Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə47/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
99
 
 
hansı  sahələrə  (xidmət-turizm,  zinyət  əşyaları  istehsalına)  daha  artıq  diqqət  yetirilməsi 
zəruriliyini irəli sürməyə imkan vermişdir.  
 
11.5.  Ümumiyyətlə  istehlakçıların  ödəniş  qabiliyyətli  alıcılıq  səviyyəsinə,  onların 
davranışına  ən  çox  təsir  göstərən  gəlirləri  və  bazarda  müxtəlif  təyinatlı  məhsulların-
xidmətlərin  qiymətləridir.  Lakin,  bu  iki  mühüm  əhəmiyyət  kəsb  edib,  istehlakçının 
davranış  və  rəftarına  güclü  təsir  göstərən  amillərlə  yanaşı,  ilk  baxışda  o  qədər  də  nəzərə 
çarpmayan bir sıra elə cəhətlər də vardır ki, onları kənara atmaq mümkün deyildir.  
İstehlakçıların yaşadıqları coğrafi mühit, ölkənin təbii iqlim şəraiti, milli adət-ənənə 
xüsusiyyətləri,  ailə  tərbiyyəsi,  təhsili,  yaşı,  cinsi,  hansı  sosial  təbəqəyə  mənsub  olması, 
şübhəsiz  onların  bazar  subyekti  və  alqı-satqı  münasibətlərinin  iştirakçısı  kimi  davranış 
mədəniyyətlərinə, rəftarlarına , zövqlərinə təsir göstərir.  
Mütəxəssislərin  və  iqtisadçıların  fikrincə,  müasir  dövrdə  istehlakçı  zövqünün 
formalaşmasına  bilavasitə,  yaxud  dolayı  yollarla  təsir  göstərən  amillər  qrupu  sırasında 
aşağıdakıları qeyd etmək zəruridir: 
-  əmtəə  və  xidmətlərin  keyfiyyəti,  ekoloji  təmizliyi,  insan  orqanizmi  üçün 
təhlükəsizliyi; 
-  dəb və yeni moda dəyişikliklərinə uyğunlaşmaq psixologiyasının təsiri; 
-  müxtəlif reklam vasitələrinin məqsədyönlü və fasiləsiz təbliğatı; 
-  istehlakçıların peşə-sənət və təhsil səviyyəsində baş verən dəyişikliklər; 
-  istehlakçıların dəyişən yaş və cins xüsusiyyətləri ilə bağlı problemlər; 
-  istehlakçıların ailə tərbiyyəsi, mədəni səviyyəsi və zövqlərinin formalaşması; 
-  yaşadığı ölkənin milli adət-ənənələri və mentaliteti; 
-  işləyib fəaliyyət göstərdiyi şirkət və təşkilatın psixoloji mühit xüsusiyyətləri; 
-  istehlakçının mənsub olduğu ictimai təbəqənin qayda və davranış qaydaları; 
-  ailə üzvlərinin, dost-tanışların, yaxın adamların rəy və məsləhətləri; 
-  kreditə mal satışının təşkili və onun istehlakçı üçün əlverişli şərtləri; 
-  istehlakçını həvəsləndirən rəğbətləndirici tədbirlər sistemindən geniş faydalanması. 
Yuxarıda göstərilən amillərin kompleks şəkildə, yaxud qismən istehlakçının gəliri və 
bazardakı qiymətlərlə qarşılıqlı əlaqədə təsiri, alıcıların davranışı, habelə rəftarının 
formalaşmasının əsasında durur. Zaman, yaş, yeni dəb və modalar bu prosesdə müəyyən 
təbii, qanunauyğun dəyişikliklər yaratsa da, istehlakçı gəliri və qiymətlərin səviyyəsi, 
habelə insanların zövqü, mədəni yüksəlişi mühüm amillər kimi öz təsirini həmişə göstərir.  
 
11.6.  İnsanların  tələbatları  nə  qədər  müxtəlif  və  sonsuz  sayılsa  da,  lakin  hər  halda 
normal insanların tələbatlarının  müəyyən nisbi həddi vardır. Hər bir istehlakçı öz gəlir və 
imkanından asılı olmayaraq,  istər gündəlik tələbat  mallarının (çörək, yağ,  meyvə, sabun), 
istərsə  də  uzunmüddətli  istehlak  mallarının  (televizor,  soyuducu,  mebel,  avtomobil)  əldə 
edilməsində müəyyən bir hədd-hüdud gözləməlidir. 
İstehlakçı  rəftarının  təhlili  göstərir  ki,  onun  yediyi  qidanın,  içdiyi  suyun,  baxdığı 
tamaşanın,  dinlədiyi  musiqinin  təkrar  mənasında  kəmiyyətinin  (miqdarının)  artması, 
şübhəsiz ümumi fayda, rahatlıq, razılıq, məmunluq, hətta müəyyən ləzzət gətirsə də, lakin 
bu  əmtəə-xidmətlərin  hər  sonrakı  vahidinin  istifadəsinin  faydalılıq  həddi  (əmsalı,  utili) 
aşağı düşməyə doğru meyl edir.  


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
100
 
 
İqtisadi  nəzəriyyədə  bu  hadisəyə  əmtəələrin  və  xidmətlərin  faydalılıq  həddinin 
azalması,  aşağı  düşməsi  prinsipi,  yaxud  qanunu  deyilir.  Deməli,  istehlak  olunan  əmtəə-
xidmətlərin  qiyməti  (dəyəri)  ilə  onların  faydalılıq  həddi,  yəni  hər  sonrakı  şərti  miqdar 
vahidinin  faydalılığı  arasında  tərs  mütənasiblik  əlaqəsi  vardır.  Bu  mənada,  əmtəə-
xidmətlərdən istifadə prosesində hər sonrakı, təkrar və əlavə istehlak payı (vahidi), onların 
faydalılıq həddini, yaxud dərəcəsini, səviyyəsini aşağıya endirir.  
Əmtəə-məhsulların  faydalılıq  həddinin  tədricən  azalması  və  aşağı  düşməsi  qanunu 
ilk dəfə alman iqtisadçısı German Qossen (1810-1858) tərəfindən müəyyənləşdirilmişdir.  
Qossenin  birinci  qanununa  görə  nemətin  hər  sonrakı,  əlavə  payı  (miqdarı,  vahidi, 
şərti kəmiyyəti) onu istehlak edən fərd üçün daha az faydalıdır. 
Qossenin ikinci qanununa görə hər fərdin (şəxsin, ailənin) istehlak etdiyi nemətlərin 
tərkibi elə qurulur ki, onların faydalılıq həddi son nəticə etibarilə eyni olur. Bu bərabərliyə, 
istehlakçının tarazlıq nöqtəsi deyilir və riyazi nisbət şəklində belə ifadə olunur: 
 
İ
stehlakçının tarazlıq nöqtəsi =
«A»
qrup məhsulunun faydalılıq həddi 
«A»
qrup məhsulunun qiyməti

 
=  
«B»
qrup məhsulunun faydalılıq həddi
«B»
qrup məhsulunun qiyməti
 
 
Əgər «A» qrup məhsulunun qiymətini 1 manat, dollar, avro və faydalılıq həddini 8 
util; «B» qrup məhsulunun isə qiymətini 2 manat, dollar, avro və faydalılıq həddinin 16 util 
olduğunu nəzərə alsaq, o zaman bu nisbət belə alınacaqdır:  
 
8 util (əmsal)
 
1 manat (dollar, avro)
×  
16 util (əmsal)
2 manat (dollar, avro)
=  
16
16
= 1 
 
Deməli, istehlakçının müxtəlif kombinasiyalarda istifadə etdiyi məhsulların 
faydalılıq həddi vahidə bərabər olub eynidir yaxud dəyişməz qalır.  
İqtisadi  nəzəriyyədə  əmtəə-xidmətlərin  ümumi  faydalılığı  ilə  bağlı,  onların  «həyat 
dövrü» yaxud «həyat tsikli» anlayışı vardır. İstehlakçıların müxtəlif tələbatlarını ödəyərək, 
onların  faydalandıqları  şeylərin  hər  birinin  normal  fəaliyyət  dövrü  və  «öz  ömrü»  vardır. 
Gündəlik  tələbat  və  uzunmüddətli  istifadə  üçün  nəzərdə  tutulan  malların  «həyat  dövrü» 
anlayışı,  onlardan  istifadənin  ilk  anlarından  başlayaraq,  həmin  məhsulların  öz  fiziki 
imkanlarını  tam  şəkildə  başa  vurana  qədər  davam  edir.  Bu  ümumi  proses,  hər  hansı  bir 
məhsulun  istehlakçıya  normal  istehlak  dövrü  ilə  bağlıdır.  Məsələn,  orta  hesabla  minik 
avtomobili, televizor, soyuducu, mebel istehlakçıya illərlə xidmət göstərir. Lakin elə ərzaq-
qida  və  xidmət  məhsulları  vardır  ki,  onların  «həyat  tsikli»  bir  neçə  gün,  hətta  saatlarla 
ölçülür.  
Əmtəə-xidmətlərin  «həyat  dövrü»  anlayışı  –  onların  layihələşdirilməsi  və 
hazırlanması;  istehsal  və  buraxılışına  başlanması;  bazara  çıxarılması  və  satışının 
maksimum  həddə  çatması;  bazarın  həmin  məhsula  olan  tələbinin  tam  ödənilməsi;  həmin 
əmtəə-xidmətlərə olan tələbin azalması kimi pillələri əhatə edir.  
Bu pillələrin  hər  birində,  istehsal olunub  satışa çıxarılan  müxtəlif təyinatlı  ərzaq  və 
qeyri-ərzaq,  qısa  müddətli  və  uzunmüddətli  əmtəələrin-xidmətlərin  qiyməti,  reklam 
təbliğatı,  satış  səviyyəsi  fərqli  olur.  Eyni  zamanda  məhsulların  faydalılığı    «həyat 
dövrü» anlayışları, onların fiziki, habelə mənəvi aşınması problemləri ilə də bağlıdır.  


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə