Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə55/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
115
 
 
sərf  olunmuş  xərcləri  azaltmaqla,  son  hədd  gəlirini  artırmaqdan  ibarətdir.  Şirkət  və 
sahibkar  bu  istiqamətdəki  gəlir  və  xərclərini,  habelə  onların  nisbətini  düzgün  hesablayıb, 
təhlil  etməyi  bacarmalıdır.  Çünki  son  hədd  xərclərinin  fərqli  dəyişmə  dinamikası  və 
istehsal  həcminin  artması,  qiymətlərin  isə  aşağı  düşməsi  meyli,  vəziyyəti  xeyli 
mürəkkəbləşdirir. Ona görə də, qısamüddətli dövr ərzində istehsalın əlavə iqtisadi resurslar 
hesabına  genişləndirilməsinin  optimal  variantının  müəyyənləşdirilməsi,  olduqca  mühüm 
bir məsələdir. Aşağıda verilən cədvəldən, son hədd xərcləri ilə bağlı, son mənfəət həddinin 
istehsalın hansı səviyyəsi üçün səmərəliliyi aydın olur: 
 
Şirkətin son hədd xərcləri (MC) və son hədd mənfəəti (MR) arasındakı nisbət 
 
Məhsul 
istehsalının 
həcmi (Q) 
Hər məhsul 
vahidinin 
qiyməti (P) 
Satış 
məbləği 
(P×Q) 
Son hədd 
xərcləri 
(MC) 
Son hədd 
mənfəəti 
(MR) 
Şirkətin son hədd 
xərclərinin (MC) 
son mənfəət 
həddinə (MR) 
nisbəti 


12 
11 
12 
MC11 

22 

10 
MC15 

30 


MC=MR 
18 

36 


MC>MR 
20 

40 
10 

MC>MR 
 
Bu  rəqəmlərdən  aydın  olur  ki,  konkret  şirkət  üçün  onun  xərcləri  ilə  mənfəətinin 
uyğunluğu və bərabərliyi 15 vahid  məhsul (ədəd, ton, min  metr) həddindədir. Hesablama 
üsullarından  asılı  olaraq,  şirkətin  ümumi  xərcləri  (TC)  və  orta  xərcləri  (AC)  nəzərə 
alınmalıdır.  
Deməli, hər bir rəqib istehsalçı (satıcı) hərtərəfli düşünüb qəti qərara gəlməlidir ki, o 
istehsalı davam etdirməyə hazırdırmı, hansı həcmdə istehsal daha səmərəlidir, son nəticədə 
mənfəət əldə edəcək, yoxsa müflis olacaqdır? 
Şirkət  rastlaşdığı  problemləri  qısamüddətli  dövr  ərzində  həll  etdikdə,  bir  variantda 
eyni  məhsulun  ən  keyfiyyətli,  alıcıların  rəğbətini  qazanmış  növlərini  istehsal  etməklə; 
yaxud  ən  aşağı  (minimum)  istehsal  xərcləri  sahəsində  liderlik  strategiyasını  həyata 
keçirməklə;  yaxud  da  bazarın  bir  hissəsində  (seqmentində),  məsələn  bahalı  avtomobillər, 
son dəbdə olar mebel, sifarişlər üzrə hazırlanan paltar, zinyət əşyaları istehsalı və satışında 
öz mövqelərini qoruyub saxlamaqla, yaranmış vəziyyətdən çıxış yolu tapa bilir.  
Başqa  bir  variant,  yaranmış  sərbəst  bazar  rəqabətinə  davam  gətirmək  və  şirkətin 
rəqabət  qabiliyyətli  olduğunu  təsdiq  etmək  üçün  istehsal  xərclərinin  aşağı  salınmasıdır. 
Bunun  üçün  istehsalın  intensivləşdirilməsi,  əmək  məhsuldarlığının  yüksəldilməsi, 
əvəzləyici  materiallardan  istifadə  olunması,  işçilərin  ixtisarı,  əlavə  xərclərə  yol 
verilməməsi, qənaət üsulu kimi müxtəlif vasitələr tətbiq edilir.  
Digər  və  ən  son  variant  isə  sahibkarın  öz  fəaliyyətini  dayandırması,  şirkətin  isə 
bağlanması  yaxud  ləğv  edilməsidir.  Əslində  qısamüddətli  dövr  ərzində  şirkətin  və 
sahibkarın  qarşısında  2  alternativ  vəzifə  durur:  ya  müxtəlif  vasitələrdən  istifadə  etməklə, 
yaranmış  şəraitdə  müəyyən  miqdarda  məhsul  istehsal  edərək  bazardakı  mövqeyini 
saxlamaq, ya da sahəni tərk edərək, başqa işlə məşğul olmaq. Nə qədər çətin, bəzən ağrılı 
olsa da, lakin sosial ədalət meyarları ilə deyil, tələb-təklif, qiymət və rəqabət prinsipləri ilə 
idarə olunan bazar münasibətləri sistemi üçün bu adi, hər gün təkrar olunan hadisədir.  


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
116
 
 
Bu  halda,  kapitalın  hərəkəti  qanununa  uyğun  olaraq,  onun  bir  sahədən  digərinə  və 
əksinə  axını  prosesi  başlayır,  rəqabət  bazarını  tərk  edənlərin  yerini  başqaları  tutur,  həyat 
davam edir, əmtəə-xidmətlərin gah qalxan, gah da enən fasiləsiz istehsalı prosesi ləngisə də 
irəliləyir.  
Sərbəst  rəqabət  bazarı  şəraitində  rəqib  şirkət,  uzunmüddətli  dövr  ərzində  istehsal 
prosesinin bütün amillərini genişləndirmək, təkmilləşdirmək və yenidən qurmaq imkanları 
qazanır. Bu dövr fermerə öz torpaq sahəsini genişləndirmək,  mebel  şirkətinə avadanlığını 
təzələri  ilə  əvəz  etmək,  turizm-əyləncə  mərkəzinə  əlavə  işçilər  cəlb  etmək,  kimya 
müəssisəsinə son texnoloji yeniliklərdən faydalanmaq şansı verir.  
Tələb-təklif,  bazar  qiyməti  və  rəqabət  mübarizəsi  şəraitində  baş  verən  bu  ciddi 
kəmiyyət-keyfiyyət  dəyişiklikləri,  ilk  növbədə  müəyyən  məbləğdə  kapital,  sahibkarlıq 
qabiliyyəti,  konkret  şəraitə  uyğun  düzgün  qərarlar  qəbul  etmək  iradəsi  ilə  bağlıdır. 
Məqsəd  isə  birdir: sahibkarın,  fermerin,  işgüzar  biznes adamının,  şirkətin, korporasiyanın 
mənfəətini yüksəldib, maksimum hədd çatdırmaq! 
Bu əsas məqsədi həyata keçirmək üçün, ölkə qanunlarında və işgüzar biznes davranış 
qaydalarında nəzərdə tutulmuş prinsipləri pozmayan bütün vasitələrdən istifadə oluna bilər. 
Şirkət öz istehsal  sahəsini  və  məhsul-xidmətlər həcmini genişləndirib-azalda  bilər,  fermer 
öz torpağını satıb, başqa biznes fəaliyyəti ilə məşğul olar, sahibkar kapitalını tamamilə yeni 
sahəyə yönəldər.  
Sərbəst rəqabət bazarı mühitində bazara daxil olmaq, yaxud onu tərk etmək yolunda 
heç  bir  hüquqi,  inzibati  və  iqtisadi  əngəl  olmur.  Belə  şəraitdə  işsizlik  və  inflyasiya 
proseslərinə yer yoxdur, yaxud onların əhatə, habelə təsir dairəsi məhduddur.  
Uzunmüddətli  dövr  ərzində  şirkət  və  korporasiya  zərərlə  işləyə  bilmədiyindən,  o 
bazarı  tərk  etməli,  «oyundan»  çıxmalıdır.  Belə  uğursuz  şirkətlərin  yerini,  rəqabət  qanunu 
nəticəsində  başqaları  tutaraq,  öz  fəaliyyətlərini  əvvəlkilərin  nöqsan  və  səhvlərini  təkrar 
etməmək  əsasında  qurmağa  çalışırlar.  Lakin  bazar  münasibətləri  iqtisadi  sistemində 
fəaliyyət  göstərən  şirkət  və  müəssisələrin  heç  biri,  bu  cür  problemlərdən  sığorta 
olunmamışlar.  
Uzunmüddətli  dövr  ərzində  istehsal  xərclərinin  bütün  ünsürlərində  müəyyən 
dəyişikliklər  baş  verir.  Bu  dəyişikliklər  ilk  növbədə,  istehsalın  həcminin  artımı  ilə  bağlı, 
orta  xərclərdəki  dəyişikliklərlə  əlaqədardır.  Çünki,  uzunmüddətli  dövrdə  istehsal 
xərclərinin  dinamikası,  istehsalın  miqyas  səmərəliliyi  ilə  ölçülür.  Əgər,  istehsalın  miqyas 
və xərci artırsa, orta xərclər azalmağa doğru meyl edirsə, deməli miqyas effekti müsbətdir. 
Bu  meyl,  əməyin  ixtisaslaşdırılması,  qənaət  rejiminin  həyata  keçirilməsi  və  səriştəli 
idarəetmə bacarığı sayəsində əldə edilir.  
Əksinə,  istehsal  həcminin dinamik  yüksəlişi orta istehsal  xərclərini artırırsa, təbiidir 
ki,  effekt  (səmərəlilik)  miqyası  mənfi  olacaqdır.  Şirkətin  və  müəssisənin  hədsiz  iri 
miqyasları,  şübhəsiz  onların  təsərrüfat  fəaliyyətinə  mənfi  təsir  göstərəcək,  bürokratik 
əngəlləri  artıracaq,  istehsalın  ümumi  səmərəliliyini  aşağı  salacaqdır.  Eyni  zamanda, 
istehsalın  həcminin  artması  orta  xərcləri  azaltmağa  doğru  dəyişməyəcəksə,  o  zaman 
səmərəlilik  miqyası  sıfıra  bərabər  olacaqdır.  Bunu  aşağıdakı  qrafik  təsvirlərdən  görmək 
olar: 
 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə