Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə38/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
80
 
 
Üçüncüsü,  mikroiqtisadi  təhlil  insanların  konkret  şərait  və  vəziyyətdən,  habelə  onların 
maddi imkanlarından, gəlirlərindən asılı olaraq, hansı iqtisadi qərarlar qəbul etmələrinin səbəb-
nəticə əlaqələrini aydınlaşdırır.  
Dördüncü,  bazarlarda  qiymət  enib-qalxmaları  əsasında,  tələb-təklifin  dəyişkənliyi  və 
qiymətlə bağlı həm tələbdə, həm də təklifdə baş verən elastiklik proseslərini tədqiq edir.  
Beşincisi,  istehsal  xərclərinin  minimum  hədd  səviyyəsində  (məhsulun-xidmətin 
keyfiyyətinə  xələl  gətirmədən)  saxlamaqla,  təsərrüfat  vahidinin  fəaliyyətindən  son  məqsəd 
kimi maksimum (ən yüksək) mənfəət əldə olunmasının müxtəlif variantlarını araşdırır.  
Altıncısı,  bazarın  quruluşu  və  orada  gedən  rəqabət  mübarizəsinin  strategiyası,  habelə 
taktikasının  müxtəlif  formaları,  qisamüddətli  və  uzunmüddətli  rəqabət  mübarizəsinin 
özünəməxsus cəhətləri, perspektivləri izah edilir.  
Yeddincisi,  ümumi  tarazlıq  modelinin  müasir  inhisarçı  rəqabət,  alıcı  psixologiyası  və 
davranışı,  beynəlxalq  iqtisadi-ticarət  əlaqələri,  iqtisadi  inteqrasiya,  habelə  qloballaşma 
proseslərinin tədricən gücləndiyi bir şəraitdə, dəyişkən meylləri təhlil olunur.  
Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən vəzifələrin həyata keçirilməsi gedişində bir 
sıra  problemlərin  meydana  çıxması,  mikroiqtisadi  nəzəriyyənin  hüdudlarını  müəyyən  qədər 
məhdudlaşdırır.  Həmin  məhdudiyyətlər  sırasında:  məlumat-informasiya  bazasının  fərqliliyini 
(asimmetrik  informasiya),  dövlətin  iqtisadi  siyasətinin  nə  dərəcədə  səmərəli  olmasını, 
obyektiv-subyektiv səbəblərlə bağlı insanların əvvəlki iqtisadi qərarlarını dəyişməsi, habelə öz 
alıcı davranışlarında ziddiyyətlərə yol vermələrini göstərmək olar.  
 
9.3. Mikroiqtisadi nəzəriyyə kursunun əhatə etdiyi problemlərin geniş tədqiqat dairəsini, 
obyekt-subyektlərini,  predmet-metodlarını,  məqsəd  və  vəzifələrini  nəzərə  alaraq,  onun 
öyrənilməsinin aşağıdakı quruluşda, məntiqi bir ardıcıllıqla tədrisi məqsədəuyğun sayılmışdır: 
  Kursun məqsədi, vəzifələri və strukturu.  
  Tələb, təklif, qiymət və elastiklik.  
  İstehlakçı davranışı nəzəriyyəsi.  
  İstehsal xərcləri və mənfəət.  
  Sərbəst rəqabət və xalis inhisarçı rəqabət.  
  İnhisarçı rəqabət və oliqopoliya rəqabəti.  
  Əmək haqqı, renta, faiz və mənfəət.  
  Ümumi tarazlıq nəzəriyyəsi və bazar iqtisadi sisteminin fəaliyyəti.  
Bu  ümumiləşdirilmiş  mövzular  üzrə  mikroiqtisadiyyat  kursunun  tədrisi  prosesində 
öyrənilən  problemlərin  təhlilində,  həmin  məsələlərin  yeri  gəldikcə  makroiqtisadiyyatla  və 
digər  elm  sahələri  (iqtisadi  tarix,  iqtisadi  təlimlər  tarixi,  hüquq,  tarix,  fəlsəfə)  ilə  qarşılıqlı 
əlaqələrinə  diqqət  yetirilmişdir.  Xüsusilə  mikroiqtisadiyyat  kursunun  iqtisadi  nəzəriyyənin 
(economicsin)  digər  bölmələri  (iqtisadiyyata  giriş,  makroiqtisadiyyat,  müasir  beynəlxalq 
iqtisadi problemlər) ilə vahid kompleks şəkildə əlaqəli izahı prinsipi gözlənilmişdir.  
Aydındır  ki,  tarixən  vahid  bir  elmi  sistem  kimi  formalaşmış  iqtisadi  nəzəriyyənin 
sonralar  ayrılmış  müasir  bölmələri  arasında  «Çin  səddi»  yoxdur  və  yalnız  onların  qarşılıqlı 
əlaqə,  habelə  bir-birinə  təsiri  müstəvisində  öyrənilməsi  prosesi,  şübhəsiz  mikroiqtisadiyyat 
kursunun  tələbələr  tərəfindən  daha  mükəmməl  surətdə  mənimsənilib  dərk  olunmasını  təmin 
edə bilər.  
 
 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
81
 
 
 
Mövzu 10. Tələb, təklif, qiymət və elastiklik 
 
10.1. Tələb və tələb qanunu 
10.2. Təklif və təklif qanunu 
10.3. Tələblə təklifin tarazlığı və tarazlıq qiyməti 
10.4. Elastiklik anlayışının mahiyyəti və elastiklik vahidi 
10.5. Tələbin elastikliyi və formaları 
10.6. Təklifin elastikliyi və onun xüsusiyyətləri 
  
10.1. Bazar münasibətləri iqtisadi sistemində tələb istehsalın canı, onun pozulmaz, 
lakin dəyişkən qanunu və bazar mexanizmi fəaliyyətinin tərkib hissəsidir.  
İqtisadi  nəzəriyyə  baxımından  tələb  –  alıcının  müəyyən  vaxt  ərzində,  hər  hansı  bir 
əmtəə  yaxud  xidmətdən  müəyyən  qiymətə  və  müəyyən  miqdarda  əldə  etmək  imkanıdır. 
Şübhəsiz,  tələb  və  tələbat  anlayışlarını  bir-birindən  fərqləndirmək  lazımdır.  Cəmiyyətin, 
ailənin  və  hər  bir  insanın  tələbatı  sonsuzdur  və  bu  arzu,  istək,  nəyi  isə  əldə  etmək  həvəsi 
təbiidir.  Tələbə  gəldikdə  isə  konkret  imkan  və  nağd  pulla  məhdudlaşan  konkret tələbatdır. 
Tələb  yalnız  sərəncamda  mübadilə  üçün  müəyyən  vəsait  və  imkanlar  olduqda  gerçəkləşə 
bilər.  Eyni  zamanda  tələbatla  tələb  arasında  dialektik  bir  asılılıq  və  səbəb-nəticə  əlaqəsi 
vardır. Əgər tələbatı dairə yaxud çevrə kimi təsəvvür etsək, tələb onun bir hissəsi (seqmenti) 
olacaqdır.  
İqtisadi  nəzəriyyədə  ödəniş  qabiliyyətli  tələb  anlayışından  istifadə  olunur.  Ödəniş 
qabiliyyətli  tələb,  müştərilər  tərəfindən  müxtəlif  təyinatlı  əmtəələrin  alınmasına  və  onlara 
göstərilən  xidmətlərdən  istifadə  edib,  faydalandıqlarına  görə  sərf  olunmuş  müəyyən  pul 
məbləğidir.  İnsanların  ehtiyac  və  tələblərini  isə  fiziki,  sosial,  mədəni-mənəvi,  intelektual 
kimi  qruplara  ayırmaq  olar.  Bu  mənada  insanlar  həmişə  müxtəlif  tələblərin  əhatəsində 
yaşayır və bunları ödəməyə çalışırlar.  
Bazar  münasibətləri  iqtisadi  sistemi  şəraitində tələbin  ödənilməsinin  və  dəyişməsinin 
əsas  səbəbi,  ölkədə  qiymətlərin  ümumi  səviyyəsi,  habelə  əhalinin  gəlirləridir.  Bununla 
yanaşı,  tələbə  qeyri-qiymət  amilləri  də,  məsələn  istehlakçı  zövqü,  əvəzləyici  əmtəə-
xidmətlərin  olması,  ailə  üzvlərinin  sayı,  reklam  təbliğatı,  müxtəlif  şayələrin  yayılması, 
müharibə vəziyyəti, təbii fəlakətlər, fövqəladə hallar da təsir göstərə bilir.  
Təsərrüfat  həyatının  obyektiv  inkişaf  qanunları  sayılan  və  insanların  məqsədyönlü, 
şüurlu  fəaliyyəti  nəticəsində  reallaşan  iqtisadi  qanunlar  arasında  tələb  qanunu  mühüm  yer 
tutur.  Tələb  qanunu,  başqa  şərtlər  dəyişməz  qaldıqda,  bazarda  qiymətlərin  enib-qalxması 
nəticəsində, tələbin həcminin dəyişkənliyi nisbətini göstərir. Başqa sözlə, qiymətlərin aşağı 
düşməsi  tələbi  artırır,  əksinə  qiymətlərin  artması  prosesi  isə  tələbin  aşağı  düşməsinə  səbəb 
olur.  
Deməli,  əmtəələrin-xidmətlərin  bazar  qiyməti  ilə  onlara  uyğun  formalaşan  tələb 
arasında  tərs  mütənasiblik  (nisbət)  vardır.  Müxtəlif  ölkələrin  və  iqtisadi  sistemlərin 
təsərrüfatçılıq  təcrübəsində  tələblə  qiymət  arasındakı  bu  tip  asılılıq,  habelə  dəyişmə  meyli, 
iqtisadi nəzəriyyədə tələb qanunu adlanır.  
Qiymətlərdəki  enib-qalxma  dəyişiklikləri,  tələblə  əlaqədar  gəlir  səmərəliliyi  və 
əvəzetmə səmərəliliyi anlayışları ilə bağlıdır. Birinci halda qiymətlərin aşağı düşməsi meyli, 
əhalinin real gəlirlərini artıraraq, başqa məhsullardan  imtina etməməklə  yanaşı, ucuzlaşmış 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə