Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə44/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   40   41   42   43   44   45   46   47   ...   64

                                                                                                                                      
173
Dəydi bir-birinə məhşər günütək. 
Axışdı buraya həm pir, həm cavan, 
Dəccalın təbliydi sanki çalınan
226

Dənizin səsini batırdı bu səs, 
Buna çox təəccüb elədi hər kəs. 
Gün qalxıb olanda günorta çağı, 
Şah yenə qaldırdı səfər bayrağı. 
Şaha təzim edən ərlər, qadınlar 
Ona dedilər ki: "Bir arzumuz var: 
Bəlkə qorxunc səsli bu təbildən sən 
Birini burada qoyub gedəsən? 
Ta ki, ucaldıqca onun gur səsi 
Boğula dənizin qorxunc nərəsi!" 
Vida eyləyəndə böyük hökmüdar, 
Bəxş etdi bir neçə təbil yadigar. 
O gündən şəhərdə, tezdən hər səhər, 
Təbil çaldırmağı adət etdilər. 
Şah da bu adəti etdirib davam 
Təbil çaldırardı sübh çağı müdam. 
Onlar yol getdilər bir aya qədər, 
Abad Çin mülkünə gəlib yetdilər. 
Gəlib ordugaha çatdı hökmüdar, 
Fələyi görəndə yenə xoşrəftar, 
Çəkildi düz bir ay istirahətə, 
Başladı ləzzətlə eyşə, işrətə... 
İSKƏNDƏRİN ŞİMALA ÇATMASI VƏ 
   YƏCUC SƏDDİNİ BAĞLAMASI 
Müğənni, ürəyim düşübdür dara, 
Bu dərdə sazınla sən eylə çara! 
Könlüm cuşə gəlib qəmdən, qüssədən, 
Sazının telilə ram et onu sən! 
Günəş öz evinə edəndə şitab 
İstidən aslanlar oldular kabab
227



                                                                                                                                      
174
Gücü, hərarəti artdı anbaan, 
Çirki, rütubəti sildi havadan. 
Qarsıldı bitkinin yaşıl yarpağı, 
Saraldı lalənin qızıl yarpağı. 
Bürkü səhralara od-alov saldı. 
Meyvələrin ağzı açıla qaldı. 
Bülbül çöldən dağa eylədi səfər, 
Səsləndi qürbətdə qərib nəğmələr. 
Qızdı yay gününün isti nəfəsi, 
Çalı quşlarının kəsildi səsi. 
Günəşi göylərdə dolanan zaman 
Sancıb saraltmadı əqrəbtək xəzan. 
Tüstülənən bir teşt vardı əlində, 
Gəzib od saçırdı o, Zəngdə, Çində. 
Yırtırdı aslantək iti caynağı 
Gah öküz sağrısı, gah gur dırnağı
228

Yayın ən şiddətli, isti çağında, 
Daş muma dönəndə gün qabağında 
İskəndər gözündən qovub yuxunu, 
Istədi Xırxıza çəksin qoşunu. 
Şah vida eylədi Çin xaqanına, 
Xəzinə, var-dövlət bəxş etdi ona. 
Yola rəvan oldu, Çini tərk etdi, 
Qoşunu səhraya doğru yönəltdi. 
Bəxtinin təblini çaldırıb yenə, 
Yetişdi Məşriqdən Şimal həddinə. 
Keçdi o, çöllərdən, axan qumlardan, 
Nə uçan quş gördü, nə də bir insan. 
Qarşıda parlayan düzənlik vardı, 
Qumları nur saçar, par-par yanardı. 
Bələdçi dedi ki: "Burda gördüyün 
Qumlar başdan-başa gümüşdür bütün. 
Burdan sən o qədər götür xəzinə, 
Qoşunu salmasın yolda çətinə. 
Qoşundan bilməsin bunu bir nəfər. 
Ağır yük götürüb əldən düşərlər." 
Şahınsa çox idi saf qızılları, 


                                                                                                                                      
175
Odur ki, baxmadı gümüşə sarı. 
Ancaq ki neyləsin, güc gəldi tamah, 
Bir neçə dəvəni yüklətdi padşah. 
Yel kimi keçsə də yolu çaparaq, 
Qalxmırdı havaya nə toz, nə torpaq. 
Bir həftə qonmadı toz paltarlara. 
Çünki başdan-başa gümüşdü ora. 
Deyərdin bu yerlər iki hissəydi: 
Torpağı gümüşdü, suyu civəydi. 
Nə gümüş üstündə dincəlmək olar, 
Nə civə su kimi içməyə yarar. 
O yer tutulmuşdu belə bir dərdə, 
Çökmüşdü torpağa qara bir pərdə. 
Harda ki, içməli bir çeşmə vardı, 
Içində su ilə civə qaynardı. 
Su civə üstündə tutmuşdu qərar, 
Ordan cürətlə su içirdi onlar. 
Çalxalanmasaydı əgər çeşmələr 
Civədən görməzdi heç kimsə zərər. 
Çeşmələr bulanıb qaynaşan zaman 
Heç kimsə əyilib içməzdi ondan. 
Bilməyib içsəydi bir adam əgər, 
Onu öldürərdi sudakı zəhər. 
Şah bunu biləndə, tez verdi fərman: 
Hamı ayıq olsun su içən zaman! 
Hər kim axar sudan istəsə içmək 
Onu ehtiyatla durultsun gərək. 
Bir ay yol getdilər onlar bu sayaq, 
Öldü susuzluqdan bir çoxu ancaq. 
Gümüşlü çöllərdən keçərək yenə
Gəlib yetişdilər vətənlərinə. 
Düşdülər torpağa yorğun, natəvan, 
Torpaqda dincələr torpaqdan olan. 
Gördülər qarşıda bir düşərgə var, 
Zülmətdə günəştək par-par parıldar. 
Qabaq-qarşı duran dağda bir qala 
Tutmuşdu başını göyə vüqarla. 


                                                                                                                                      
176
Qala arxasında bir dağ da vardı, 
Belində kəməri sarp qayalardı. 
Orda peyğəmbərə etməyib beyət, 
Bir tayfa yaşardı sakit, səlamət. 
Onlar ilham alıb böyük tanrıdan. 
Özləri olmuşdu allahtanıyan. 
Onlar İskəndəri pak sifət görcək 
Qəbul elədilər bir peyğəmbərtək. 
Bilikli, adil bir hökmdar kimi 
Qəlbləri bəzədi onun təlimi. 
İskəndər onlara haqqı göstərdi, 
Din, bilik, mərifət, - çox şeylər verdi. 
Şahı mərhəmətli, qayğıkeş görcək 
Açıb dərdlərini umdular kömək: 
"Ey qəlbi şəfqətli aqil hökmüran. 
Müti qullarına, gəl, ol pasiban! 
Bu dağdan o yana vardır bir diyar, 
Sonsuz bir səhradır, sərt qayalıqlar. 
Oranı yəcuclar etmişlər məskən, 
Insana bənzərlər, divdirlər əslən! 
Şirtək almazcaynaq, sərt, dəmirürək. 
Hamısı xaindir yırtıcı qurdtək. 
Təpədən dırnağa tükləri biz-biz, 
Yoxdur üzlərində burundan bir iz, 
Boyları bir qarış, yeməkləri çox. 
Istidən, soyuqdan qorxuları yox; 
Dişdən, dırnaqdan da - yırtıcı heyvan. 
Qana hərisdirlər onlar hər zaman. 
Yeyinlikdə üstün gələrlər yelə, 
Poladı deşərlər dırnaqlar ilə. 
Yeməkdə, içməkdə naşükürdürlər, 
Allahı tanımaz orda bir nəfər. 
Dünyada bu qədər yeməli şey var, 
Ancaq ki, ot-ələf yeyərlər-onlar. 
Yeyərlər, yatarlar, iş-güc bilməzlər, 
Mini doğulanda bircəsi ölər. 
Onların yerində bir cür ot bitər, 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə