İqtisadi nəzəriyyə
ECONOMICS
68
hərəkətinin sürətləndirilməsində qiymətli kağızlar, yaxud fond bijaları mühüm rol
oynayırlar.
Deməli, korporasiyalarin üstünlükləri kimi onların daha səmərəli fəaliyyət
imkanlarını; ölkə daxilində və xaricdə geniş əlaqələr qura bilmək bacarığını; elmi-texniki
naliyyətlərdən dolğun və vaxtında istifadə etmələrini;onun səhmdarlarının məhdud
çərçivədə məsuliyyət daşıdıqlarını; korporasiyaların hüquqi bir şəxs kimi əldən-ələ
keçməsinə baxmayaraq, xeyli müddət fəaliyyət göstərmək qabiliyyətini; onu təşkil etmiş
insanlardan, hətta korporisiyanın İdarə Heyyətindən mütləq mənada asılı olmamasını qeyd
etmək lazımdır.
Eyni zamanda korporasiyanın nöqsanlarına gəldikdə, ilk növbədə orada mülkiyyətlə
onun sahibinin (mülkiyyətçinin) və mülkiyyətlə onun idarə edilməsi vəzifələrinin bir-
birindən ayrılmasıdır. Səhmdara çevrilmiş mülkiyyətçi, həm onun sahibidir, həm də
əslində öz mülkiyyətindən «uzaqdır». Doğrudur, səhmdar hüquqi cəhətdən mülkiyyətçidir,
sahibdir. Lakin faktiki sürətdə o öz mülkiyyətini idarə etmir və könüllü sürətdə müəyyən
gəlir naminə bu hüququ başqalarına vermişdir. Bu mənada səhmdara çevrilmiş
mülkiyyətçi, sanki virtual internet oyununun iştirakçısıdır.
Digər nöqsan cəhət, korporasiyanın gəlirlərindən (mənfəətindən) iki qat vergilərin
tutulmasıdır. Birinci dəfə korporasiyalar biznes-sahibkarlıq fəaliyyəti ilə məşğul olan
hüquqi şəxs kimi vergi ödəməyə məcburdurlar. İkinci dəfə isə korporasiyaların səhmlərinin
sahibləri, onlara çatan gəlirlərin müəyyən faizini, fiziki şəxslərin gəlir vergisi qaydalarına
uyğun olaraq ödəməlidirlər. Təsadüfi deyildir ki, ABŞ-da belə bir fikir geniş yayılmışdır:
«Ölümdən və vergilərdən qaçıb yayınmaq mümkün deyildir».
Müasir dünya ölkələrinin, o cümlədən də ABŞ-ın təsərrüfat həyatında bir sıra
korporasiyalar biznes-sahibkarlıq fəaliyyətinin nəhəng nümayəndələri kimi iştirak edirlər.
XXI əsrin əvvəlinə müxtəlif dövlətlərdə yerləşən dünyanın ən iri 10 korporasiyanın illik
gəlirlərinin ümumi həcmi aşağıdaki kimi olmuşdur:
Dünyanın 10 ən iri korporasiyasından 5-nin iqamətgahı ABŞ-da yerləşir və onların
illik gəlirinin həcmi bir çox ölkələrin ümumi daxili məhsulundan (ÜDM) dəfələrlə çoxdur.
Son məlumatlara görə ABŞ-da 90 korporasiyanın illik gəliri 20 milyard dolları və 187
şirkətin gəliri isə 10 milyard dolları ötür.
Korporasiyanın adı və yerləşdiyi
ölkə
Korporasiyanın illik gəliri (mlrd. dollar)
Wal-Mart (ABŞ)
247
Ceneral-Motors (ABŞ)
187
Exxson-Mobil (ABŞ)
182
Shell (İngiltərə-Hollandiya)
179
British Petroleum (İngiltərə)
179
Ford-Motor (ABŞ)
164
Daimler-Chrysler (Almaniya)
141
Tayota (Yaponiya)
132
Ceneral-Elektrik (ABŞ)
132
Mitsubishi (Yaponiya)
109
Korporasiya və iri şirkətlərin fəaliyyətlərindəki ciddi problemlərdən biri, «pirinsipal-
agenit», yeni səhmdarlarla (mülkiyyətçilərlə) menecerlər (mülkiyyəti idarə edənlər)
İqtisadi nəzəriyyə
ECONOMICS
69
arasındakı münasibətlərdə meydana çıxan ziddiyyətli məqamlardır. Mülkiyyətçiləri ilk
növbədə gəlirlərinin artması və səhmlərinin real satış-bazar qiymətlərinin yüksəlməsi
maraqlandırdığı halda, menecerləri daha nüfuzlu vəzifələr tutmaq, habelə müxtəlif yollarla
(hətta korporasiyanın, şirkətin ümumi mənafeyinə uyğun, səmərəli olmasa da) öz şəxsi
mənfəətləri düşündürür. Bu meyllər özünü bahalı ofis binalarının inşasında, onun
dəbdəbəli bəzədilməsində, əlavə israfçı xərclərə yol verilməsində göstərir. Bu məsələləri
həll etmək və «pirinsipal-agent» münasibətlərini «yumuşaltmaq» yolunda müxtəlif
variantlardan istifadə olunsa da, lakin təkcə iqtisadi deyil, eyni zamanda sosial-pisixolaji
hallarla bağlı mürəkkəb problemin aradan qaldırıldığını söyləmək çətindir.
Müasir dövrdə iri istehsal və xidmət biznesilə məşğul olan korporosiyalar təkcə ölkə
daxilində deyil, dünya miqyasında baş verən inteqrasiya, habelə qloballaşma proseslərinin
məntiqi nəticəsi kimi trans milli korparasiyalar (TMK) formasında beynalxalq aləmdə
fəaliyyət göstərməkdədirlər.
Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə hazırda dünyada 70 min TMK və
onların müxtəlif ölkələrdə çoxsaylı filialları fəliyyət göstərir. Onlar müasir dünyanın
sənaye ticarət əlaqələrinin üçdə iki hissəsinə nəzarət edirlər. ABŞ, Qərbi Avropa,
Yaponiya, Cənub-Şərqi Asiya, Afrika və Cənubi Amerikada yerləşən 500 ən iri TMK
planetin istehsal, xidmət, investisiyalar, ticarət sahələrində aparici rol oynayırlar.
8.2. ABŞ iqtisadiyyatı əsasən xüsusi (özəl) mülkiyyət münasibətləri və bu təməldə
sahibkarlıq-biznes fəaliyyətinin müxtəlif hüquqi-təşkilatı formaları üzərində qurulsa da,
müasir mərhələdə ölkənin təsərrüfat həyatı qarışıq iqtisadiyyat (mixed economy), yəni
dövlət, xüsusi, bələdiyyə, xarici investorların mülkiyyətlərinin qarşılıqlı birgə əməkdaşlığı
kimi səciyyələndirilir.
Bununla yanaşı, hazırda ABŞ iqtisadiyyatında dövlət bölməsi (public sector)
müəyyən yer tutur və onun tərkibində hərbi strateji, milli müdafiə, təhlükəsizlik xarakterli
obyektlərlə yanaşı, istehsal-xidmət təyinatlı sahələr də fəliyyət göstərir. Son statistika
məlumatlarına görə XXI əsrin əvvəllərinə ölkə iqtisadiyyatında dövlət mülkiyyətinin
xüsusi çəkisi 16-18%, ümumi daxili məhsul istehsalında isə 7-9% təşkil edir. Dövlət
orqanları ölkənin təsərrüfat həyatının iştirakçıları (subyektləri) olmaqla yanaşı, eyni
zamanda müxtəlif səviyyələrdə iqtisadiyyatın tənzimlənməsi və idarə olunması işində fəal
iştirak edirlər.
ABŞ-da dövlət hakimiyyət orqanlarının iqtisadi fəaliyyəti, federal (mərkəzi),
regional (bölgə, stat) və yerli (bələdiyyə) səviyyəsində fəal surətdə həyata keçirilir.
Ölkənin hakimiyyət orqanları və ilk növbədə ABŞ hökuməti, bazar münasibətləri iqtisadi
sisteminin səmərəli fəaliyyət göstərməsi üçün zəruri hüquqi bazanın yaradılmasına ciddi
diqqət yetirməklə yanaşı, eyni zamanda həmin qayda-qanunların həyata keçirilməsini
təmin edir. Ölkədə yaradılaraq, zaman keçdikcə təkmilləşdirilən hüquqi baza, müxtəlif
təyinatlı və həcmli (kiçik, orta, iri, nəhəng) biznes fəaliyyəti ilə məşğul olan şirkətlərin
(müəssisələrin) statusunu müəyyənləşdirir; xüsusi mülkiyyət hüququna, habelə onun
qorunmasına təminat verir; bağlanmış sazişlərin şərtlərinin vaxtında yerinə yetirilməsinə
nəzarət edir.
Deməli, rəsmi hakimiyyət orqanları ölkənin təsərüfat həyatının «oyun qaydalarını»
müəyənləşdirir, müxtəlif təyinatlı şirkətlərin çoxcəhətli əlaqələr sistemini qanunlar
çərçivəsində tənzimləyib nəzarətdə saxlayır, təchizatçılarla (ev təsərrüfatları ilə) hazır
Dostları ilə paylaş: |