Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə17/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
36
 
 
4.5.  Xüsusi  mülkiyyət,  tələb-təklif,  iqtisadi  sərbəstlik,  rəqabət  mübarizəsi,  bazar 
qiymətlərinin  dəyişkənliyi  kimi  prinsiplər  əsasında  formalaşıb  inkişaf  edən  bazar 
münasibətləri iqtisadi sistemi, ayrı-ayrı ölkələrdə müəyyən fərqli xüsusiyyətlər daşıyır. Bu 
özünəməxsus  xüsusiyyətlər  isə  ölkənin  yeraltı-yerüstü  təbii  sərvətlərindən,  iqtisadi 
resurslarından  (torpaq,  əmək,  kapital,  sahibukarlıq  qabiliyyəti),  coğrafi-strateji 
mövqeyindən,  tarixi  inkişaf  yolundan,  çatdığı  sosial-iqtisadi  yüksəliş  səviyyəsindən, 
nəhayət əhalinin milli-psixoloji mentalitetindən asılıdır.  
Bazar  münasibətlərinin,  –  liberal,  sosisal  yönümlü,  sosial-demokrat  kimi  3  əsas 
istiqaməti  (meyli,  xətti,  tipi)  dünyanın  müxtəlif  ölkələrinin  təsərrüfat  həyatında 
fəaliyyətidir.  
Liberal  istiqamət,  ölkə  iqtisadiyyatında  xüsusi  mülkiyyətin  üstün  mövqe  tutması; 
bazar  iştirakçılarının  (subyektlərinin)  sərbəstliyinin  qanunvericiliklə  qorunması;  dövlət 
tənzimlənməsinin  məhdud  xarakter  daşıması;  əhalinin  bir  sıra  gündəlik  yaşayış 
problemlərinin  həllindən  dövlətin  təcrid  edilməsi;  sosial  məqsədlərə  ayrılan  vəsaitin  ilk 
növbədə  işsizlərə  və  əhalinin  aztəmintlı  təbəqəsinin  ehtiyaclarının  ödnəilməsinə 
yönəldilməsi;  büdcədən  dövlət  xətti  ilə  ayrılan  investisiyaların,  habelə  müxtəlif  təyinatlı 
dövlət  orqanları  xərclərinin  xüsusi  çəkisinin  aşağı  olması  meyli  ilə  səciyyələnir.  Bu 
istiqamətdən  və  onun  müxtəlif  ünsürlərindən  ayrı-ayrı  dövlətlərdə,  xüsusilə  də  yüksək 
inkişaf etmiş ölkələrdə, o cümlədən də ABŞ, İngiltərə, Fransa, Kanada da istifadə olununr.  
Sosial  yönümlü  istiqamət,  ölkənin  təsərrüfat  həyatında  dövlət  bölməsinin  payı  az 
olan  qarışıq  iqtisadiyyatın  geniş  fəaliyyəti;  dövlət  tənzimləməsinin  əhatəliliyi;  əhalinin 
bütün  təbəqələrinin  sosial  müdafiəsi  və  onların  pulsuz,  yaxud  güzəştli  şərtlərlə  təhsil 
alması,  tibbi  xidmətlərdən  istifadə  etməsi  ilə  xarakterizə  olunur.  Bu  istiqamət  II  Dünya 
müharibəsindən  sonra  Almaniya  Federativ  Respublikasında  tətbiq  edilərək,  dağılmış  bir 
ölkənin  təsərrüfat  həyatının  bərpasında  və  nisbətən  qısa  müddətdə  əhalinin  həyat 
səviyyəsinin  əhəmiyyətil  dərəcədə  yüksəldilməsində  mühüm  rol  oynamışdır.  Tanınmış 
iqtisadiçı  və  dövlət  xadimi  L.Erhardın  adı  ilə  bağlı  olan  sosial  yönümlü  istiqamət  eyni 
zamanda  alman,  yaxud  neoliberal  model  adlanır.  Bu  modelin  müxtəlif  prinsip  və 
ünsürlərindən  ayrı-ayrı  ölkələrdə,  xüsusilə  bazar  münasibətləri  iqtisadi  sisteminə  keçid 
mərhələsində  olan  ölkələrdə,  o  cümlədən  də  Azərbaycan  Respublikasında  istifadə 
olunmuşdur.  
Sosial-demokrat istiqamət öz mahiyyəti və prinsipləri etibarilə sosial yönümlü bazar 
iqtisadiyyatına  oxşar  olsa  da,  lakin  bu  modelin  özünəməxsus  cəhətləri  vardır.  Həmin 
xüsusiyyətlərdən  ölkənin  təsərrüfat  həyatında  dövlət  bölməsinin  (mülkiyyətinin)  mühüm 
yer  tutmasını;  dövlət  büdcəsinin  əhəmiyyətli  rol  oynamasını;  əmək  münasibətlərinin 
ümummilli və dövlət maraqları səviyyəsində tənzimlənməsini; hökumətin sosial siyasətinin 
əhalinin  bütün  təbəqələrinin  mənafeyinin  nəzərə  alınmasını;  işsizliyin  azaldılması  və 
işçilərin  peşə-sənət  ixtisaslarının  təkmilləşdirilməsi  istiqamətindəki  tədbirlərin  həyata 
keçirilməsini  qeyd  etmək  olar.  Müxtəlif  ölkələrin  tarixi  inkişaf  mərhələlərində,  məsələn 
əsasən Skandinaviya dövlətlərində,  habelə İspaniya, Yunanıstan, Portuqaliyada  bu  yoldan 
istfadə  olunsa  da,  bütün  dünyada  İsveç  modeli  kimi  məhşurlaşmışdır.  Çünki  İsveç 
iqtisadiyyatı  bu  modelin  tətbiqi  nəticəsində  daha  çox  uğurlar  qazanaraq,  sosial-iqtisadi 
inkişaf  səviyyəsinə  (iqtisadi  inkişaf  indeksinə)  görə  hazırda  dünyada  ən  öndə  gedən 
dövlətlər sırasındadır.  


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
37
 
 
Qeyd  etmək  lazımdır  ki,  bazar  münasibətləri  iqtisadi  sisteminin,  ayrı-ayrı  ölkələrin 
milli  inkişaf  xüsusiyyətlərini  əks  etdirən  konkret  modelləri  (variantları)  vardır.  Həmin 
model  və  variantlar  bir-birindən  istehsalın  təşkilinə,  onun  maddi-texniki  bazasına,  təbii 
sərvətlərinə, iqtisadi resurs imkanlarına, qarşılaşdıqları sosial-iqtisadi problemlərə, əhalinin 
psixoloji durumuna, ümumi mədəni inkişaf səviyyəsinə görə fərqlənir. Bu konkret iqtisadi-
sosial modellərinin bir neçəsini nəzərdən keçirək: 
Amerika  modeli,  ölkədə  işgüzar  sahibkarlıq  meyllərinin  gücləndirilməsi,  onun 
müxtəlif  vasitələrlə  həvəsləndirilməsi,  əhalinin  daha  fəal,  təşəbbüskar  təbəqəsinin 
varlanması  üçün  real  imkanlar  yaradılması  prinsipinə  əsaslanır.  ABŞ-da  belə  bir  qayda 
hökm  sürür  ki,  «özün  yaşa  və  başqalarının  da  yaşamasına  imkan  yarat».  Ölkə  əhalisinin 
aztəminatlı  hissəsinin  (təxminən  8-12%)  müəyyən  güzəştlər  almasına  baxmayaraq, 
bütövlükdə  onların  sosial  bərabərliyi  məsələsi  bir  məqsəd  kimi  qarşıya  qoyulmur.  Bu 
modelin  əsasını,  dövlətin  iqtisadiyyatı  düşünülmüş  tənzimləməsi  və  ölkənin  təsərrüfat 
həyatının  sərbəst  sahibkarlıq  fəaliyyəti  təməlində  qurulması,  əmək  məhsuldarlığının 
yüksəldilməsinə,  insanların  şəxsi  uğur  qazanmaq  yolunda  çalışqanlıq  səylərinin 
artırılmasına əlverişli şərait yaratması təşkil edir. Son 100 il ərzində ABŞ iqtisadiyyatının 
qazandığı  uğurlar  onun  nəhəng  təsərrüfat  həyatının  ayrı-ayrı  bölmələrində  müəyyən 
çətinlik və nöqsanların meydana çıxmasına baxmayaraq, bazar iqtisadi sisteminin konkret 
milli timsalı olan Amerika modelinin optimallığını təsdiq edir.  
İsveç  modeli,  ilk  növbədə  ölkənin  milli  gəlirinin  əhalinin  aztəminatlı  təbəqəsinin 
xeyrinə  yenidən  bölgüsü  hesabına  həyata  keçirilən  güclü  sosial  siyasət  ilə  fərqlənir. 
İsveçdə əsas fondların cəmi 4%-nin dövlətin əlində olmasına baxmayaraq, dövlətin büdcə 
və  digər  xərcləri  onun  ümumidaxili  məhsulunun  (ÜDM)  həcminin  yarıdan  çoxunu  ötür. 
Əsasən  əhalinin  həyat  səviyyəsinin  yüksəldilməsinə  yönəldilən  bu  vəsait,  başqa  ölkələrlə 
müqayisədə  burada  vergilərin  daha  böyük  rol  oynaması  və  sanballı  həcmi  ilə  bağlıdır. 
İsveç  modelinə  əsasən,  butövlükdə  cəmiyyətin  istehsal-xidmət  təyinatlı  müxtəlif 
vəzifələrini  bazar  prinsiplərinə  uyğun  fəaliyyət  göstərən  xüsusi  müəssisələr  (şirkətlər,  iri 
birliklər), sosial vəzifələrini isə dövlət və onun müvafiq orqanları yerinə yetirməlidirlər. 
Alman  modeli,  xırda  və  orta  sahibkarlığa,  bu  tipli  şirkətlərə,  onların  inkişafına 
hərtərəfli  dövlət  qayğısı  göstərməklə  seçilir.  Bu  model  Almaniyada  XX  əsrin  30-cu 
illərindən  başlayaraq,  iri  inhisarların  fəaliyyətinin  məhdudlaşdırılmasından  sonra  ölkənin 
sabit inkişafını təmin etmək üçün xırda və orta sahibkarlığa daha əlverişli şərait yaratmaq 
siyasəti  ilə  bağlı  olmuşdur.  Dövlət  qiymət  və  gömrük  tarifləri  siyasəti  vasitəsilə  ölkədəki 
iqtisadi  tarazlığı  tənzimləmək,  orta-xırda  müəssisələrə-şirkətlərə  (mittelştandlara)  öz 
təsərrüfat fəaliyyətlərini daha əlverişli bir iqtisadi mühitdə aparmağa imkan yaratmışdır. II 
dünya  müharibəsindən  sonra  daha  da  təkmilləşdirilərək,  sosial  yönümlü  inkişafa 
istiqamətləndirilmiş  alman  modeli,  məğlub  bir  ölkənin  təsərrüfat  həyatını  tezliklə  bərpa 
edərək, dünyanın yüksək inkişaf etmiş dövlətləri sırasına çıxarmışdır.  
Avstriya  modeli,  xüsusi  sahibkarlığa  və  işgüzar  biznes  fəaliyyətinə  geniş  imkanlar 
yaratmaq,  habelə  xarici  investorlara  əlverişli  fəaliyyət  mühiti  təmin  etməklə  səciyyələnir. 
Ölkənin təbii sərvətlərinin və iqtisadi resurslarının məhdudluğu, onun keçdiyi tarixi inkişaf 
yolunun özünəməxsus xüsusiyyətləri burada geniş beynəlxalq turizm şəbəkəsinin, istirahət-
müalicə  ocaqlarının  yaradılmasını  şərtləndirmişdir.  Dövlətin  başlıca  vəzifəsi  isə  xüsusi 
sahibkarlıq əsasında fəaliyyət göstərən ölkənin təsərrüfat həyatının iqtisadi tənzimlənməsi 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə