Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə31/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
64
 
 
 
Mövzu 8.  ABŞ iqtisadiyyatinda xüsusi (özəl) və dövlət 
bölmələrinin fəaliyyəti 
 
8.1  Xüsusi sahibkarlıq fəaliyyəti və onun formaları 
8.2  ABŞ iqtisadiyyatında dövlət bölməsi və hakimiyyət orqanları 
8.3  Maliyyə və vergi orqanlarının fəaliyyəti 
8.4  ABŞ-ın beynəlxalq iqtisadi-ticarət əlaqələri 
 
8.1. Bazar münasibətləri iqtisadi sistemi sahibkarlıq fəaliyyəti ilə six bağlı olub, onun 
fərqləndirici  xüsusiyyətlərindən  biridir.  Xüsusi  mülkiyyətə,  tələb-təklif  prinsiplərinə, 
sərbəst iqtisadi fəaliyyətə, dəyişkən bazar qiymətlərinə, rəqabət mübarizəsinə əsaslanan bir 
iqtisadi  sistemdə  sahibkarliq  fəaliyyəti,  onun  hüquqi  bazasinin  fomalaşması,  təşkilat-
quruluş  müxtəlifliyi,  habelə  rastlaşdıqları  ayrı-ayrı  problemlərin  hakimiyyət  orqanları 
səviyyəsində həlli, mühüm əhəmiyyətə malikdir.  
Elmi-nəzəri  baxımdan sahibkar bazar rəqabəti  mühitində  yaradıcı  iqtisadi, təşkilati, 
idarəetmə qabiliyyətlərinə malik, ən mürəkkəb və çətin vəziyyətlərdə belə düzgün qərarlar 
qəbul  edən,  ağıllı  risk  etməyi  bacaran  təşəbbüskar  iş  adamıdır.  Cəmiyyətdə  sahibkarlıq 
fəaliyyətini  müəyyən  cəhətlərinə  hələ  çox  qədim  vaxtlardan  rast  gəlinsə  də,  lakin  insan 
fəaliyyətinin  bu  təsərrüfatçılıq  növü  (formasi,  tipi),  bəşəriyyət  tarixində  üçüncü  əmək 
bölgüsünün yaranmasi ilə bağlı olub, tacirlər təbəqəsinin meydana çıxmasıyla əlaqədardır. 
Bu  mənada  sahibkarlıq  xüsusi  bir  iqtisadi  fəaliyyət  sahəsi  kimi  müxtəlif  təyinatlı  əmtəə-
xidmətlər bazarında tələblə-təklif arasında tarazlıq yaradılması işinə xidmət edir.  
Sahibkarlıq fəaliyyətinin obyekti – müxtəlif təyinatlı əmtəələrin istehsalı, xidmətlərin 
göstərilməsi  və  onların  satışıdır.  Bu  geniş  fəaliyyət  növünün  konkret  obyekti  avtomobil 
istehsalından başlamış meyvə-tərəvəz yetişdirilməsinə qədər və bank-sığorta xidmətindən, 
gözəllik salonuna, əyləncə mərkəzlarinə, internet klublarına kimi müxtəlif sahələr ola bilər.  
Bazar  münasibətləri  sistemində  insanların  müxtəlif  təsərrüfatçılıq  fəaliyyəti  ilə 
sərbəst  məşğul  olmaq  hüququ  təmin  edildiyindən,  rəsmi  sürətdə  müəyyənləşdirilmiş 
qayda-qanunlara  («iqtisadi  oyun»  prinsiplərinə)  əməl  edən  hər  bir  şəxs  sahibkarlığın 
subyekti  sayıla  bilər.  Şübhəsiz,  bu  hüquq  müəyyən  məsuliyyət,  səriştə,  bacarıq,  maliyyə 
imkanları  ilə  birləşdikdə  konkret  səmərəli  iqtisadi  nəticələr  verə  bilər.  Mütəxəssislərin 
fikrincə,  hər 100  nəfərdən  yalnız 5-7 nəfəri əsl  biznes-sahibkarlıq  fəaliyyəti qabiliyyətinə 
malik olurlar. Bu mənada sahibkarlıq fəaliyyəti də bir istedaddır.  
Müasir  dövrdə  sahibkarlığın  müxtəlif  formaları  vardır.  Bu  formalar  ilk  növbədə 
fəaliyyət növünə (istehsal, xidmət), mükiyyətə (xüsusi, dövlət, bələdiyyə, qarışıq), istehsal 
həcminə  (kiçik,  orta,  iri,  nəhəng)  görə  bir-birindən  fərqlənirlər.  Bu  fərqlənmə 
meyarlarından  asılı  olmayaraq,  sahibkalığın  bütün  formalarının  təşkilati-iqtisadi  forması 
müəssiələridir,  şirkətlərdir,  iri  birliklərdir.  Onların  əsas  məqsədi  və  fəaliyyətlərinin 
hərəkətverici qüvvəsi (motivi), yüksək mənfəət əldə etməkdir.  
Ayrı-ayrı  ölkələrin  malik  olduqları  təbii  sərvətlərdən,  iqtisadi  resurs  imkanlarından, 
keçdikləri  tarixi  təkamül  yolunun  özünəməxsus  xüsusiyyətlərindən,  çatdıqları  sosial-
iqtisadi  inkişaf  səviyyəsindən,  əhalisinin  peşə-ixtisas  istiqamətindən,  adət-ənənələrindən, 
milli  mentalitetindən  asılı  olaraq,  təbiidir  ki,  çoxcəhətli  sahibkalrlıq  fəaliyyətinin 
növlərinin təsərrüfat həyatında tutduğu mövqe və oynadiğı rol xeyli fərqli formalaşmışdır.  


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
65
 
 
Dünyanın  yüksək  inkişaf  etmiş  dövlətlərində  iri  və  nəhəng  biznes-sahibkarlıq 
fəaliyyəti  ölkə  iqtisadiyyatında  öz  istehsal  həcmi  göstəriciləri  baxımdan  həlledici  sayılsa 
da,  kiçik  və  orta  sahibkarlığın  inkişafı  problemlərinə  də  ciddi  qayğı  göstərilir.  İnkişaf 
etməkdə olan ölkələr qrupuna gəldikdə, kiçik və orta sahibkarlıq fəaliyyəti, dövlət bölməsi, 
xarici  şirkətlərlə  birgə  (müştərək)  qarşılıqlı  əməkdaşlıq,  habelə  hakimiyyət  orqanlarının 
nəzarəti altında  inkişaf edir. Postsosialist və postsovet ölkələrində  isə bazar  münasibətləri 
iqtisadi  sisteminin  təməli  sayılan  xüsusi  mülkiyyətin  mürəkkəb,  habelə  ziddiyətli 
formalaşması  prosesi  getdiyindən,  sahibkarlıq-biznes  fəaliyyətinin  kiçik,  orta,  iri 
istiqamətlərinin optimal nisbətləri hələ tam sabitləşməmiş, başa çatmamışdır.  
ABŞ-da xüsusi (özəl) bölməyə ev təsərrüfatları və şirkətlər, dövlət (ictimai) bölməyə 
isə  mərkəzi  (federal),  bölgə  (region)  və  yerli  (bələdiyyə)  səviyyəsində  hakimiyyət 
orqanlarının iqtisadi fəaliyyəti daxildir. XXI əsrin əvvəllərinə ABŞ iqtisadiyyatında xüsusi 
bölmənin  payı  88-90%,  dövlət  bölməsinin  payı  isə  10-12%  olmuşdur.  Ölkənin  bütün 
iqtisadi resurslarının (maddi-əmək-maliyyə) son təchizatçısı (göndərəni) və əsas istehlakçı 
sturkturlarından  (qruplarından)  sayılan  ev  təsərrüatları  bir  yaxud  bir  neçə  nəfərdən  ibarət 
təşkil  olunaraq  fəaliyyət  göstərirlər.  Əksər  hallarda  ailəvi  xarakter  daşıyan  ev 
təsərrüfatlarının  sayı  hazırda  ABŞ-da 110  milyona  yaxındır. Bu təsərrüfat vahidləri əmək 
haqqı,  mülkiyyət, əmanət, səhm sahibləri kimi əldə etdikləri gəlirin (mənfəətin)  müəyyən 
hissəsini  müxtəlif  vergilər  şəklində  ödəyir,  yerdə  qalan  hissəsini  isə  şəxsi  istehlaka  və 
yığıma  yönəldirlər.  XXI  əsrin  əvvəlləridə  ABŞ-da  ev  təsərrüfatlarının  gəlirləri  aşağıda 
verilmiş sxemdəki müxtəlif mənbələr hesabına formalaşmişdır.  
ABŞ-da 
ev 
təsərrüfatları 
arasında 
onların 
ümumi 
(məcmu) 
gəlirlərinin 
bölüşdürülməsi 
öz 
qeyri-bərabərliyi 
ilə 
fərqlənmişdir.  Ölkədə  ev  təsərrüfatlarının 
20%-i  gəlirlərin  50,2%-inə  sahib  olduğu 
halda,  80%-inə  isə  bu  gəlirin  49,8%-i  çatır. 
Həmin  ev  təsərrüfarlarının  4  qrupa  bölsək 
belə bir mənzərə alınır: 
a)  birinci  qrupa  (20%  ev  təsərrüfatlarına) 
gəlirlərin 23%-i; 
b)  ikinci  qrupa  (20%  ev  təsərrüfatlarına) 
gəlirlərin 14,6%-i; 
c)  üçüncü  qrupa(20%  ev  təsərrüfatlarına) 
gəlirin 8,7%-i; 
ç)  dördüncü  qrupa  (20%  ev  təsərrüfatlarına) 
gəlirin 3,5%-i düşür.  
XXI əsrin birinci onilliyə ABŞ-ın ev təsərrüfatlarının gəlirlərinin orta hesabla 84%-i 
şəxsi  istehlaka  getmiş,  3%-i  yığıma  yönəldilmiş  və  13%-i  isə  isə  gəlir  vergisi  kimi 
ödənilmişdir.  Qeyd  etmək  lazımdir  ki,  əgər  XX  əsrin  40-cı  illərində  ev  təsərrüfatları  öz 
gəlirlərinin cəmi 3-4%-ini,  yaxud 3,3  milyard dollar  həcmində gəlir  vegisi ödəmişdilərsə, 
artıq  XXI  əsrin  əvvəllərində  bu  məbləğ  onların  gəlirlərinin  14-16%-ini  təşkil  edərək,  1 
trilyon dolları ötmüşdür.  


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə