Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə46/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
97
 
 
istehlakçının  büdcə  xəttini  ötərək,  borc  aldığını  yaxud  şəxsi  yığımından  istifadə  etdiyini 
göstərir.  
Bazarda  əmtəə  və  xidmətlərin  qiymətlərinin  enib-qalxması  yaxud  istehlakçının 
gəlirinin  artması  təbiidir  ki,  büdcə  xəttinin  kəsdiyi  sahənin  həcminə,  habelə  istiqamətinə 
təsir edəcəkdir.  
İstehlakçı  büdcəsi  və  onun  məhdudluğu  çərçivəsində,  alıcının  hansı  məhsullara, 
yaxud onların kombinasiyasına, məsələn ərzaq məhsullarına və paltara, dönərə və pepsiyə, 
çörəyə və əyləncəyə üstünlük verdiyini aydınlaşdırmaq mümkündür. Bu kombinasiyaların 
seçilib istifadə olunması gedişində, elə bir vəziyyət yaranır ki, istehlakçının seçiminin hər 
iki  variantı  onu  tamamilə  razı  salır  və  qane  edir.  Bu  prosesin  qrafik  təsviri  öz  əksini 
bitərəflilik (neytrallıq, laqeydlilik) əyrisində tapır.  
 
   
 
 
 
 
Bitərəflilik  əyrisi  –  konkret  istehlakçını  eyni  dərəcədə  razı  salan  məhsul  və 
xidmətlərin  konbinasiyasını  göstərir.  Məsələn,  bir  halda  ərzaq  məhsulları  və  paltar 
kombinasiyası,  digər  şəraitdə  isə  dönər  və  pepsi  variantı  seçiminin  nisbətləri  istehlakçını 
eyni  dərəcədə  qane  edir.  Subyektiv  xarakter  daşıyan  və  konkret  şəxsin,  istehlakçının 
seçiminin  nəticəsi olan  bitərəflilik əyrisi,  bu əyrinin  xəritəsi qrafik şəkildə aşağıdakı kimi 
təsvir olunur. 
Bu  qrafik  bitərəflilik  əyrisi  və  onun  xəritəsindən  istehlakçının  müxtəlif  məhsulların 
kombinasiyasından  razılığı,  eyni  zamanda  qiymət  və  gəlirlərlə  bağlı  baş  verən 
dəyişikliklərin, kəmiyyət etibarilə bütün kombinasiyaya aid olması meyli özünü göstərir.  
 
11.4.  İstehlakçının  alıcılıq  qabiliyyətinə  və  bazarın  subyekti  kimi  davranış 
səviyyəsinə  ən  çox  orada  formalaşan  qiymətlərlə,  əmtəə-xidmətlərin  satışa  çıxarılmış 
həcmi təsir göstərir.  
İlk  növdə  alıcıların  bazarda  qiymətlərin  aşağı  düşməsinə  münasibəti  özünü  ikili 
istiqamətdə  təzahür  etdirir.  Əvvələn,  ucuzlaşmış  konkret  bir  ərzaq  məhsulunun  (ətin, 
meyvənin)  yaxud  paltar,  elektronika  mebel  malları  qrupunun  qiymətlərinin  ucuzlaşması, 
ilk  vaxtlar  həmin  şeylərə  olan  istehlakçı  tələbini  artırır.  Deməli,  alıcı  qiymətlərin  aşağı 
düşməsi nəticəsində öz büdcəsində yaranmış əlavə pulu, əvvəllər almağa imkanı olmadığı 
məhsullara,  bəzən  həmin  məhsulların  miqdarını  artırmağa  sərf  edir.  İstehlakçının  özünün 
və  ailəsinin  əvvəllər,  büdcə  məhdudluğu  və  qiymətlərin  səviyyəsi  ilə  əlaqədar  əldə  edə 
bilmədiyi əmtəə-xidmətləri indi ala bilməsi prosesi, «əvəzləmə» yaxud «yerini doldurma» 
effekti  (substituton  effect)  adlanır.  Sonra,  məhsul-xidmətlərin  ucuzlaşması,  istehlakçının 


30 
20 
10 
40  500  60 










10 





Ərzaq (vahidlə) 

U  
U  
U  
U  
P
al
ta


d
ədl
ə)
 
Bitərəflik 
xəritəsi 





30 
20 
10 
40  50 60 







10 





Ərzaq məhsulları (vahidlə) 

P
al
ta

(va
h
idl
ə)
 
Bitərəflik əyrisi 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
98
 
 
real  gəlirinin,  onun  konkret  büdcəsinin  alıcılıq  qabiliyyətinin  nisbətən  artmasına  səbəb 
olur. Bazarda qiymətlərin aşağı düşməsinin istehlakçının real gəlirinə müsbət təsiri və onun 
tələbinin artması, «gəlir effekti» (income effect) adlanır.  
Real həyatda əvəzləmə və gəlir effektləri bir-birini tamamlayaraq, istehlakçıda daha 
artan  miqdarda  əmtəə  xidmətlər  almağa  təkcə  həvəs,  stimul  deyil,  həm  də  şərait  yaradır. 
Belə  bir  şərait  isə  alıcıya  tədricən  öz  tələbatlarını  aşağı  növ,  ucuz  məhsul-xidmətlərdən 
daha yüksək keyfiyyətli, normal məhsul-xidmətlər hesabına ödəmək imkanı verir.  
Bununla  yanaşı,  gəlir  və  əvəzləmə  effektləri  aşağı  növ  məhsullarla  bağlı,  heç  də 
həmişə eyni istiqamətdə fəaliyyət göstərmirlər. Doğrudur, bu vəziyyət normal bir hal kimi 
iqtisadçıların  əksəriyyəti  tərəfindən  qəbul  edilməsə  də,  lakin  həyatda  belə  hadisələr  nə 
qədər qəribə görünsə də olur və istehlakçı davranışına öz təsirini göstərir.  
Məsələn,  aşağı  növ  məhsul  sayılan  kartofa  qiymətin  artmasına  baxmayaraq,  ona 
tələbin  azalması  əvəzinə,  iqtisadi  qanunlara  zidd  olaraq  artması  meyli,  XIX  əsrdə  ingilis 
alimi  Robert  Qiffen  tərəfindən  hərtərəfli  öyrənilmişdir.  O  dövrdə,  quraqlıq  nəticəsində 
İrlandiyada əsas qida məhsullarından sayılan kartofun qıtlığı, bu məhsulun qiymətini xeyli 
bahalaşdırmışdı.  Lakin  buna  baxmayaraq,  kartofa  olan  istehlakçı  tələbi  nəinki  azalmış, 
əksinə xeyli artmışdı.  
İqtisadi nəzəriyyədə «Qiffen paradoksu» adlandırılan və ilk baxışda qəribə görünən 
bu  hadisəyə  səbəb,  əhalinin  əksəriyyətini  təşkil  edən  yoxsul  təbəqənin,  digər  istehlak 
şeylərindən qənaət, bəzən  hətta  imtina edərək,  yaşayış üçün zəruri olan kartof kimi  aşağı 
növ qida məhsullarına üstünlük verməsi olmuşdu.  
Keçid  mərhələsinin  ilk  dövrlərində  postsovet  və  postsosialist  ölkələrində,  habelə 
başqa  dövlətlərdə  də  yüksək  inflyasiya  ilə  bağlı  buna  bənzər  proseslərin  təkrarı,  yeni 
formalaşmaqda olan milli iqtisadiyyatın nöqsanları ilə yanaşı, eyni zamanda əhalinin həyat 
səviyyəsinin, sosial müdafiəsinin aşağı olmasının nəticəsi idi.  
İstehlakçının  gəliri  ilə  onun  əldə  etdiyi  əmtəə-xidmətlərin  kəmiyyəti  arasındakı 
asılılıq  əlaqəsi  öz  ifadəsini  Engel  əyrisində  tapır.  Alman  statistiki  və  iqtisadçısı  Erist 
Engelin  (1821-1896)  adı  ilə  bağlı  olan  bu  anlayış,  istehlakçının  gəliri  ilə  onun  aldığı 
məhsulların  və  istifadə  etdiyi  xidmətlərin  miqdarı  arasında  uyğunluq  olduğunu  göstərir. 
Aşağıda  verilən  qrafik  rəsmdə,  qiymətlərin  sabitliyi  şəraitində  istehlakçının  gəlir 
səviyyəsinin artmasının, onun aldığı məhsulların həcminə təsiri göstərilmişdir.  
 
Bu halda müxtəlif variantlar ola bilər: 
a) 
istehlakçının  gəlirlərinin  artması,  ilk 
növbədə  onun  ərzaq  məhsullarına  sərf  olunan 
xərclərinin xüsusi çəkisini aşağı salır.  
b) 
istehlakçının  başqa  əmtəə-xidmətlərə, 
xüsusilə 
də 
qeyri-ərzaq 
məhsullarına, 
xidmətlərə,  zinyət  əşyalarına,  turizm  və 
səyahətlərə sərf olunan xərclərini xeyli artırır.  
E.Engelin 
müəyyənləşdirdiyi 
istehlakçının  gəliri  ilə  onun  əldə  etdiyi  əmtəə-
xidmətlərin  həcmi  arasındakı  qanunauyğunluq, 
bazar  dəyişkənliyi  və  rəqabəti  şəraitində 
tələblə-təklifin  hərtərəfli  öyrənilməsi  əsasında, 
İ 





10 










10 
Alınmış məhsulların miqdarı 
İs
te
hl
akç
ını

g
əl
ir



Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə