübadilə məkanı və rəqabət meydanı 
kimi formalaşmışdır. Təxminən 10 min illik bir tarixi olan bazarın yaranıb təkmilləşməsi, 
cəmiyyətdə  ictimai  əmək  bölgüsünün  genişlənməsi,  əmtəə-pul  münasibətlərinin  inkişaf 
etməsi,  insanların  tələbatlarının  getdikcə  artması  ilə  bağlıdır.  Bazar  və  onun  fəaliyyət 
mexanizmi,  cəmiyyətin  müxtəlif  təyinatlı  əmtəələrə  –  xidmətlərə  olan  ehtiyaclarının  «nə 
istehsal  etməli,  kim  üçün  istehsal  etməli»  prinsipi,  habelə  səmərəlik  meyarları  əsasında 
ödənilməsunə  yönəldilmişdir.  Bazar  məlumat,  vasitəçi,  qiymət  yaranma,  tənzimləyici  və 
təmizləyici kimi vəzifələri yerinə yetirir. 
Bazarın  obyektlərinə  əmtəə-xidmətlər  bazarı,  əmək  bazarı,  kapital  bazarı,  qiymətli 
kağızlar  bazarı  və  sairə  daxildir.  Bazarın  subyektlərinə  (iştirakçılarına)  isə  sahibkarlar, 
şirkətlər,  inhisarlar,  alıcılar,  satıcılar,  orada  çalışan  işçilər,  xidmətçilər,  müxtəlif  dövlət 
idarətmə orqanları aid edilir. 
İctimai  əmək  bölgüsünə  görə  yerli  (lokal),  regional,  milli,  dünya  (beynılxalq) 
bazarlar  vardır.  Əmtəə  və  xidmətlərin  mübadiləsinə  görə  topdansatış,  pərakəndə,  ixrac, 
idxal  bazarları  fəaliyyət  göstərir.  Qanunvericilik  normalarına  uyğun  olaraq  müxtəlif 
ölkələrdə  leqal  (açıq,  icazə  verilmiş)  bazarla  yanaşı,  eyni  zamanda  qeyri-leqal  («qara», 
«boz») bazara da rast gəlinir. 
Bazar anlayışının tarixi  inkişafı  və təkamülu  yolu onun aşağıdakı  formaları (tipləri) 
olduğunu göstərir: 
a) İnkişaf etməmiş bazar, ilk elə bir formadır ki, burada alıcılarla satıcılar arasındakı 
iqtisadi münasibətlər təsadüfi xarakter daşıyır. Bu tipli bazarda məhsulların birinin digərinə 
dəyişdirilməsinə,  barter  əlaqələrinə,  natural  mübadiləyə  daha  çox  üstünlük  verilir. 
Cəmiyyətdə  əmək  bölgüsünün  geniş  yayılmadığı,  əmtəə-pul  münasibətlərinin  zəif  inkişaf 
etdiyi, xarici ticarət əlaqələrinin  məhdud xarakter daşıdığı şəraitdə, inkişaf etməmiş bazar 
forması,  o  dövrün  tələbərinə  uyğun  olaraq,  öz  tarixi  rolunu  əsrlər  boyu  uğurla  yerinə 
yetirmişdir. Hazırda da bir sıra zəif inkişaf etmiş ölkələrdə, ucqar ərazilərdə, uzaq adalarda, 
yaxud  müharibə,  iqtisadi  blokada  vəziyyətində  olan  dövlətlərdə  inkişaf  etməmiş  bazar 
formasından istifadə olunur. 
b)  Azad  (klassik,  sərbəst,  rəqabət)  bazarının  səciyyəvi  xüsusiyyəti,  həmin  formada 
istər satıcıların, istərsə də alıcıların sayı qeyri-məhduddur. Bu tip bazarda tələb və təklifin 
hərəkətverici  qüvvəsi  sayılan  rəqabət  mübarizəsi  hökm  sürdüyündən,  həmin  amil 
məhsulların  istehsal  həcminə,  keyfiyyət  göstəricilərinə,  qiymətinə,  ticarət  xidməti 
səviyyəsinə  müsbət  təsir  göstərir.  Azad  rəqabət  bazarı  formasında  inhisarçılığa,  inzibati 
əngəllərə, iqtisadi maneələrə prinsip etibarilə yer yoxdur. 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə