İqtisadi nəzəriyyə
ECONOMICS
84
P
Q
1
2
3
4
5
T
ək
li
f
Tələblə təklifin
tarazlıq nöqtəsi
Tələb
Bazar və qiymət tarazlığı səviyyəsi göstərir ki, əks tərəflər kimi səciyyələnən tələb və
təklifin nisbi uyğunluğu mümkündür, lakin bu tarazlıq müvəqqəti xarakter daşıdığından hər
an dəyişə bilər. Deməli, bazarda tələblə-təklifin nisbi tarazlığı keçici və ötəri, onların
qiymətlə bağlı dəyişkənliyi isə əbədidir.
10.4. Tələblə təklifin tarazlıq nöqtəsində kəsişməsi anından sonra qiymət-gəlir,
faydalılıq, vaxt amillərinin təsiri nəticəsində həm tələbdə, həm də təklifdə müxtəlif
dəyişikliklər baş verir. Bu dəyişikliklərin dinamikası, tələb və təklif əyrilərinin istiqaməti,
bazarda yaranan konkret vəziyyətdən asılı olaraq bəzən yüksələn, bəzən də enən xətt üzrə
gedə bilər. Qrafik sxem şəklində bu dəyişikliyi belə təsvir etmək olar.
Bazarda
formalaşan
tələblə
təklifin
tarazlığının müvəqqəti, onların dəyişkənliyinin isə
vaxtaşırı, fəsiləsiz davam etdiyi nəzərə alınarsa,
həmin dəyişikliklərin kəmiyyət göstəricilərini
müəyyənləşdirmək lazım olur.
İqtisadi
nəzəriyyədə
bu
məsələni
aydınlaşdırmaq üçün elastiklik anlayışından istifadə
olunur. «Elastiklik» iqtisadi nəzəriyyənin mühüm
anlayışlarından biri olub, ilk dəfə məşhur ingilis
iqtisadçısı Alfred Marşall (1842-1924) tərəfindən
işlədilərək elmi dövriyyəyə daxil edilmişdir.
Elastiklik – bir dəyişən kəmiyyətin (tələbin,
təklifin, qiymətin, gəlirin) , digər dəyişən kəmiyyətə təsiri deməkdir. Başqa sözlə elastiklik,
bir-birindən asılı olan tələb, təklif, qiymət, gəlir amillərinin birində baş verən dəyişikliyin
digərinə mütəq, yaxud nisbi mənada (faizlə) təsiridir. Bəzən bu kəmiyyətlərdən birindəki
dəyişikliyin, digər kəmiyyətə təsiri həssaslıq yaxud cavab reaksiyası kimi səciyyələndirilir.
Elastiklik anlayışı, bazarın orada baş verən proseslərə uyğunlaşması gedişini dərindən başa
düşməyə kömək edir. Bəzən elə düşünürlər ki, hər hansı bir şirkət istehsal etdiyi məhsulların
satış qiymətini yüksəltməklə, daha çox mənfəət əldə edə bilər. Formal məntiq baxımından bu
fikirlə razılaşmaq mümkün olsa da, lakin iqtisadi reallıq və bazar münasibətləri prinsipləri
mövqeyindən doğru deyildir. Çünki ayrı-ayrı şirkət və müəssisələr istehsal etdikləri
məhsulların, yaxud göstərdikləri xidmətlərin qiymətlərini artırmaqda sərbəstdirlər. Lakin
həmin məhsul və xidmətlərin reallaşdırılması, satışı taleyi onların iradəsindən deyil, bazar
qanunlarından, habelə alıcı zövqü-imkanlarından asılı olduğundan, şübhəsiz qiymətlərin
artması satış həcminin, eyni zamanda satışdan əldə olunan məbləğin aşağı düşməsi ilə
nəticələnəcəkdir.
İqtisadi nəzəriyyədə tələb, təklif, qiymət, gəlir arasındakı elastikliyi müəyyənləşdirmək
üçün elastiklik vahidi (əmsalı, indeksi, göstəricisi) anlayışından istifadə edilir. Elastiklik
vahidi dedikdə, qiymətin dəyişməsi səviyyəsinin (miqdarının, həcminin, faizinin) tələbin,
təklifin, satışdan əldə olunan məbləğin dəyişməsi səviyyəsinə nisbəti (bərabərliyi) nəzərdə
tutulur. Məsələn; qiymətin 2 dəfə azalması (yaxud artması) ilə tələbin də 2 dəfə artması
(yaxud azalması) faktı, müəyyən bir məhsulla (taxıl, neft, sement) bağlı, tələbin elastiklik
vahidi – E=1 olacaqdır. Qiymətlə bağlı tələb və təklifdəki dəyişikliklər, elastiklik vahidinə öz
təsirini göstərərək E>1 və E<1 olacaqdır.
İqtisadi nəzəriyyə
ECONOMICS
85
10.5. Bazar münasibətləri şəraitində fəaliyyət göstərən şirkət ilk növbədə özü üçün
müəyyənləşdirməlidir ki, onun rəqiblərinin istehsal etdikləri məhsulların və göstərdikləri
xidmətlərin qiymətlərinin artıb-azalması istiqamətindəki dəyişikliyi tələbə, alıcıların
gəlirlərinə necə təsir göstərəcəkdir. Bazarın subyektləri (iştirakçıları) olan ev təsərrüfatları,
şirkətlər, müəssisələr burada gah alıcı, gah da satıcı rolunda çıxış etdiklərindən, onlar üçün
əmtəə-xidmətlərin həcmi, qiyməti, tələb məsələləri həyatı bir əhəmiyyət kəsb edir.
Elastiklik bir dəyişən kəmiyyətin başqa dəyişən kəmiyyətə mütləq rəqəmlərlə, yaxud
faiz etibarilə təsir dərəcəsini göstərdiyindən, onun əmsalı belə ifadə olunur:
E =
∆Q
∆P
Burada
∆Q – tələbin dəyişkənliyini; ∆P – qiymətin dəyişkənliyini; «p» – elastikliyin
qiymətə görə baxıldığını yaxud müəyyənləşdirildiyini nəzərdə tutur.
Qeyd etmək lazımdır ki, ümumiyyətlə qiymətlə miqdar (kəmiyyət) arasında olan
asılılıq, tələblə-təklifin elastikliyinin əsasını təşkil edir. Söhbət ondan gedir ki, qiymətin 1
faiz dəyişməsi (artıb-azalması), satışda olan əmtəələrin-xidmətlərin həcminin dəyişməsinə
necə təsir göstərəcəkdir. Bu dəyişkən asılılığı, tələbin elastikliyi üçün belə ifadə etmək olar:
E =
∆Q
Q
∶
∆P
P
=
∆Q ∙ P
Q ∙ ∆P
∙ 100%
Burada
∆Q – tələb olunan məhsulun səviyyəsindəki (kəmiyyətindəki) dəyişiklikdir; Q
– ilkin tələb səviyyəsidir;
∆P – qiymətin səviyyəsindəki dəyişiklikdir; P – qiymətin ilkin
səviyyəsidir;
E – tələbin qimətlə bağlı elastiklik əmsalıdır (indeksidir).
Tələbin satışdan əldə olunan məbləğlə (gəlirlə) bağlı elastikliyinə gəldikdə, həmin gəlir
(R), məhsul və xidmətlərin qiyməti ilə (P) bunların bazara çəxarılan kəmiyyətinin (Q)
hasilinə bərabər olacaqdır:
R = P ∙ Q
Bu halda elastiklik səviyyəsi E=1 olacaqdır. Əgər qiymətin azalması nəticəsində satışın
artmasından əldə olunan gəlir, qiymətin azalmasından itirilən gəlirdən çox olarsa, gəlir
elastik hesab edilə bilər və E>1 kimi işarə olunur. Əksinə, qiymətin aşağı düşməsindən
itirilən gəlir, bunun nəticəsində tələbin (satışın) artmasından əldə edilən gəlirdən çox olarsa,
bu halda tələb qeyri-elastik hesab edilir və E<1 kimi işarə olunur.
Fikrimizi aydınlaşdırmaq üçün fərz edək ki, taxıl satışı ilə məşğul olan şirkət bazara,
hər tonu 300 dollardan 200 ton məhsul çıxarır. Satış həcminin və bazarda qiymətlərin
dəyişməsi ilə bağlı, elastiklik səviyyəsi də aşağıdakı kimi dəyişəcəkdir:
I halda – 200 ton×300 dollar=60000 dollar; E=1
II halda – 250 ton×280 dollar=62000 dollar; E>1
III halda – 210 ton×280 dollar=57800 dollar; E<1
Elastik tələbə başqa bir misal kimi göstərmik olar ki, əmtəə və xidmətlərin qiymətinin
2 dəfə ucuzlaşdığı şəraitdə, satışdan əldə olunan məbləğ 1,5 dəfə artmışsa yəni qiymətlə əldə
edilən məbləğ əks istiqamətlərdə gedərsə, deməli tələb elastikdir, dəyişkəndir, həssasdır.
Qrafik şəkildə tələbin elastiklik əyrisinin necə dəyişdiyini aşağıdakı sxemdən görmək olar:
Qeyri-elastik tələbə misal kimi göstərmək olar ki, əgər əmtəə-xidmətlərin qiyməti 3
dəfə aşağı düşmüş və bunun nəticəsində satışdan əldə olunmuş məbləğ cəmi 1/3 qədər (33,3
faiz) azalmışsa, onda tələb qeyri-elastik sayılmalıdır. Çünki, qiymətlərin kəsgin surətdə aşağı
1>1>1>
Dostları ilə paylaş: |