239
240
Üçüncü və dördüncü misralardan məlum olur ki, şair "İqbalnaməni yazıb
qurtaranda üçüncü arvadı da vəfat etmişdir.
97
Neçə gözəl dərdi sinəmdə ikən,
Rum-rus dastanını necə yazım mən?
Rum-rus dastanı burada "İskəndərnamə"yə işarədir. Rum dastanı -İskəndər
Ruminin dastanını, rus dastanı isə İskəndərin ruslarla bir sıra müharibələrini
bildirir ki, bunlar "Şərəfnamə"də təsvir edilmişdir.
98
Hamıya məlumdur, əhli-Xorasan
Bağdadda fənd ilə yaşayar asan.
Abbasilər dövründə, səkkizinci əsrdə Xorasan hakimlərinin (Əbu-Müslüm
Xorasanının, Bəni-Tahir dövlətinin banisi Tahirin və b.) Bağdad xəlifələri ilə
diplomatik əlaqələrinə və xəlifələri aldatmalarına işarədir.
99
Darülxilafət - xilafət mərkəzi, paytaxt.
100
Yox, əgər görsəniz yalançıyam mən,
Baş məndən, teşt ilə qılınc da sizdən.
Gördünüz ki, mən sizi aldadıram, başımı teşt içində kəsin. (Keçmişdə
məhkum olanların başını teşt içində kəsmək cəza formalarından biri olmuşdur).
101
İskəndər bir xəbər aldı Yunandan:
Olub xəzinəyə Mariyə ilan.
Şərq əfsanələrinə görə, guya hər gizli xəzinə üstündə bir ilan yaşayıb onu
qoruyarmış.
102
Mən qalxıb gizləndim dərhal bir küncdə,
Fikrin gah tikanda, gah da türüncdə,
Mənim ürəyimdə bir tərəfdən arvad-uşaq dərdi və ölüm qorxusu, digər
tərəfdən də xəzinə qazanmaq, varlanmaq arzusu vardı.
103
Döndüm bir mədənə o xəzinədən,
Dəniztək varlandım bir gecədə mən.
Mədəndə qiymətli daşlar, dənizdə dürr, inci və s. bol olduğu kımi, mən də
eləcə varlandım.
104
Şahı sarsıtmışdı bu söz, bu söhbət,
0 gövhər satana etdi mərhəmət.
Gövhər satan ifadəsində bu əhvalatı danışan çörəkçi nəzərdə tutulur.
105
Düz pərdədə əyri çaldıqlarından
Pərdənin dalında oldular nihan.
Doğru sözləri inkar edib yanlış yol ilə getdikləri üçün tələf oldular.
106
O serv meşəsində gördü ki, ancaq
Yetmişi qurayub, biri qalıb sağ.
Sərv meşəsi burada alimlər məclisi deməkdir.
Yəni bunların yetmişi də ölmüş, bir Hürmüz sağ qalmışdı.
241
242
107
Təblini çaldıqca təbilçi yeyin,
Qızışdı havası soyuq gecənin.
Naümid olanda o qara qarğa
Ağ xoruz başladı xoş dil açmağa.
Çıxdı Rum taxtına İskəndər erkən,
Dili od, dimağı mumdu deyəsən.
Təblini çaldıqca təbilçi: - Günəş doğduqca...
Qara qarğa - qaranlıq gecə, ağ xoruz - gündüz deməkdir. İkinci beytin birinci
misrasının mənası: gece keçdi, səhər açıldı, dan yeri ağardı.
İkinci beytin ikinci misrasının mənası: İskəndərin dili kəsərli, ağlı isə elmi,
fəlsəfəni mənimsəmək üçün hər nəqşi asanlıqla qəbul edən mum kimi yumşaq
idi.
108
Bir küpün içində gizləndi bir gün.
Axtardı səsini bu yeddi küpün.
Əflatun bir küpün içinə girib yeddi fələyin, kainatın səsini axtardı.
109
Ərğənun təkmilə yetdiyi zaman
Süni ud çox yaxşı oldu xam uddan.
Ərğənün zahirən pianoya bənzəyən bir musiqi alətidir. Ud həm simli musiqi
aləti, həm də Hindistanda bitən və yanarkan xoş qoxu verən ağac adıdır. İkinci
misrada süni ud - musiqi alətinə, xam ud isə ağaca işarədir.
Yəni çalman musiqi dinləyənləri çox ruhlandırır. Bunun təsiri yanan xoş
qoxulu udun təsirindən daha yaxşı idi.
110
Bu xəbər bürüdü bütün cahanı
Ki, yaqut paylayır o yaqut kanı.
Yaqut kanı sözlərində elm və hikmət sahibi olan Əflatun nəzərdə tutulur.
Yəni hər tərəfə xəbər yayıldı ki, Əflatun gözəl musiqi aləti yaratmışdır.
111
Şahın sarayına çatdı bu xəbər
Ki, Zöhrə Harutla bəhsə giriblər.
Harut əfsanəvi sehirbazdır. Güya o, Zöhrə ulduzuna aşiq imiş və ona çatmaq
üçün mahir cadugər olmuşdur. Burada Əflatun adamı sehirləyən musiqi aləti
yaratdığı üçün Haruta bənzədilir. Zöhrə də əsatirdə göyün musiqiçisi sayılır.
Yəni saraya xəbər çatdı ki, Əflatun Harut kimi Zöhrə ilə çalğı meydanında
deyişməkdədir.
112
Birinci havanı çalanda yenə
Baş qoyub yatdılar Məndəl xəttinə.
Məndəl xətti - sehirbazların və cadugərlərin öz dövrələrinə çəkdikləri tilsimli
xəttə deyilir.
243
Yəni musiqi o qədər təsirli idi ki, dinləyənlər sehirlənmiş kimi bihuş
olmuşdular.
113
Qayıdıb üzüklə qurdu min kələk.
Necə ki, ulduzla oynayır fələk.
Fələk göydəki ulduzlarla cürbəcür hadisələr törətdiyi kimi çoban da
barmağındakı üzüyün qaşını oynatmaqla min kələk qururdu.
114
Bəlkə ilham alıb sazın telindən,
Ruma ipək həşyə nəqş eləyim mən.
Bəlkə bu ipək telli sazın musiqisi ilə ilhama gələrək Rum tarixini, ipəyini
gözəl naxışlarla bəzəyim, İskəndər Rumi haqqında gözəl bir əsər yazım.
115
Bir də ki, xəbər vər, qoy gəlsin Sokrat,
Tərkibdə, ixlatda o böyuk ustad.
Tərkib və ixlat sözləri köhnə elmi istilahlardır. İxlat - qədim nəzəriyyəyə
görə orqanizmdə olan dörd ünsürdür: qan, səfra, qara öd və bəlğəm. Tərkib - bu
ünsürlərin birləşmə qayda və nisbətləridir.
Beytdə Sokrat bu əməliyyatın böyük bilicisi kimi göstərilir.
116
İnsanın belə bir xasiyyəti var:
İraq gəzənləri çox yada salar.
İraq gəzən sözləri ilə Sokrat nəzərdə tutulur.
117
Getməmək üçün də vardır çox dəlil,
Hara oynamağa gedib Cəbrail?
Sokrat özünü Cəbrail ilə müqayisə edib. Cəbrail kimi hər kiçik iş üçün
yerindən tərpənməməyi, ağır oturub-durmağı özünə layiq bilir.
118
Səhnənin gümbəzi düz olsa əgər,
Köklənməmiş tel də gözəl səslənər.
Evin sahibi (İskəndərə işarədir) düz adam olsa, evindən çıxan söhbət də xoş
olar.
119
O, dürr süfrəsindən örtüyü açdı,
Şahın ətəyinə dürr-gövhər saçdı.
Xidmətçi Sokratın dəyərli, hakimanə sözlərini açıb İskəndərə söylədi.
120
Ancaq bu süfrədən doymayır gözün.
Süfrə sözü burada dünyanın mal-dövləti mənasında işlənmişdir.
121
Sokrat verdi ona gümüştək cavab,
Dedi ki: "Qulağa tökülməz simab!"
Simab - civə. Yəni Sokrat ona gümüş kimi parlaq və təmiz cavab verərək
dedi ki, qəflət civəsini üz qulağından çıxart, bu haqq sözü eşit.
122
Dəmiri aynatək parladan insan
Pası silməlidir öz vicdanından.
Özgələrə tərbiyə verən özü mənən təmiz, yüksək olmalıdır.
Dostları ilə paylaş: |