İqtisadi nəzəriyyə
ECONOMICS
70
məhsullar hazırlayan, xammalı emal edən müəssisələr (şirkətlər) arasında, bazar rəqabəti
prinsipləri əsasında ədalətli qarşılıqlı münasibərlərin formalaşmasına kömək göstərirlər.
Eyni zamanda hakimiyyətin müəyyən strukturları (orqanları), biznes və sahibkarlıq
fəaliyyəti gedişində yaranan mübahisələr, anlaşılmazlıqlar, ziddiyyətlərin həllində konkret
vəziyyəti nəzərə alaraq bəzən məsləhətçi, bəzən isə öz səlahiyyətləri daxilində
cəzalandırıcı vəzifəsini yerinə yetirirlər. Bütün mübahisəli mülki, istehsal və xidmət satış
məsələlərində qarşıya çıxan məsələlərin həllində son söz yalniz müstəqil fəaliyyət göstərən
məhkəmə orqanlarına məxsusdur. Hakimiyyət orqanlarının bu istiqamətdəki səmərəli
fəaliyyəti ölkədə iqtisadi resursların bölgüsünü yaxşılaşdırır, əmtəə dövriyyəsini
sürətləndirir, ixtisaslaşmanı daha da dərinləşdirir, satışa çıxarılan məhsulların keyfiyətini
yüksəldir, bağlanan ticarət müqavilələrinin, sazişlərinin iqtisadi təhlükəsizliyini xeyli artır.
Bazar münasibətləri iqtisadi sisteminin əsas tənzimləyici mexanizmi rəqabət
olduğundan, məhz bu hərəkətverici qüvvə həm iqtisadi resursların təchizatçıları, həm də
istehsalçıları alıcıların (istehlakçıların) tələblərinə uyğunlaşmağı irəli sürür. Rəqabət
şəraitində alıcılar həlledici amil, yaxud bazarda «hakim qüvvə»; bazar-alıcılar üçün
vasitəçi, səbəb (agent); şirkət isə onların xidmətçisidir. Lakin bazarda bir inhirsarçı şirkət
ağalıq etdikdə, qiymətləri ozü müəyyənləşdirdikdə, şübhəsiz alıcıların suverenliyi
pozulacaq və onlar zərər görəcəklər. Doğrudur, bəzi istehsal-xidmət sahələrinin fəaliyyət
xüsusiyyətlərindən çıxaraq, ayrı-ayrı ölkələrdə təbii inhisarçılığa (yanacaq-energetika,
nəqliyyat-rabitə, hərbi-müdafiə, su təchizatı sahələrində) dövlətin, yaxud xüsusi şirkətlərin
timsalında icazə verilsə də, onların tənzimlənməsi, nəzarətdə saxlanması həyata keçirilir .
Ona görə də hələ 1890-cı ildə ABŞ-da qəbul olunmuş inhisarların fəaliyyətini
məhdudlaşdıran Şerman qanundan başlayaraq, sonrakı dövrdə əksər ölkələrdə geniş
yayılmış bu istiqamətli tədbirlərin həyata keçirilməsi, şübhəsiz öz müsbət rolunu
oynamışdır. Lakin dünya təcrübəsinin təsdiq etdiyi kimi inhisarçılıq fəaliyyətinin
məhdudlaşdırılması və onun üzərində dövlət, habelə ictimai nəzarətin həyata keçirilməsi,
ilk növbədə hökümətin nüfuzu, iradəsi, qətiyyətindən asılıdır.
Bazar münasibətləri iqtisadi sistemi «ədalət» prinsipləri ilə deyil, «səmərəlilik»
meyarları ilə fəaliyyət göstərdiyindən, dövlət orqanları cəmiyyətin müxtəlif tələbələrinin
gəlir və həyat səviyyəsindəki fərqləri tənzimləmək üçün müxtəlif vasitə, habelə
Proqlamlardan istifadə edirlər. Ölkənin ümumi gəlirinin yenidən bölünməsi hesabına
həyata keçirilən sosial tədbirlər sırasında: a) transfer (ərzaq talonları paylanmasını,
xeyriyyə cəmiyyətlərinin çeklərini, əlillərə və imkansız yaşlılara, işsizlərə yardımı)
ödənişlərini; b) bazarda formalaşan qiymətlərə təsiri, femerlərə olunan güzəşt və
subsidiyaları, yəni əvəzsiz yardımları; c) minimum əmək haqqının müəyyənləşdirilməsini;
d) vergilərin ödənilməsindəki fərqli yanaşmanı göstərmək olar.
Dövlət hakimiyyəti orqanlarının bu istiqamətdəki fəaliyyəti və bu işin miqyasları
ABŞ cəmiyyətində birmənalı qarşılanmayaraq, həmişə qızğın mübahisələr doğurmuşdur.
Məlumdur ki, hakimiyyət orqanlarının gəlirlərin yenidən bölünməsi yolu ilə
tənzimləməsinin həm müsbət, həm də mənfi cəhətləri vardır. Mütəxəssis və alimlərin bir
hissəsi ölkənin təsərrüfat həyatının dövlət tərəfindən tənzimlənməsi prosesini «ədalətli və
əsaslandirılmış iqtisadi addım» kimi qiymətləndirildikləri halda, digərləri isə dövlət
orqanlarının bu istiqamətdəki addımlarını, insanların əməyə olan münasibətlərinin
İqtisadi nəzəriyyə
ECONOMICS
71
zəifləməsi, qənaət rejiminin pozulması, investisiyaların azalması, ümumi daxili məhsulun
(UDM) həcminin aşağı düşməsinə təsir göstərən amil kimi səciyyələndirirlər.
Hakimiyyət orqanları rəqabət mübarizəsi şəraitində satışa çıxarılan məhsulların,
əhaliyə göstərilən xidmətlərin real tələb-təklif prinsiplərini pozan «artıqlığı» yaxud
«çatışmazlığı» problemini aradan qaldırmaq və bu vəziyyətin ətraf mühitə, insanların
sağlamlığına, onların istirahətinə zərərli nəticələrini nəzərə alaraq, müxtəlif tədbirlərdən
istifadə edirlər. Həmin tənzimləyici dövlət iqtisadi tədbirləri sırasında müvafiq
qanunvericilik aktlarını, xüsusi tətbiq olunan vergi növlərini, konkret şəraitdən aslı olaraq
bəzən tələbin, bəzən də təklifin həvəsləndirilməsi hallarını, hakimiyyətin zəruri hesab
etdikdə müəyyən sahələri maliyyələşdirdiyini və hətta öz mülkiyyətinə çevirərək, idarə
etməsini göstərmək olar.
Başqa bir hal kimi ölkə əhalisinin ictimai (hamılıqla) istifadəsində olan məhsul və
xidmətlərin tənzimlənməsini göstərmək olar. Məlumdur ki, hər hansı bir ölkədə elə məhsul
və xidmətlər vardır ki, əhali bunlardan heç bir xərc çəkmədən faydalanir. Ölkənin
müdafiyə sistemi, yaxud terrorizmə qarşı mübarizə tədbirləri əhalinin istifadə etdiyi və
faydalandığı elə ümumi nemətlərdir ki,dövlət orqanları bunların saxlanması üçün müəyyən
xərc çəkmədilər. Dövlət bu istiqamətdə olan xərcləri ödəmək üçün şirkətlərin və əhalinin
vergi ödənişlərindən istifadə edir.
Dövlət hakimiyyəti orqanlarının ölkənin təsərüfat həyatına müdaxilə edərək, bazar
münasibətləri iqtisadi sisteminin yaratdığı nöqsanları, onun sosial ədalətsizlikləri, ictimai
təlabatlara qarşı biganəliyini aradan qaldırmaq üçün həyata keçirdiyi hüquqi, inzibati,
iqtisadi tədbirlər kompleksi, işsizliyin azalmasına və inflasiya proseslərinin idarə
edilməsinə geniş imkanlar yaradır.
8.3. ABŞ-ın maliyyə sisteminin əsasını ölkənin dövlət büdcəsi, büdcənin tərkib
hissələri sayılan onun gəlirləri və xərcləri təşkil edir. Büdcənin gəlir hissənin 46%-i
əhalidən tutulan vergilər və 8%-i isə korporasiyaların gəlirindən toplanan vergilər hesabına
formalaşır. Bu rəqəmlərdən göründüyü kimi federal hökümətin büdcəsinin gəlir hissəsində
əhalinin şəxsi gəlirləri əsas yer tutur. Mütərəqqi xarakter daşıyan şəxsi gəlir vergisi 10%-
dən başlayaraq əhalinin gəlir səviyyəsindən aslı olaraq 25, 28, 33 və 35%-ə qədər arta
bilər. Əmək haqqından tutulan vergilər 7-9% arasında dəyişir, korporasiyalardan tutulan
vergilərin baza dərəcəsi isə 35% həddində müəyyənləşdirilmişdir. Satış və aksız vergi
dərəcələri isə müxtəlif olub, əsasən yerli hakimiyyət (stat və bələdiyyə) orqanlarının gəlir
mənbəyini təşkil edir.
Federal büdcənin xərcləri isə 4 əsas istiqamətə: a) penisiyaların ödənilməsinə və
sosial təminata; b) milli müdafiəyə; c) səhiyyəyə; ç) dövlət borcu üzrə faizlərin
ödənilməsinə yönəldilir. Son rəsmi məlumatlara görə ABŞ-ın federal büdcəsinin gəlirləri 3
trilyon dolları, xərcləri isə 3,5 trilyon dolları ötür.
XXI əsrin əvvəllərinə ABŞ hökümətinin federal gəlir və xərclərini aşağıdakı
sxemlərdən görmək olar.
Ştatların və yerli hakimiyyətin (idarəetmə) orqanlarının gəlir mənbələri, xərcləri
federal hökumətindən xeyli fərqlənir. Federal hökumət öz fəaliyyətini əsasən şəxsi gəlir
vergisi, korparasiyaların mənfətindən vergilər və əmək haqqına qoyulan vergilər hesabına
Dostları ilə paylaş: |