Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə39/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
82
 
 
əmtəə-xidmətlərdən  daha  çox  əldə  etməyə  imkan  yaradır.  İkinci  halda,  qiymətlərin 
yüksəlməsi  və bahalaşma şəraitində alıcılar daha ucuz olan əvəzedici əmtəə-xidmətlər əldə 
etməyə üstünlük verirlər.  
 
10.2.  İqtisadi  nəzəriyyənin  əsas  anlayışlardan  biri  olan  təklif,  müəyyən  dövr  ərzində 
bazarda  olan,  yaxud  bazara  çıxarıla  bilən  (yolda  olan,  anbarlarda  saxlanılan)  əmtəələrin-
xidmətlərin kəmiyyəti (həcmi, miqdarı), yaxud pul ifadəsində dəyəridir.  
Bazarın tələbə əks qütbünü təşkil edən təklif anlayışı, öz məzmunu və xarakterinə görə 
dinamik  hərəkətdə  olur.  İstehsal  və  xidmət  dairəsi  ilə  sıx  bağlı  olan  təklif,  eyni  zamanda 
onlardan  xeyli  dərəcədə  fərqlənir.  İstehsal  prosesi  maddi  nemətlərin  hazırlanması  ilə 
bilavasitə  bağlı  olduğu  halda,  təklif  əmtəə-xidmətlərinin  mübadiləsi,  satışı,  reallaşdırılması 
münasibətlərini əks etdirir.  
Qeyd  etmək  zəruridir  ki,  təklif  öz  həcmi  etibarilə  normal  bazar  münasibətləri 
şəraitində,  adətən  istehsal  həcmindən  aşağı  olur.  Buna  səbəb,  ölkədə  istehsal  olunmuş 
məhsulların  təkcə  daxili  bazarda  deyil,  eyni  zamanda  xarici  bazarda  satışı  yaxud  digər 
dövlətlərə ixracıdır.  
Təklif həmişə bazarın maddi əsası rolunu oynamışdır. Tarixən təklif öz təyinatına görə 
həm  daxili,  həm  də  beynəlxalq  bazarın  müxtəlif  növ  və  çeşdli  əmtəə-xidmətlərə  artan 
tələblərinin mənbəyi hesab olunmuşdur. Eyni zamanda təklif, istehsalın ayrı-ayrı sahələrinin 
daha  da  inkişaf  edib  genişlənməsinə,  yeni  texnika  və  mütərəqqi  texnologiyaların  tətbiqinə, 
insanlarının  zövqlərinin  formalaşmasına  güclü  təsir  göstərir.  Məlumdur  ki,  cəmiyyətin 
müəyyən bir ehtiyacı, elmi-texniki tərəqqinin yüksəlişinə təkan verir və həmin nailiyyətlərin 
nəticəsində  yaradılıb  hazırlanmış  əmtəə-xidmətlər  alıcılara  təklif  olunur.  Təklifin 
formalaşmasına 2 qrup amillər – qiymət və qeyri-qiymət amilləri təsir göstərir. Qeyri-qiymət 
amillərinə  istehsalın  texnika-texnologiyasındakı  yeniliklər,  məhsulun  hazırlanmasına  sərf 
olunan  resursların  qiymətinin  enib-qalxması,  dövlətin  vergi-gömrük  siyasəti,  məhsul-
xidmətlərin  reallaşdırılmasında  çalışanların  sayı,  məhsulun  qiyməti  ilə  bağlı  perspektiv 
gözləmələr  aiddir.  Bu  qeyri-qiymət  amillərinin  hər  biri  ayrılıqda  və  müəyyən  hallarda 
kompleks şəkildə, bazarda təklifin dəyişməsinə, bəzən onun artmasına, bəzən də azalmasına 
səbəb olur.  
Təklif qanununa görə başqa şərtlər dəyişməz qaldıqda, bazarda əmtəə və xidmətlərin 
qiyməti artmağa doğru meyl edərsə, o zaman təklif çoxalacaqdır. Əksinə, istehsal və xidmət 
dairəsində digər şərtlər dəyişməz qaldıqda, qiymətlər aşağıya (enməyə) doğru meyl edərsə, o 
zaman  təklif  azalacaqdır.  Deməli,  bazarda  qiymətlərin  enib-qalxması  prosesi  ilə,  əmtəə-
xidmətlərin  təklifi  arasında  düz  mütənasiblik  vardır.  Qiymətlərin  tədricən  yüksəlməsi 
istehsalçıları  həvəsləndirir,  yeni  iş  yerləri  açılır,  əmtəə-xidmətlərinin  həcmi  əhəmiyyətli 
dərəcədə  çoxalır.  Bu  mənada,  ölkədə  qiymətlərin  səviyyəsi  ilə  əmtəə-xidmət  dairəsinin 
inkişafı arasında düz mütənasiblik prinsipi fəaliyyət göstərir.  
 
10.3.  Bazar  münasibətləri  iqtisadi  sistemində  tələblə-təklifin  bir-birinə  nisbəti  və 
qarşılıqlı səviyyəsi əks qüvvələri xatırladır. Maraqlıdır ki, qarşı-qarşıya duran bu qüvvələrin 
nisbəti obyektiv və subyektiv səbəblərlə bağlı həmişə dəyişir. Təbii olaraq qiymət, rəqabət, 
resurslar  bazarındakı  vəziyyət,  beynəlxalq  miqyasda  cərəyan  edən  siyasi-ictimai  proseslər, 
nəhayət  müharibə  və  təbii  fəlakətlər  nəticəsində  bazarda  tələblə-təklifin  nisbətinin 
dəyişkənliyi konkret reallıq kimi qəbul olunur. Lakin nəzəri və əməli cəhətdən mümkündür 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
83
 
 


Tələb – təklif (ədəd, ton, metr) 




10 
Q
iym
ət


(do
ll
ar

m
an
at

avro)
 

ki,  istehsalçıların  bazarda  satmaq  (reallaşdırmaq)  istədikləri  əmtəə-xidmətlərin  həcmi   
qiyməti ilə alıcıların (istehlakçıların) əldə etmək istədikləri məhsul-xidmətlərin kəmiyyəti və 
qiyməti bir-birinə uyğun olsun. Şübhəsiz bu uyğunluq mütləq bərabərlik kimi deyil, tələblə-
təklifin nisbi və mümkün tarazlığı mənasında başa düşülməlidir. Aydındır ki, belə bir tarazlıq 
şəraitində  bir-birinə  qarşı  duran  bütün  kənar  bazar  amillərinin,  qüvvələrinin  təsiri  sanki 
«heçə enir» və tələblə təklif arasında uyğunluq (tarazlıq) meydana çıxır. Belə bir vəziyyətdə 
əmtəələrin-xidmətlərin real bazar qiyməti, tarazlıq qiymətinə bərabər olur. Eyni zamanda bu 
nisbi tarazlığın hər an pozulması imkanı, XXI əsrin ilk onilliyində daxili və xarici bazarlarda 
neft-qaz, ərzaq məhsulları, qiymətli metalların timsalında özünü göstərməkdədir.  
Bazar münasibətləri şəraitində hər şey dəyər-qiymət meyarları  ilə ölçülməyə  başlayır 
və satışla  yekunlaşır. Ümumiyyətlə qiymət amilinin düzgün formalaşması  və coxcəhətli bir 
hadisə kimi onun tələblərinə dəqiq əməl olunması, bütövlükdə sağlam iqtisadiyyatın normal 
fəaliyyəti, habelə dayanaqlı inkişafında mühüm rol oynayır. Bazar münasibətləri sistemində, 
alıcı  ilə  satıcı,  sahibkarlarla  (mülkiyyətçilərlə)  icarədarlar,  şirkətlərlə  şirkətlər,  dövlətlə 
müəssisələr,  dövlətlə  əhali,  bankla  müştərilər  arasındakı  çoxcəhətli  əlaqələr,  qiymətlərlə 
tənzimlənir.  
Bazara  çıxarılan  hər  bir  əmtəə  və  göstərilən  müxtəlif  təyinatlı  xidmətlər,  müəyyən 
hallar  istisna  olmaqla,  adətən  tələb-təklifin  təsiri  altında  formalaşan  real  bazar  qiymətinə 
uyğun  satılır.  Bu  mənada  bazar  qiyməti  orada  satılan  hər  hansı  bir  əmtəənin,  yaxud 
göstərilən xidmətin, həmin konkret şərait üçün normal və optimal qiymətidir.  
Obyektiv-subyektiv səbəblərlə bağlı əmtəə və xidmətlər öz həqiqi dəyərindən 
(qiymətindən) baha, yaxud ucuz satıla bilər. Əgər məhsul-xidmətlər bazarda yaranan tələb 
nəticəsində öz dəyərindən baha qiymətə (P+p) satılarsa, bu hal istehsalçının (satıcının) bazar 
üstünlüyünü göstərərək, təklif qiyməti adlanacaqdır. Bəzən buna «tavan» qiyməti də deyilir.  
 
Bazarda təklif olunan əmtəə-xidmətlərin 
həcmi alıcıların real tələbindən çox olarsa, 
təbiidir ki, onların qiyməti bazardakı konkret 
tələb əsasında müəyyənləşəcəkdir. Bu isə 
alıcının üstünlüyünü göstərərək, tələb qiyməti 
kimi səciyyələnəcəkdir. Bəzən buna «döşəmə» 
qiyməti deyilir.  
Bazar 
qiymətinin 
formalaşmasının 
başlıca  amili,  şübhəsiz  tələb  və  təklif  olsa  da, 
lakin  bu  proses  çoxamilli  olub,  istehsal 
xərcləri, 
əmtəə-xidmətlərin 
keyfiyyət 
göstəriciləri, 
əhalinin 
gəlirləri, 
alıcılıq 
qabiliyyəti, reklam təbliğatı,  mövsümilik,  müxtəlif gözləmələrlə də bağlıdır. Lakin bazarda 
müxtəlif səbəblərlə bilavasitə, yaxud dolayı yollarla bağlı ayrı-ayrı amillərin təsiri altında baş 
verən  qiymət  enib-qalxmaları  nəzərə  alınmazsa,  orada  tələblə-təklifin  nisbi  bərabərliyi 
prinsipi əsasında tarazlıq qiyməti formalaşır.  
Tarazlıq  qiyməti  dedikdə,  müəyyən  bir  vaxt  (ay,  rüb,  il)  ərzində,  mövcud  qiymətlər 
təməlində, əmtəə-xidmətlər təklifinin ümumi həcmi  və konkret çeşidi  ilə həmin  məhsullara 
olan  alıcı  tələbi  arasındakı  müəyyən  uyğunluq  başa  düşülür.  Həmin  asılılığı  qrafik  sxem 
şəklində belə göstərmək olar.  


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə