Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə34/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
70
 
 
məhsullar  hazırlayan,  xammalı  emal  edən  müəssisələr  (şirkətlər)  arasında,  bazar  rəqabəti 
prinsipləri əsasında ədalətli qarşılıqlı münasibərlərin formalaşmasına kömək göstərirlər.  
Eyni  zamanda  hakimiyyətin  müəyyən  strukturları  (orqanları),  biznes  və  sahibkarlıq 
fəaliyyəti gedişində yaranan mübahisələr, anlaşılmazlıqlar, ziddiyyətlərin həllində konkret 
vəziyyəti  nəzərə  alaraq  bəzən  məsləhətçi,  bəzən  isə  öz  səlahiyyətləri  daxilində 
cəzalandırıcı  vəzifəsini  yerinə  yetirirlər. Bütün  mübahisəli  mülki,  istehsal  və  xidmət satış 
məsələlərində qarşıya çıxan məsələlərin həllində son söz yalniz müstəqil fəaliyyət göstərən 
məhkəmə  orqanlarına  məxsusdur.  Hakimiyyət  orqanlarının  bu  istiqamətdəki  səmərəli 
fəaliyyəti  ölkədə  iqtisadi  resursların  bölgüsünü  yaxşılaşdırır,  əmtəə  dövriyyəsini 
sürətləndirir,  ixtisaslaşmanı  daha  da  dərinləşdirir,  satışa  çıxarılan  məhsulların  keyfiyətini 
yüksəldir, bağlanan ticarət müqavilələrinin, sazişlərinin iqtisadi təhlükəsizliyini xeyli artır.  
Bazar  münasibətləri  iqtisadi  sisteminin  əsas  tənzimləyici  mexanizmi  rəqabət 
olduğundan,  məhz  bu  hərəkətverici  qüvvə  həm  iqtisadi  resursların  təchizatçıları,  həm  də 
istehsalçıları  alıcıların  (istehlakçıların)  tələblərinə  uyğunlaşmağı  irəli  sürür.  Rəqabət 
şəraitində  alıcılar  həlledici  amil,  yaxud  bazarda  «hakim  qüvvə»;  bazar-alıcılar  üçün 
vasitəçi, səbəb (agent); şirkət isə onların  xidmətçisidir. Lakin  bazarda  bir  inhirsarçı  şirkət 
ağalıq  etdikdə,  qiymətləri  ozü  müəyyənləşdirdikdə,  şübhəsiz  alıcıların  suverenliyi 
pozulacaq  və  onlar  zərər  görəcəklər.  Doğrudur,  bəzi  istehsal-xidmət  sahələrinin  fəaliyyət 
xüsusiyyətlərindən  çıxaraq,  ayrı-ayrı  ölkələrdə  təbii  inhisarçılığa  (yanacaq-energetika, 
nəqliyyat-rabitə, hərbi-müdafiə, su təchizatı sahələrində) dövlətin, yaxud xüsusi şirkətlərin 
timsalında  icazə verilsə də, onların tənzimlənməsi, nəzarətdə saxlanması  həyata keçirilir . 
Ona  görə  də  hələ  1890-cı  ildə  ABŞ-da  qəbul  olunmuş  inhisarların  fəaliyyətini 
məhdudlaşdıran  Şerman  qanundan  başlayaraq,  sonrakı  dövrdə  əksər  ölkələrdə  geniş 
yayılmış  bu  istiqamətli  tədbirlərin  həyata  keçirilməsi,  şübhəsiz  öz  müsbət  rolunu 
oynamışdır.  Lakin  dünya  təcrübəsinin  təsdiq  etdiyi  kimi  inhisarçılıq  fəaliyyətinin 
məhdudlaşdırılması  və  onun  üzərində  dövlət,  habelə  ictimai  nəzarətin  həyata  keçirilməsi, 
ilk növbədə hökümətin nüfuzu, iradəsi, qətiyyətindən asılıdır.  
Bazar  münasibətləri  iqtisadi  sistemi  «ədalət»  prinsipləri  ilə  deyil,  «səmərəlilik» 
meyarları  ilə  fəaliyyət  göstərdiyindən,  dövlət  orqanları  cəmiyyətin  müxtəlif  tələbələrinin 
gəlir  və  həyat  səviyyəsindəki  fərqləri  tənzimləmək  üçün  müxtəlif  vasitə,  habelə 
Proqlamlardan  istifadə  edirlər.  Ölkənin  ümumi  gəlirinin  yenidən  bölünməsi  hesabına 
həyata  keçirilən  sosial  tədbirlər  sırasında:  a)  transfer  (ərzaq  talonları  paylanmasını, 
xeyriyyə  cəmiyyətlərinin  çeklərini,  əlillərə  və  imkansız  yaşlılara,  işsizlərə  yardımı) 
ödənişlərini;  b)  bazarda  formalaşan  qiymətlərə  təsiri,  femerlərə  olunan  güzəşt  və 
subsidiyaları, yəni əvəzsiz yardımları; c) minimum əmək haqqının müəyyənləşdirilməsini; 
d) vergilərin ödənilməsindəki fərqli yanaşmanı göstərmək olar.  
Dövlət  hakimiyyəti  orqanlarının  bu  istiqamətdəki  fəaliyyəti  və  bu  işin  miqyasları 
ABŞ  cəmiyyətində  birmənalı  qarşılanmayaraq,  həmişə  qızğın  mübahisələr  doğurmuşdur. 
Məlumdur  ki,  hakimiyyət  orqanlarının  gəlirlərin  yenidən  bölünməsi  yolu  ilə 
tənzimləməsinin  həm  müsbət,  həm  də  mənfi  cəhətləri  vardır.  Mütəxəssis  və  alimlərin  bir 
hissəsi ölkənin təsərrüfat həyatının dövlət tərəfindən tənzimlənməsi prosesini  «ədalətli  və 
əsaslandirılmış  iqtisadi  addım»  kimi  qiymətləndirildikləri  halda,  digərləri  isə  dövlət 
orqanlarının  bu  istiqamətdəki  addımlarını,  insanların  əməyə  olan  münasibətlərinin 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
71
 
 
zəifləməsi, qənaət rejiminin pozulması,  investisiyaların azalması, ümumi  daxili  məhsulun 
(UDM) həcminin aşağı düşməsinə təsir göstərən amil kimi səciyyələndirirlər.  
Hakimiyyət  orqanları  rəqabət  mübarizəsi  şəraitində  satışa  çıxarılan  məhsulların, 
əhaliyə  göstərilən  xidmətlərin  real  tələb-təklif  prinsiplərini  pozan  «artıqlığı»  yaxud 
«çatışmazlığı»  problemini  aradan  qaldırmaq  və  bu  vəziyyətin  ətraf  mühitə,  insanların 
sağlamlığına,  onların  istirahətinə  zərərli  nəticələrini  nəzərə  alaraq,  müxtəlif  tədbirlərdən 
istifadə  edirlər.  Həmin  tənzimləyici  dövlət  iqtisadi  tədbirləri  sırasında  müvafiq 
qanunvericilik aktlarını, xüsusi tətbiq olunan vergi növlərini, konkret şəraitdən aslı olaraq 
bəzən  tələbin,  bəzən  də  təklifin  həvəsləndirilməsi  hallarını,  hakimiyyətin  zəruri  hesab 
etdikdə  müəyyən  sahələri  maliyyələşdirdiyini  və  hətta  öz  mülkiyyətinə  çevirərək,  idarə 
etməsini göstərmək olar.  
Başqa  bir  hal  kimi  ölkə  əhalisinin  ictimai  (hamılıqla)  istifadəsində  olan  məhsul  və 
xidmətlərin tənzimlənməsini göstərmək olar. Məlumdur ki, hər hansı bir ölkədə elə məhsul 
və  xidmətlər  vardır  ki,  əhali  bunlardan  heç  bir  xərc  çəkmədən  faydalanir.  Ölkənin 
müdafiyə  sistemi,  yaxud  terrorizmə  qarşı  mübarizə  tədbirləri  əhalinin  istifadə  etdiyi  və 
faydalandığı elə ümumi nemətlərdir ki,dövlət orqanları bunların saxlanması üçün müəyyən 
xərc çəkmədilər. Dövlət bu  istiqamətdə olan  xərcləri ödəmək üçün  şirkətlərin  və əhalinin 
vergi ödənişlərindən istifadə edir.  
Dövlət  hakimiyyəti  orqanlarının  ölkənin  təsərüfat  həyatına  müdaxilə  edərək,  bazar 
münasibətləri  iqtisadi  sisteminin  yaratdığı  nöqsanları,  onun  sosial  ədalətsizlikləri,  ictimai 
təlabatlara  qarşı  biganəliyini  aradan  qaldırmaq  üçün  həyata  keçirdiyi  hüquqi,  inzibati, 
iqtisadi  tədbirlər  kompleksi,  işsizliyin  azalmasına  və  inflasiya  proseslərinin  idarə 
edilməsinə geniş imkanlar yaradır.  
 
8.3.  ABŞ-ın  maliyyə  sisteminin  əsasını  ölkənin  dövlət  büdcəsi,  büdcənin  tərkib 
hissələri  sayılan  onun  gəlirləri  və  xərcləri  təşkil  edir.  Büdcənin  gəlir  hissənin  46%-i 
əhalidən tutulan vergilər və 8%-i isə korporasiyaların gəlirindən toplanan vergilər hesabına 
formalaşır. Bu rəqəmlərdən göründüyü kimi federal hökümətin büdcəsinin gəlir hissəsində 
əhalinin şəxsi gəlirləri əsas yer tutur. Mütərəqqi xarakter daşıyan şəxsi gəlir vergisi 10%-
dən  başlayaraq  əhalinin  gəlir  səviyyəsindən  aslı  olaraq  25,  28,  33  və  35%-ə  qədər  arta 
bilər.  Əmək  haqqından  tutulan  vergilər  7-9%  arasında  dəyişir,  korporasiyalardan  tutulan 
vergilərin  baza  dərəcəsi  isə  35%  həddində  müəyyənləşdirilmişdir.  Satış  və  aksız  vergi 
dərəcələri isə müxtəlif olub, əsasən yerli hakimiyyət (stat və bələdiyyə) orqanlarının gəlir 
mənbəyini təşkil edir.  
Federal  büdcənin  xərcləri  isə  4  əsas  istiqamətə:  a)  penisiyaların  ödənilməsinə  və 
sosial  təminata;  b)  milli  müdafiəyə;  c)  səhiyyəyə;  ç)  dövlət  borcu  üzrə  faizlərin 
ödənilməsinə yönəldilir. Son rəsmi məlumatlara görə ABŞ-ın federal büdcəsinin gəlirləri 3 
trilyon dolları, xərcləri isə 3,5 trilyon dolları ötür.  
XXI  əsrin  əvvəllərinə  ABŞ  hökümətinin  federal  gəlir  və  xərclərini  aşağıdakı 
sxemlərdən görmək olar. 
Ştatların  və  yerli  hakimiyyətin  (idarəetmə)  orqanlarının  gəlir  mənbələri,  xərcləri 
federal  hökumətindən  xeyli  fərqlənir.  Federal  hökumət  öz  fəaliyyətini  əsasən  şəxsi  gəlir 
vergisi, korparasiyaların mənfətindən vergilər və əmək haqqına qoyulan vergilər hesabına 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə