Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə33/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
68
 
 
hərəkətinin  sürətləndirilməsində  qiymətli  kağızlar,  yaxud  fond  bijaları  mühüm  rol 
oynayırlar.  
Deməli,  korporasiyalarin  üstünlükləri  kimi  onların  daha  səmərəli  fəaliyyət 
imkanlarını; ölkə daxilində  və  xaricdə geniş  əlaqələr qura  bilmək  bacarığını;  elmi-texniki 
naliyyətlərdən  dolğun  və  vaxtında  istifadə  etmələrini;onun  səhmdarlarının  məhdud 
çərçivədə  məsuliyyət  daşıdıqlarını;  korporasiyaların  hüquqi  bir  şəxs  kimi  əldən-ələ 
keçməsinə  baxmayaraq,  xeyli  müddət  fəaliyyət  göstərmək  qabiliyyətini;  onu  təşkil  etmiş 
insanlardan, hətta korporisiyanın İdarə Heyyətindən mütləq mənada asılı olmamasını qeyd 
etmək lazımdır.  
Eyni zamanda korporasiyanın nöqsanlarına gəldikdə, ilk növbədə orada mülkiyyətlə 
onun  sahibinin  (mülkiyyətçinin)  və  mülkiyyətlə  onun  idarə  edilməsi  vəzifələrinin  bir-
birindən  ayrılmasıdır.  Səhmdara  çevrilmiş  mülkiyyətçi,  həm  onun  sahibidir,  həm  də 
əslində öz mülkiyyətindən «uzaqdır». Doğrudur, səhmdar hüquqi cəhətdən mülkiyyətçidir, 
sahibdir. Lakin  faktiki sürətdə o öz  mülkiyyətini  idarə etmir  və könüllü sürətdə  müəyyən 
gəlir  naminə  bu  hüququ  başqalarına  vermişdir.  Bu  mənada  səhmdara  çevrilmiş 
mülkiyyətçi, sanki virtual internet oyununun iştirakçısıdır.  
Digər  nöqsan  cəhət,  korporasiyanın  gəlirlərindən  (mənfəətindən)  iki  qat  vergilərin 
tutulmasıdır.  Birinci  dəfə  korporasiyalar  biznes-sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan 
hüquqi şəxs kimi vergi ödəməyə məcburdurlar. İkinci dəfə isə korporasiyaların səhmlərinin 
sahibləri, onlara çatan gəlirlərin müəyyən faizini, fiziki şəxslərin gəlir vergisi qaydalarına 
uyğun olaraq ödəməlidirlər. Təsadüfi deyildir ki,  ABŞ-da  belə  bir  fikir geniş  yayılmışdır: 
«Ölümdən və vergilərdən qaçıb yayınmaq mümkün deyildir». 
Müasir  dünya  ölkələrinin,  o  cümlədən  də  ABŞ-ın  təsərrüfat  həyatında  bir  sıra 
korporasiyalar  biznes-sahibkarlıq  fəaliyyətinin  nəhəng  nümayəndələri kimi  iştirak  edirlər. 
XXI  əsrin  əvvəlinə  müxtəlif  dövlətlərdə  yerləşən  dünyanın  ən  iri  10  korporasiyanın  illik 
gəlirlərinin ümumi həcmi aşağıdaki kimi olmuşdur: 
Dünyanın  10  ən  iri  korporasiyasından  5-nin  iqamətgahı  ABŞ-da  yerləşir  və  onların 
illik gəlirinin həcmi bir çox ölkələrin ümumi daxili məhsulundan (ÜDM) dəfələrlə çoxdur. 
Son  məlumatlara  görə  ABŞ-da  90  korporasiyanın  illik  gəliri  20  milyard  dolları  və  187 
şirkətin gəliri isə 10 milyard dolları ötür.  
 
 
Korporasiyanın adı və yerləşdiyi 
ölkə 
Korporasiyanın illik gəliri (mlrd. dollar) 
Wal-Mart (ABŞ) 
247 
Ceneral-Motors (ABŞ) 
187 
Exxson-Mobil (ABŞ) 
182 
Shell (İngiltərə-Hollandiya) 
179 
British Petroleum (İngiltərə) 
179 
Ford-Motor (ABŞ) 
164 
Daimler-Chrysler (Almaniya) 
141 
Tayota (Yaponiya) 
132 
Ceneral-Elektrik (ABŞ) 
132 
Mitsubishi (Yaponiya) 
109 
 
Korporasiya və iri şirkətlərin fəaliyyətlərindəki ciddi problemlərdən biri, «pirinsipal-
agenit»,  yeni  səhmdarlarla  (mülkiyyətçilərlə)  menecerlər  (mülkiyyəti  idarə  edənlər) 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
69
 
 
arasındakı  münasibətlərdə  meydana  çıxan  ziddiyyətli  məqamlardır.  Mülkiyyətçiləri  ilk 
növbədə  gəlirlərinin  artması  və  səhmlərinin  real  satış-bazar  qiymətlərinin  yüksəlməsi 
maraqlandırdığı halda, menecerləri daha nüfuzlu vəzifələr tutmaq, habelə müxtəlif yollarla 
(hətta  korporasiyanın,  şirkətin  ümumi  mənafeyinə  uyğun,  səmərəli  olmasa  da)  öz  şəxsi 
mənfəətləri  düşündürür.  Bu  meyllər  özünü  bahalı  ofis  binalarının  inşasında,  onun 
dəbdəbəli  bəzədilməsində,  əlavə  israfçı  xərclərə  yol  verilməsində  göstərir.  Bu  məsələləri 
həll  etmək  və  «pirinsipal-agent»  münasibətlərini  «yumuşaltmaq»  yolunda  müxtəlif 
variantlardan  istifadə  olunsa  da,  lakin  təkcə  iqtisadi  deyil,  eyni  zamanda  sosial-pisixolaji 
hallarla bağlı mürəkkəb problemin aradan qaldırıldığını söyləmək çətindir.  
Müasir dövrdə iri istehsal və xidmət biznesilə məşğul olan korporosiyalar təkcə ölkə 
daxilində deyil, dünya miqyasında baş verən inteqrasiya, habelə qloballaşma proseslərinin 
məntiqi  nəticəsi  kimi  trans  milli  korparasiyalar  (TMK)  formasında  beynalxalq  aləmdə 
fəaliyyət göstərməkdədirlər.  
Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə hazırda dünyada 70 min TMK və 
onların  müxtəlif  ölkələrdə  çoxsaylı  filialları  fəliyyət  göstərir.  Onlar  müasir  dünyanın 
sənaye  ticarət  əlaqələrinin  üçdə  iki  hissəsinə  nəzarət  edirlər.  ABŞ,  Qərbi  Avropa, 
Yaponiya,  Cənub-Şərqi  Asiya,  Afrika  və  Cənubi  Amerikada  yerləşən  500  ən  iri  TMK 
planetin istehsal, xidmət, investisiyalar, ticarət sahələrində aparici rol oynayırlar.  
 
8.2.  ABŞ  iqtisadiyyatı  əsasən  xüsusi  (özəl)  mülkiyyət  münasibətləri  və  bu  təməldə 
sahibkarlıq-biznes  fəaliyyətinin  müxtəlif  hüquqi-təşkilatı  formaları  üzərində  qurulsa  da, 
müasir  mərhələdə  ölkənin  təsərrüfat  həyatı  qarışıq  iqtisadiyyat  (mixed  economy),  yəni 
dövlət, xüsusi, bələdiyyə, xarici investorların mülkiyyətlərinin qarşılıqlı birgə əməkdaşlığı 
kimi səciyyələndirilir.  
Bununla  yanaşı,  hazırda  ABŞ  iqtisadiyyatında  dövlət  bölməsi  (public  sector) 
müəyyən yer tutur və onun tərkibində hərbi strateji, milli müdafiə, təhlükəsizlik xarakterli 
obyektlərlə  yanaşı,  istehsal-xidmət  təyinatlı  sahələr  də  fəliyyət  göstərir.  Son  statistika 
məlumatlarına  görə  XXI  əsrin  əvvəllərinə  ölkə  iqtisadiyyatında  dövlət  mülkiyyətinin 
xüsusi  çəkisi  16-18%,  ümumi  daxili  məhsul  istehsalında  isə  7-9%  təşkil  edir.  Dövlət 
orqanları  ölkənin  təsərrüfat  həyatının  iştirakçıları  (subyektləri)  olmaqla  yanaşı,  eyni 
zamanda müxtəlif səviyyələrdə iqtisadiyyatın tənzimlənməsi və idarə olunması işində fəal 
iştirak edirlər.  
ABŞ-da  dövlət  hakimiyyət  orqanlarının  iqtisadi  fəaliyyəti,  federal  (mərkəzi), 
regional  (bölgə,  stat)  və  yerli  (bələdiyyə)  səviyyəsində  fəal  surətdə  həyata  keçirilir. 
Ölkənin  hakimiyyət orqanları  və  ilk  növbədə  ABŞ hökuməti, bazar  münasibətləri  iqtisadi 
sisteminin  səmərəli  fəaliyyət  göstərməsi  üçün  zəruri  hüquqi  bazanın  yaradılmasına  ciddi 
diqqət  yetirməklə  yanaşı,  eyni  zamanda  həmin  qayda-qanunların  həyata  keçirilməsini 
təmin  edir.  Ölkədə  yaradılaraq,  zaman  keçdikcə  təkmilləşdirilən  hüquqi  baza,  müxtəlif 
təyinatlı  və  həcmli  (kiçik,  orta,  iri,  nəhəng)  biznes  fəaliyyəti  ilə  məşğul  olan  şirkətlərin 
(müəssisələrin)  statusunu  müəyyənləşdirir;  xüsusi  mülkiyyət  hüququna,  habelə  onun 
qorunmasına  təminat  verir;  bağlanmış  sazişlərin  şərtlərinin  vaxtında  yerinə  yetirilməsinə 
nəzarət edir.  
Deməli,  rəsmi  hakimiyyət  orqanları  ölkənin  təsərüfat  həyatının  «oyun  qaydalarını» 
müəyənləşdirir,  müxtəlif  təyinatlı  şirkətlərin  çoxcəhətli  əlaqələr  sistemini  qanunlar 
çərçivəsində  tənzimləyib  nəzarətdə  saxlayır,  təchizatçılarla  (ev  təsərrüfatları  ilə)  hazır 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə