Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə35/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
72
 
 
həyata  keçirdiyi  halda,  ştatlar  və  yerli  idaretmə  orqanları  (bələdiyyələr)  isə  bu  vəsaiti 
başlıca olaraq satışdan vergilər, habelə əmlak vergiləri hesabına formalaşdırırlar.  
 
XXI əsrin əvvəllərində ABŞ-da vergi ödənişləri və federal hökümətin xərcləri 
Ümumi xərclər (%-lə)  
 
 
 
Ümumi gəlirlər (%-lə) 
  
 
Bilavasitə  ştatların  gəlirinin  təxminən  yarısını  (47%-ni)  satışdan  vergilər  və  aksiz 
vergiləri təşkil edir. Ştatların gəlirlərinin ikinci mənbəyi (36%) əhalinin şəxsi gəlirlərindən 
tutulan  vergilərdir.  Ştatların  vergilərinin  qalan  hissəsinə  (17%)  korparasiyaların 
mənfətindən  vergilər,  əmlak  vergisi,  vərəsilik  vergisi,  müxtəlif  lisenziyalar  və  icazələrə 
görə ödənilən rüsumlar daxildir.  
Ştatların büdcə xərclərinin 36%-i təhsilə, 25%-i sosial təminata, 8%-i səhiyyə, 8%-i 
şosse  yollarının  tikintisi  və  istismarına,  5%-i  əhalinin  təhlükəsizliyinin  təmin  olunması 
tədbirlərinə,  18%-i  isə  digər  məqsədlərə  sərf  olunur.  Qeyd  etmək  zəruridir  ki,  ayrı-ayrı 
ştatlar  toplanılan  vergi  dərəcələrinə,  gəlirlərin  həcminə,  xərclərin  yönəldiyi  istiqamətlərə 
görə  bir-birindən  fərqlənirlər.  Eyni  zamanda  bir  sıra  ştatlar  federal  hökumət  büdcəsindən 
müəyyən  qrant,  habelə  yardımlar  alırlar.  Federal  hökumət  təbii  fəlakətlər,  fövqəladə 
hadisələr zamanı da öz büdcəsindən xeyli vəsait ayırır.  
ABŞ-ın yerli hakimiyyət orqanları (bələdiyyələr) ölkənin ictimai hayatında müxtəlif 
tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Ölkə regionlarının (bölgələrinin), 
rayonlarının  (dairələrinin),  ayrı-ayrı  şəhərlərin,  yaşayış  məntəqələrinin  rəhbərliyi  yerli 
hakimiyyət  orqanları  hesab  olunur.  Yerli  hakimiyyət  orqanlarının  budcəsinin  72%-ni 
əmlak vegisi, 17%-i satış və aksiz vergiləri təşkil edir. Onların büdcə gəlirlərinin təxminən 
10-11%  müxtəlif  xeyriyyə  fondları  və  müxtəlif  şəxsi  yardımla  formalaşır.  Bu  orqanların 
xərclərinə  gəldikdə  isə  əsas  obyekt  təhsil  və  onun  müxtəlif  sahələridir.  Son  məlumatlara 
görə ABŞ-ın  yerli  hakimiyyət orqanları öz büdcə xərclərinin 44%-ini  məhz  bu  istiqamətə 
yönəldir. Yerli hakimiyyət orqanlarının xərclərinin təximinən 10-12%-ni sosial təminat və 
səhiyyə,  12%-ni  mənzil  tikintisi,  parkların  salınması,  təmizləyici  qurğuların  inşası,  ətraf 
mühitin qorunması, 5% küçələrə, yollara xidmət təşkil edir.  
Ölkənin  mühüm  əhəmiyyət  kəsb  edən  yerli  qurumlarının  gəlirlərinə  əlavə  olaraq, 
federal  hökümət  və  ştatların  hakimiyyət  orqanları  tərəfindən  müəyyən  məbləğdə 
subsidiyalar (əvəzsiz yardım) ayrılır ki, onların fəaliyyəti daha da səmərəli olsun.  
 
8.4.  Vaxtilə  müxtəlif  ölkələr,  o  cümlədən  də  ABŞ  əsasən  öz  məhsulları  ilə 
kifayətlənmiş  və  başqa  yerlərdən  gətirilmiş  müxtəlif  şeylərdən  çox  az  hallarda  istifadə 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
73
 
 
etmişdi.  XIX  əsrin  sonu  –  XX  əsrin  əvvəllərində  dünya  bazarının  formalaşması,  ölkələr 
arasında  iqtisadi-ticarət  əlaqələrinin  sürətlə  inkşafına  güclü  təkan  vermişdir.  Müasir 
intiqrasiya  və  qloblaşma  dövründə  beynəlxalq  iqtisadi-ticarət  əlaqələri  intensiv  bir  xarket 
alaraq, 
dünya 
miqyasında 
əmtəə-xidmətlərin, 
əməyin, 
kapitalın, 
məlumat 
texnologiyalarının fasiləsiz axını (hərəkəti) ilə səciyyələnir.  
XXI əsrin ilk onilliyində dünya ticarət dövriyəsinin ümumi həcmi 28 tirliyon dollara 
yaxinlaşir  ki,  bunun  da  52%-i  ixracın  və  48%-i  idxalın  payına  düşür.  Bu  iqtisadi-ticarət 
əlaqələrinin ən xarakterik cəhəti ondan ibarətdir ki, əgər əvvəllər dünya bazarında ölkələr 
əksər  hallarda  xammalla  ticarət  edirdilərsə,  hazırda  beynəlxalq  ticarətin  75-76%-ini  emal 
olunmuş və hazır məhsullar, habelə yarım fabrikatlar təşkil edir.  
Müasir dünyanın  yüksək  inkişaf etmiş  bir qurup ölkəsi  arasında  ABŞ ümumi daxili 
məhsulunun  həcminə  (14  trliyon  dollar)  görə  və  xarici  ticarət  dovriyyəsinin  həcminə  (3 
trilyon  dollardan  artıq)  görə  dünyada  birinci  yeri  tutur.  Başqa  sözlə  ABŞ  hazırda  dünya 
məhsulu və xidmətlərinin 16-18%-ini verir, beynəlxalq iqtisadi-ticari əlaqələrinin l0-12%-i 
onun  payına  düşür.  Lakin  ABŞ-ın  dünya  ticarət  dövriyyəsindəki  payı  mütləq  rəqəmlərlə 
dinamik  sürətdə  artsa  da,  xüsusi  çəki  etibarıilə  aşağıya  düşməyə  doğru  meyl  edir.  Eyni 
zamanda  son  dövürlərdə  ABŞ-ın  xarici  ticarət  dövriyyəsində  idxal  məhsulları  ixrac 
məhsullarından çox olduğundan, xarici ticarət balansı kəsrlə (mənfi saldo) başa çatır. ABŞ-
ın  ixrac  məhsulları  arasında  kimyəvi  maddələr,  yarımkeçiricilər,  uzun  müddətli  mallar, 
kompüterlər,  energetika  avadanlıqları,  təyyarələr  və  sair  əsas  yer  tutur.  Başqa  ölkələrdən 
ABŞ-a  gətirilən  mallar  içərisində  neft  məhsulları,  avtomobillər,  məişət  cihazları,  paltar, 
dəmir,  polad  üstünlük  təşkil  edir.  ABŞ-ın  iqtisadi-ticarət  tərəfdaşları  arasında  Kanada, 
Qərbi  Avropa  dövlətləri,  Yaponiya,  Çin,  Cənubi  Amerika  və  Ərəb  ölkələri  mühüm  yer 
tuturlar.  Dünya  sosializm  sistemi  dağıldıqdan  sonra  meydana  çıxmış  yeni  müstəqil 
dövlətlər, o cümlədən Azərbaycan Respublikası ilə ABŞ-ın iqtisadi ticarət əlaqələri sürətlə 
inkişaf edib genişlənməkdədir. Müxəlif ölkələrin, o cümlədən də ABŞ-ın beynəlxalq əmək 
bölgüsünün  səmərəliliyi  əsasında  xarici  iqtisadi-ticarət  əlaqələrinin  mütləq  və  nisbi 
faydalılığı prinsipi aşağıdakı amillərlə şərtlənir.  
 
yerli təbii sərvətlərin məhdudluğu,  
 
coğrafi iqlim şəraitinin əlverişliliyi,  
 
əhalinin peşə ixtisas səviyyəsinin müxtəlifliyi;  
 
obyektiv-subyektiv 
səbəblərlə 
bağlı, 
konkret 
məhsul-xidmətlərin 
istehsal 
xərclərinin xeyli fərqli olması;  
 
insanların tələblərinin müxtəlifliyi, zövqlərinin dəyişkənliyi, imkanlarının fərqli və 
kifayət qədər yüksək olması.  
Ümumdünya  Ticarət  Təşkilatı  (ÜTT)  üzvü  olan  və  onun  ölkələr  arasında  sərbəst 
iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi prinsiplərini qəbul etmiş ABŞ, lazım gəldikdə 
bu  sahədə  himayədarlıq,  məhdudlaşdırıcı  tədbirlər,  hətta  qadağan  siyasətindən  də  istifadə 
edir.  Dövlət  orqanlarının  ölkənin  sərbəst  (azad)  ticarət  əlaqələrinə  qarışması,  yaxud 
müdaxiləsi  bir  neçə  istiqamətdə  həyata  keçirilir.  Əvvələn  himayədarlıq  (proteksionizm) 
siyasəti  yeridilərək,  idxal  olunan  mallara  yüksək  gömrük  rüsumları  qoyulur  və  bu  yolla 
onların  daxili  bazara  gətirilməsi  məhdudlaşdırılır  ki,  ölkə  (yerli)  istehsalçıları  xarici 
rəqabət  mübarizəsindən  qorunsunlar.  Sonra,  idxal  kvotası  vasitəsilə  ölkəyə  gətirilən 
müxtəlif  təyinatlı  məhsullara  miqdar  (kəmiyyət)  və  qiymət  (dəyər)  baxımından  müəyyən 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə