Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə30/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
62
 
 
Dövlətin  öz  iqtisadi  siyasətinin  reallaşdırılmasının  hüquqi  vasitələrinə  gəldikdə,  bu 
dövlətin istehsalçılar (şirkətlər, birliklər, inhisarlar, korporasiyalar) və istehlakçılar (alıcılar) 
üçün  qanunvericilik  aktları  ilə  müəyyənləşdirilmiş  «oyun  qaydalarına»  əməl  etmələrini 
nəzərdə tutur. Bu qanun və aktlar, ölkədə mülkiyyət hüququ və onun formalarını, şirkətlərin 
fəaliyyət  qaydalarını,  habelə  sazişlər  bağlanması  şərtlərini,  həmkarlar  təşkilatları  ilə  iş 
verənlərin  (sahibkarların)  əmək  münasibətləri  sahəsindəki  qarşılıqlı  öhdəliklərini 
müəyyənləşdirir.  
Dövlət siyasətinin  iqtisadi vasitələri daha geniş olub, pul-kredit, vergi-gömrük, sosial 
və  xarici  iqtisadi-ticarət  sahələrini  əhatə  edir.  Dövlətin  həyata  keçirdiyi  iqtisadi  siyasətin 
vasitələrindən  sayılan  fiskal  siyasət  həmişə  mühüm  yer  tutmuşdur.  Bu  siyasət  büdcə 
vəsaitlərinin  yaranması  və  istifadəsi  ilə bağlı, dövlətin  həyata keçirdiyi  maliyyə tədbirlərini 
nəzərdə  tutur.  Fiskal  siyasətin  xarakteri,  ilk  növbədə  dövlət  idarəetmə  orqanlarının 
saxlanması  xərcləri  və onların quruluşu, habelə dinamikası  ilə bağlıdır. Dövlətin pul-kredit 
siyasəti,  ölkədəki  investisiya  mühitinin  istiqamətlərini  dəyişərək,  maliyyə  resurslarını  daha 
vacib sayıln  istehsal-xidmət dairələrinə  yönəldə bilər. Eyni zamanda dövlət özünün qiymət 
siyasəti  ilə  inflyasiya  proseslərinə  qarşı  mübarizə  aparır,  beynəlxalq  bazarda  milli 
məhsulların  rəqabət  qabiliyyətinin  yüksəldilməsinə,  istehsalın  modernləşdirilməsinə,  onun 
strukturunun  təkmilləşdirilməsinə  səy  göstərir.  Dövlətin  sosial  siyasətinin  reallaşdırılması 
əhalinin  həyat  səviyyəsinin  yüksəldilməsi,  müxtəlif  sosial  qruplar  arasında  fərqlərin 
tənzimlənməsi, yoxsulluğun azaldılması problemlərinin həllinə yönəldilir.  
 
7.4.  Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra  (18  oktyabr  1991)  onun  keçid 
mərhələsində həyata keçirdiyi iqtisadi siyasət xəttini bir neçə mərhələyə bölmək olar: 
1.  Keçid mərhələsi ərəfəsindəki iqtisadi siyasət(1988-1990) 
2.  Bazar münasibətləri iqtisadi sisteminə keçidin ilk dövrünün iqtisadi siyasəti (1991-1992) 
3.  1993-1995-ci illərin iqtisadi siyasət xətti 
4.  İqtisadi  dirçəliş  və  inkişaf  dövrünün  iqtisadi  siyasəti  (1996-cı  ildən  başlayaraq  bizim 
günlərimizə qədər olan dövr) 
5.  Dövlətin iqtisadi siyasətinin perspektiv istiqamətləri 
Azərbaycanda  bazar  münasibətlərinə  keçid  ərəfəsi,  keçmiş  Sovet  İttifaqının  vahid 
təsərrüfat kompleksinin tərkib hissəsi sayılan bir respublikanın mərkəzin əlavəsinə çevrilmiş 
asılı  vəziyyətdəki  iqtisadiyyatının  tədricən  zəifləməsi,  ölkənin  digər  əraziləri  ilə  əvvəlki 
çoxcəhətli  əlaqələrinin  məhdudlaşması,  əmtəə-mal  qıtlığı  ilə  səciyyələnmişdi.  Belə  bir 
vəziyyət  ölkənin  təsərrüfat  həyatı  göstəricilərinin  aşağı  düşməsinə,  formalaşmış  iqtisadi 
əlaqələr  sisteminin  pozulmasına,  əhalinin  alıcılıq  qabiliyyətinin  zəifləməsinə,  cəmiyyətin 
müxtəlif təbəqələrinin sosial-iqtisadi vəziyyətinin pisləşməsinə gətirib çıxarmışdı.  
Sovet  İttifaqının  planlı  sosialist  təsərrüfat  sistemi  dağıldıqdan  sonra  müxtəlif 
çətinliklərə  baxmayaraq,  tədricən  yeni  bazar  münasibətləri  iqtisadi  sisteminə  keçid  dövrü, 
xüsusi bir mərhələ kimi mühüm iqtisadi-sosial vəzifələr irəli sürdü. XX əsrin 90-cı illərinin 
ikinci  yarısından  başlayaraq  təsərrüfat  həyatının  tədricən  bərpası,  dövlət  mülkiyyətinin 
özəlləşdirilməsi,  aqrar  islahatlar  aparılması,  biznes-sahibkarlıq  fəaliyyətinə  əlverişli  şərait 
yaradılması,  istehsal-xidmət  dairəsinin  dirçəldilməsi  və  bütövlükdə  ölkə  iqtisadiyyatının 
müxtəlif sahələrinin artım templərinin yüksəlişi ilə səciyyələnir.  
Həmin dövrdə neft strategiyasından irəli gələn irimiqyaslı vəzifələrin reallaşdırılması, 
ölkənin  təsərrüfat  həyatına  xarici  investisiyaların  cəlb  olunması,  neft  və  onunla  bağlı 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
63
 
 
sahələrlə  yanaşı,  qeyri-neft  bölməsinin  inkişafı  məsələlərinə  diqqətin  artırılması,  ayrı-ayrı 
regionların sosial-iqtisadi yüksəlişinə dair konkret Dövlət Proqramlarının ardıcıllıqla həyata 
keçirilməsi,  Azərbaycan  Respublikasının  qloballaşan  dünyanın  inteqrasiya  proseslərinə 
qoşulması  xəttinin  genişlənib-dərinləşməsi,  xarici  iqtisadi-ticarət  əlaqələrinin  artan 
dinamikası,  ümumi  daxili  məhsulun  (ÜDM)  orta  illik  artım  templərinin  əvvəllər  5-6%, 
sonralar  12-15%,  2005-2007-ci  illərdə  isə  30%  artması,  eyni  zamanda  bu  inkişaf  əsasında 
əhalinin  həyat  səviyyəsinin  yaxşılaşması  meyli,  müstəqillik  yolunun  ciddi  uğurlarıdır.  Bu 
dövr  ərzində  ölkənin  ümumi  daxili  məhsulun,  büdcəsinin,  xarici  iqtisadi-ticarət  əlaqələri 
dövriyyəsinin,  sərmayə  qoyuluşları  həmçinin,  minimum  və  orta  aylıq  əmək  haqqlarının 
artması meyli, ölkənin sosial-iqtisadi inkişafının davamlı bir xarakter daşıdığını göstərir.  
Bazar  münasibətləri  iqtisadi  sisteminin  formalaşdığı  Azərbaycan  Respublikasında 
iqtisadi-sosial  sahələrdə  qazanılmış  uğurlar,  şübhəsiz  müasir  inteqrasiya  və  qloballaşma 
şəraitində,  daxili-xarici  amillərin  təsiri  altında,  yeniliklərlə  səciyyələnən  ölkənin  təsərrüfat 
həyatının  ayrı-ayrı  istiqamətlərində  müəyyən  nöqsanların,  habelə  çatışmazlıqların  olması 
təbiidir.  Bu  problemlər  sırasında  yoxsulluğun  aradan  qaldırılması,  əhalinin  normal 
məşğulluğun  təmin  olunması,  inflyasiya  prosesinin  tənzimlənməsini  qeyd  etmək  lazımdır. 
Eyni  zamanda  obyektiv-subyektiv  səbəblərlə  bağlı  meydana  çıxmış  iqtisadiyyatın  birtərəfli 
inkişaf  meylləri,  korrupsiya  və  inhisarçılıq  halları,  «gizli  iqtisadiyyatın»  fəaliyyəti,  qanun 
çərçivəsində  aparılan  biznes-sahibkarlıq  işlərinə  əngəl  törətmək  cəhdləri  dövlətin 
düşünülmüş  iqtisadi  siyasəti  ilə,  uyğun  hüquqi,  inzibati,  iqtisadi  tədbirlər  kompleksi 
vasitəsiylə tənzimlənib, bacarıqla idarə olunmalıdır.  
Bu  problemləri  gələcəkdə daha  uğurla  həll  etmək üçün  dövlətin  cari  və ortamüddətli 
inkişaf  Proqramları  ilə  yanaşı,  proqnoz  xarakterli,  uzunmüddətli  iqtisadi-sosial  yüksəliş 
perspektivlərini  əhatə  edən  vahid  milli  inkişaf  Konsepsiyasının  işlənib  hazırlanması 
məqsədəuyğundur.  Dünya  təsərrüfat  həyatı  təcrübəsində,  müasir  elmi-texniki  inqilabın 
nailiyyətlərinə  və  milli  iqtisadiyyatın  xarici  investorlarla  qarşılıqlı  faydalı  əməkdaşlığı 
şəraitində  ölkənin  daxili  iqtisadi  resurslar  potensialına  əsaslanan  bu  tipli,  20-30  il  üçün 
nəzərdə tutulan Konsepsiyalar vaxtilə ABŞ, Fransa, Almaniya, Yaponiya, son dövrlərdə isə 
Çin, Hindistan, habelə başqa ölkələrdə, o cümlədən də Rusiyada bu işə başlanması və həyata 
keçirilməsi, öz konkret müsbət nəticələrini vermiş, yaxud verməkdədir.  
Bu  istiqamətdə  istehsal  və  xidmət  sahələrinin  dünya  inteqrasiya  proseslərinin 
dinamikasını  nəzərə  alan  elə  iqtisadi  siyasət  xətti  formalaşmalıdır  ki,  bazar  münasibətləri 
sisteminin «nə istehsal etməli, necə istehsal etməli, kimin üçün istehsal etməli» prinsiplərinə 
ölkənin  maraqları,  habelə  onun  iqtisadi  təhlükəsizliyi  baxımından  milli  iqtisadiyyatın 
səmərəliliyi  təmin  olunsun.  Bu  mənada  neft  strategiyasının  reallaşdırılmasının  uğurlu 
nəticələrinin  yaratdığı  böyük  imkanlar,  gələcəkdə  hökmən  «neft  kapitalını  insan  kapitalına 
çevirək» ideyasının həyata keçirilməsinə yönəldilməlidir.  
Tədricən  formalaşan  müasir  vahid  dünya  təsərrüfat  sistemi  şəraitində,  ayrı-ayrı  milli 
iqtisadiyyatların  qloballaşan  planetin  genişlənib-dərinləşən  inteqrasiya  proseslərində  öz 
həqiqi  mövqelərini  müəyyənləşdirmələri  zəruriliyi,  Azərbaycan  Respublikasının  da  elmi-
nəzəri  və  praktik-əməli  meyarlar  baxımından  hərtərəfli  əsaslandırılmış  uzunmüddətli  milli 
iqtisadi-sosial  inkişaf  Konsepsiyasının  hazırlanıb  ardıcıl  mərhələlərlə  reallaşdırılması, 
şübhəsiz ölkəmizin gələcəkdə daha sanballı uğurlar qazanmasını təmin edəcəkdir.  
 
 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə