İqtisadi nəzəriyyə
ECONOMICS
86
düşdüyü halda, tələbin zəif artması, qiymət dəyişkənliyinə nisbi biganəliyi, yəni tələbin
qeyri-elastikliyini göstərir.
Tələbin elastikliyi əmsalı qısamüddətli və uzunmüddətli dövrlər üçün eyni cür
olmayıb, dəyişkən xarakter daşıyır. Çünki insanlar müxtəlif məhsulları istehlak etmək və
xidmətlərdən faydalanmaq adətlərindən qısa müddət ərzində əl çəkə bilmirlər. Məsələn, çay
və kofe ilə bağlı qiymət yaxud onun kəmiyyəti problemi meydana çıxdıqda, tələbin
elastikliyini özünü göstərməsi üçün müəyyən vaxt lazımdır. Benzinlə bağlı tələbin elastikliyi,
qısamüddətli dövrə nisbətən, uzunmüddətli dövr üçün daha səciyyəvidir. Deməli, müəyyən
istisnalarla gündəlik tələbat malları ilə bağlı tələbin elastikliyi özünü qısamüddətli dövürdə
deyil, nisbətən uzunmüddətli dövrdə gösətrir. Əksinə avtomobil, mebel, televizor, kompüter
kimi məhsullar üzrə tələb elastikliyi qısamüddətli dövr üçün daha təsirli və həssasdır.
Gəlirlərlə bağlı tələbin elastiklik səviyyəsi də, qısamüddətli dövrlərdə fərqli xarakter
daşıyır. Zəruri və gündəlik tələbat mallarının gəlirlər üzrə elastiklik səviyyəsi, qısamüddətli
dövrə nisbətən uzunmüddətli dövr ərzində özünü daha dolğun şəkildə göstərəcəkdir. Əksinə,
avtomobil, ziynət şeyləri, mənzil, əntiq əşyalarla bağlı tələbin elastikliyi, əhalinin
gəlirlərindən asılı olaraq, uzunmüddətli dövrə nisbətən qısamüddıtli vaxt ərzində özünü daha
aydın şəkildə göstərəcəkdir.
Bu adi və normal proseslərlə yanaşı, insanların həyatında toy, ad günü, yubiley, təhsil,
xəstəlik, matəm kimi hadisələrlə bağlı elə anlar olur ki, qiymət, habelə gəlir səviyyəsindən
asılı olmayaraq, həmin məsələləri hökmən həll etmək lazım gəlir. Bu halda tələbin elastiklik
əmsalı sıfıra bərabər olur. Tələbin elastikliyinin əsas formaları aşağıdakı cədvəldə
verilmişdir.
Tələb elastikliyinin əsas formaları
Elastikliyin əsas
formaları
Elastiklik dərəcəsi,
səviyyəsi
Satışdan əldə
olunan məbləğ
Əmtəə-xidmətlərinin
qiyməti
Mütləq elastik tələb
ə ə
=X
Artır
Qiymət tələbdən asılı
deyildir
Elastik tələb
ə ə
>1
Artır
–
Vahid elastiklik
ə ə
=1
Dəyişmir
Qiymət dəyişmir
Qeyri-elastik tələb
ə ə
<1
Azalır
Qiymət aşağı düşür
Mütləq qeyri-elastik
tələb
ə ə
=0
Artır
Tələb qiymətdən asılı
deyildir
Tələbin elastikliyi
Q
iym
ət
P
0
Q
Tələb
Tələbin
qeyri-elastikliyi
Q
iym
ət
P
0
Q
Tələb
İqtisadi nəzəriyyə
ECONOMICS
87
Tələbin elastikliyinin dəyişmə səviyyəsi özünü 3 istiqamətdə göstərə bilər:
a) Zəif elastiklik o deməkdir ki, əmtəə-xidmətlərin qiymətinin artmasına baxmayaraq,
onların şatış həcmi az və zəif dəyişir. Məsələn, çörək, şəkər, duz və digər gündəlik tələbat
məhsullarının
qiymətinin
bahalaşmasına
baxmayaraq,
insanlar
həmin
qrup
məhsullarından yenə də əvvəlki həcmdə, yaxud az dəyişikliklərlə istifadə edəcəklərindən,
bu halda tələbin elastik səviyyəsinin həssaslığı, reaksiyası zəif olacaqdır. Eyni zamanda
soyuducunun, məişət texnikasının, xəz paltonun, billur qab-qacağın qiymətinin aşağı
düşməsi heç də o demək deyildir ki, bunların satışı hökmən xeyli artacaqdır. Əlbəttə,
müəyyən zəif artımın olması mümkün və gözləniləndir. Lakin əhalinin gəlirləri, həyat
səviyyəsi, alıcılıq qabiliyyəti, zövqü kimi kompleks şərtlərlə bağlı olan bu məsələdə
kəsgin dönüş, yaxud tələbin elastiklik səviyyəsində böyük dəyişikliklər baş verəcəyini
gözləmək, şübhəsiz çətindir.
b) Orta, aralıq elastiklik elə əmtəə-xidmətlərə aid edilir ki, həmin məhsulların potensial
əvəzləyiciləri olur. Məsələn, bazarda qiymətlərin enib-qalxmasından asılı olaraq, alıcıların
kərə yağını bitgi mənşəli yağlarla, kofeni çayla, paltaryuyucu tozun bir növünü başqasıyla
əvəzləməsi tamamilə mümkündür. Bu zaman tələbin elastik səviyyəsinin dəyişkənliyi və
həssaslığı özünü orta, yaxud aralıq bir həddə göstərir.
c) Sürətli, kəsgin elastiklik, müəyyən qrup əmtəə-xidmətlərin (qara kürünün, qızılın, xəz
məmulatlarının, dərmanların, bəzi içgi növlərinin, xaricdən gətirilən məhsulların)
qiymətlərinin obyektiv-subyektiv səbəblərlə bağlı əhəmiyyətli dərəcədə yüksəlməsi,
yaxud həmin məhsulların istehsalının ixtisarı nəticəsində çatışmazlığın (defisitin)
yaranmasıdır. Təbiidir ki, daxili və beynəlxalq bazarda yaranan belə hallarda, satış
qiymətlərində baş verən kəsgin dəyişikliklər təklifin elastiklik həssaslığına güclü təsir
göstərir.
İqtisadi nəzəriyyədə tələbin qiymətlə bağlı elastikliyinin təhlilində, müəyyən bir
nöqtədə kəsişmə və qövsvari əyri üsullarından istifadə olunur. Birinci halda, qiymətin zəif
dəyişməsi qısa bir dövr ərzində onun tələblə müəyyən bir nöqtədə kəsişməsini nəzərdə tutur.
İkinci halda isə qiymətin kəsgin dəyişməsi nəticəsində, tələbin nisbətən orta və
uzunmüddətli dövr ərzində müəyyən qövs şəklində hərəkət istiqaməti nəzərdə tutulur.
Qiymətlə əlaqədar tələb-təklifdə baş verən enib-qalxmalar nəticəsində elastikliyin
dəyişməsi ümumi daxili məhsulun həcmi, məşğulluq-işsizlik, inflyasiya kimi səbəblərə
bağlıdırsa, bu endogen (daxili) asılılıq adlandırılır. Həmin dəyişikliklər müharibə,
beynəlxalq aləmdəki siyasi-iqtisadi proseslər, inqilabi hadisələrlə bağlıdırsa, o zaman bu
ekzogen (xarici) amillərlə bağlı asılılıq kimi qiymətləndinilir.
10.6. İqtisadi nəzəriyyənin mühüm anlayışlarından biri sayılan təklif də elastik olub,
bazarda qiymətlərin vaxtaşırı enib-qalxmasına uyğun surətdə onun həcmi gah artır, gah da
azalır. Doğrudur, iqtisadi inkişafın və müxtəlif təyinatlı şirkətlərin, ev təsərrüfatlarının,
müəssisələrin, korporasiyaların məqsədi istehsal-xidmət sahələrinin yüksəlişi əsasında
mənfəət əldə etmək olsa da, bazar mexanizminin tərkib hissələri sayılan tələb-təklif, qiymət,
rəqabət mübarizəsi prinsiplərinin qarşılıqlı əlaqəsi və ziddiyyətli təsir gücü özünü həmişə
göstərir.
Təklifin qiymətlə bağlı elastikliyi, yəni qiymətin artıb-azalması nəticəsində təklifin
dəyişməsi prosesi, aşağıdakı kimi ifadə olunur:
1>
Dostları ilə paylaş: |