Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə54/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
113
 
 
səviyyəsi,  istehsal  xərcləri,  hüquqi  bazadakı  boşluqlar,  kapital  həcminin  məhdudluğu, 
bürokratik əngəllərlə bağlıdır.  
Bu  mənada sərbəst rəqabət  bazarı  şəraitində tələb-təklifin  ümumi, orta və  son  hədd 
xərclərində  baş  verən  dəyişikliklər,  habelə  onların  təhlili  təkcə  elmi-nəzəri  deyil,  həm  də 
əməli əhəmiyyətə malikdir.  
Aşağıda verilmiş qrafik sxemlərdə (I – IV) şirkətin məhsuluna olan tələb əyrisi, eyni tipli 
şirkət və müəssisələrdən ibarət sahənin tələb əyrisi, sərbəst rəqabət mühitində satışdan əldə 
olunan ümumi və orta məbləğin dəyişmə dinamikası əks olunmuşdur.  
 
 
 
 
   
 
 
Sxem (I) göstərir ki, ayrıca bir şirkət bazar qiymətini dəyişmədən, ona təsir etmədən 
istənilən  miqdarda  məhsul  sata  bildiyindən,  tələb  əyrisi  (D)  üfüqi  xətt  vəziyyətində 
olacaqdır.  
Sxem  (II)  göstərir  ki,  eyni  adlı  məhsul  çeşidi  istehsal  edən  şirkətlər  qrupu  (sahə) 
bazarda  məhsulun  həcminə  və  qiymətlərə  təsir  göstərdiyindən,  tələb  əyrisi  (D
D )  enib-
qalxan xətt boyunca olacaqdır.  
Sxem  (III)  göstərir  ki,  mükəmməl  (sərbəst,  azad)  rəqabət  şəraitində  satıcının  əldə 
etdiyi ümumi məbləğ, onun reallaşdırdığı məhsulun miqdarı ilə düz mütənasibdir.  
Sxem  (IV)  göstərir  ki,  sərbəst  rəqabət  mühitində  satıcının  əldə  etdiyi  orta  məbləğ 
(AR), onun reallaşdırdığı məhsulun miqdarının qiymətə hasilinə bərabərdir.  
 
13.3.  İqtisadi  hadisə  və  proseslər  təkcə  məkan  (şirkət,  müəssisə,  sahə)  daxilində, 
deyil,  həm  də  müəyyən  bir  zaman,  vaxt  ərzində  baş  verir.  Bu  mənada  iqtisadi  prosesləri, 
şirkət  və  müəssisələrin  fəaliyyətini,  onların  istehsal  etdikləri  məhsullara  yaxud 
göstərdikləri  xidmətlərə  tələb-təklifin,  bazar  qiymətlərinin,  istehsal  xərclərinin,  mənfəət 
səviyyəsinin  dəyişkənliyini  daha  dəqiq  təhlil  etmək  üçün  qısamüddətli  dövr  və 
uzunmüddətli dövr anlayışlarından istifadə olunur.  


IV 

Orta məbləğ=Qiymət 
(AR=P) 
Xalis rəqabət şəraitində 
orta məbləğ 
ÜM 


III 
ÜM 
Ü
m
um

m
əbl
əğ
 
Xalis rəqabət 
şəraitində ümumi 

P  

P  
 

Sahənin tələb əyrisi 
II 
P  
 
 
 
P  
D  

P  




Şirkətin məhsuluna 
tələb əyrisi 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
114
 
 
İlk dəfə iqtisad elminə görkəmli ingilis alimi Alfred Marşall tərəfindən daxil edilmiş 
bu  anlayışlar,  təkcə  sırf  vaxt  (ay,  rüb,  il)  mənasında  deyil,  həm  də  istehsal-xidmət 
dairəsinin müxtəlif sahələrində baş verən konkret keyfiyyət dəyişiklikləri kimi xarakterizə 
olunur.  
Sərbəst  rəqabət  bazarı  şəraitində  qiymətlərin  sahibkar,  fermer,  şirkət  rəhbərliyindən 
deyil,  tələb-təklifin  dinamikasından  irəli  gələn  bazar  qiymətlərinin  formalaşması 
prosesindən  asılı  olduğundan,  hər  bir  istehsalçı  (satıcı)  nə  istehsal  etmək,  nə  qədər  və 
necə,  hansı  üsullarla  istehsal  etmək,  kim  üçün  istehsal  etmək,  nəhayət  fəaliyyətinin 
nəticəsində  nə  qədər  gəlir  (mənfəət)  əldə  etmək  problemləri  ilə  rastlaşır.  Sahibkar  və 
müxtəlif şirkətlərin rastlaşdıqları mürəkkəb, ziddiyyətli, həm bacarıq, həm kapital, həm də 
uzaqgörənlik tələb edən istehsal-xidmət dairəsi sahələrinin gündəlik qayğıları, problemləri 
bəzən qısamüddətli, bəzən də uzunmüddətli vaxt tələb edir.  
Bu  dövrlər  bir-birindən  onunla  fərqlənir  və  seçilirlər  ki,  uzunmüddətli  dövr  ərzində 
rəqib şirkətlərin, istehsal-xidmət sahələrinin öz güclərini artırmaq, habelə bazarda fəaliyyət 
göstərən şirkətlərin sayının artmaq imkanı vardır.  
İstər  qısamüddətli,  istərsə  də  uzunmüddətli  dövrlər  ərzində  istehsalçı  öz  xərcləri  ilə 
mənfəəti  arasında  tarazlıq  olmasına  çalışmalıdır.  Çünki,  yalnız  belə  bir  tarazlığın  olması 
həm  istehsalçıları,  həm  də  istehlakçıları  (alıcıları)  razı  salıb,  qane  edə  bilər.  Alıcının 
məqsədi  əldə  etdiyi  əmtəə-xidmətdən  maksimum  dərəcədə  faydalanmaqdırsa, 
istehsalçının (satıcının) məqsədi isə maksimum mənfəət prinsipidir. Bu mənfəət isə onun 
satışdan  əldə  etdiyi  məbləğlə  ümumi  xərcləri  arasındakı  fərqdən  ibarətdir.  İstehsalçının 
(satıcının) iqtisadi (xalis) mənfəəti adlanan bu kəmiyyət bərabərdir: 
 
Mənfəət=Satışdan əldə olunmuş məbləğ – Ümumi xərclər yaxud: 
İqtisadi (xalis) mənfəət=Ümumi gəlir – Ümumi xərclər 
(ER)   
 
(TR)   
 
(TC) 
 
Sərbəst  (mükəmməl,  azad,  halal)  bazar  rəqabəti  şəraitində  yaranmış  konkret 
vəziyyətdən  asılı  olaraq,  hər  hansı  bir  şirkət  qısamüddətli  dövr  ərzində  iqtisadi  (xalis) 
mənfəət əldə edə də bilər və belə bir imkanı əldən buraxa da bilər. Lakin şirkətin satışdan 
əldə etdiyi məbləğ yaxud ümumi gəlir (TR), heç olmasa çəkdiyi dəyişən ümumi xərclərini 
(TC)  ödəyirsə,  o  zaman  hələ  bazarda  qalıb  fəaliyyət  göstərməyə  və  vəziyyətin 
(konyukturanın)  dəyişəcəyini  gözləməyə  dəyər.  Bazarda  belə  bir  vəziyyət  yarandıqda, 
fəaliyyətini davam etdirən şirkət, qısamüddətli dövr ərzində öz mənfəətini artırmağı deyil, 
xərclərini, bəzən isə zərərini minimum həddə salmağı qarşısına məqsəd qoymalıdır. Şirkət 
və  sahibkar  sərbəst  rəqabət  şəraitində  qazansa  da,  mənfəəti  xərclərinə  bərabər  olsa  da 
(buna sıfır variant deyilir), ziyana düşsə də, bütün hallarda  bazar qiyməti onun tərəfindən 
«qəbul  edilən»  bir  kəmiyyət  sayıldığından,  əsas  diqqət  istehsal  həcminin  optimallığına, 
onun səmərəli variantının seçilib müəyyənləşdirilməsinə yönəldilməlidir.  
Deməli,  qısamüddətli  dövr  ərzində  rəqib  şirkətlər  mənfəətlərini  artırmaq  üçün, 
bazarda  formalaşmış  qiymətlərin  səviyyəsindən  çəxaraq,  yalnız  öz  istehsal  həcmlərini 
genişləndirməklə  gedə  bilərlər.  Həmin  qısa  vaxt  ərzində  şirkətin  mövcud  istehsal 
güclərindən intensiv istifadə etməklə yanaşı, istehsal prosesinə əlavə xammal, materiallar, 
iş  qüvvəsi  cəlb  olunmalıdır.  Bu,  şirkətin  istehsal  həcminin  artmasının  birinci  yoludur. 
İkinci yol isə şirkətin son hədd xərclərini, yəni əlavə istehsal olunmuş hər məhsul vahidinə 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə