Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə37/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
77
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mikroiqtisadiyyat  
(ikinci bölmə) 
 
 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
78
 
 
 
Mövzu 9. Kursun məqsədi, vəzifələri və quruluşu 
 
9.1  Mikroiqtisadiyyatın məqsədi və mahiyyəti 
9.2  Mikroiqtisadi nəzəriyyənin vəzifələri 
9.3  Mikroiqtisadiyyat kursunun quruluşu 
 
9.1.  Mikroiqtisadiyyat  –  müasir  iqtisadi  nəzəriyyənin  (economicsin)  mühüm  tərkib 
hissələrindən və bölmələrindən biridir. «Mikro» yunan dilindən götürülmüşdür və kiçik, xırda, 
ilkin  mənasında  işlədilir.  Ayrı-ayrı  şirkət,  müəssisə,  təsərrüfat  birlikləri  nə  qədər  iri,  hətta 
nəhəg  olsalar  da,  lakin  ölkənin  milli  iqtisadiyyatı  çərçivəsində  onlar  böyük  bir  təsərrüfat 
kompleksinin  kiçik  hissələri,  sanki  canlı  orqanizmin  «hüceyrələri»  səviyyəsində  fəaliyyət 
göstərirlər.  
Mikroiqtisadiyyat,  istehsal-xidmət dairəsinin  müxtəlif təyinatlı təsərrüfat subyektlərinin 
timsalında,  onların  iqtisadi  fəaliyyətinin  öyrənilməsi,  hərtərəfli  təhlili,  işin  təşkilinin 
yaxşılaşdırılması və səmərəliliyinin yüksəldilməsi yollarının araşdırılması ilə məşğul olur.  
İqtisadi  fəaliyyətin  başlanğıc  nöqtəsi  və  özəyi  sayılan  ev  təsərrüfatları,  şirkətlər, 
müəssisələr, koporasiyalarda istehsalın səmərəli aparılması haqqında qərarlar qəbul olunması, 
nisbətən az xərclə yüksək keyfiyyətli məhsullar hazırlanması, xidmətlər göstərilməsi əsasında 
daha  çox  mənfəət  əldə  edilməsi,  mikroiqtisadiyyatın  mahiyyətini  təşkil  edir.  Ona  görə  də 
mikroiqtisadi  təhlildə  tələb-təklif,  istehsal  xərcləri,  qiymət,  mənfəət,  əmək  haqqı,  alıcı 
davranışı, bazar rəqabəti və onun müxtəlif formaları, ümumi tarazlıq, habelə iqtisadi sistemin 
konkret  subyektlərinin-obyektlərinin  fəaliyyəti  ilə  bağlı  məsələlərə  daha  dərindən  diqqət 
yetirilir.  
Mikroiqtisadiyyat  ilk  növbədə  bazar  münasibətləri  iqtisadi  sistemi  şəraitində,  orada 
fəaliyyət  göstərən  təsərrüfat  subyektləri  arasında  istehsal,  bölgü,  mübadilə  və  istehlak 
münasibətlərini  öyrənir.  Eyni  zamanda  mikroiqtisadiyyat  dövlət  və  hakimiyyət  orqanları  ilə 
istehsalçılar,  sahibkarlar,  işgüzar-biznes  fəaliyyətilə  məşğul  olanlar  arasındakı  münasibətləri 
öyrənir.  
İqtisadi nəzəriyyənin tərkib hissəsi kimi mikroiqtisadiyyat da, insanlar arasında istehsal 
prosesində  formalaşan  və  həyata  keçirilən  istehsal  münasibətlərini  öyrənir.  Bununla  yanaşı 
iqtisadi  proseslərə  və  münasibətlərə  yanaşmada,  mikroiqtisadi  təhlil,  iqtisadi  resursların 
məhdudluğu,  habelə  onlardan  daha  səmərəli  istifadə  olunması  problemlərinə  üstünlük 
verir.  
Bu  mənada  makroiqtisadiyyat,  mülkiyyət  hüququ  (istifadəçisi)  əsasında  sahibkarlarla 
(prinsipal)  işçilər  (agent)  arasındakı;  rəqabət  mübarizəsi  əsasında  sahibkarlıq  fəaliyyəti  ilə 
məşğul olanların özləri arasındakı; tələblə-təklifin dəyişkən nisbəti əsasında formalaşan bazar 
qiymətlərinə  uyğun  alıcılarla  satıcılar  arasındakı  münasibətləri  tədqiq  edir;  müəyyən 
ümumiləşdirmələr aparır; real vəziyyətin təkmilləşdirilməsi istiqamətində praktik məsləhətlər, 
əməli tövsiyyələr verir.  
Mikroiqtisadiyyatın ayrı-ayrı problemləri vaxtilə A.Smit, D.Rikardo, J.Sey, C.Mill kimi 
klassik  iqtisadi  nəzəriyyə  məktəbinin görkəmli  nümayəndələrinin  əsərlərində  irəli sürülsə  də, 
lakin  onun  müasir  iqtisadi  nəzəriyyənin  tərkib  hissəsi  və  mühüm  bir  bölməsi  kimi 
formalaşması  prosesi,  şübhəsiz  XIX  əsrin  ikinci  yarısından  başlayaraq,  bu  sahədə  öz 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
79
 
 
tədqiqatları  ilə  seçilən  T.Hossenin,  K.Mengerin,  A.Marşallin,  L.Valrasın,  V.Paretonun  adları 
ilə bağlıdır.  
İqtisadi  nəzəriyyənin  müşahidə,  müqayisəlik, ümumiləşdirmə, pozitiv,  normativ, qrafik 
təsvirlər, sxemlər, cədvəllər kimi metod və yanaşma üsullarından mikroiqtisadiyya-tın müxtəlif 
problemlərinin,  konkret  məsələlərinin  izahı,  habelə  tədqiqində  geniş  istifadə  olunur.  Pozitiv 
analiz mikroiqtisadi proseslərin real təsvirini və onların ümumiləşdirilmə-sini öyrəndiyi halda, 
normativ analiz iqtisadi proseslərin, hadisələrin necə inkişaf etməli olması sualına cavab verir. 
Maraqlıdır  ki,  cəmiyyətin  iqtisadi  həyatında  və  müxtəlif  təyinatlı  şirkətlərin  təsərrüfat 
fəaliyyətində  baş  verən  proseslərin  pozitiv  mövqedən  təhlili  o  qədər  də  ciddi  mübahisələr 
doğurmasa da, lakin bu proseslərin necə davam etməli olacağı haqqındakı fikirlər həmişə bir-
birindən xeyli fərqlənmişdir.  
Məsələn,  ölkədə  enerji  daşıyıcılarının  yaxud  taxıl  məmulatlarının  qiymətlərinin 
artırılması zərurəti meydana çıxdıqda, bu iqtisadi siyasət xətti tədbirinin yaradacağı müsbət və 
mənfi  cəhətlər  hərtərəfli  düşünülməlidir.  Çünki  qiymətlər  və  vergi  dərəcələrindəki  enib-
qalxmalar  həmişə  mikroiqtisadiyyatın  obyektlərinin,  subyektlərinin  təsarrufat  fəaliyyətinə  öz 
təsirini  bilavasitə,  yaxud  dolayı  yollarla  göstərmiş  olur.  Təsadüfi  deyildir  ki,  bəzən 
mikroiqtisadiyyatı  şirkətlər  və  qiymətlər  nəzəriyyəsi  kimi  səciyyələndirirlər.  Milli 
iqtisadiyyatın  hər  hansı  bir  sahəsində  baş  verən  kəmiyyət  və  keyfiyyət  dəyişiklikləri,  bu 
proseslərin  qiymətlər  vasitəsilə  tələb-təklifdəki  enib-qalxmaları,  tez-gec  öz  təsirini  iqtisadi 
sistemin  başqa  sahələrində  də  göstərəcəkdir.  Ona  görə  də  iqtisadi  siyasət  xəttinin,  məsələn 
enerji  daşıyıcılarının  və  taxıl  məmulatlarının  qiymətlərinin  artırılması,  həmin  məhsulların 
ölkəyə  idxalına  qoyulmuş gömrük  vergilərinin  azaldılması tədbirləri  ilə əlaqəli  aparılmalıdır. 
Belə bir iqtisadi siyasət xətti isə cəmiyyət miqyasında iqtisadi səmərəliliklə sosial ədalətliliyin 
düzgün nisbətinin müəyyənləşdirilməsinin optimal variantı kimi qiymətləndirilə bilər.  
Bu mənada məşhur ingilis iqtisadçısı Ç.K.Keynisin belə bir fikri olduqca aktual səslənir 
ki,  iqtisadi  nəzəriyyə  və  onun  tərkib  hissəsi  sayılan  mikroiqtisadı  təhlil  insanların  iqtisadi 
təfəkkürünün  formalaşmasına,  onların  məqsədyönlü  təsərrüfat  fəaliyyətlərinə,  habelə  konkret 
iqtisadi qərarlar qəbul etmələri ilə davranışlarına, şübhəsiz fəal təsir göstərir.  
Lakin  unutmaq olmaz ki,  iqtisadi  nəzəriyyənin  istər  mikro,  istərsə də  makro bölmələri 
istehsalın,  xidmət  dairəsinin,  tələb-təklifin  cari  məsələlərinin  həlli  üçün  hazır  tövsiyyələr 
vermir. İqtisadi nəzəriyyə bu proseslərin ümumi inkişafının və səmərəliliyinin nəzəri əsaslarını 
işləyib hazırlayır. Deməli, «iqtisadi nəzəriyyə bilavasitə təsarrüfat siyasətində tətbiq olunmaq 
üçün  hazır  tövsiyyələr  toplusu  deyil,  metodoloji  bir  elmdir,  ...  intelektual  alətdir,  təfəkkürün 
texnikasıdır.»  Yalniz  bu  elmə  mükəmməl  yiyələnənlər,  mürəkkəb  iqtisadi-sosial  problemlərə 
düzgün yanaşıb, onları həll edə bilərlər.  
 
9.2.  Mikroiqtisadiyyat,  cəmiyyətin  təsərrüfatı  həyatının  və  insan  fəaliyyətinin  əməklə 
bağlı  ilk  tətbiq,  habelə  çıxış  nöqtəsi  sayılan  ev  təsərrüfatlarını,  şirkətləri,  müəssisələri 
korporasiyaları hərtərəfli öyrənib təhlil edərkən, əsasən aşağıdakı vəzifələri yerinə yetirir.  
Birincisi,  mikroiqtisadiyyat  konkret  təsərrüfat  vahidlərinin  iqtisadi  fəaliyyətini,  başqa 
sözlə makroiqtisadi mənada bütövlükdə iqtisadiyyatı (obrazlı desək – «meşəni») deyil, həmin 
sistemin ayrı-ayrı obyektlərini («ağaclarnı») öyrənir.  
İkincisi, cəmiyyətin və insanların tələbatlarının sonsuzluğu, iqtisadi resursların isə nisbi 
məhdudluğu şəraitində, istehsal amillərindən (torpaq, əmək kapital, sahibkarlıq fəaliyyəti) daha 
səmərəli istifadə olunması yollarını müəyyənləşdirir.  


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə