Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə49/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
103
 
 
Ümumi xərclər (Total costs – TC) – sahibkarın, şirkətin, müəssisənin, korporasiyanın 
məhsul istehsalı üçün zəruri olan bütün xərclərinin cəmidir.  
Orta  xərclər  (Averaqe  costs  –  AC)  –  istehsal  olunmuş  hər  məhsul  vahidinə  sərf 
edilmiş xərclərdir. 
Sabit  xərclər  (Fixed  costs  –  FC)  –  istehsal  olunmuş  məhsulun  həcmindən, 
kəmiyyətindən  asılı  olmayaraq,  dəyişməz  qalan  xərclərdir.  Buraya  istehsal  binalarına, 
avadanlıqlara,  dəzgahlara,  icarə  haqqına,  inzibati  işçi  heyətinə  və  sairəyə  çəkilən  xərclər 
daxildir.  
Dəyişən xərclər (Varialle costs – VC) – istehsal olunmuş hazır məhsulun həcmindən 
asılı  olaraq  dəyişən  kəmiyyətdir.  Buraya  xammal  və  yarımfabrikatlar,  enerji  daşıyıcıları, 
işçilərə verilən əmək haqqı və digər xərclər daxil edilir.  
Ümumi və orta xərclərin necə formalaşdığını, bu prosesdə sabit və dəyişən xərclərin 
rolunu aşağıdakı cədvəldən görmək olar: 
 
Sabit, dəyişən, ümumi və orta xərclərin şirkətdə formalaşması 
 
Məhsul buraxılışı 
(ədədlə) 
Ümumi xərclər (min. manatla) 
Orta xərclər (manatla) 
Sabit 
Dəyişən  Ümumi 
Sabit 
Dəyişən  Ümumi 

100 

100 
100.000  0 
100.000 
100 
100 
120 
220 
1.000 
1.200 
2.200 
200 
100 
240 
340 
500 
1.200 
1.700 
300 
100 
360 
460 
333 
1.200 
1.533 
400 
100 
490 
590 
250 
1.225 
1.475 
500 
100 
640 
740 
200 
1.280 
1.480 
600 
100 
810 
910 
167 
1.350 
1.517 
 
Cədvəldən  aydın  olur  ki,  müəyyən  bir  məhsul  (çörək,  paltar,  ayaqqabı,  saat,  parça, 
sement)  istehsalı  artdıqca,  orta  istehsal  xərcləri,  yəni  hər  məhsul  vahidinə  sərf  olunmuş 
xərclər azalmağa doğru meyl edir. Rəqəmlərin təhlilindən görünür ki, orta istehsal xərcləri 
200-300 ədəd mıhsul buraxılışı həcmində təxminən bir-birinə yaxındır. Lakin sonra məhsul 
istehsalı  400  ədədə  çatdırıldıqda,  orta  xərclər  ən  optimal  variantda  olur.  Daha  sonrakı 
mərhələdə  orta  xərclər  tədricən  artmağa  doğru  gedir.  Deməli,  bu  konkret  misalda  orta 
istehsal  xərcləri  baxımından  ən  əlverişli,  səmərəli  variant  istehsal  həcminin  400  ədəd 
hüdudunda olmasıdır.  
İqtisadi  nəzəriyyədə  son  hədd  xərcləri,  alternativ  xərclər  və  transaksion  xərclər 
anlayışlarına rast gəlirik.  
Son  hədd  xərcləri  –  növbəti,  əlavə  məhsul  istehsalı  (məsələn  1.000  ədəddən  çox 
paltar,  10  tondan  artıq  çörək,  50.000  metrdən  əlavə  parça)  ilə  bağlı  şirkətin  ümumi 
xərclərinin artan kəmiyyətini göstərir. Bu xərclərin öyrənilməsi, şirkətin və korporasiyanın 
təsərrüfat  fəaliyyəti üçün  mühüm əhəmiyyət kəsb edərək, hər  hansı  bir  istehsalın optimal 
variantını müəyyən edir.  
Şirkətin konkret məhsul (şəkər, televizor, mobil telefon, mebel) buraxılışı və satışı ilə 
onun  müxtəlif  xərcləri  arasındakı  asılılığı,  eyni  zamanda  şirkətin  son  hədd  xərclərilə 
bazarda  formalaşan  qiymətlərin  səviyyəsi  elə  olmalıdır  ki,  istehsalı  həmin  artan  həcmdə 
davam etdirmək səmərəli olsun.  


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
104
 
 
Deməli,  son  hədd  xərcləri  (SHX),  ümumi  xərclərin  artımının  məhsul  buraxılışının 
kəmiyyətinə (həcminə) təsirini göstərir və belə ifadə olunur: 
 
SHX =  
X − X
ə
M −   M
ə
 
 
Burada: SHX – son hədd xərcləri; 
X  – son miqdarda məhsul ilə bağlı ümumi istehsal 
xərcləri; 
X
ə
 – əvvəlki miqdarda məhsul istehsalı ilə əlaqədar ümumi istehsal xərcləri; 
M  – 
məhsul  buraxılışının  sonuncu  həcmi; 
M
ə
  –  məhsul  buraxılışının  əvvəlki  həcmidir.  Bu 
asılılıq, başqa formada da ifadə oluna bilər: 
 
SHX (Marqinal costs)MC ==  
Dəyişən xərclərin artımı (∆VC)
Ümumi məhsulun (istehsalın) artımı (∆Q)
 
 
Şirkətin  və  koporasiyanın  konkret  məhsul  buraxılışı  ilə  bağlı  çəkdikləri  müxtəlif 
xərclər arasındakı nisbətin (asılılığın) necə dəyişdiyini aşağıdakı cədvəldən görmək olar: 
 
Məhsul buraxılışı ilə müxtəlif xərclər arasındakı asılılıq 
 
Məhsul 
buraxılışı 
(ədədlə) 
Sabit 
xərclər 
Dəyişən 
xərclər 
Ümumi 
xərclər 
Orta 
xərclər 
Sabit 
orta 
xərclər 
Dəyişən 
orta 
xərclər 
Son 
hədd 
xərcləri 
Qiymət 

6.000 

6.000 





100 
6.000 
4.000 
10.000 
100 
60 
40 
40 
40 
200 
6.000 
7.000 
13.000 
65 
30 
35 
30 
40 
300 
6.000 
9.000 
15.000 
50 
20 
30 
20 
40 
400 
6.000 
10.000 
16.000 
40 
15 
25 
10 
40 
500 
6.000 
14.000 
20.000 
40 
12 
28 
40 
40 
600 
6.000 
18.000 
24.000 
40 
10 
30 
40 
40 
700 
6.000 
23.400 
29.400 
42 
8,6 
33,4 
54 
40 
 
Cədvəldəki rəqəmlərdən aydın olur ki, son hədd xərcləri, rəqabət şəraitində bazarda 
formalaşmış  qiymətlərdən  aşağı  olduqda,  şübhəsiz  istehsalın  həcmini  artırmaq 
mümkündür, həm də səmərəlidir. Cədvəldə verilmiş misal nümunəsində bu hədd 400 ədəd 
(vahid) həcmindədir.  
Əgər  şirkətin  son  hədd  xərcləri  bazar  qiymətindən  yüksək  olarsa,  aydındır  ki, 
mənfəət  olmayacaq,  deməli  istehsal  səmərəsiz  işləyəcəkdir.  Belə  halda  istehsalı  davam 
etdirməyin  iqtisadi  baxımdan  faydası  olmayacaq  və  sahibkara,  şirkətin  təsisçilərinə  zərər 
gətirəcəkdir.  
İstehsal prosesinin davam etdirilməsi üçün zəruri olan amillərin - dəyişən  xərclərin, 
hazır  məhsulun  həcminə  nisbətən  daha  sürətlə  artması,  təbiidir  ki,  bir  sıra  problemlər 
yaradır. Bazar rəqabəti mühiti və istehsal amillərinin qiymətlərindəki dəyişikliklər, istehsal 
proseslərində  yeni  texnika-texnologiyalardan  istifadə  olunmasını,  əmək  məhsuldarılğınıın 
yüksəldilməsini,  sahibkarlıq  bacarığının təkmilləşdirilməsini,  habelə daha  bir sıra konkret 
şəraitlə bağlı tədbirlərin həyata keçirilməsini irəli sürür.  
Bütün  bu  obyektiv-subyektiv  amillər  kompleksi  hərtərəfli  öyrənilib  təhlil  edilməli, 
şirkətə və koporasiyaya elə əməli məsləhətlər, işgüzar tövsiyyələr verilməlidir ki, ayrı-ayrı 
istehsal və xidmət dairəsi sahələrinin fəaliyyətinin səmərəliliyi təmin olunsun.  


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə