Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə28/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
58
 
 
 
Mövzu 7.  Dövlətin iqtisadi vəzifələri (funksiyaları) 
 
7.1  Dövlətin iqtisadi siyasətinin zəruriliyi və mahiyyəti 
7.2  İqtisadi siyasətin məqsəd və vəzifələri 
7.3  Dövlətin iqtisadi siyasətinin istiqamətləri və yolları 
7.4  Azərbaycan Respublikasının iqtisadi siyasətinin uğurları və perspektivləri 
 
7.1.  Dövlətin  cəmiyyətin  çoxsahəli  təsərrüfat  həyatında  rolu  və  onun  reallaşdırdığı 
iqtisadi  siyasət  xətti,  həmin  siyasətin  zəruriliyi,  mahiyyəti,  məqsədi,  vəzifələri,  fəaliyyət 
mexanizmi  iqtisadi  nəzəriyyənin  mühüm  problemlərdən  sayılır.  Dövlətin  iqtisadi 
siyasətinin  əsasında,  cəmiyyətin  sosial-iqtisadi  həyatında  baş  verən  mürəkkəb  prosesləri 
konkret  faktlarla  öyrənib  ümumiləşdirən  iqtisadi  nəzəriyyə  elmi  durur.  Elmi  əsaslar 
üzərində  işlənib  hazırlanan  iqtisadi  siyasət  xətti,  təkcə  bu  məsələlərin  həlli  yollarını 
göstərməklə  kifayətlənməyərək,  eyni  zamanda  gözlənilə  biləcək  –  işsizlik,  inflyasiya, 
istehsalın  aşağı  düşməsi,  yoxsulluğun  səviyyəsi  kimi  proseslərin  qarşısını  almaq,  yaxud 
bunların təsirini zəiflətmək istiqamətində konkret çıxış yollarını müəyyənləşdirə bilər.  
Qeyd  etmək  lazımdır  ki,  dövlət  siyasi-iqtisadi  təsisat  (qurum)  kimi  həmişə 
olmamışdır  və  onun  meydana  çıxaraq,  ayrı-ayrı  ölkələrdə  formalaşması  bir  sıra  ciddi 
səbəblərlə bağlı olmuşdur. Bu səbəblər sırasında ictimai əmək bölgüsünün dərinləşməsini, 
təsərrüfat  həyatının  inkişafını,  cəmiyyətin  təbəqələşməsini,  müxtəlif  ölkələrlə  ticarət 
əlaqələrinin  genişlənməsini,  insanların  tələbatlarının  artmasını,  onların  hüquq  və 
təhlükəsizliyinin qorunmasını göstərmək olar.  
Dövlətin  özünün  iqtisadi  siyasəti  ilə  ölkənin  təsərrüfat  həyatında  bilavasitə  iştirak 
etməsinə, yaxud onun iqtisadiyyatı tənzimləməsinə dair mövqelərin müxtəlifliyinə və fərqli 
cəhətlərinə  baxmayaraq,  həmin  fikirləri  3  qrupa  ayırmaq  mümkündür.  Bir  qrup  alim  və 
mütəxəssislərin  (A.Smit,  A.Marşall,  L.Mizens,  F.Hayek  və  başqalarının)  fikrincə, 
ümumiyyətlə  dövlət  iqtisadiyyata  qarışmamalı,  onun  işinə  müdaxilə  etməməlidir.  Digər 
qrupa  daxil  olanların  (V.Zombart,  B.Hildebrant,  C.Keyns  və  onun  davamçıları)  fikrincə, 
dövlət yaranmış yeni şəraitin tələblərinə uyğun olaraq, habelə sərbəst bazarın nöqsanlarını 
aradan  qaldırıb  tənzimləmək  üçün  hökmən  iqtisadiyyatın  işlərinə  qarışmalı,  yeri  gəldikcə 
ölkənin  təsərrüfatı  problemlərinə  müdaxilə  etməlidir.  Üçüncü  qrupun  (P.Samuelson, 
V.Leontyev, L.Erxad, C.Helbreyt, K.Makkonnell, C.Soros və başqaları) fikrincə müəyyən 
hüdudlar  daxilində,  habelə  ictimai  əhəmiyyət  daşıyan  təsərrüfat  sahələrində  dövlətin 
iqtisadiyyatın  fəaliyyətinə  müdaxiləsi  (tənzimləməsi)  şübhəsiz  məqsədəuyğun,  hətta 
zəruridir.  
Nobel  mükafatı  laureatı  Vasili  Leontyev  (ABŞ)  yazmışdı:  «Bazar  münasibətləri 
maraq küləyi ilə iqtisadiyyat gəmisinin yelkənlərini hərəkətə gətirir, dövlət tənzimlənməsi 
isə  gəminin  sükanı  rolunu  oynayır...  Küləksiz  yelkənli  gəmi  yerindən  tərpənməyəcək, 
sükansız  isə  gəmini  uğurla  idarə  etmək  mümkün  deyildir».  Xeyriyyəçi  və  biznes  adamı 
Cors  Soros  göstərir  ki,  dövlətin  iqtisadi  proseslərə  qoşulmaması  özbaşınalıq,  hədsiz 
qarışması isə hökm, əmr, inzibatçılıq sistemi yaradır. Onun fikrincə, «bazar ağalığı (market 
fundamentalist)  meylləri  müasir  iqtisadiyyat  üçün  doğru  sayıla  bilməz.  Ona  görə  də  elə 
yollar axtarılıb tapılmalıdır ki, bazar və dövlətdə olan dağıdıcı (mənfi) cəhətlər birləşərək, 
iqtisadi inkişaf üçün yaradıcı (müsbət) qüvvəyə çevrilsin».  


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
59
 
 
Doğrudan  da  bir  tərəfdən  bazar  münasibətləri  iqtisadi  sistemi  ona  xas  olan 
inhisarçılıq  meylləri, sosial ədalətsizlik,  işsizlik,  inflyasiya kimi  nöqsanlar, digər tərəfdən 
isə  inteqrasiya  və  qloballaşma  prosesləri,  beynəlxalq  bazarda  rəqabət  mübarizəsi,  milli 
təhlükəsizlik  problemləri,  informasiya-məlumat  toplamaq  zəruriliyi,  iqtisadiyyatın  dövlət 
tənzimlənməsini  irəli  sürür.  Eyni  zamanda  dünya  ölkələrinin  təsərrüfat  təcrübəsi  sübut 
etmişdir  ki,  dövlətin  iqtisadiyyata  zəif  (biganə)  təsiri  ölkənin  normal  təsərrüfat  həyatında 
hərc-mərclik (xaos) vəziyyəti yaratdığı kimi onun güclü müdaxiləsi (həddsiz qarışması) da 
yolverilməz  olub,  cəmiyyətdə  insanların  iqtisadi  sərbəstliyinə,  təşəbbüskarlığına,  işgüzar 
sahibkarlıq-biznes  fəaliyyətinə  aşkar  əngəllar  törədir.  Ona  görə  də  dövlət  öz  iqtisadi 
siyasəti  ilə ölkənin təsərrüfat həyatının  «oyun qaydalarını»  müəyyənləşdirir  və  bu qayda-
qanunlara  əməl  olunmasına  müvafiq  orqanları  vasitəsilə  nəzarət  edir.  Dövlətin  iqtisadi 
siyasəti,  ölkənin  təsərrüfat  həyatında  fəaliyyət  göstərən  subyektlər  (iştirakçılar,  agentlər) 
tərəfindən  könüllü  (şüurlu),  yaxud  qanunvericilikdə  nəzərdə  tutulan  müvafiq  məcburi 
(icbari) qaydalarla həyata keçirilir.  
Deməli,  iqtisadiyyatın  dövlət  siyasəti  səviyyəsində  tənzimlənməsinin  mahiyyəti  – 
bazar  münasibətləri  şəraitində  qanunverici,  icraedici  və  nəzarət  xarakterli  tədbirlər 
vasitəsilə,  müxtəlif  dövlət  orqanlarının,  təşkilatlarının  ölkənin  təsərrüfat  həyatı 
problemlərinin  həllinə  təsir  göstərməsi,  nizamlamasıdır.  Bu  proses  dünya  miqyasında 
tarixən 3 iri mərhələ keçmişdir.  
Birinci  mərhələ,  dövlətin  hələ  iqtisadi  məsələlərə  və  ölkənin  təsərrüfat  həyatına 
qarışmamaq  dövrünü  əhatə  edir.  Son  250-300  ili  əhatə  edən  bu  mərhələ  XIX  əsrin  sonu 
XX  əsrin  əvvəllərinə  qədər  davam  etmişdir.  Bu  mərhələnin  təsərrüfat  həyatının  əsas 
prinsipi  iqtisadi  sərbəstlik  və  bazarda  formalaşan  qiymətlər  hər  şeyi  həll  edir  ideyası 
olmuşdur.  Dövlətin  iqtisadiyyatın  gedişi  prosesinə  qarışmamaq  siyasəti  xətti,  «  faissez-
faire» (fransızca  «necə gedirsə qoy elə də getsin», yaxud «  bizi sakit buraxın» deməkdir) 
kimi  ifadə  olunaraq,  ilk  mərhələdə  dünyanın  əksər  ölkələrinin,  xüsusilə  də  Avropa  və 
Şimali Amerika dövlətlərinin iqtisadi fəlsəfəsi olmuşdur.  
İkinci  mərhələ,  dövlətin  iqtisadi  siyasəti  və  ölkənin  təsərrüfat  həyatının 
tənzimlənməsinə  dair  C.M.Keynisin  adı  ilə  bağlı  keynsçilik  ideyaları  dövrü  kimi 
səciyyələnərək,  XX  əsrin  30-cu  illərindən  70-ci  illərinə  qədər  olan  müddəti  əhatə  edir. 
Birinci  dünya  müharibəsinin  ağır  sosial-iqtisadi  nəticələri,  xüsusilə  1929-1933-cü  illərdə 
bütün  dünya  iqtisadiyyatını  sarsıtmış  böhran  göstərdi  ki,  bazar  münasibətləri  sistemində 
iqtisadiyyatın  kortəbii  surətdə  öz-özünü  tənzimləməsi  yolunda  aşkar  çətinliklər  meydana 
çıxdığından, dövlətin iqtisadi proseslərə qarışması zəruridir.  
Üçüncü mərhələ, ötən əsrin 70-ci  illərindən  başlayaraq XXI əsrin əvvəllərinə qədər 
olan dövrü əhatə edir. Vaxtilə iqtisadi nəzəriyyədə və dövlətin ölkənin təsərrüfat həyatının 
tənzimlənməsində  çevriliş  yaratmış  keynsçilik  ideyaları,  artıq  XX  əsrin  ikinci  yarısının 
yaratdığı mürəkkəb problemləri həll edə bilmirdi. Dövlətin iqtisadiyyata getdikcə güclənən 
təsir  və  müdaxiləsi  isə  onun  iqtisadi-sosial  səmərəliliyi  baxımından  istənilən,  habelə 
gözlənilən  nəticələri  vermirdi.  Bu  mərhələdə  ABŞ  iqtisadçısı,  Nobel  mükafatı  laureatı 
Milton  Fridmenin  belə  bir  nəzəriyyəsi  geniş  yayılmağa  başladı  ki,  dövlət  yalnız  ölkənin 
tədavül  dairəsində  olan  pul  kütləsini  nizamlamalı,  başqa  məsələlərdə  isə  istehsalçıların 
işinə  qarışmamalı  və  təsərrüfat  həyatına  müdaxilə  etməməlidir.  Monetarizm  adlanan  bu 
nəzəriyyənin tərəfdarları iqtisadiyyatın qiymət, inflyasiya, işsizlik, gəlirlərin formalaşması 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə