Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə24/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
51
 
 
fəaliyyəti  qanuni  əsaslar  üzərində  qurulduqda,  dövlətin  müvafiq  qanunları  ilə  qorunur. 
Mülkiyyətçi və sahibkar öz əmlakını, hazırladığı məhsulları müəyyən qiymətə sata, bağışlaya 
və vəsiyyət edə bilər.  
Sahibkarlıq fəaliyyəti bazar subyektləri arasında formalaşan qarşılıqlı münasibətləri əks 
etdirir;  əməklə  istehsal  resurslarının  birləşərək  müxtəlif  təyinatlı  məhsullar  hazırlanmasını, 
xidmətlər  göstərilməsini  təşkil  edir;  xüsusi  mülkiyyətin  reallaşdırma  forması  kimi  çıxış  edir; 
əmtəə-xidmətlər  bolluğu  yaradır;  mənfəət  əldə  edir;  yeni  iş  yerləri  açır;  dövlət  büdcəsinə 
müvafiq məbləğdə vergi ödəyir.  
Sahibkarlıq fəaliyyəti, bu işlə məşğul olan adamdan yüksək təşkilatçılıq qabiliyyəti, riskə 
getmək bacarığı, bazarda baş verən prosesləri təhlil edib, rəqabət mübarizəsi mühitində hansı 
optimal qərarları qəbul  etmək zərurəti  məsuliyyətini dərk edib, cəsarətlə daşımağı tələb edir. 
Bu  mənada  biznes-sahibkarlıq,  işğüzar  fəaliyyət  meydanı  peşəkar,  bilikli,  uzaqgörən, 
mədəniyyətli və istedadlı, milli mənafeyə sadiq adamlar üçündür.  
 
6.3. Latın dilindən götürülmüş «konkurent» sözü, «toqquşma» mənasını verərək, rəqabət 
anlamında  bazar  iştirakçıları  arasında  daha  yaxşı  istehsal  şəraiti  (mühiti),  əmtəələrin-
xidmətlərin reallaşdırılması uğrunda, müxtəlif üsullarla aparılan iqtisadi mübarizədir.  
Rəqabət bazar iqtisadiyyatının həlledici və aparıcı amillərindən olub, fəaliyyət göstərən 
mürəkkəb  bazar  mexanizminin  tələb-təklif,  qiymətlə  yanaşı  tərkib  hissəsidir.  Məhz  rəqabət 
bazarda  alqı-satqı  münasibətlərini  tənzimləyir,  məhsul  və  xidmətlərin  bolluğunu  yaradır, 
habelə bazarda tarazlaşdırılmış qiymətlər sistemini formalaşdırır.  
Tarixən  rəqabəti  başqa  üsullarla  əvəz  etmək,  yaxud  onu  inzibati  qadağan  üsulları  ilə 
aradan qaldırmaq yolundakı müxtəlif cəhdlər, həmişə uğursuzluqla nəticələnmişdir. Ona görə 
ki,  bəşəriyyətin çoxəsrlik təsərüfat  həyatı təcrübəsi  sübut etmişdir ki,  bazar  yalnız  normal  və 
müəyyən qayda-qanunlara əsaslanan rəqabət mübarizəsi nəticəsində inkişaf edib təkmilləşərək, 
cəmiyyətə xidmət göstərə bilər.  
Rəqabətin  əsasında  bazar  subyektlərinin  açıq,  sərbəst,  qanunlara  əməl  etmək  əsasında, 
eyni  zamanda  daha  yüksək  mənfəət  əldə  etmək  prinsipi  durur.  Bazar  rəqabəti  mahiyyət 
etibarilə aşağıdakıları nəzərdə tutur: 
  bazarda kifayət qədər məhsullar və xidmətlər vardır; 
  bazarda çox sayda alıcılar və satıcılar iştirak edir; 
  bazar  iştirakçıları  sərbəst  surətdə  bir-biri  ilə  iqtisadi  münasibətlərə,  alqı-satqı 
sövdələşmələrinə girməkdə heç bir məhdudiyyətlə rastlaşmırlar.  
  bazarda  satıcı  əmtəə  və  xidmətə  qiymət  qoymaqda  alıcı  isə  öz  sözünü,  son  qiymətini 
verməkdə qərarlıdır.  
  sərbəst rəqabət sövdələşməsi nəticəsində satıcı pula, alıcı isə arzuladığı məhsula-xidmətə 
sahib olur. 
İqtisadi nəzəriyyə elmi bazar münasibətləri şəraitində rəqabətin aşağıdakı 4 tipi, modeli, 
variantı, forması, növü olduğunu qəbul edir. Bunlar aşağıdakılardır:  
Kamil_rəqabət,__İnhisarçı_rəqabət,__Oliqopoliya_rəqabəti,__Xalis_rəqabət.'>Kamil rəqabət, 
İnhisarçı rəqabət,  
Oliqopoliya rəqabəti,  
Xalis rəqabət.  


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
52
 
 
Qeyd  edək  ki,  kamil  rəqabət  sərbəst,  yaxud  azad  rəqabət  kimi  xarakterizə  olunub 
səciyyələndirilsə  də,  digər  3  rəqabət,  yəni  inhisarçı,  oliqopoliya  və  xalis  rəqabət  qeyri-kamil 
rəqabət kimi qiymətləndirilir.  
Kamil  (mükəmməl,  sərbəst,  azad,  halal)  rəqabət  şəraitində,  bazarda  istehsalçılarla 
(satıcılarla)  istehlakçılar  (alıcılar)  arasında  normal,  hamı  tərəfindən  qəbul  olunmuş  qaydalar 
əsasında halal, düzgün rəqabət aparılır. Kamil rəqabət, azad rəqabət mühitində bazarda çoxlu 
xırda və orta şirkətlər (sahibkarlar) iştirak edərək, eyni, yaxud oxşar adlı məhsullar (çörək, qab-
qacaq,  mebel,  paltar,  ayaqqabı)  hazırlayır,  habelə  satırlar.  Bu  prinsip  əsasında  fəaliyyət 
göstərən bazara həm satıcıların, həm də alıcıların daxil olması və ya çıxması məsələsində heç 
bir problem, çətinlik, əngəl  yoxdur. Eyni zamanda kamil (mükəmməl) bazar haqqında ətraflı 
məlumat  almaq,  informasiya  toplamaq  imkanarı,  burada  iştirak  etmək  istəyən  insanlar  üçün 
açıqdır.  
İnhisarçı rəqabət bazarında, xeyli iri şirkət (sahibkar, kapitalist) iştirak edir. Bu şirkət və 
birliklər  müxtəlif  təyinatlı  (oxşar)  məhsullar  istehsal  edib  satır,  yaxud  xidmətlər  göstərirlər. 
İnhisarçı rəqabət bazarına daxil olmaq və orada tələblə-təklifin dəyişkənliyi ilə bağlı müəyyən 
məlumatlar  toplamaq,  şübhəsiz  çətinliklərlə  bağlı  olsa  da,  prinsip  etibarilə  mümkündür. 
İnhisarçı rəqabət mühitində, bazarda qiymətlərdə müəyyən yaxınlıq, oxşarlıq ola bilər.  
Oliqopoliya rəqabəti şəraitində, bazarda əsasən bir neçə iri istehsalçı şirkət; oliqopsoniya 
rəqabəti şəraitində isə bazarda bir neçə alıcı şirkət fəaliyyət göstərir. Bir neçə iri və tanınmış 
şirkətin ağalıq etdiyi bazara daxil olmaq, həmin bazar haqqında məlumat toplamaq, xüsusilə də 
bu bazarda möhkəmlənib, güclü mövqe tutmaq şübhəsiz bir sıra çətinliklərlə bağlıdır.  
Xalis  inhisar  (monopoliya,  yaxud  monopolist)  rəqabəti  reallığında  fəaliyyət  göstərən 
bazarda  tək  bir  istehsalçı  (satıcı)  şirkət;  monopsoniya  şəraitində  isə  yalnız  tək  bir  istehlakçı 
(alıcı)  şirkət  olur.  Belə  şəraitdə  işləyən  inhisarlar  nadir  və  az  tapılan  məhsullar  (uran,  qızıl, 
kondisioner, lüks avtomobillər) üzrə ixtisaslaşırlar.  
Qeyd  etmək  zəruridir  ki,  bazar  iqtisadi  münasibətləri  sistemində  rəqabət  mübarizəsi 
iqtisadi və qeyri-iqtisadi yollarla, vasitələrlə, metodlarla həyata keçirilə bilər.  
İqtisadi  yollarla  həyata  keçirilən  rəqabət  mübarizəsinin  əsas  vasitəsi  –  qiymətdir.  Bu 
halda  bazardakı  rəqibə  qalib  gəlmək  üçün  istehsal  xərclərinin  azaldılması  (yeni  texnika, 
qabaqcıl texnologiya, əmək  məhsuldarlığının  yüksəldilməsi)  sayəsində,  satış qiymətləri  aşağı 
salınır və beləliklə də rəqiblərin fəaliyyəti məhdudlaşdırılır, yaxud onlar sıxışdırılaraq bazardan 
çıxarılırlar.  
Qeyri-qiymət  metodları  isə  bilavasitə  bazarda  formalaşan  qiymətlərlə  bağlı  olmayıb, 
hazırlanan məhsulun texniki üstünlükləri, onun keyfiyyət göstəriciləri, dizayn xüsusiyyətləri ilə 
bağlıdır. Reklam, xidmət, kreditə satış da bu işdə mühüm rol oynayır.  
Real  həyatda  qayda-qanunlara  və  ticarət  ənənələrinə  zidd  olan  üsullara  da,  məsələn 
haqsız  rəqabət  adlanan  rəqibi  gözdən  salmaq,  qərəzli  hərəkətlərə  yol  vermək,  alıcıları 
çaşdırmaq,  saxta  məhsul  buraxmaq,  başqasının  adından,  markasından  istifadəyə  rast  gəlinir. 
Bəzən  isə  bazarda  əmtəə-xidmətlərin  hədsiz  ucuz  qiymətə  satışı  halları  baş  verir  ki,  məqsəd 
rəqibi  sıradan  çıxarmaqdır.  Bazarda  satıcılar  öz  əmtəə  və  xidmətlərini  daha  baha  qiymətə 
satmaq yolu ilə yüksək mənfəət əldə etməyə çalışdıqları kimi, alıcılar da rəqabət mübarizəsinin 
müxtəlif  formalarından  faydalanaraq,  əldə  etdikləri  məhsullari-xidmətləri  nisbətən  ucuz 
qiymətə almağa cəhd göstərirlər. 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə