İqtisadi nəzəriyyə
ECONOMICS
105
İstehsalın alternativ xərcləri – təsərrüfat həyatının hansı sahələrindən eyni xərclərlə
daha çox iqtisadi səmərə götürülməsinin əlverişli seçimini, yaxud variantını
müəyyənləşdirməyə imkan verir. Əgər 1 milyon manat (dollar, avro) gəliri 500 min manat
xərc sərf etməklə maşınqayırma, yaxud daş kömür hasilatından və 300 min manat xərc sərf
etməklə yüngül, yaxud kimya sənayesindən əldə etmək mümkündürsə, şübhəsiz kapitalın
bir sahədən digərinə təbii axını baş verəcəkdir.
İstehsal fəaliyyəti təkcə iş prosesinin təkmilləşdirilməsi və məhsul buraxılışının
artırılması ilə məhdudlaşmayıb, eyni zamanda bu xərclərin başqa sahələrlə müqayisəsini
tələb edir. Bu müqayisə nəticəsində, alternativ (əks) istehsal xərcləri variantı meydana çıxır
ki, hər bir sahibkar yaxud şirkət daha səmərəli seçim etməkdə sərbəstdir. İstehsalın
strategiyasını dəyişən sahibkar və şirkət, bu mühüm addımı atmamış, vəziyyəti dəqiq
faktlar, materiallar əsasında hərtərəfli təhlil edib müəyyən qərara gəlməlidir. İstehsal
xərclərinin müqayisəli alternativ variantı seçilərkən, təkcə sırf iqtisadi gəlir məsələsi deyil,
işin perspektivləri, sosial nəticələri, ekoloji problemləri də nəzərə alınmalıdır.
Alternativ xərclər yalnız istehsal-xidmət sahələrində deyil, insanların ailə-məişət,
təhsil dairəsi və iş, gəlir və istirahət, vaxt və əyləncə seçimlərində də, mənəvi-psixoloji
dəyərlərlə yanaşı, iqtisadi amil kimi mühüm əhəmiyyətə malikdir. Çünki, nəyi isə əldə
etmək üçün, nədənsə imtina etmək lazım gəlir.
Transaksion xərclər – bazar subyektləri (agentləri) arasındakı alqı-satqı
sövdələşmələrinə sərf olunan xərclərin məbləğidir. Geniş mənada bu xərclər hər bir
iqtisadi sistemin əlavə xərcləri, dar mənada isə iştirakçılarının öz aralarındakı
münasibətləri tənzimləmək üçün çəkdikləri xərclərdir.
Bu anlayış ilk dəfə 1937-ci ildə, sonralar Nobel mükafatı almış tanınmış iqtisadçı
Ronold Koyz (İngiltərə – ABŞ) tərəfindən işlədilərək, elmi dövriyyəyə daxil edilmişdir.
Şirkət və korporasiyaların transaksion xərcləri 3 mənbə hesabına formalaşır: a) onların
xidmət bölməsinin xərcləri; b) daxili transaksion xərclər; c) bazar münasibətləri sisteminin
qeyri-kamilliyi çətinlikləri və nöqsanları ilə bağlı xərclər.
Transaksion xərclərin aşağıdakı xarakterik cəhətlərini qeyd etmək zəruridir: əvvələn,
şirkətin normal fəaliyyəti üçün lazım olan məlumatların və materialların toplanmasına
çəkilən xərclər; sonra, əldə edilmiş məlumatların tam olmaması və şübhə doğurması ilə
bağlı itgilər; sonra, razılaşma, saziş və müqavilələrin bağlanması ilə əlaqədar danışıqlara
sərf olunan xərclər; daha sonra, bağlanmış saziş və müqavilələrin yerinə yetirilməsi
üzərində nəzarət işlərinə yönəldilən xərclər; nəhatət, mülkiyyətçinin, sahibkarın və şirkətin
hüquqlarının qorunub müdafiə olunması proseslərinə sərf olunan xərclər. Bu xərclər,
şirkətin son hədd xərclərinə aid edilir.
Müxtəlif şirkətlərin istehsal xərclərinin formalaşmasında, qısamüddətli və
uzunmüddətli dövr anlayışları mühüm rol oynayır.
Qısamüddətli dövr, istehsal prosesi amillərinin bir hissəsinin (əsasən dəyişən
xərclərin), uzunmüddətli dövr isə həmin amillərin hamısının, yəni həm dəyişən, həm də
sabit xərclərin kəmiyyət və keyfiyyətcə dəyişdirilməsini, təkmilləşdirilməsini, yenidən
qurulmasını nəzərdə tutur.
Bu dövr ərzində baş verən dəyişikliklər isə ilk növbədə konkret şirkətin istehsal
təyinatından, onun gücündən, məhsul buraxılışı həcmindən, texniki-texnoloji silahlanma
səviyyəsindən asılıdır.
İqtisadi nəzəriyyə
ECONOMICS
106
Məsələn, kiçik şirkət və məhdud torpaq sahəsində fəaliyyət göstərən fermerlə, iri
maşınqayırma müəssisəsinin imkanları eyni deyildir. Lakin buna baxmayaraq, istər fermer,
istərsə də iri şirkətlər, qısamüddətli dövr ərzində yalnız əmək (iş qüvvəsi), xammal-
material, yanacaq kimi dəyişən xərclərin hesabına, habelə işin daha bacarıqla idarə
olunması nəticəsində məhsul istehsalını artıra bilər.
Şübhəsiz, qısamüddətli dövr ərzində, istehsal prosesinin xüsusiyyətlərindən asılı
olaraq, xərclərin quruluşunda (ümumi, orta, son hədd xərcləri) fərqli dəyişikliklər baş
vermiş olsa da, lakin ümumi bir meyl kimi istehsalın həcminin artdığı şəraitində, ilk
mərhələdə orta xərclər azalsa da, müəyyən mərhələdən sonra həm orta, həm də ümumi
xərclər artacaqdır.
Uzunmüddətli dövr ərzində bütün istehsal xərcləri, o cümlədən əmək, xammal və
materiallar, habelə kapitalla (əsas fondlarla) bağlı məsrəflər artır. Bu dövrdə istehsal
xərclərinin artım dinamikası, ilk növbədə konkret istehsal sahəsinin və müəyyən bir
şirkətin məhsul buraxılışı həcmindən asılıdır.
Uzunmüddətli dövr xırda, orta və iri tipli şirkətlərə öz istehsallarını genişləndirməyə,
yeni binalar tikməyə, istehsal güclərini artırmağa, mükəmməl texnika-texnologiyadan
istifadə etməyə imkan yaradır. Bu prosesdə şirkət və müəssisənin təyinatı, məhsul həcmi,
bazar konyukturası, qiymətlərin səviyyəsi, onun dəyişkənlik miqyasları mühüm rol
oynayır.
Məsələn, gəmiqayırma və kimya sənayesi obyektlərinin tikintisi, yaxud yenidən
qurulması işi xeyli vaxt, habelə vəsait tələb edirsə, kiçik bir kafenin, yaxud gözəllik
salonunun genişləndirilib yenidən quruması, təbiidir ki, həmin obyektlərlə müqayisədə
xeyli az vaxt aparacaqdır. Eyni zamanda şirkətin və müəssisənin miqyasları, hələ onun
səmərəli fəaliyyəti üçün meyar sayıla bilməz. Həm də qısamüddət və uzun-müddət
anlayışları, konkret sahələrin müqayisəli təhlili baxımından şərti xarakter daşıyır.
Uzunmüddətli dövrün belə bir xarakterik cəhətini qeyd etmək lazımdır ki,
qısamüddətli dövrdə istehsalın – torpaq, şirkətin miqyası, onun avadanlıq – dəzgahları kimi
müəyyən şərtləri sabit və dəyişməz kəmiyyət olduğu halda, uzunmüddətli dövrdə istehsal
amillərinin hamısı, yaxud əksəriyyəti dəyişir.
12.4. Mənfəət – hər hansı bir sahibkarlıq və işgüzar biznes fəaliyyətinin son məqsədi,
səmərəli nəticəsi, ümumiləşdirici yekunudur. Müxtəlif iqtisadi sistem və təsərrüfat
sahələrində mənfəətin kəmiyyəti, məhsul-xidmətlərin reallaşdırılmasından əldə edilmiş
müəyyən məbləğdə pul ilə, həmin məhsulların ümumi istehsal xərcləri arasındakı fərqə
bərabərdir. Bu asılılığı belə ifadə etmək olar:
Mənfəət=Satış məbləği – Ümumi istehsal xərcləri
Mənfəət anlayışını xüsusi mülkiyyət və onun işçinin əməyinin istismarı nəticəsində
yarandığını irəli sürmüş marksist iqtisadi mövqedən fərqli olaraq, müasir iqtisadi
ədəbiyyatda bu anlayışın xüsusi mülkiyyətlə bilavasitə əlaqəsi tezisi düzgün sayılmır.
Bəs mənfəət nədir? Mənfəət, ilk növbədə sahibkarlıq, işgüzar-biznes fəaliyyəti ilə
bağlı olub, istehsal amillərdən, yəni torpaq, əmək və kapitaldan səmərəli istifadə edilməsi
şərtlərilə bağlıdır. Eyni zamanda mənfəət, sahibkarın istehsalı idarə etmək qabiliyyəti,
təşkilatçılıq bacarığı, risqə getmək cəsarəti üçün aldığı haqq, yaxud mükafatdır. Belə bir
fikir də vardır ki, mənfəət sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanların, bazarda yaranan
Dostları ilə paylaş: |