Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə3/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
8
 
 
«məhsuldar  təbəqə»  hesab  etdikləri  əkinçilərə  və  onların  becərdikləri  torpağa,  habelə 
ümumiyyətlə kənd təsərrüfatının inkişafına yönəldilməlidir. 
Klassik  siyasi  iqtisad  məktəbi  U.Petti,  A.Smit  və  D.Rikardonun  adları  ilə  bağlıdır. 
Kapitalist  münasibətlərinin  sürətlə  inkişaf  etdiyi  İngiltərədə  formalaşmış  bu  məktəbin 
baniləri və sonrakı nümayəndələri kapitalist, yaxud azad sahibkarlıq cəmiyyətinin təsərrüfat 
həyatını  bütöv  bir  tam  (system)  halında  təhlil  etmişlər.  Onlar  sərbəst  bazar  münasibətləri 
iqtisadi  nəzəriyyəsini  yaratmışdılar.  U.Pettinin  «sərvətin  atası  əmək,  anası  isə  torpaqdır» 
fikri, bu məktəbin ən mühüm xidməti sayılan əmək dəyər nəzəriyyəsinin yığcam ifadəsidir.  
A.Smit  «Xalqlar  sərvətinin  təbiəti  və  səbəbləri  haqqında  tədqiqat»  (1776)  əsəsrində 
insanların  iqtisadi  marağı,  onların  sərbəstliyi,  bazarda  rəqabətə  geniş  yol  verilməsi 
prinsiplərini  irəli  sürərək  yazırdı  ki,  bazarı  «görünməz  əl»  (tələb,  təklif,  qiymət,  rəqabət 
mənasında)  idarə  edir.  Çunki  insan  öz  ətrafındakıların  daimi  yardımına  ehtiyac  duyduğu 
halda, bu yardımı yalnız onların xeyirxahlığında axtarması əbəsdir. A.Smitin fikrincə, bizim 
naharımız  qəssabın  və  ya  çörəkçinin  xeyirxahlığından  deyil,  onların  öz  maraqlarına  uyğun 
peşə-sənət məşğuliyyətləri (əmək  fəaliyyətləri)  ilə  bağlıdır. Doğrudur, «hər bir  fərd ictimai 
mənafeyi  qorumaq  niyyətində  olmadığı  kimi,  onu  nə  dərəcədə  güddüyünü  də  bilmir.  O 
yalnız öz mənfəətini düşünür və bunu edərkən, arzulamadığı (nəzərdə tutmadığı) məqsədlərə 
doğru  bazarın  «gözəgörünməz  əli»  tərəfindən  idarə olunur».  Ona görə də dövlətin  vəzifəsi 
bazarın işinə qarışmaq yox, onun normal təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaratmaq, 
ölkə vətandaşlarının həyatını, azadlığını və iqtisadi sərbəstliyini qorumaqdır. A.Smit ölkənin 
sərvətinin  və  milli  gəlirinin  artırılmasını,  istehsalda  çalışmaların  sayı,  habelə  onların  əmək 
məhsuldarlığı, peşə-sənət bacarığı qabiliyyəti kimi iki əsas amillə əlaqələndirmişdi. 
D.Rikardonun  «Siyasi  iqtisadın  və  vergi  qoyulmasının  əsasları»  (1817)  əsərində 
A.Smitin insanların şəxsi maraq, fayda əldə etmək, bazarda sərbəst rəqabət haqqında fikirləri 
daha  da  genişləndirilib  inkişaf  etdirilmişdir.  O,  iqtisadi  nəzəriyyənin  pul,  onun  tədavülü, 
kredit  münasibətləri,  vergi  məsələlərinə  dair  elmi-nəzəri,  habelə  konkret  əməli  fikirlər 
söyləmiş, beynəlxalq əmək bölgüsü və dünya ticarət əlaqələrinə, xüsusliə bu münasibətlərdə 
A.Simitin  «mütləq  üstünlüklər»  nəzəriyyəsinin  davamı  kimi  özünün  «müqayisəli 
üstünlüklər» konsepsiyasını işləyib hazırlamışdır.  
Marksist  məktəb  K.Marks  (1818-1883)  və  F.Engelsin  (1820-1895)  adı,  habelə 
dünyanın  müxtəlif  ölkələrində  bu  təlimin  davamçılarının  inqilabı  fəaliyyətləri  ilə  bağlıdır. 
Ümumiyyətlə marksizim nəzəriyyəsinin və onun iqtisadi  ideyalarının  yaranması, XIX əsrin 
30-40-ci  illərindən  başlayaraq  Qərbi  Avropa  ölkələrində,  ilk  növbədə  isə  İngiltərədə  iri 
maşınlı sənayenin inkişafı, cəmiyyətin kapitalistlərə və proletariata (fəhlələrə) bölünməsi, bu 
siniflər  arasında  iqtisadı-siyasi  mübarizəsinin  kəskinləşməsi,  gələcəkdə  daha  ədalətli  bir 
quruluş (sosializm-komminizm cəmiyyəti) formalaşması zəruriliyinə əsaslanmışdı. 
Marksist  məktəbin  nümayəndələri  yeni  formalaşan  fəhlə  sinifini  «kapitalizmin 
qəbirqazanı» adlandıraraq, onun tez-gec cəmiyyətdə hakimiyyəti əlinə alacağını elmi-nəzəri 
cəhətdən əsaslandırıb, sübut etməyə calışmışlar. Onların fikrincə, yeni qurulacaq cəmiyyətdə 
xüsusi  mülkiyyət  ləğv  ediləcək,  istehsal  vasitələri  üzərində  ictimai  mülkiyyət  bərqərar 
olacaq,  rəqabət  mübarizəsi  aradan  qaldırılacaq,  işsizlik  olmayacaq,  ədalətli  bölgü  prinsipi 
həyata keciriləcəkdir. 
K.Marks  və  F.Engelsin  «Kapital»,  «Anti-Düring»,  «Təbiətin  dialektikası»,  «Ailənin, 
xüsusi  mülkiyyətin  və  dövlətin  mənşəyi»,  «İngiltərədə  fəhlə  sinifinin  vəziyyəti»  kimi 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
9
 
 
əsərlərində, kapitalizm cəmiyyətinin əsas iqtisadi qanununun izafi dəyər olduğu ideyası irəli 
sürülmüşdü.  Bu  qanun  marksist  iqtisadi  təlimin  «təməl  daşı»  adlandırılaraq,  kapitalistlərin 
bütün  sərvətinin  mənbəyinin  fəhlənin  haqqı  ödənilməmiş  izafi  əməyinin  olduğu  ideyası 
əsaslandırılmışdı. 
Rusiyada  1917-ci  ildə  maksizim  ideyaları  əsasında  qurulan  bolşevik  rejiminin  74  il 
davam etdikdən sonra dağılması,  marksist iqtisadi  təlimin  müasir dövrün tələblərinə uyğun 
gəlmədiyini sübut etdi. 
Müxtəlif  iqtisadi  nəzəriyyə  məktəblərinin  elmi  təhlili,  tənqidi  qiymətləndirilməsi  və 
sintezi  təməlində,  onun  aşağıdakı  müasir  istiqamətləri  formalaşmışdır:  a)  neoklassik;  b) 
keynsçilik; c) institusional-sosioloji. 
Neoklassik istiqamət, iqtisadi təlimlər tarixində XIX əsrdə meydana çıxaraq, marksist 
ideyalarin  əleyhinə  çevrilmişdir.  Bu  istiqamətin  tərafdarları  bazar  sərbəstliyinə  üstünlük 
vermiş,  cəmiyyətin  təsərrüfat  həyatında  rast  gəlinən  tələblə  təklifin  hər  cür  təsadüfləri 
tədricən  tarazlaya  biləcəyini  əsaslandırmağa  çalışmışlar.  Onlar  dövlətin  ölkənin  təsərüfat 
həyatında rolunun məhdudlaşdırılmasına tərəfdar olmuşlar. 
Bu yeni iqtisadi nəzəri istiqamətin formalaşmasinda marjinalist (faydalılıq) ideyası və 
bu  mövqeyin  C.Hossen,  K.Menger,  S.Cevons,  F.Vizer,  L.Valras,  V.Pareto  kimi 
nümayəndələri  mühüm  rol  oynamışlar.  Klassik  və  marksist  iqtisadi  məktəblərdən  fərqli 
olaraq, marjinstlər əmtəə-xidmətlərin dəyərinin (qiymətinin) onların istehsalına sərf olunmuş 
əməklə  deyil,  həmin  məhsulun-xidmətin  alıcı  (istehlakçı)  üçün  faydalılığı  ilə  ölçüldüyünü 
irəli sürmüşlər. 
Neoklassik istiqamətin formalaşmasında ingilis iqtisadçısı Alfred Marşall (1842-1924) 
həlledici  rol  oynamışdır.  O,  1890-cı  ildə  nəşr  olunmuş  «İqtisad  eliminin  –  economicsin 
prinsipləri»  əsərində,  iqtisad  elmindəki  müxtəlif  mövqeləri  əlaqələndirərək  vahid  bir 
konsepsiya  yaratmağa  çalışmış  və  «siyasi  iqtisad»  terminini,  «iqtisad  (economics)»  kimi 
işlətmişdir. A.Marşall elastiklik, tarazlı qiymət anlayışını elmi-nəzəri dövriyəyə daxil etmiş, 
təklif  qiymətini  klassik  mövqedən,  tələb  qiymətini  isə  marjinalist  mövqedən 
müəyyənləşdirməyi irəli sürmüşdü. Tələbin qiymətlə tərs, təklifin isə düz nisbətdə olduğunu 
qeyd  edən  müəllif,  dövlətin  bazar  mexanizmi  (tələb,  təklif,  qiymət,  rəqabət)  fəaliyyətinə 
yersiz qarışmasının əlehinə olmuşdu. 
Bu  istiqamətin  neoliberalizm  cərəyanı  L.Mizens,  F.Hayek,  J.Şumpeter,  V.Oyken, 
C.Klark,  A.Rostau;  monetarism  cərəyanı  M.Fridmen  və  onun  tərəfdarlarının  adları  ilə 
baglıdır. 
Keyniscilik istiqaməti iqtisadi elimdə XX əsrin 30-cu illərində, 1929-1933-cü illərdəki 
dünya  iqtisadi  böhranı  şəraitində  meydana  çıxmış  elmi-nəzəri  təlim  olub,  ingilis  iqtisadçısı 
Con  Meynard  Keynsin  (1883-1946)  adı  ilə  bağlıdır.  O  illərdə  sərbəst  bazar  münasibətləri 
iqtisadi  sisteminin  «özünü  tənzimləyə  bilməsi»  haqqında  neoklassik  ideyalar  yaranmış 
böhranın əsl səbəblərini izah edə bilmir və ən başlıcası isə ondan çıxış yollarını tapa bilmirdi. 
Belə  bir  tarixi  şəraitdə  C.M.Keyns  «iqtisadiyyatın  dövlət  tənzimlənməsi» 
konsepsiyasını  irəli  sürüb  əsaslandırmışdı.  İqtisadiyyatda  baş  verən  yeni  proseslər  və 
perspektiv  meyillərə  dair  keynsçi  ideyalar,  onun  «Məşğulluğun,  faizin  və  pulun  ümumi 
nəzəriyyəsi»  (1936)  kitabında  hərtərəfli  təhlil  olunmuşdur.  O  göstərirdi  ki,  daxili-xarici 
təsərrüfat  əlaqələrinin  mürəkkəbləşdiyi  bir  şəraitdə  sərbəst  bazar  vasitəsiylə  məşqulluq, 
maliyyə  resurslarından  səmərəli  istifadə,  iqtisadiyyatın  dinamik  inkişafını  təmin  etmək 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə