Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə43/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
90
 
 
 
Təklifin elastikliyinin müxtəlif variantları 
  
  
 
 
 
 
 
 
 
Bazar  münasibətləri  iqtisadi  sistemində  tələblə-təklifin  elastik  səviyyəsinin  qiymətə, 
gəlirə vaxta görə müəyyənləşdirilməsi və mikroiqtisadi təhlili imkan verir ki: 
a)  müxtəlif  təyinatlı  əmtəələrin-xidmətlərin  istehsal  həcmi  və  kəmiyyəti,  bazarın  tələb-
təklifinə uyğun olsun; 
b) ayrı-ayrı  alıcı  qruplarının  bazar  davranış  qaydaları,  zövq  və  arzuları  düzgün  nəzərə 
alınsın; 
c)  bazarda yaranmış konkret vəziyyətin tələblərinə uyğun şirkətin  və koporasiyanın qiymət 
siyasəti işlənib hazırlansın; 
d) xərclərin  azaldılması  və  gəlirin  artırılması  əsasında  şirkətin  qısa,  orta,  uzunmüddətli 
dövrlər üçün inkişaf strategiyası müəyyənləşdirilsin; 
e)  əmtəə-xidmətlərin  qiymətlərindəki  dəyişikliklərlə  bağlı,  istehlakçıların  xərclərini  və 
istehsalçıların gəlirlərini proqnozlaşdırsın.  
Müasir  mərhələdə  elmi-texniki  tərəqqi,  mütərəqqi  texnologiyaların  tətbiqi,  istehsal 
proseslərində  istifadə  olunan  iqtisadi  resursların  kəmiyyət-keyfiyyət  problemləri,  həmin 
resusrların  məhdudluğu  reallığı,  tədricən  təklifin  elastikliyinin  əhəmiyyətini  əvvəllərə 
nisbətən xeyli dəyişərək, aşkar surətdə zəiflətmişdir.  
 


= 1 
Elastiklik vahidə bərabərdir 








= 0 
Sərt (mütləq qeyri-
elastiklik təklif) 
 
1 <
< ∞ 
Nisbi elastik təklif 





0 <
< 1 
Nisbi qeyri-elastik təklif 










= −∞ 
Tam elastiklik təklif 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
91
 
 
 
Mövzu 11. İstehlakçı davranışı nəzəriyyəsi 
 
11.1 İstehlakçı davranışı və faydalılıq həddi 
11.2 İstehlakçı üstünlüyü və seçimi 
11.3 Şəxsi gəlir, büdcə məhdudluğu və istehlakçı bitərəfliliyi (neytrallığı) 
11.4 Əvəzlənmə və gəlir effektləri 
11.5 İstehlakçı davranışının formalaşmasına təsir edən amillər 
11.6 Faydalılıq həddinin azalması qanunu 
 
11.1. Bazar münasibətləri iqtisadi sistemi şəraitində fəaliyyət göstərən istehsalçıların 
(satıcıların)  əsas  məqsədi,  cəmiyyətin  ictimai  və  insanların  fərdi  tələbatlarını  hərtərəfli 
ödəmək  əsasında  yüksək  (maksimum)  mənfəət  əldə  etməkdir.  Alıcıların  (istehlakçıların) 
məqsədi  isə  gəlirləri  dairəsində,  şəxsi  zövq  və  istəklərinə  uyğun  olaraq,  bazarda 
formalaşmış qiymətlər əsasında öz  müxtəlif tələbatlarını, ehtiyaclarını ödəmək  və  bundan 
maksimum faydalanmaqdır.  
Bazar  münasibətləri  şəraitində  son  söz  alıcıya  məxsusdur  və  o,  öz  seçimində 
sərbəstdir.  Lakin  arzu  və  imkanla,  qiymət  və  gəlirlə,  şəxsi  zövq  və  müasir  dəblə 
məhdudlaşan bu ziddiyyətli «nisbi sərbəstlik», alıcını tarixən həmişə seçim problemi, nəyə 
üstünlük  vermək  məsələsi,  hansı  məhsul-xidmətin  nə  dərəcədə  faydalı  olması  sualı  ilə 
qarşılaşdırmışdır.  
İnsanlar təhsil alanda da, ailə quranda da, gün ərzində vaxtlarını böləndə də, gələcək 
inkişaf  perspektivləri  barəsində  düşünəndə  də,  bir  sözlə  istəyib-istəməsələr  də,  ictimai  və 
şəxsi  həyatlarında,  məişət  və  davranışlarında,  sövdələşmə  və  alqı-satqı  münasibətlərində 
seçimlə rastlaşır, müəyyən qərara gəlir, nəhayət fəaliyyətlərini davam etdirirlər.  
Müasir  şəraitdə  elmi-praktik  əhəmiyyət  kəsb  edən  istehlakçı  (alıcı)  davranışı 
nəzəriyyəsi –  insanların gəlirlərini  xərclədikləri  vaxt, onların konkret şəraitdə özləri üçün 
ən faydalı hesab etdikləri əmtəələrə-xidmətlərə üstünlük verdiklərini aydınlaşdırır.  
Alıcı  (istehlakçı)  davranışı  və  rəftarı,  onun  cəmiyyətin  iqtisadi  həyatında  baş  verən 
mürəkkəb  proseslərə  münasibəti  təkcə  ayrı-ayrı  şirkət  və  korporasiyalar  üçün  deyil,  eyni 
zamanda hakimiyyət, dövlət orqanları üçün də əhəmiyyətlidir. Hər hansı bir şirkətin satışa 
çıxardığı  yeni  məhsulun,  yaxud  göstərdiyi  xidmətin  qiymətinin  alıcılar  tərəfindən  necə 
qarşılanacağı,  şübhəsiz  müəyyən  problemlərlə  bağlıdır.  Alıcının  yeni  məhsullardan 
istifadəsi,  xidmətlərə  alışması,  bazar  qiymətləri  ilə  razılaşaraq  həmin  əmtəə-xidmətləri 
seçməsi o qədər də asanlıqla getmir.  
Eyni  zamanda,  ölkə  əhalisinin  gəlirlərinin  artması  və  həyat  səviyyəsinin 
yüksəldilməsi  məqsədilə  dövlət,  habelə  hakimiyyət  orqanlarının  həyat  keçirdikləri  sosial 
tədbirlərin,  məsələn  ünvanlı  güzəştlərin,  vergi  dərəcələrinin  aşağı  salınmasının, 
yardımların,  subsidiyaların  elmi  təhlilə,  daha  samballı  əməli  tövsiyyələr  hazırlanmasına 
ehtiyac vardır.  
Ümumiyyətlə  alıcı  davranışı  yaxud  istehlakçı  rəftarı:  a)  alıcıya  həmişə  seçim 
üstünlüyü hüququ verilməsi; b) onun imkan və büdcə məhdudiyyətləri ilə qarşılaşması; c) 
seçim qərarı verməsi kimi 3 mərhələni əhatə edir.  
Aparılmış  sorğular,  müxtəlif  qrup  insanların  öz  istehlak  səbətlərində,  ərzaq  və 
paltarın timsalında hansı məhsullara üstünlük verdiklərini göstərir:  
 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
92
 
 
 
Alıcıların üstünlük verdikləri müxtəlif istehlak səbətləri 
 
Müxtəlif istehlak səbətləri 
Ərzaq məhsullarının şərti 
ölçü vahidi 
Paltar-geyim mallarının 
şərti ölçü vahidi 

20 
30 

10 
50 

40 
20 
Ç 
30 
40 

25 
45 

35 
35 
 
Cədvəldəki  rəqəmlərin  təhlili  alıcı  zövq  və  mədəniyyətinin  səviyyəsi  ilə  yanaşı, 
onların  ərzaq  məhsullarına,  yoxsa  paltar-geyim  mallarına  daha  çox  üstünlük  verdiklərini 
təsdiq edir. Müxtəlif təyinatlı maddi nemətlərin və rəngarəng xidmətlərin seçimində hər bir 
istehlakçı  öz  davranışı  ilə  əmtəə-xidmətlərin  onun  üçün  faydalılığını,  qiyymətini,  habelə 
imkanını kompleks şəklində həll etməyə çalışır. Obyektiv-subyektiv səbəblərlə  bağlı  alıcı 
bu  məsələni  bəzən  tam,  bəzən  də  qismən  həll  edə  bilər.  Bu  mənada,  istehlakçı 
davranışının məzmununu – faydalılıq, qiymət, gəlir problemləri təşkil edir.  
Bazar  münasibətləri  iqtisadi  sistemində  «ən  yüksək  və  son  hədd»  sayılan  alıcı-
istehlakçı,  öz  pulu,  gəlir-imkanı  hesabına,  təklif  olunan  əmtəə-xidmətləri  bəyənib,  yaxud 
rədd  edə  bilər.  Cəmiyyətdə  ayrı-ayrı  istehlakçıların  seçim  və  almaq  qərarı,  bütövlükdə 
bazar tələbini formalaşdırır. Müxtəlif ölkələrdə istehlaka və istehsal amillərinə sərf olunan 
xərclər,  onun  ümumi  daxili  məhsulunun  böyük  bir  hissəsini  təşkil  edir.  Məsələn,  yüksək 
inkişaf  etmiş  ölkələrdə  istehlak  xərclərinin  ÜDM-da  payı  50-55  %,  ABŞ-da,  65-70  faiz 
olduğu  halda,  inkişaf  etməkdə  olan  ölkələrdə,  postsosialist  və  postsovet  məkanında 
formalaşmış müstəqil dövlətlərdə bu rəqəm xeyli aşağıdır. Deməli, istehlakçı davranışının 
tərkib  hissəsi  kimi  xarakterizə  olunan  insanların,  şirkətlərin  xərcləri  milli  iqtisadiyyatın 
yüksəlişinin həlledici şərtlərindəndir.  
Hər  bir  alıcı  seçimi,  davranışı  və  rəftarı,  ilk  növbədə  onun  aldığı  əmtəənin  yaxud 
istifadə  etdiyi  xidmətin  faydalığı  ilə  ölçülür.  İstehsalçı  və  alıcının  son  iqtisadi  qərarının 
əsasında, məhz əmtəə-xidmətin faydalığı amili durur.  
Faydalılıq – hər hansı bir əmtəə-xidmətin istifadəsinin istehlakçıya gətirdiyi rahatləq 
və  onu  qane  etmək  xüsusiyyəti  kimi  başa  düşülür.  Son  iqtisadi  ədəbiyyatlarda,  faydalılıq 
istehlak üstünlükləri kimi izah olunur.  
Faydalılıq  sırf  fərdi  və  subyektiv  bir  anlayışdır.  Bu  anlayış  forma  etibarilə  fərqli, 
məzmun  və  mahiyyət  etibarilə  ziddiyyətlidir.  Babamız  və  bacımız  üçün  zəruri  sayılıb, 
faydalı  olan  eynək,  bizim  üçün  faydasız  görünə  bilər;  birinə  fayda  və  əhəmiyyət  kəsb 
etməyən  rəssamın,  yaxud  heykəltaraşın  sənət  əsəri,  başqası  üçün  əvəzsiz  dərəcədə 
qiymətli,  faydalı  ola  bilər;  xəstə  üçün  faydalı  olan  dərman,  başqası  üçün  nəinki  faydasız, 
hətta zərər gətirə bilər.  
İqtisadi  nəzəriyyədə  fayda  və  faydalılıq  anlayışlarından  başqa,  faydalılıq  həddi 
anlayışı da vardır. Bu o deməkdir ki, alıcılar istehlak etdikləri əmtəə-xidmətlərin (çörəyin, 
ətin, meyvə-tərəvəzin, internetin, musiqi köçürülmüş diskin) hər sonrakı təkrar qəbulundan 
– istifadəsindən əlavə fayda götürürlər. 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə