Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə59/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
123
 
 
əmtəə-xidmətlərə olan tələbatının  minimum  xərclərlə  başa gəlməsini təmin edən  inhisarçı 
təsərrüfatçılıq fəaliyyəti formasıdır.  
Təbii inhisar anlayışı ilk dəfə 1838-ci ildə fransız iqtisadçısı A.Kurno tərəfindən elmi 
dövriyyəyə  daxil  edilmişdir.  Bu  sözün  hərfi  mənası  –  ictimai,  yəni  dövlət  təminatlı 
xidmətlər  göstərilməsi  və  məhsullar  istehsalının,  cəmiyyətin  müxtəlif  təyinatlı 
tələbatlarının ödənilməsinə yönəldilməsidir.  
Müasir  iqtisadi  inteqrasiya  və  qloballaşma  proseslərinin  genişlənib-dərinləşdiyi  bir 
şəraitdə, müxtəlif ölkələrin təsərrüfat həyatında, həm dövlət mülkiyyətində, həm də xüsusi 
(səhmdar,  korporasiya)  mülkiyyətdə  olan  təbii  inhisarlar  fəaliyyət  göstərirlər.  Onların 
çoxcəhətli  fəaliyyəti ölkənin  müvafiq qanunları  və dövlətin  iqtisadi tənzimləmə tədbirləri 
vasitəsilə həyata keçirilir.  
Dünya təsərrüfat həyatı təcrübəsi sübut edir ki, təbii inhisarlara cəmiyyət üçün sosial 
əhəmiyyətə  malik,  ictimai  istifadədə  olan,  xüsusi  və  dövlət  mülkiyyətindəki  energetika, 
qaz-yanacaq,  su  təchizatı,  kanalizasiya  sistemi,  dəmir  yolu  nəqliyyatı,  metro,  müxtəlif 
təyinatlı  yeraltı-yerüstü  kəmərlər,  rabitə-poçt  xidməti,  telefon,  kabel  televiziya  şəbəkəsi 
və sairə daxildir.  
«Təbii  inhisarlar  haqqında  Azərbaycan  Respublikasının  Qanunu»nda,  ölkənin 
təsərrüfat 
həyatının 
müxtəlif 
sahələrində 
fəaliyyət 
göstərən 
təbii 
inhisarlar 
müəyyənləşdirilmişdir.  
Təbii inhisarın təsərrüfat həyatında fəaliyyətini şərtləndirən səbəblər aşağıdakılardır: 
a) dünyanın  müxtəlif  ölkələrində,  o  cümlədən  də  Azərbaycan  Respublikasında,  müəyyən 
istehsal-xidmət sahəsinin bir şirkət (birlik) bazasında, daha az xərclərlə, konkret ərazidə, 
tələb  olunan  həcmdə  və  səviyyədə  fəaliyyətinin  daha  səmərəli  təşkilinin  mümkün 
olması; 
b) təbii  inhisarların  məhsul  istehsalı  və  xidmətlər  göstərməsi  (satışı)  həcminin,  həmin 
sahənin  texniki-texnoloji  xüsusiyyətləri  nəzərə  alınmaqla,  minimum  xərclərlə 
fəaliyyətinə imkan yaratması; 
c) təbii  inhisarların  fəaliyyət  göstərdiyi  istehsal-xidmət  sahələrində,  bazar  münasibətləri 
iqtisadi  sisteminə  xas  olan  rəqabət  mübarizəsinin,  son  iqtisadi-sosial  nəticələr 
baxımından məqsədəuyğun və səmərəli sayılmaması; 
d) təbii inhisarların fəaliyyətinin məhdudlaşdırılması, yaxud qadağan olunması xəttinin, iri 
məbləğdə  investisiyalarla  bağlı  olub,  həmin  sahələrin  maddi-texniki  bazasının, 
texnologiyasının, infrastrukturunun yenidən qurulması prosesinin zəruriliyi.  
Bu  səbəb  və  özünəməxsus  cəhətlər,  təbii  inhisarların  ölkənin  təsərrüfat  həyatındakı 
zəruriliyini  şərtləndirməklə  yanaşı,  eyni  zamanda  onların  işinə  təkcə  iqtisadi  göstəricilər 
baxımından  deyil,  həm  də  sosial-iqtisadi,  habelə  milli  iqtisadiyyatın  təhlükəsizliyi 
meyarları  nöqteyi-nəzərindən  yanaşılsa,  bu  mühüm  istiqamətdə  dövlət  tənzimlənməsini 
irəli  sürür.  Çünki  dövlət  tənzimlənməsi,  təbii  inhisarların  fəaliyyətində  nəzərə  çarpan  və 
yüksək  mənfəət  əldə  etmək  məqsədilə  qiymətlərin  formalaşmasında,  inhisarçılara 
göstərilən xidmətlərin keyfiyyətində, vaxt amili hesabına «qənaət rejimi» tətbiq etməkdəki 
«kölgəli cəhətlərinin, nöqsanlarının» aradan qaldırılmasında mühüm rol oynayır.  
Bazar  münasibətləri  şəraitində  təbii  inhisarlarla  onun  istehsal-xidmət  təyinatlı 
məhsullarının çoxsaylı istehlakçıları arasında balanslaşdırılmış vəziyyət yaratmaq, səmərəli 
və  ədalətli  tarif  dərəcələri  müəyyənləşdirmək,  istehsal  xərclərini  minimum  həddə 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
124
 
 

P=AC 

P  
MR 

AC 
P=MC 

Təbii inhisar tarazlığı 
saxlamaq,  maliyyə  şəffaflığına  nail  olmaq,  investisiyaların  səmərəliliyini  yüksəltmək, 
normal rentabelliyi təmin etmək,  müəyyən rəqabət ünsürləri  mühiti  yaratmaq  baxımından 
bu  sahədə  dövlət  tənzimlənməsinin  həyata  keçirilməsi,  onun  iqtisadi,  inzibati,  təşkilatı 
metodlarından  düzgün,  milli  iqtisadiyyatın  gələcək  perspektivlərinə  uyğun  istifadə 
olunması zəruridir.  
Nəzərə  almaq  lazımdır  ki,  təbii  inhisarların  fəaliyyət  göstərdikləri  istehsal-xidmət 
sahələrinin  iri  miqyasları  və texniki-texnoloji  xüsusiyyətləri  ilə  bağlı  böyük xərclər, xeyli 
ilkin  kapital  qoyuluşları  tələb  edir.  Aydındır  ki,  hətta  istəsə  də  hər  hansı  bir  sahibkar, 
yaxud  şirkət  bu  işlə  məşğul  ola  bilmir.  Eyni  zamanda  təbii  inhisarçıların  fəaliyyət 
göstərdikləri  sahələrin  son  hədd,  yəni  əlavə  hər  məhsul  vahidi  istehsalına  sərf  etdikləri 
xərclər  xeyli  aşağıdır,  azdır.  Deməli,  ilk  mərhələdə  böyük  məbləğdə  kapital  qoyuluşları 
sərf  etmiş  təbii  inhisarlar,  sonralar  istehsalın  həcmini  artırmaq,  əlavə  məhsul-xidmətlər 
buraxılışı  hesabına  daha  səmərəli  iqtisadi  nəticələrə  nail  olmaq  imkanlarına  malikdirlər. 
Beləki,  tədricən  təbii  inhisarların  orta  xərcləri,  digər  şirkətlərlə  müqayisədə,  dönmədən 
aşağı düşməyə doğru meyl edəcəkdir. Bunu aşağıdakı qrafik təsvirdən görmək olar.  
Burada P – tənzimlənən qiymət; 
 – 
təbii  inhisarın  müəyyənləşdirdiyi  tarazlı 
qiymət;  D  –  məhsul  və  xidmətlərə  olan 
tələb əyrisi; AC – orta xərclər əyrisi; MC – 
son  hədd  xərcləri  əyrisi;  MR  –  son  hədd 
gəlirdir.  
Qrafik  təsvirdən  aydın  olur  ki,  təbii 
inhisarların  son  hədd  xərcləri  əyrisi  (MC) 
orta  istehsal  xərcləri  əyrisindən  (AC) 
aşağıdan  keçdiyindən,  MC  ilə  MR  (son 
hədd  gəlir  əyrisi)  kəsişmə  nöqtəsi  onların 
tarazlığını göstərir. Bu tarazlığın pozulması iqtisadi resursların bölgüsü və ictimai sərvətin 
istifadəsi baxımından cəmiyyət üçün səmərəli olmadığından, dövlət bu prosesləri müxtəlif 
metodlarla tənzimləyir.  
İqtisadiyyatın  dövlət  tənzimlənməsinin  ilk  addımları  hələ  XIX  əsrin  80-ci  illərində 
ABŞ-da  atılmış,  sonralar  XX  əsrin  əvvəllərindən,  xüsusilə  1929-1933-cü  illərin  dünya 
iqtisadi  böhranından  sonra  Avropa  ölkələrində  də  geniş  yayılaraq,  müxtəlif  inkişaf 
mərhələləri  keçmişdir.  Ümumiyyətlə  inhisarların,  xüsusilə  təbii  inhisarların  maliyyə-
təsərrüfat  fəaliyyətinin,  qiymət-tariflər  sisteminin  dövlət  tərəfindən  tənzimlənməsi  üçün 
ölkədə  müvafiq  hakimiyyət  orqanları  (strukturları),  məhkəmələr,  müxtəlif  federal 
kommisiyalar işləyirlər.  
XX əsrin 60-70-ci illərində dünya və ABŞ iqtisadiyyatında baş vermiş enerji böhranı, 
habelə  yeni  texnoloji  rejimlərə  keçidlə  bağlı  kəmiyyət-keyfiyyət  dəyişiklikləri,  dövlət 
tənzimlənməsi proseslərinə daha ciddi diqqət yetirilməsini tələb etmişdi. O dövrdə ABŞ-da 
iqtisadiyyatın dövlət tənzimlənməsi əvvəllərə nisbətən geniş miqyas alaraq, ölkənin ümumi 
daxili məhsulunun (ÜDM) 24 faizini təşkil edən istehsal-xidmət təyinatlı müxtəlif sahələri 
əhatə  etmişdi.  Sonralar  bu  göstərici  aşağıya  düşməyə  doğru  meyl  etmişdir.  XXI  əsrin  ilk 
onilliyində ABŞ-ın ümumi daxili məhsulunda təbii inhisarların xüsusi çəkisi təxminən 4-7 
faizdir.  


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə