Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə51/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
107
 
 
rəqabət mübarizəsinin, inhisarların işgüzar əməliyyatlarının məntiqi nəticəsidir. Mənfəətin 
nə demək olduğunu belə ifadə etmək mümkündür:  
Satış məbləği – Ümumi istehsal xərcləri=Mənfəət 
Bu üsulla hesablanmış mənfəətə statistik mənfəət deyilir.  
İqtisadi  nəzəriyyədə  mənfəətin,  –  mühasibat  mənfəəti,  iqtisadi  (xalis)  mənfəət, 
normal mənfəət kimi müxtəlif formaları vardır. Həmin formalar bir-birindən öz tərkibi və 
hesablanma üsullarına görə fərqlənirlər.  
Mühasibat  mənfəəti  –  məhsul  satışından  əldə  olunmuş  pul  məbləğindən,  xarici 
istehsal xərcləri çıxmaqla hesablanır: 
Satış məbləği – Xarici xərclər=Mühasibat mənfəəti 
 
yaxud:  Mühasibat mənfəəti=Satış məbləği – Xarici xərclər 
İqtisadi  (xalis)  mənfəət  –  məhsul  satışından  əldə  edilmiş  pul  məbləğindən,  bütün 
istehsal xərclərini, yəni həm daxili, həm də xarici xərcləri çıxmaqla hesablanır: 
Satış məbləği – (Daxili+Xarici xərclər)=İqtisadi (xalis) mənfəət 
yaxud: 
İqtisadi (xalis) mənfəət=Satış məbləği – (Daxili+Xarici xərclər) 
 
Təsərrüfat  təcrübəsində  sahibkarlıq  və  işgüzar  biznes  fəaliyyətini  davam  etdirmək 
üçün əsas mənbə iqtisadi (xalis) mənfəət sayılır.  
Normal  mənfəət  –  hər  bir  sahibkar  və  iş  adamının  elə  mənfəət  kəmiyyətidir  ki, 
həmin  məbləğ  istehsal-xidmət  dairəsinin  başqa  sahələrinə  yönəldilsəydi  belə,  yenə  də  öz 
sahibinə  eyni  səviyyə  də  mənfəət  gətirə  bilərdi.  Deməli,  normal  mənfəət  sahibkar,  yaxud 
da  şirkət  tərəfindən  istehsala  qoyulmuş  (sərf  olunmuş,  yönəldilmiş)  daxili  (gizli, 
görünməyən) xərclərə bərabər olan bir kəmiyyətdir.  
 
12.5.  İstehsal  prosesinin  torpaq,  əmək,  sahibkarlıq  qabiliyyəti  ilə  yanaşı  mühüm 
amillərindən  biri  sayılan  kapital  (K),  iqtisadi  resurs  və  məhsul  kimi  mənfəətin 
formalaşmasının əsas mənbəyidir.  
Merkantristlərdən  başlayaraq,  müasir  iqtisadi  məktəblərin  nümayəndələrinə  qədər 
son 300  il ərzində kapitalın  mahiyyəti,  vəzifələri, hərəkəti  haqqında  müxtəlif  fikirlər  irəli 
sürülmüş  və  izahlar  verilmişdir.  Kapitalı  pul,  istehsal  vasitələri,  mülkiyyət,  ictimai 
münasibət,  toplanmış  əmək,  manevr  etmək  imkanı  verən  vasitə,  investisiya  imkanları, 
bilik,  bacarıq,  intelekt,  ixtisas,  vaxt  kimi  qiymətləndirilib  səciyyələndirən  fərqli  və  oxşar 
mövqelər vardır.  
Ümumilışdirilmiş şəkildə kapital, istehsal fəaliyyəti nəticəsində yaradılmış və əmtəə-
xidmətlərin  istehsalı  üçün  istifadə  olunan  iqtisadi  resurslardır,  yaxud  kapital  əmtəə  və 
xidmətləri istehsal etmək üçün istifadə olunan avadanlıq və qurğulardır.  
Bu  fikirlər  konkretləşdirilərsə,  kapital  sahibkarın  və  şirkətin  malik  olduğu 
aktivlərdir,  müəyyən  vəsaitlərdir,  iqtisadi  resurslardır,  imkanlardır.  Həmin  kapital  real 
formada  (məhsul,  əşya,  bina,  tikinti,  avadanlıq,  dəzgah);  pul-maliyyə  formasında;  hazır 
əmtəə-xidmətlər formasında ola bilər.  
Real kapital  həmişə  hərəkətdə olub,  istehsal  prosesinin  3 ardıcıl  mərhələsini təkrar-
təkrar keçir. Bu mərhələlər, müəyyən məbləğdə pul kapitalının məhsuldar kapitala və onun 
da  istehsal  prosesi  mərhələsindən  keçərək,  tədavül  dairəsi  vasitəsilə  yenidən  əvvəlki  pul 
kapitalı formasına, yəni ilkin şəklə düşməsini əhatə edir.  


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
108
 
 
Kapitalın  məqsədi  ilə  bağlı,  onun  ardıcıl  surətdə  bir  formadan  digərinə  çevrilməsi  və  3 
mərhələni  əhatə  edən  hərəkəti,  kapitalın  dövranı  adlanır.  Kapitalın  dövranı  prosesi 
aşağıdakı sxem üzrə davam edir.  
 
Burada  P  –  pul  vəsaiti;  Ə  –  əmtəə;  İV  –  istehsal  vəsaitləri;  İQ  –  iş  qüvvəsi;  İ  – 
istehsal prosesi; Ə  – satış çıxarılan məhsul; 
P  – satışdan əldə olunmuş pul məbləğidir.  
Kapitalın  dövranının  hər  3  mərhələsi  bir-biri  ilə  bağlı  olub,  istehsal  və  tədavül 
proseslərinin vəhdətindən ibarətdir. Bu proses fasiləsiz xarakter daşıyaraq, vaxtaşırı təkrar 
olunduğundan, kapitalın dövriyyəsi adlanır.  
Pul kapitalının məhsuldar kapitala çevrilməsi, onun istehsal vasitələri və iş qüvvəsinə 
ayrılaraq  istehsal  prosesində  iştirakı,  onların  hər  birinin  öz  dəyərini  məhsulun  üzərinə 
keçirməsi üsullarının müxtəlifliyi əsas və dövriyyə kapitalı anlayışları ilə bağlıdır.  
Əsas kapital dedikdə, məhsuldar kapitalın istehsal prosesində bütünlüklə iştirak edən 
və öz dəyərini tədricən, fiziki-mənəvi cəhətdən aşındıqca  hazır  məhsulun üzərinə keçirən 
istehsal vasitələri nəzərdə tutulur. Bu anlayışa istehsalat binaları, texniki tikintilər, müxtəlif 
avadanlıqlar,  dəzgahlar,  maşınlar,  qurğular,  mexanizmlər  daxildir.  Əsas  kapitalın  fiziki 
cəhətdən  aşınması  dərəcəsi,  istehsal  vasitələrinin  istifadə  müddətindən,  istehsal 
proseslərinin  intensivliyindən,  onların  keyfiyyətindən  və  tətbiq  edildikləri  sahələrin 
konkret  texniki-texnoloji  xüsusiyyətlərindən,  hətta  xarici  mühitin,  ekoloji  amillərin 
təsirindən də asılıdır.  
Əsas  kapitalın  aşınmasının  qarşısını  almaq  üçün  cari  və  əsaslı  təmir  işləri 
aparılmasının  mənbəyi  amortizasiya  fondudur.  Bu  kapitalın  fiziki  aşınması  dərəcəsinə 
uyğun  olaraq,  istehsal  vasitələrinin  dəyərinin  pul  formasında  ödənilməsinə  amortizasiya 
deyilir.  Onun  norması,  amortizasiya  ayırmaları  məbləğinin  əmək  vasitələrinin  dəyərinə 
olan faiz nisbətiylə ölçülür: 
 
A =  
A
Q
  ∙ 100% 
 
Burada 
A   –  amortizasiya  norması;  A  –  amortizasiya  fonduna  ayırmalar;  Q  –  əsas 
kapitalın  (əmək  vasitələrinin)  dəyəridir.  Müasir  dövrdə  dünyanın  yüksək  inkişaf  etmiş 
ölkələrində maşın və avadanlıqların fiziki aşınması müddəti 5-7 il, istehsal binalarınkı  isə 
10-50 il arasındadır. Mənəvi aşınmanın müddəti isə elmi-texniki yeniliklərlə bağlıdir. 
İstehsal  prosesində  iştirak  edən  dövriyyə  kapitalı,  məhsuldar  kapitalın  o  hissəsinə 
deyilir ki, onun istehlakı prosesində dəyəri bütünlüklə hazır məhsulun üzərinə keçir və bir 
dövr ərzində pul formasında tamamilə sahibkara yaxud şirkətə qayıdır. Dövriyyə kapitalına 
xammal,  yanacaq,  materiallar,  başa  çatdırılmamış  və  ehtiyatda  saxlanan  məhsullar,  iş 
qüvvəsi daxildir.  
 
12.6. İstehsalın səmərəlilik səviyyəsinin iki əks son nöqtələri olan xərclər və mənfəət 
arasında  dialektik  həm  də  ziddiyyətli  qarşılıqlı  asılılıq  münasibətləri  əlaqəsi  vardır. 
Şirkətin,  sahibkarın,  fermerin  məhsul  istehsalını  artıraraq,  öz  mənfəətini  yüksəltmək 
yolundakı səyləri, tez-gec istehsal xərclərinin də səviyyəsinin artması problemi ilə üzləşir. 
Bu  ziddiyyətli  vəziyyət  isə  iqtisadi  nəzəriyyənin  və  ümumiyyətlə  hər  cür  təsərrüfatçılıq 
P – Ə 
İş qüvvəsi (İQ) 
İstehsal vasitələri (İV) 
....İstehsal (İ)....Ə
1
....P
1
 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə