Microsoft Word iskenderli lala doc



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə23/35
tarix04.02.2018
ölçüsü1,01 Mb.
#23652
1   ...   19   20   21   22   23   24   25   26   ...   35

 

                                                                                                                                                                       

                                                                                                                                                          56 

 

Cədvəl 2.2.2 



                   Kənd təsərrüfatı müəssisələrinin özəlləşdirilməsi layihəsinin     

                                                     maliyyə planı:

1

 

 



  Maliyyələşdirən qurum 

 

        Xərclərin miqdarı 



  Xərclərin miqdarı (%-lə) 

Beynəlxalq 

nkişaf 

Assosiasiyası  



            14.700.000 

                 51% 

Beynəlxalq 

Yenidənqurma və  nkişaf 

Bankı  

              9.300.000 



                 32% 

Azərbaycan Dövləti 

              2.170.000 

                 8% 

Müəssisələr və Fermer  

Təssərrüfatları 

              2.650.000 

                 9% 

             Cəmi 

            28.820.000 

               100% 

 

          



Cədvəldən də göründüyü kimi Kənd təsərrüfatı müəssisələrinin özəlləşdirilməsi 

layihəsi  cəmi 28.820.000 ABŞ dollarıdır. 

 Azərbaycanın  kənd  təsərrüfatı  sektorunda  aparılan  islahatlar  və  struktur 

dəyişiklikləri  ölkə  əhalisinin  təqribən  40%-ni  təşkil  edən  ucqar  bölgələrin  yaşayış 

səviyyəsinin  yüksəlməsində  önəmli  rol  oynayır.  Ümumi  daxili  məhsulun  26%-dən 

30%-nə qədərini təşkil edən kənd təsərrüfatı sektorunda ölkə əhalisinin 36%-i işləyir. 

Kənd  təsərrüfatı  məhsulları  toplam  ixracatın  30%-ni  təşkil  edir  ki,  bu  da  əsasən 

pambıq və meyvə istehsalı sənayesidir. Hal-hazırdakı vəziyyətdə və yaxın gələcəkdə 

ixrac  ediləcək  neft  məhsullarından  gözlənilən  valyuta  gəlirlərinin  artımını  diqqətə 

almadan kənd təsərrüfatının məhsuldarlığını artırmaq lazımdır. 

Kənd  təsərrüfatı  sektorunun  hal-hazırdakı  başlıca  problemlərini  bu  cür  qısa 

şə

kildə açıqlamaq olar: 



                                                 

1

 Dünya Bankının internet saytı-www.worldbank.org 




 

                                                                                                                                                                       

                                                                                                                                                          57 

 

 a)  Dövlətin  kənd  təsərrüfatı  sektoruna  olan  qayğısı  diqqətə  çarpacaq  dərəcədə 



azalmışdır.  Son  illərdə  hökumətin  kənd  təsərrüfatı  sektorunun  idarə  edilməsindəki, 

onun  bütün  lazımi  avadanlıqlarla  təchiz  edilməsindəki  və  kənd  təsərrüfatı 

məhsullarının  tədarük  və  satışındakı  əsas  rolu  da  önəmli  səviyyədə  azalmışdır. 

Bunların  təsiri  nəticəsində  son  4  ildə  kənd  təsərrüfatı  məhsulları,  tədarükü  və  satışı 

işlərində  bəzi  çətinliklər  yaranmışdır  ki,  bu  da  nəticə  etibariylə  kənd  təsərrüfatı 

məhsullarının istehsalının azalmasına səbəb olmuşdur. 

 b) Torpaq islahatlarının həyata keçirilməsindəki zəif inkişaf əsas problemlərdən 

biridir. Bu hal isə bəzi torpaqların səmərəli istifadə olunmaması ilə, bəzi hallarda isə 

tamamilə istifadə olunmaması ilə nəticələnir. Başqa bir problem isə kənd təsərrüfatı 

müəssisələrinin  tam  özəlləşdirilməməsidir.  Bu  müəssisələr  tez  bir  vaxtda 

özəlləşdirilərsə ən azından dövlət əlavə xərclərdən azad olmuş olar. 

        c)  Ölkədə  otlaq  şəraitinin  olması  da  əsas  problemlərdən  biridir.  Döyüş 

zonalarındakı kənd təsərrüfatı istehsalına yarayan torpaqlar boş qalmaqdadır. 

Bəhs olunan layihədə başlıca məqsəd bütün ölkə daxilində yayıla biləcək ölçüdə 

kənd  təsərrüfatı  müəssisələrinin  özəlləşdirilməsinə  şərait  yaratmaq,  hazırlanan 

metoda  uyğun  olaraq  götürülmüş  savxoz  və  kolxozların  təzədən  qurulması 

proqramını  həyata  keçirmə  vaxtının  sürətləndirməsidir.  Bu  layihə  Bərdə,  Salyan, 

Lənkəran,  Xaçmaz  və  Naxçıvan  Muxtar  Respublikasındakı  Şərur  rayonlarında 

nümunə olaraq  götürülmüş  sovxoz və kolxozlarda  həyata keçiriləcəkdir. 

Su,  nəqliyyat  və  enerji  sahələrində  həyata  keçirilən  reabilitasiya  layihələri 

aşağıdakılardır: 

• “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri I və II”; 

• “Magistral avtomobil yolu II və III”; 

• “Elektrik enerjisinin ötürücü sisteminin bərpası layihəsi”. 

“Milli  Su  Təchizatı  və  Kanalizasiya  Xidmətləri  I”  layihəsi  aşağıdakı  qurumlar 

tərəfindən icra olunur:“Azərsu” ASC;Dövlət Şəhərsalma və Arxitektura Komitəsi. 

Layihənin  ümumi  dəyəri  310  mln.  ABŞ  dolları  təşkil  edir  ki,  bunun  206  mln. 

ABŞ  dolları  kreditin  payına  düşür.  Layihənin  icrasına  Dövlət  Şəhərsalma  və 




 

                                                                                                                                                                       

                                                                                                                                                          58 

 

Arxitektura  Komitəsi  tərəfindən  2007-ci  ildə,  “Azərsu”  ASC  tərəfindən  isə  2008-ci 



ildə başlanılmışdır.  

“Magistral Yol II” və “Magistral Yol III” layihələri üçün 675 mln. və 241.6 mln. 

ABŞ  dolları  həcmində  vəsaitlər  ayrılıb.  Hər  iki  layihə  Nəqliyyat  Nazirliyinin 

nəzdində fəaliyyət göstərən “Azəryolservis” ASC tərəfindən icra olunur. Layihələrin 

məqsədi  ölkələr  arasında  iqtisadi  əlaqələrin  inkişaf  etdirilməsindən,  regionlarda 

infrastrukturun  bərpası  yolu  ilə  sosial-iqtisadi  inkişafa  və  turizmin  dəstəklənməsinə 

nail  olmaqdan  ibarətdir.  “Magistral  Yol  II”  layihəsinin  icrasına  2006-ci  ildə 

başlanılmışdır  və  2014-cü  ildə  layihənin  başa  çatdırılması  planlaşdırılır.  “Magistral 

Yol III” layihəsinin icra müddəti 2010-2015-ci illəri əhatə edir. 

“Elektrik enerjisinin ötürücü sisteminin bərpası” layihəsinin icrasına 2008-ci ildə 

başlanılıb.  Sözügedən  layihə  üçün  Dünya  Bankı  48  mln.  ABŞ  dolları  məbləğində 

kredit vəsaiti ayırıb. Layihənin məqsədləri:  

• Yüksək  gərginlikli  elektrik  veriliş  xətləri  şəbəkəsinin  idarə  olunmasının  və 

istismarının təkmilləşdirilməsi; 

• Beynəlxalq  standartlara  cavab  verən  SCADA  sisteminin  yaradılması  və 

ötürücü  sektorun  reabilitasiyası  yolu  ilə  elektrik  enerjisi  ilə  təchizatın  etibarlığının, 

keyfiyyətinin artırılması və iqtisadi səmərəliliyin əldə olunması.  

Bununla  belə  iqtisadi  tərəqqiyə  nail  olmaq  və  istehsalı  inkişaf  etdirmək 

məqsədilə  respublikaya  xarici  sərmayələrin  cəlb  olunması  üçün  silsilə  tədbirlər 

həyata keçirildi. Xarici kapitalı cəlb etmək məqsədilə "açıq qapı" siyasəti yeridilməyə 

başlandı.  Xarici  investorlara  və  kreditorlara  təminat  verən,  onları  müdafiə  edən 

qanunlar  qəbul  edildi.  Fiziki  və  ya  hüquqi  şəxslər  respublikada  qanunların 

dəyişdrilməsindən  asılı  olmayaraq,  on  il  müddətində  investisiyanı  qoyduğu şərtlərlə 

işlətmək  hüququ  əldə  etdi.  Xarici  səhmdarların  gəlirlərinin  repatriasiya  olunması 

haqqında  da  qanun  qəbul  olundu.  Dünya  Bankı,  Beynəlxalq  nkişaf  Assosiyası, 

Avropa  Yenidənqurma  və  nkişaf  Bankı  ilə  əməkdaşlıq  qurulub  uğurla  inkişaf  

etməkdədir.  



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə