Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə41/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
86
 
 
düşdüyü  halda,  tələbin  zəif  artması,  qiymət  dəyişkənliyinə  nisbi  biganəliyi,  yəni  tələbin 
qeyri-elastikliyini göstərir.  
Tələbin  elastikliyi  əmsalı  qısamüddətli  və  uzunmüddətli  dövrlər  üçün  eyni  cür 
olmayıb,  dəyişkən  xarakter  daşıyır.  Çünki  insanlar  müxtəlif  məhsulları  istehlak  etmək  və 
xidmətlərdən faydalanmaq adətlərindən qısa müddət ərzində əl çəkə bilmirlər. Məsələn, çay 
və  kofe  ilə  bağlı  qiymət  yaxud  onun  kəmiyyəti  problemi  meydana  çıxdıqda,  tələbin 
elastikliyini özünü göstərməsi üçün müəyyən vaxt lazımdır. Benzinlə bağlı tələbin elastikliyi, 
qısamüddətli dövrə nisbətən, uzunmüddətli dövr üçün daha səciyyəvidir. Deməli,  müəyyən 
istisnalarla gündəlik tələbat malları  ilə bağlı tələbin elastikliyi özünü qısamüddətli dövürdə 
deyil, nisbətən uzunmüddətli dövrdə gösətrir. Əksinə avtomobil, mebel, televizor, kompüter 
kimi məhsullar üzrə tələb elastikliyi qısamüddətli dövr üçün daha təsirli və həssasdır.  
 
  
 
 
 
Gəlirlərlə  bağlı  tələbin  elastiklik  səviyyəsi  də,  qısamüddətli  dövrlərdə  fərqli  xarakter 
daşıyır. Zəruri və gündəlik tələbat mallarının gəlirlər üzrə elastiklik səviyyəsi, qısamüddətli 
dövrə nisbətən uzunmüddətli dövr ərzində özünü daha dolğun şəkildə göstərəcəkdir. Əksinə, 
avtomobil,  ziynət  şeyləri,  mənzil,  əntiq  əşyalarla  bağlı  tələbin  elastikliyi,  əhalinin 
gəlirlərindən asılı olaraq, uzunmüddətli dövrə nisbətən qısamüddıtli vaxt ərzində özünü daha 
aydın şəkildə göstərəcəkdir.  
Bu adi və normal proseslərlə yanaşı, insanların həyatında toy, ad günü, yubiley, təhsil, 
xəstəlik, matəm kimi  hadisələrlə bağlı elə anlar olur ki, qiymət, habelə gəlir səviyyəsindən 
asılı olmayaraq, həmin məsələləri hökmən həll etmək lazım gəlir. Bu halda tələbin elastiklik 
əmsalı  sıfıra  bərabər  olur.  Tələbin  elastikliyinin  əsas  formaları  aşağıdakı  cədvəldə 
verilmişdir.  
Tələb elastikliyinin əsas formaları 
Elastikliyin əsas 
formaları 
Elastiklik dərəcəsi, 
səviyyəsi 
Satışdan əldə 
olunan məbləğ 
Əmtəə-xidmətlərinin 
qiyməti 
Mütləq elastik tələb  
ə ə
=X 
Artır 
Qiymət tələbdən asılı 
deyildir 
Elastik tələb 
ə ə
>1 
Artır 
– 
Vahid elastiklik 
ə ə
=1 
Dəyişmir 
Qiymət dəyişmir 
Qeyri-elastik tələb 
ə ə
<1 
Azalır 
Qiymət aşağı düşür 
Mütləq qeyri-elastik 
tələb  
ə ə
=0 
Artır 
Tələb qiymətdən asılı 
deyildir 
Tələbin elastikliyi 
Q
iym
ət
 
 
 


 
 

Tələb 
Tələbin 
qeyri-elastikliyi 
Q
iym
ət
 
 
 


 
 

Tələb 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
87
 
 
 
Tələbin elastikliyinin dəyişmə səviyyəsi özünü 3 istiqamətdə göstərə bilər: 
a)  Zəif  elastiklik  o  deməkdir  ki,  əmtəə-xidmətlərin  qiymətinin  artmasına  baxmayaraq, 
onların şatış həcmi az və zəif dəyişir. Məsələn, çörək, şəkər, duz və digər gündəlik tələbat 
məhsullarının 
qiymətinin 
bahalaşmasına 
baxmayaraq, 
insanlar 
həmin 
qrup 
məhsullarından yenə də əvvəlki həcmdə, yaxud az dəyişikliklərlə istifadə edəcəklərindən, 
bu  halda tələbin  elastik  səviyyəsinin  həssaslığı,  reaksiyası  zəif  olacaqdır.  Eyni  zamanda 
soyuducunun,  məişət  texnikasının,  xəz  paltonun,  billur  qab-qacağın  qiymətinin  aşağı 
düşməsi  heç  də  o  demək  deyildir  ki,  bunların  satışı  hökmən  xeyli  artacaqdır.  Əlbəttə, 
müəyyən  zəif  artımın  olması  mümkün  və  gözləniləndir.  Lakin  əhalinin  gəlirləri,  həyat 
səviyyəsi,  alıcılıq  qabiliyyəti,  zövqü  kimi  kompleks  şərtlərlə  bağlı  olan  bu  məsələdə 
kəsgin  dönüş,  yaxud  tələbin  elastiklik  səviyyəsində  böyük  dəyişikliklər  baş  verəcəyini 
gözləmək, şübhəsiz çətindir.  
b) Orta,  aralıq  elastiklik  elə  əmtəə-xidmətlərə  aid  edilir  ki,  həmin  məhsulların  potensial 
əvəzləyiciləri olur. Məsələn, bazarda qiymətlərin enib-qalxmasından asılı olaraq, alıcıların 
kərə yağını bitgi mənşəli yağlarla, kofeni çayla, paltaryuyucu tozun bir növünü başqasıyla 
əvəzləməsi tamamilə mümkündür. Bu zaman tələbin elastik səviyyəsinin dəyişkənliyi və 
həssaslığı özünü orta, yaxud aralıq bir həddə göstərir.  
c)  Sürətli,  kəsgin  elastiklik,  müəyyən  qrup  əmtəə-xidmətlərin  (qara  kürünün,  qızılın,  xəz 
məmulatlarının,  dərmanların,  bəzi  içgi  növlərinin,  xaricdən  gətirilən  məhsulların) 
qiymətlərinin  obyektiv-subyektiv  səbəblərlə  bağlı  əhəmiyyətli  dərəcədə  yüksəlməsi, 
yaxud  həmin  məhsulların  istehsalının  ixtisarı  nəticəsində  çatışmazlığın  (defisitin) 
yaranmasıdır.  Təbiidir  ki,  daxili  və  beynəlxalq  bazarda  yaranan  belə  hallarda,  satış 
qiymətlərində  baş  verən  kəsgin  dəyişikliklər  təklifin  elastiklik  həssaslığına  güclü  təsir 
göstərir.  
İqtisadi  nəzəriyyədə  tələbin  qiymətlə  bağlı  elastikliyinin  təhlilində,  müəyyən  bir 
nöqtədə kəsişmə və qövsvari əyri üsullarından  istifadə olunur. Birinci halda, qiymətin zəif 
dəyişməsi qısa bir dövr ərzində onun tələblə müəyyən bir nöqtədə kəsişməsini nəzərdə tutur. 
İkinci  halda  isə  qiymətin  kəsgin  dəyişməsi  nəticəsində,  tələbin  nisbətən  orta  və 
uzunmüddətli dövr ərzində müəyyən qövs şəklində hərəkət istiqaməti nəzərdə tutulur.  
Qiymətlə  əlaqədar  tələb-təklifdə  baş  verən  enib-qalxmalar  nəticəsində  elastikliyin 
dəyişməsi  ümumi  daxili  məhsulun  həcmi,  məşğulluq-işsizlik,  inflyasiya  kimi  səbəblərə 
bağlıdırsa,  bu  endogen  (daxili)  asılılıq  adlandırılır.  Həmin  dəyişikliklər  müharibə, 
beynəlxalq  aləmdəki  siyasi-iqtisadi  proseslər,  inqilabi  hadisələrlə  bağlıdırsa,  o  zaman  bu 
ekzogen (xarici) amillərlə bağlı asılılıq kimi qiymətləndinilir.  
 
10.6.  İqtisadi  nəzəriyyənin  mühüm  anlayışlarından  biri  sayılan  təklif  də  elastik  olub, 
bazarda  qiymətlərin  vaxtaşırı  enib-qalxmasına  uyğun  surətdə onun  həcmi  gah  artır, gah  da 
azalır.  Doğrudur,  iqtisadi  inkişafın  və  müxtəlif  təyinatlı  şirkətlərin,  ev  təsərrüfatlarının, 
müəssisələrin,  korporasiyaların  məqsədi  istehsal-xidmət  sahələrinin  yüksəlişi  əsasında 
mənfəət əldə etmək olsa da, bazar mexanizminin tərkib hissələri sayılan tələb-təklif, qiymət, 
rəqabət  mübarizəsi  prinsiplərinin  qarşılıqlı  əlaqəsi  və  ziddiyyətli  təsir  gücü  özünü  həmişə 
göstərir.  
Təklifin  qiymətlə  bağlı  elastikliyi,  yəni  qiymətin  artıb-azalması  nəticəsində  təklifin 
dəyişməsi prosesi, aşağıdakı kimi ifadə olunur: 
 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə